Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   2   3   4   5   6   7   8   9   ...   32

16 
 
-
  müəssisə  malgöndərənin  əlaqələrini  itirmək  istəmədiyi  alıcı 
deyil; 
-
  satıcının  biznesinə  alıcının  birbaşa  inteqrasiyası  təhlükəsi 
mövcuddur; 
-
  malgöndərənlər  alıcının  biznesinin  gəlirliyini  azaldaraq, 
qiymət amilindən intensiv istifadə imkanına malikdir; 
-
  malgöndərənlərin  məhsulunun  keyfiyyətinin  azalması, 
istehlakçı-müəssisənin mənfəətinin azaldır. 
M.Porter  rəqiblərin  strateji  qruplarının  -  sahədə  rəqabət 
aparan  ümumi  cəhətlərə  malik  (anoloji  əmtəələr  və  xidmətlər, 
servis xidmətləri, satış sistemləri) firmalar çoxluğunun ayrılması 
ideyasını irəli sürmüşdür. 
Rəqiblərin  strateji  qruplarına  ayrılması  sahədəki  rəqabət 
mübarizəsini  real  hiss  etməyə  imkan  verir.  Belə  ki,bir  strateji 
qrupdan  olan  firma  digər  qrupdan  olan  firmaya  nisbətən  daha 
real  rəqibdir  (adətən  kəskin  rəqabət  mübarizəsi  qrup  daxilində 
baş verir). Müxtəlif strateji qrupların  firmalara müxtəlif rəqabət 
üstünlüklərinə  və  potensial  mənfəətliliyə  malikdirlər.  Bazar 
şə
rtlərinin  dəyişməsi  müxtəlif  qruplar  üçün  müxtəlif  səmərəyə 
malik ola bilər. 
Sahəvi  təhlilin  metodlarından  biri  “4P”  konsepsiyasıdır 
(məhsul, qiymət, satış kanalları, bazarda irəliləmə).     
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                                       


17 
 
                                                                                                     
                                                                                      
                                                                                                                                       
                                  
 
 
 
 
                                                                                    
 
 
Şə
kil  2.3.  “4P”  amilləri  üzrə  rəqabət  qabiliyyətliliyinin 
təhlili konsepsiyası. 
Konsepsiyanın  mahiyyəti  sadalanan  dörd    istiqamət  üzrə 
müəssisənin 
fərdi 
göstəricilərinin 
rəqiblərin 
anoloji 
göstəricilərilə  müqayisəsindən  ibarətdir.  Belə  müqayisənin 
məqsədi  müəssisənin  bazar  mövqelərinin  müəyyənləşdirilməsi 
olduğu üçün daha güclü rəqibləri seçmək lazımdır. 
Sahələrin  və  müxtəlif  əmtəə  bazarlarının  həyat  tsiklinin 
mərhələləri və artım istiqamətlərini müəyyənləşdirmək zəruridir 
(inkişaf  edən  sahələr,  yetişkin  sahələr,  müşahidə  olunan 
sahələr).İstənilən  əmtəənin  həyat  tsikli  öz  inkişafında  bir  neçə 
mərhələdən  keçir-istənilmədən  bazara  çıxma  bazardan  çıxmaya 
qədər.Anoloji  fazalar  sahəyə  də  xasdır,  o  biznesin  mənfəətliliyi 
dəyişdirir, sahədə iş strategiyasının dəyişməsini tələb edir. 
Sahə  rəqabəti  əhəmiyyətli  dərəcədə  buraxılan  məhsulun 
rəqabəti  ilə  müəyyən  olunur.Yüksək  çarpaz  tələb  elastikliyinə 
malik  olan  əmtəələr  substitutlar  adlanır.Məhsulların  qarşılıqlı 
ə
vəzolunması  səviyyəsindən  asılı  olaraq  rəqabətin  dörd 
səviyyəsini fərqləndirirlər: 
-
  ticarət  markalarının  rəqabəti  (digər  firmaların  anoloji 
məhsulları da alıcılara eyni qiymətlə təklif olunur); 
-
  sahə rəqabəti (anoloji məhsul istehsal edən bütün müəssisələr 
rəqib hesab olunur; 
Müəssisənin 
rəqabətqabiliyyətliliyinin 
təhlili 
Məhsul 
Satış kanalları 
Qiymət 
Bazarda 
irəliləmə 


18 
 
-
  formal  rəqabət  (eyni  tələbatı  ödəməyən  məhsulları  istehsal 
edən bütün müəssisələr rəqib hesab olunur); 
-
  ümumi  rəqabət  (istehlakçıların  pulları  uğrunda  mübarizə 
aparan bütün istehsalçılar rəqib hesab olunurlar). 
Təhlil  hansı  bazar  seqmentinin  dolu  olduğunu  və  hansı 
rəqibin  daha  güclü  olduğunu  müəyyənləşdirməyə  imkan  verir. 
Lakin  hansı  müəssisələrin  daha  güclü  rəqib  olmasını 
müəyyənləşdirmək üçün əlavə dəqiqləşdirmələr tələb olunur. 
Anoloji  bazar  strategiyasına  malik  olan,  yəni  bir  strateji 
qrupa aid müəssisəni belə rəqiblərə aid edirlər. Strateji qrupların 
eyniləşdirilməsi  aşağıdakılar əsasında həyata keçirilə bilər: 
-
  istehsalın texnoloji səviyyəsi; 
-
  mənimsənilən coğrafi seqmentlər; 
-
  şaquli inteqrasiyanın dərəcələri; 
-
  məhsulun keyfiyyəti; 
-
  çeşid; 
-
  xərclərin səviyyəsi; 
-
  servis səviyyəsi. 
      Rəqiblərin  strategiyalarının  monitorinqinin  həyata 
keçirilməsi  daim  dəyişikliklərə  həssas  reaksiya  verməyə  və 
özünün  rəqabət  mövqelərini  möhkəmləndirməyə  imkan  verir. 
Müəssisənin  rəqabət  mövqelərinin  dəyişməsinə  kifayət  qədər 
həssas  olmaması  haqqında  nəticə  çıxarılması  qiymətləndiricinin 
düşüncəsinə 
təsir 
göstərməməlidir, 
nəticədə 
biznesin 
gəlirliliyinin “pessimist” ssenarisi yarana bilər. 
Müəssisənin 
rəqabətqabiliyyətliliyi 
uzunmüddətli 
perspektivdə  onun  özünün  biznesinin  gəlirliyinin  təmin 
olunmasının potensial imkanları ilə xarakterizə olunur. 
Rəqabətlilik  təsərrüfatçılıq  subyektinin,  həm  də  buraxılan 
məhsulun və  ya xidmətin xarakteristikalarını özündə birləşdirən 
aqreqat göstəricidir. 
Bazarda uğurlu fəaliyyət müəssisənin potensialı ilə müəyyən 
olunur.  Müəssisənin  potensialı  onun  məqsədyönlü  iş  yerinə 
yetirməsinin real və ya ehtimal olunan qabiliyyətini ifadə edir. 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə