Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   2   3   4   5   6   7   8   9   ...   32

12 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şə
kil 2.2.Müəssisənin mikromühiti. 
Biznes muhit təhlilinin ən geniş yayılmış metodlarından biri 
SWOT-təhlil  metodudur.  Bu  metod  xarici  əhatənin  təhlili  və 
onun müəssisənin daxili imkanları ilə müqayisəsini nəzərdə tutur  
(güclü tərəflər, zəif tərəflər, imkanlar, təhlükələr). 
İ
mkanlara  xarici  mühitin  müsbət  meylləri  kimi  baxmaq 
lazımdır.  Onlar  biznesin  gəlirliliyini  artırmağa  imkan  verir 
(xarici  iqtisadi  siyasətin  dəyişməsi,  vergilərin  azalması, 
investisiya  mühitinin  dəyişməsi,  əhalinin  gəlirlərinin  artımı, 
rəqiblərin mövqelərinin zəifləməsi).  
Mikroiqtisadi  səviyyədə  biznesin  xarici  əhatəsinin  tərkib 
hissəsi  sahənin  təhlilidir.  Onun  məqsədi  –  sahənin  və  sahə 
daxilində 
müxtəlif 
ə
mtəə 
bazarlarının 
göstəricilərini 
müəyyənləşdirməkdir.  Sahə  təhlilinin  məqsədləri  üçün  sahə 
dedikdə - bir istehlak bazarında rəqabət aparan, analoji xidmət və 
ya  əmtəələri  istehsal  edən  və  bölgüsünü  həyata  keçirən  
müəssisələr yaxud müəssisələr qrupu başa düşülür.  
Rəqabət  mühitinin  təhlili  rəqiblərin  hərəkətlərinin  daxili 
motivləri 
haqqında 
daha 
tam 
və 
dəqiq 
təsəvvürün 
formalaşdırilmasına xidmət edir.  
Rəqabətin  intensivliyini  müəyyən  edən  üç  aqreqat  amilin 
seçilməsi daha tipikdir:  
-
  rəqiblər arasında bazar paylarının bölgüsü; 
Bazarlar 
Satış kanalları  
İ
nfrastruktur 
Malgöndərənlər 
Xarici əhatə  
amilləri 
İ
stehlakçılar 
Rəqabət 


13 
 
-
  bazar tutumunun artım dinamikası; 
-
  bazarda biznesin gəlirliliyi. 
Təcrübə  göstərir  ki,  ən  yüksək  rəqabət  fəallığı  rəqib 
firmaların bərabər paylarına malik olduğu şəraitdə yaranır. 
Ə
ksinə, liderlərin və autsayderlərin  payları nisbəti 2 
dəfədən çox olduqda rəqabət zəifləyir. 
Rəqabətin intensivliyi aşağıdakı kimi ölçülə bilər: 
 
            n                         
         İ
r
=n        ∑ ( B
i  
-    1   )
2
                             (2.1)                                                      
            i=1           n 
                       n 
                                                 
burada:    İ
r
  -  tədqiq  olunan  əmtəə  bazarında  rəqabətin 
intensivlik  göstəricisi;  B
i
-i-ci  rəqibin  bazar  payı;  n-əmtəə 
bazarında rəqiblərin sayıdır. 
Faktiki  bazar  payı  rəqibin  məqsədlərinə  nail  olunması 
dərəcəsini  ifadə  edən  göstərici  olduğundan  bazar  hissəsinin 
dinamikasına biznes mühiti amillərinin təsirini qiymətləndirmək 
zəruridir. 
Marketinq  sahəsində  mütəxəssislər  tərəfindən  bazar  payının 
dəyişməsinə  təsir  göstərən  aşağıdakı  amillər  müəyyən 
edilmişdir: 
1.Məhsulun satışından gəlir. 
2.Məqsəd seqmentlərində rəqiblərin fəallığı. 
3.Çeşid-qiymət dəyişmələri. 
4.İstehlakçı seçimi (üstünlükvermə dərəcələri). 
SWOT  –  təhlil  rəqiblərin  tədqiqinə  aşağıdakı  elementləri 
daxil edir: 
1.İstehlak 
üstünlüklərinin 
quruluşunun 
dəyişməsinin 
aşkarlanması (yeni imkanlar); 
2.Yeni  imkanların  təhdidlərin  istifadəsi  üzrə  rəqiblərin 
gözlənilən  fəaliyyətlərin qiymətləndirilməsi; 


14 
 
3.Yaranan təhdid və imkanlara  reaksiya üzrə  firmaların məqsəd 
və strategiyalarının müəyyənləşdirilməsi; 
4.Təsərrüfat  fəaliyyətinin  əsas  aspektləri  üzrə  firmanın  və 
rəqiblərin zəif və güclü tərəflərinin öyrənilməsi. 
Ə
ldə  olunan  mənfəətin  istehsalın  inkişafına  yenidən 
investisiyalaşdırılmasının  (reinvestisiyasının)  nisbi  yüksək 
göstəricisi 
müəssisənin 
rəqabət 
üstünlüyüdür.Lakin 
bu 
mərhələdə  vəsait  qoyuluşunun  həcminin  azlığı  yaxud  əsas 
kapitalın  düzgün  yenilənməsi  siyasətinin  olmaması  səbəbindən 
həmişə müsbət irəliləyişlərlə nəticələnmir. 
M.Porterin  rəqabətin  “beş  güc”  modeli  bazarda  rəqabət 
gərginliyinin  diaqnostikası  və  biznesin  gəlirliyinə  rəqib 
qüvvələrin  təsirinin  əhəmiyyətliliyi  üçün  fəaliyyətdə  olan 
konseptual alətdir. 
M.Porterin  “beş  güc”  modeli  aşağıdakı  elementləri  özündə 
birləşdirir: 
       1.Sahəvi  bazarda  mövcud  rəqiblər  arasında 
rəqabətin intensivliyi. 
Rəqabət mübarizəsinin amilləri: 
-
  rəqabət aparan firmaların sayının artması; 
-
  bazarın məhsullarla bolluğu; 
-
  məhsulların  qiymətlərini  aşağı  sala  bilən  firmaların 
mövcudluğu; 
-
  bazarın əlavə hissəsinin mənimsənilməsi nəticəsində  gəlirlərin 
artması; 
-
  digər sahələrin güclü şirkətlərin zəif firmaları olması və onlara 
öz strategiyalarını keçirməsi; 
-
  müflisləşmə zonasında olan firmaların sayının artması. 
        2. Bazarda potensial “yenilər” tərəfindən təhdidlər. 
Bazarda yeni firmaların yaranmasından təhlükəni xarakterizə 
edən  amillərin  əsas  qrupları  bazara  çıxış  üçün  maneələr  və 
bazarda  fəaliyyət  göstərən  firmalar  tərəfindən  gözlənilən 
reaksiyadır. 
Bazara giriş üçün əsas məhdudiyyətlər: 


15 
 
-
  istehsal xərclərinin idarəolunmasında kifayət qədər təcrübənin 
olmaması; 
-
  imicin formalaşdırılması üçün böyük məsrəflərin zəruriliyi; 
-
  firmanın  açılması  üçün  investisiyanın  həcmi  (aktivlərin  əldə 
olunması); 
-
  mövcud firmaların eksklyuziv hüquqları; 
-
  dövlət məhdudiyyətləri (lisenziya, standartlaşdırma). 
          3. Təhdid amilləri: Əvəzedici əmtəələrin yaranması. 
-
  əmtəə-əvəzedicilərin  qiymətləri  aşağıdır,  bu  da  təklif  olunan 
məhsullara tələbi azaldır; 
-
  keyfiyyətcə yeni, daha cəlbedici əvəzedicilər tapılır; 
-
  əmtəə-əvəzedicilər  tələbatların  ödənilməsinin  tamamilə  yeni 
üsulunu təmin edir; 
-
  əvəzedicilər istehlakçılar üçün daha əlverişlidirlər. 
        4.Alıcıların iqtisadi potensialı. 
Bu  halda  həm  istehlak,  həm  də  istehsal  amilləri  şəklində 
məhsulları istehlak edən iş bazarını da araşdırmaq zəruridir.Təsir 
gücü əhəmiyyətlidir, əgər: 
-
  məhsulu  böyük  partiyalarla  alan  azsaylı  iri  firmalar  bazarda 
fəaliyyət göstərirsə; 
-
  iri alıcıların alışları bütün satışda əhəmiyyətli paya malikdirsə; 
-
  istehlakçılar üçün bir neçə satıcıdan məhsul alınması təcrübəsi 
iqtisadi cəhətdən əlverişlidirsə; 
-
  iş bazarı istehlakçıları alıcı sahəsinə əks inteqrasiya  təhlükəsi 
nümayiş etdirirsə; 
-
  təklif 
olunan 
məhsul 
ə
həmiyyətli 
dərəcədə 
standartlaşdırılmışdır,  bu  da  digər  malgöndərənlərə  keçidi 
asanlaşdırır. 
     5.Malgöndərənlərin iqtisadi potensialı. 
Bu amil aşağıdakı hallarda özünü daha güclü göstərir: 
-
  müəssisənin məhsulu resurstutumludur; 
-
  bazarda malgöndərənlər inhisarçıdırlar; 
-
  malgöndərənlərin  məhsulu  o  qədər  differensialdır  ki,  digər 
malgöndərənə keçid mürəkkəb və ya bahadır; 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə