Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

30 
 
potensialının keyfiyyət və kəmiyyət xarakteristikası müəssisənin 
qiymətinə təsir göstərə bilir. 
Çoxsaylı misallar müəssisənin bazar qiymətinin onun balans 
dəyərindən  çox  olmasını  göstərir.  Bu  fərq  qudvill-firmanın 
nüfuzunun şərti tam qiyməti, işgüzar imicinin dəyəridir. 
Mahiyyəti,  məzmunu  və  təbiətinə  görə  kadr  potensialı 
müəssisənin  qeyri-maddi  aktivlərinə  aid  edilir.  Lakin  o 
passivlərə də aid edilə bilər, bu halda o mənfi yükə malik olur. 
Kadr  potensialı  intellektual  mülkiyyətə  aid  edilə  bilməz, 
çünki  onun  hüquqi  qorunması  yoxdur.  Qeyd  edək  ki,  kadr 
potensialı  həmişə  təhsil,  ixtisas  və  s.  kimi  formal 
xarakteristikalarla 
müəyyənləşdirilir.Yüksək 
formal 
xarakteristikalara  malik  olmayan  işçilərin  müəssisəyə  real  gəlir 
gətirir,  əksinə  belə  xarakteristikalara  malik  olan  insanların 
ə
həmiyyətli gəlir gətirməsi  faktları da az deyil. 
Ə
vvəlcə  kadr  potensialının  hansı  meyarlar  əsasında 
qiymətləndirilməsini 
araşdıraq.Burada 
kadr 
potensialının 
məqsədlərinə  istinad  etmək  lazımdır.  Bu  məqsədləri    aşağıdakı 
qruplara bölmək olar: 
-
  müəssisənin 
bazar 
qiymətlərinin 
dəyişməsinə 
kadr 
potensialının təsiri dərəcəsinin aşkar edilməsi; 
-
  müəssisənin    investisiya  cəlbediciliyinə  kadr  potensialının 
təsiri dərəcəsinin müəyyənləşdirilməsi; 
-
  kadr  potensialının  struktur  yenidən  qurulması  məsrəflərinin 
həcminin müəyyən edilməsi; 
-
  müəssisənin satışdan əvvəl və özəlləşdirmədən  sonra  yenidən 
qurulması halında; 
-
  antiböhran idarəetmədə; 
-
  investisiya layihələndirilməsi zamanı. 
Qiymətləndirilən  obyektlərin  hər  bir  məqsədi  üçün 
qiymətləndirilməsi  göstəriciləri  və  meyarları  üst-üstə  düşməyə 
bilər,  lakin  metodoloji  yanaşma  vahiddir,  əsas  göstəricilərin 
siyahısı eynidir.
 


31 
 
Nəzərə  alaq ki, kadr potensialı ayrı-ayrı işçilərin peşəkar və 
şə
xsi  keyfiyyətləri  ilə  müəyyənləşdirilə  bilməz.Həmçinin  o, 
peşəkar-şəxsi  xarakteristikaların  cəmi  kimi  dəyərləndirilmir. 
Məsələn, əgər müəssisədə konkret problemin həlli üçün kimyaçı-
laborant  tələb  olunursa,  onu  iqtisadiyyat  üzrə  5  elmlər  doktoru 
ə
vəz edə bilməz. 
Ş
übhəsiz,  ayrı-ayrı  fərdlərin  peşəkar-ixtisas  və  şəxsi 
xarakteristikaları  özlüyündə  qiymətlidir.Lakin  bu  qiymət  əmək 
bazarında aşkarlanır və tələb olunduğu yerdə əməyin ödənilməsi 
kimi layiqincə dəyərləndirilir. 
Müəssisənin  mülkiyyətçisi  və  alıcısı  üçün  ayrıca  bir  işçinin 
peşəkar  və  şəxsi  xarakteristikaları  “məcmu  işçi”  tərkibində 
istifadə halında qiymətlidir. 
Kadrların  peşə-ixtisas  tərkibi  hər  bir  ixtisas  və  səviyyədən 
olan  işçilərin  sayı  ilə  deyil,  heyətin  peşəkar-ixtisas  quruluşu  ilə 
müəyyənləşir.  Belə  yanaşma  prinsipial  əhəmiyyətə  malikdir, 
çünki  hər  hansı  göstəricinin  plan  səviyyəsindən  üstünlüyü 
müəssisənin  mənafeyi  üçün  uğurlu  hesab  olunmur.  O,  kadr 
potensialının quruluşunun dəyişməsinə əlavə məsrəflər tələb edə 
bilər. 
                              
 
 
 
 
 
 
 
 
 
 
 
 


32 
 
Mövzu 5. 
Biznesin (müəssisənin)qiymətləndirilməsinə xərc 
yanaşması. 
 
Plan: 
1.Biznesin qiymətləndirilməsinin xərc yanaşmasının 
ümumi səciyyəsi. 
2.Xalis aktivlərin dəyəri metodu. 
3.Ləğv etmə dəyəri metodu. 
4.Balans və bazar xüsusi kapital metodları. 
 
Xərc  və  ya  əmlak  yanaşması  çəkilmiş  xərclər  nöqteyi-
nəzərindən  müəssisənin    dəyərini  nəzərdən  keçirir.  Müəssisənin 
aktivlərinin  və  öhdəliklərinin  balans  dəyəri  bir  qayda  olaraq, 
bazar  dəyərinə  uyğun  gəlmir.  Bu  inflyasiya  və  bazar 
konyukturunun  dəyişməsi  ilə  əlaqədar  tətbiq  edilən  uçot 
metodları bağlıdır. Odur ki , müəssisənin balansını təshih etmək 
lazımdır. 
Ə
vvəlcə 
ayrı-ayrılıqda 
hər 
bir 
balans 
aktivinin 
ə
saslandırılmış  bazar  dəyərinin  qiymətləndirilməsi  aparılır. 
Sonra öhdəliklərin cari dəyəri müəyyən edilir. Bundan sonra isə 
müəssisənin 
aktivlərinin 
ə
saslandırılmış 
bazar 
dəyəri 
məbləğindən  bütün  öhdəliklərin  dəyəri  çıxılır.  Nəticədə  xüsusi 
kapitalın qiymətləndirilən dəyəri alınır. Xərc yanaşmasında baza 
dəyəri aşağıdakı kimi hesablanır: 
XK= A-Ö 
burada , 
XK 
 - xüsusi kapital,
 
A-
 
aktivlər,
 
Ö
 – 
öhdəliklər. 
Xərc yanaşmasının metodları aşağıdakılardan ibarətdir: 
• xalis aktivlərin dəyəri metodu; 
• ləğvetmə dəyəri metodu. 


33 
 
Xalis  aktivlərin  dəyəri  metodu  qiymətləndirilən  şirkətin 
məlumatlarına  əsaslanır.  Metodun  mahiyyəti  öhdəliklərin  bazar 
dəyəri  çıxılan  balans  məlumatlarının  təshihi  yolu  ilə  aktivlərin 
bazar  dəyərinin  müəyyən  edilməsindən  ibarətdir.  Metodun 
modifikasiyasında  aktivlərin  bazar  dəyərinə  qazan  metodu  ilə 
müəyyən  edilən  qudvill  əlavə  olunur  (bu  zaman  xalis  kapitalın 
sahə üzrə orta rentabelliliyini əks etdirən informasiya lazımdır). 
Metodun  üstünlükləri  onun  sadəliyindən,  nisbətən  yüksək 
olmayan 
ə
mək 
tutumluluğundan 
və 
məhdudiyyətin 
olmamasından  ibarətdir.  Onun  çatışmazlığı  isə  keçmiş  xərclərin 
heç  də  müəssisənin  (biznesin)  alışının  əsas  səbəbi  kimi  nəzərə 
alınmamasıdır. 
Biznesin  qiymətləndirilməsinə  xərc  yanaşmasının  tətbiqi 
mərhələlər üzrə aşağıdakı kimi aparılır: 
1. Firmanın 
hesabat 
balansının 
və 
digər 
maliyyə 
sənədləşmələrinin  təhlili.  Əgər maliyyə sənədləşməsi auditor 
tərəfindən  təsdiq  olunmayıbsa,onda  qiymətləndirici  bunu  özü 
etməli  və  yaxud  müstəqil  auditor  dəvət  etməlidir. 
Dəqiqləşdirilmiş balans tərtib olunur. 
2. “İqtisadi  balans  ”ın  tərtibi.  İqtisadi  balans  mühasibat 
balansından  aktiv  və  passivin  elementlərinin  bazar  qiymətləri  
üzrə yenidən hesablanması ilə fərqlənir. 
3. Aktivlərin  dəyərinin  və  öhdəliklərin  dəyərinin  müəyyən 
edilməsi.  Burada  müəyyən  hesablamalar  iqtisadi  balansın 
məlumatları əsasında həyata keçirilir. 
4. Müəssisənin  dəyərinin  müəyyən  edilməsi.  Müəssisənin 
dəyəri bərabərdir:aktivlərin iqtisadi dəyəri çıxılsın öhdəliklərin 
iqtisadi dəyəri.   
Ardıcıl olaraq iqtisadi balansın tərtibi proseduru aşağıdakı 
kimidir: 
1.Qeyri  –maddi  aktivlərin  dəyərinin  müəyyən  edilməsi. 
Qeyri  –maddi  aktivlər  balansın  aktivində  aşınma  çıxılmaqla 
alış qiyməti üzrə uçota alınır. Bazar qiyməti: 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə