Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

56 
 
edə bilər. Hər iki halda Avropanın iqtisadiyyatı çətin vəziyyətə düşə bilər. Bunun 
qarşını  almaq  üçün  Norveç,  ngiltərə,  Fransa,  taliya  kimi  Avropa  dövlətləri 
qabaqlayıcı addımlar ataraq, öz hüdudlarından kənarda, müvafiq olaraq, “Statoil”, 
“British Petroleum”, “Total”, “Eni” neft-qaz hasilatı şirkətlərini yaratdılar [ 12, s. 
107-108]. 
              Cənubi  Qafqazda  A   elə  müstəqil  dövlətlərlə  əlaqələrə  önəm  verir  ki, 
həmin  dövlətlərlə  siyasi  və  iqtisadi  əlaqələr  enerji  daşıyıcılarının  istehsalı  və 
onların  Avropanın  daxili  enerji  bazarına  çatdırılmasını  təmin  edə  bilər.  Enerji 
amilini  nəzərə  alsaq  A   üçün  bu  dövlətlərdən  yalnız  Ermənistan  cəlbedici  deyil. 
Gürcüstanın  əhəmiyyəti  isə  ondan  ibarətdir  ki,  A   bu  ölkədən,  Rusiyadan  yan 
keçməklə,  enerji  daşıyıcılarının  nəqli  üçün  tranzit  ərazi  kimi  istifadə  edir  və 
gələcəkdə bu ərazidən daha çox istifadə etməyi nəzərdə tutur. Avopa  ttifaqı üçün 
daha  çox  əhəmiyyət  daşıyan  ölkə  Azərbaycandır,  hansı  ki,  birincisi,  böyük  neft 
ehtiyatları ilə zəngindir, ikincisi isə, Mərkəzi Asiya ölkələrindən A -na qazın məhz 
bu ölkənin ərazisi vasitəsilə çatdırılması nəzərdə tutulur.  
            Məlum  olduğu  kimi,  2004-cü  ildə  Avropa  ttifaqının  Şərqə  doğru  növbəti 
genişlənməsi  prosesindən  sonra  Cənubi  Qafqazın  hər  üç  ölkəsi  bu  təşkilatla 
dərinləşmiş əməkdaşlıq proqramını hazırlamış və imzalamış 17 dövlətin aid olduğu 
qrupa daxil oldu. 2006-cı ilin oktyabrında Avropa  ttifaqı Cənubi Qafqaz ölkələri 
ilə  Avropa  Qonşuluq  siyasəti  çərçivəsində  tərəfdaşlıq  və  əməkdaşlıq  haqqında 
yenilənmiş saziş imzaladı. Cənubi Qafqaz dövlətlərində hər birinin avrointeqrasiya 
proseslərində  özünəməxsus  məqsəd  və  vəzifələri  olmasını  nəzərə  alaraq,  Avropa 
Qonşuluq Siyasətinin Fəaliyyət Proqramı (European Neighbourhood Policy Action 
Plan)  bu  üç  dövlətin  ayrı-ayrılıqda  hər  birinin  maraqları  nəzərə  alınmaqla  tərtib 
edilmişdi.  Eyni  zamanda,  bu  proqram  hal-hazırda  Cənubi  Qafqaz  ölkələrinin 
Avropa  ttifaqına  daxil  olmasını  nəzərdə  tutmur.  Geosiyasi  maraqlarından  çıxış 
edən  A   türk-erməni  münasibətlərinin  də  tezliklə  normallaşdırılmasına  can  atır. 
Erməni-  türk    və  erməni-azərbaycan  münasibətlərinin  normallaşması  məsələsində 
amerikan və avropalı vasitəçilər uğur qazanarsa, Cənubi Qafqazın bu üç dövlətinin 


57 
 
genişlənən  A -na  daxil  olması  perspektivi  reallığa  çevrilə  bilər.  Lakin  son  iki 
onilliyin təcrübəsi bunun əksini göstərmişdir [ 4, s. 178-179]. 
              Müasir dövrdə enerji daşıyıcılarına tələbatın artması onların daşınması və 
çatdırılması  ilə  bağlı  olaraq  enerji  təhlükəsizliyi  məsələlərini  aktuallaşdırmışdır. 
Geosiyasi  və  geostrateji  baxımdan  tranzit  potensialı  da  nəzərə  alınsa  Xəzər 
regionuna təkcə Avrasiya deyil, bütövlükdə Böyük Orta Şərq regionu çərçivəsində 
baxılmalıdır. Belə ki, məhz bu region öz coğrafi mövqeyinə görə Çindən Mərkəzi 
Asiya  və  Avropayadək  uzanan  transkontinental  kommunikasiya  sisteminin 
ə
laqələndirici həlqəsinə çevrilməkdədir.  
             Bu  baxımdan,  regionda  Qərbin  qarşısında  dayanan  əsas  geoiqtisadi 
vəzifələrdən  biri,  yaxın  şərq  neftindən  asılılığı  azaltmaq  üçün  qərb  şirkətlərinin 
Xəzər  hövzəsinin  neft-qaz  yataqlarına  maneəsiz  çıxışının  təmin  edilməsi,  digəri 
isə, enerji resurslarına daha aşağı qiymətlərin müəyyənləşdirilməsindən ibarətdir.  
            1994-cü  ilin  payızında  Bakıda  “Əsrin  müqaviləsi”nin  imzalanmasından 
sonra  Cənubi  Qafqazda,  həmçinin  Xəzər  regionunda  geosiyasi  vəziyyət 
ə
həmiyyətli  dərəcədə  dəyişdi.  Artıq  xəzər  neftinin  dünya  bazarlarına  çatdırılması 
marşrutunun  seçilməsi  problemi  aktuallaşmağa  başladı.  Rusiya  hərbi  dairələri  bu 
problemi “ən vacib geosiyasi məsələlərdən biri” hesab edir və problemin həllində 
ə
sas rolu Xəzərin təbii ehtiyatları üzərində tədricən transmilli nəzarət əldə etməyə 
çalışan  ingilis-amerikan  neft  şirkətlərinin  oyanayacağından  açıq  şəkildə  ehtiyat 
edirdilər.  Rusiyanın  rəsmi  mövqeyinə  görə,  Qərbin,  1994-cü  ildə  imzalanan  və 
praktiki  planda  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəmərinin tikintisini  nəzərdə 
tutan  “Əsrin  müqaviləsi”  layihəsindən  geosiyasi  qazancı  ondan  ibarətdir  ki, 
birincisi,  Qərb  Rusiya  üçün  geosiyasi  baxımdan  çox  həssas  olan  bölgədə  iqtisadi 
baxımdan  möhkəmlənəcək.  kincisi,  Qərb,  Mərkəzi  Asiya  və  Qafqaz  ölkələrinin 
yeni kommunikasiya arteriyaları ətrafında horizontal birləşməsinə şərait yarada və 
bununla da Rusiyanın ticarət axını üzərində nəzarətini zəiflədə biləcək. Üçüncüsü, 
investisiya  qoyuluşu  ilə  Qərb  post-sovet  məkanının  yeni  müstəqil  dövlətlərinin 
formalaşmaqda  olan  kövrək  dövlətçiliyinin  möhkəmlənməsinə  təsir  göstərəcək. 


58 
 
Dördüncüsü, Qərb tərəfindən Rusiyaya qarşı dura biləcək güclü iqtisadi və hərbi – 
siyasi ittifaq yaranacaq [ 4, s. 203]. 
              Qərbin  bu  “geoiqtisadi  çağırışlarına”  cavab  olaraq  Rusiya  2007-ci  ilin 
yazında  Xəzərin  şərq  bölgəsində  qaz  kəmərlərinin  diversifikasiyası  ilə  bağlı 
addımlar atdı. Həmin ilin may ayında V.Putinin Qazaxıstan və Türkmənistana altı 
günlük  səfəri  çərçivəsində  “Rusiya  istiqamətində”  Xəzəryanı  qaz  kəmərinin 
tikintisi  ilə  bağlı  saziş  imzalandı.    Bu,  ABŞ  və  A -nin  Rusiyadan  yan  keçən  qaz 
kəmərləri  çəkməklə  Mərkəzi  Asiyanın  Xəzərətrafı  dövlətlərini  Moskvanın 
orbitindən çıxartmaq cəhdlərinə qarşı adekvat cavabı idi.  
              Buna cavab olaraq, Qərb Xəzərin dibindən keçən və perspektivdə nəzərdə 
tutulan “Nabukko” qaz kəməri sisteminə birləşdirilməsini nəzərdə tutan Transxəzər 
qaz  kəmərinin  tikintisi  təşəbbüsü  ilə  çıxış  etdi.  Bu  layihədə  Türkmənistan  və 
Azərbaycanın  enerji  resurslarının  Gürcüstan,  Türkiyə,  Yunanıstan,  taliya 
vasitəsilə Avropa  ttifaqı ölkələrinə çatıdırılması nəzərdə tutulurdu.  
             Ümumiyyətlə,  Avropa  ttifaqı  Xəzər  regionuna  təkcə  strateji  baxımdan 
ə
həmiyyətli  enerji  mənbəyi  kimi  deyil,  eyni  zamanda  Xəzər  dənizinin,  Mərkəzi 
Asiya və  ranın enerji resurlarına birbaşa çıxışı təmin edən özünəməxsus plasdarm 
kimi baxır [ 4, s. 204]. 
             Qeyd  etmək  lazımdır  ki,  Avropa  ttifaqı  neftlə  zəngin  Xəzər  regionuna 
birbaşa  çıxış  əldə  etməyə  çalışır.  Belə  ki,  bu  məqsədə  çatmadan,  A   ikiqat  -  bir 
tərəfdən  Rusiyanın,  digər  tərəfdən  isə  Rusiyanın  vasitəçiliyi  ilə  Xəzər  regionun 
enerji daşıyıcılarından- asılı vəziyyətdə qalmış olur. Bu da öz növbəsində regionun 
neft və qaz ixracı mənbələrinin diversifikasiyana çalışan Avropa  ttifaqının iqtisadi 
maraqlarına zərbə vura bilər. Çünki, A -nin enerji balansında əsas yeri qazı 40%, 
nefti  isə  üçdə  bir  hissə  olmaqla  Rusiyanın  enerjidaşıyıcıları  tutur.  Proqnozlara 
görə,  2030-cu  ilədək    Avropanın  enerji  idxalı  Rusiyadan  daha  da  asılı  vəziyyətə 
düşəcək və bu göstərici müvafiq olaraq 90 və 70% təşkil edəcək [ 4, s. 205]. 
              Bundan  əlavə,  Avropa  Birliyinin  neft  istehlakının  2020-ci  il  üçün  sutka 
ə
rzində 15.3 milyard barel, 2030-cu ildə isə 15.6 milyard barel, qaz istehlakının isə 
2020-ci  ildə  684  milyard  kub  m.,  2030-cu  ildə  isə,  786  milyard  kub  m.  olacağı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə