Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   2   3   4   5   6   7   8   9   10   ...   32

22 
 
-
  tələb qiymət üzrə elastikdir. 
Xərclərdə  liderlik  strategiyası  ilə  yanaşı  məhsulun 
differensiallaşdırılması  strategiyası  tətbiq  oluna  bilər.  Məhsulun 
differensiallaşdırılması  alıcı  üçün  məhsulun  nadirliyinin  və 
yüksək qiymətliliyinin təmin edilməsi imkanı kimi baxılır.
 
Məhsulun  differensiallaşdırılması  zamanı  məsrəflər  artır, 
lakin yüksək qiymət hesabına kompensasiya oluna bilər. İqtisadi 
differensiallaşdırma  qiymət  artımı  əlavə  məsrəfləri  ödəmədiyi 
halda məqsədyönlü deyil. 
Bütövlükdə 
məhsulun 
differensiallaşdırılması 
sistemi 
müəssisənin  praktiki  olaraq  bitkin  marketinq  fəaliyyətini  əhatə 
edən aşağıdakı istiqamətləri özündə birləşdirir: 
-
  məhsul differensiallaşdırması (rəqib məhsuluna nisbətən üstün 
xarakteristikalı məhsul); 
-
  servis  differensiallaşdırılması  (satılan  məhsullara  uyğun  olan  
müxtəlif və yüksək səviyyəli xidmətlərin təklifi); 
-
  heyətin    differensiallaşdırılması  (rəqiblərlə  müqayisədə  daha 
yüksək ixtisaslı, müştəri ilə işləyə bilən heyətin isə götürülməsi 
və öyrədilməsi); 
-
  imicin  differensiallaşdırılması  (müəssisəni  rəqiblərindən 
fərqləndirən məhsul və imicinin yaradılması). 
 
 
 
 
 
 
 
 
 
 
 
 


23 
 
Mövzu 3. 
Müəssisənin resurs potensialının 
qiymətləndirilməsi. 
 
Plan: 
1.  Müəssisənin  əsas  kapitalının  dəyərinin  müəyyən 
edilməsi. 
2.Dövriyyə 
aktivlərinin 
ayrı-ayrı 
növlərinin 
qiymətləndirilməsi xüsusiyyətləri. 
3.Ehtiyatların qiymətləndirilməsi.
 
 
Müəssisənin  aktivləri  dövriyyədənkənar  və  dövriyyə 
aktivlərinə  bölünür.  Dövriyyədənkənar  aktivlərə  -  qeyri-maddi 
aktivlər,  əsas  vəsaitlər,  bitməmiş  tikinti,  uzunmüddətli  maliyyə 
qoyuluşları  aid  edilir.  Dövriyyə  aktivlərinə  ehtiyatlar  (o 
cümlədən  xammal  və  materiallar),  azqiymətli  və  tezaşınan 
əş
yalar,  məsrəflər  (o  cümlədən  bitməmiş  istehsal  məsrəfləri  və 
gələcək  dövrlərin  xərcləri),  hazır  məhsul,  əmtəələr,  yüklənmiş 
ə
mtəələr  (yerinə  yetirilmiş  işlər,  göstərilən  xidmətlər),  debitor 
borclar,  qısamüddətli  maliyyə  qoyuluşları,  pul  aktivləri  (o 
cümlədən,  hesablaşma  hesabında  və  xəzinədə  olan  pullar)  aid 
edilir.  Dövriyyə  aktivlərinə  normal  təsərrüfat  tsikli  müddətində 
və  ya  ildə  (əgər  tsikl  qısadırsa)  pula  çevrilməli  olan  bütün 
vəsaitlər aiddir. 
Dövriyyə 
aktivlərinin 
müasir 
qiymətləndirmə 
konsepsiyasının  əsasında  tarixi  dəyər  və  faktiki  maya  dəyəri 
prinsipləri  qoyulmuşdur.Onun  çərçivəsində  zəruri  olaraq  bazar 
dəyəri  ilə  qiymətləndirmə  elementlərinin  tətbiqi  imkanları  da 
istisna olunur. 
Ehtiyatların  (xammal  əsas  və  köməkçi  materiallar,  yanacaq 
və s.) qiymətləndirilməsi faktiki maya dəyəri prinsiplərinə uyğun 
həyata keçirilir. 


24 
 
Material  ehtiyatlarının  faktiki  maya  dəyərinə  onun 
hazırlanmasına  və  ya  əldə  edilməsinə,  o  cümlədən  kreditə  əldə 
edilmə zamanı faizlərin ödənilməsi, gömrük rüsumları və s.  aid 
edilir. 
Maddi-istehsal  ehtiyatlarının  faktiki  maya  dəyəri  təsisçilər 
tərəfindən  nizamnamə  kapitalına  qoyuluş  kimi  daxil  edilir, 
nizamnamə 
sənədlərində 
qeyd 
olunan 
və 
təsisçilərlə 
razılaşdırılmış  pul  qiymətləndirilməsi  vasitəsilə  müəyyən  edilir. 
Bu  halda  qalıq  balans  və  digər  dəyər  növlərindən  biri  tətbiq 
olunur. Əgər maddi-istehsal ehtiyatları təşkilat tərəfindən əvəzsiz 
alınmırsa,  onun  daxil  olma  tarixinə  qiymətləndirilməsi  bazar 
dəyəri ilə aparılır. 
Maddi-istehsal  ehtiyatlarının  qiymətləndirilməsində  onların 
buraxılışı zamanı aşağıdakı metodlardan istifadə etmək olar: 
-
  zamana görə ilk tədarükün maya dəyəri; 
-
  zamana görə son alışların maya dəyəri; 
-
  orta maya dəyəri. 
Maddi-istehsal  ehtiyatlarının  qiymətləndirilməsinin  seçilmiş 
metoduna  uyğun  olaraq  satış  maya  dəyəri  ölçülür.  Daim  artan 
qiymətlər  halında  1-ci  metoddan  istifadə  zamanı  satılan 
məhsulun maya dəyəri azalar, mənfəət və ehtiyatlar qalığı  artır. 
2-ci  metoddan  istifadə  zamanı  maya  dəyəri  artır,  mənfəət  və 
ehtiyatlar qalığı azalır. 2-ci metoddan istifadə aradan qalxmışdır.
 
Azqiymətli  və  tez  köhnələn  əşyaların  qiymətləndirilməsi  bu 
və  ya  digər  əşyaların  bu  qrupa  düzgün  aid  edilməsinin 
yoxlanılmasını  tələb  edir.  Onlara  xidmət  müddəti  bir  ildən  çox 
olmayan və dəyəri normativ limiti ötməyən əşyalar aid edilir.                      
                                      
Cədvəl 3.1 
Azqiymətli və tez 
köhnələn 
əş
yaların 
köhnəlməsinin 
hesablanması 
Köhnəlmənin  hesablanması  üsullarının 
xarakteristikası 


25 
 
üsulları 
Faiz üsulu 
Köhnəlmə  azqiymətli  və  tez  köhnələn 
əş
yaların istifadəyə verilməsi zamanı onun 
50%-i  və  azqiymətli  və  tez  köhnələn 
əş
yaların  sıradan  çıxmasının  yerdə  qalan 
50%-i  həcmində  hesablanır.O  həmçinin 
istifadəyə 
verilməsi 
zamanı 
100% 
həcmində də hesablana bilər. 
Köhnəlmənin 
hesablanması 
prosedurasından 
kənarlaşma 
Dəyəri müəyyənləşdirilmiş limitin 1/20-ni 
ötmürsə, bilavasitə maya dəyərinə silinir. 
 
Xətti üsul 
Köhnəlmə  daxil  olma  tarixinə  faktiki 
maya  dəyəri  və  tam  istifadə  müddəti 
ə
sasında 
hesablanmış 
amortizasiya 
norması əsasında hesablanır. 
Məhsulun  (işin) 
həcminə 
mütənasib  olaraq 
dəyərin 
ödənilməsi üsulu 
Köhnəlmə  verilmiş  əşyadan  istifadə  ilə 
istehsal  olnumuş  məhsulun  miqdarından 
və  onun  faktiki  maya  dəyərinin  bütün 
faydalı  fəaliyyəti  müddətində  nəzərdə 
tutulan 
məhsulun 
(işin) 
həcminə 
nisbətindən çıxış edərək hesablanır. 
 
Dövriyyə aktivlərinin müxtəlif növlərinin 
qiymətləndirilməsi xüsusiyyətləri                                    
                                                                             Cədvəl 3.2 
Aktivlərin 
növləri 
Aktivlərin qiymətləndirilməsi xüsusiyyətləri 
Azqiymətli  və 
tez  xarab  olan 
əş
yalar 
Qiymətləndirmə  faktiki  və  normativ  (plan) 
istehsal  maya  dəyəri  üzrə  aparılır.  Bu  maya 
dəyərinə  istehsal  prosesində  istifadə  olunan 
xammal,  material,  yanacaq,  enerji,  əmək 
ehtiyatları,  məhsul  istehsalı  və  ya  bilavasitə 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə