Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

53 
 
ABŞ-ın xarici siyasətində yüksək dəyər verilməsinin göstəricisi idi. ABŞ-ın Xəzər 
bölgəsində  əsas  maraqları  Rusiya  və  digər  strateji  rəqiblərini  qabaqlayaraq 
regionda  geosiyasi  nüfuzunu  gücləndirmək,  Xəzərin  iqtisadi  baxımdan  mühüm 
ə
həmiyyət  daşıyan  enerji  ehtiyatlarının  istismarı,  bu  ehtiyatların  dünya  bazarına 
nəqli  yollarına  nəzarət  etmək  baxımından  üstünlüyü  əldə  etmək,  münaqişə  və 
mübahisəli  məsələlərin  həllinə  nail  olmaqla  regionda  təhlükəsizliyin  və  sabitliyin 
təmin  edilməsindən  ibarətdir.  Bu  məqsədlərə  nail  olmaq  üçün  ABŞ  region 
dövlətlərinin  demokratiyaya  keçidini  sürətləndirmək,  bazar  iqtisadiyyatının 
səmərəli  fəaliyyət  göstərməyini  təmin  etmək,  həmin  ölkələrdə  liberal  islahatları 
təşviq etmək istiqamətində fəaliyyət göstərir,  Xəzərin statusu məsələsində orta xətt 
üzrə  bölgü  prinsipini,  enerji  təhlükəsizliyinin  təmin  edilməsində  isə  Rusiya 
ə
razisindən yan keçən ixrac marşrutlarının diversifikasiyası ilə bağlı transregional 
layihələri dəstəkləyir.  Qeyd  etmək  lazımdır  ki,  hal-hazırda  ABŞ  üçün  xəzər  nefti 
ilə bağlı layihələrinin geosiyasi əhəmiyyəti geoiqtisadi əhəmiyyətindən daha vacib 
hesab  olunur.  Belə  ki,  region  üzərində  nəzarət  ABŞ-a  Qara  dəniz,  Aralıq  dənizi, 
Xəzər  dənizi,  Fars  körfəzi  üzərində  və  qitədə  qlobal  hökmranlıq  qazandırmaq 
imkanına malikdir.  
 
 
 
 
 
 
 
 
 


54 
 
2.2. Avropa  ttifaqının enerji təhlükəsizliyində Xəzər regionunun əhəmiyyəti. 
       
               Xəzər  dənizinin  də  tərkibinə  daxil  olduğu  şimal-qərbi  Asiya  Avrasiya 
məkanının mərkəzində yerləşir. Böyük həcmdə neft və təbii qaz ehtiyatlarına sahib 
olması  regional  və  beynəlxalq  aləmdə  diqqətlərin  bu  bölgəyə  yönəlməsinə  səbəb 
olmuş, bu da öz növbəsində çox qarışıq geosiyasi vəziyyətin meydana çıxması ilə 
nəticələnmişdir.  Bu  səbəbdən  bölgənin  zəngin  hidrokarbogen  yataqlarının  aşkar 
edilib  istifadəyə  verilməsində  beş  Xəzəryanı  ölkə  ilə  yanaşı  bir  çox  beynəlxalq 
aktor təsir göstərir.  Xəzər ətrafında Rusiya, Çin, Hindistan və Pakistan kimi dörd 
güclü nüvə dövləti mövcuddur. Bundan əlavə bu region 11 sentyabr hadisələrindən 
sonra  başlayan  terrorizmə  qarşı  beynəlxalq  mübarizənin  mərkəzində  yer  tutmağa 
başlamışdır.  Bu  faktorlar  təkcə  region  daxilində  rəqabətlə  nəticələnməmiş,  eyni 
zamanda  xarici  müdaxilələrin  də  mövcud  olduğu  gərgin  geosiyasi  vəziyyətin 
yaranmasına  səbəb  olmuşdur.    Regionun  neft  ehtiyatları  Şimal  Dənizinin  ümumi 
neft  ehtiyatlarına  bəarabər  olub,  beynəlxalq  enerji  təhlükəsizliyi  baxımından 
strateji əhəmiyyət daşıyır. Enerji istehlakında dünyada ilk yerlərdən birini tutan A  
isə  regional  dəyişikliklərə  laqeyd  qala  bilməz.  Beləliklə  də,  bölgədə  enerji 
təhlükəsizliyi  baxımından  sabitliyin  mövcudluğu  A -nin  maraqlarına  uyğundur.     
[ 14, s. 7]. 
             Avropa  ttifaqının  enerji  təhlükəsizliyindən  danışmazdan  əvvəl  enerji 
təhlükəsizliyi məfhumunun məzmununa nəzər salmaq lazımdır. 
             Enerji  təhlükəsizliyi  anlayışına  münasibətdə  iki  fərqli  yanaşma 
mövcuddur: Bunların birində enerjiyə, digərində isə təhlükəsizliyə əsas yer verilir. 
Belə  ki,  enerji  təhlükəsizliyinin  enerjiyə  əsas  yer  verən  tərifi  enerji  mənbələrinin 
tapılma, istifadə olunma və qəbul edilməsi anlayışlarını əhatə edir. Təhlükəsizliyə 
üstünlük  verən  tərifdə  isə  enerji  təhlükəsizliyi  enerjinin  axtarışı,  istehsalı, 
daşınması,  çatdırılması,  satışı  və  istehlakı  ilə  bağlı  təsisatların  hər  növ  hücuma 
qarşı fiziki olaraq qorunması mənasını daşıyır [ 32]. 


55 
 
             Enerji təhlükəsizliyi məfhumu Avropa Komissiyası tərəfindən isə, “strateji 
mənbələrin  qorunması,  iqtisadi  şərtlərə  cavab  verə  bilməyən  milli  mənbələrin 
çatışmazlığı səbəbindən gələcəkdə ciddi problem ola biləcək enerji ehtiyacını əldə 
edilə bilən və stabil xarici mənbələr hesabına təmin etmək qabiliyyəti” kimi ifadə 
etmişdir [ 32]. 
             Ümumiyyətlə,  enerji  idxal  edən  ölkələr  üçün  enerji  təchizatı 
təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu enerji təchizatının diversifikasiyasını 
təmin etməkdən ibarətdir. Enerji strategiyalarının əsasını məhz bu amil təşkil edir. 
Enerji  təchizatı  təhlükəsizliyinin  təmin  edilməsində  iki  əsas  faktor  mühüm  yer 
tutur.  Bunlardan  birincisi,  istifadə  edilən  enerji  mənbələrinin  diversifikasiyası, 
digəri isə həmin enerji ehtiyatlarının çıxarıldığı bölgələrin diversifikasiyasıdır[ 32]. 
             SSR -nin süqutundan sonra Xəzər regionu ilə qonşu vəziyyətə düşməsi ilə 
A   gündəminə  bir  sıra  yeni  təhlükəsizlik  məsələləri  daxil  olmuşdur:  Xəzərin 
ehtiyatlarının  bölüşdürülməsi  ilə  bağlı  rəsmi  müzakirələr,  Xəzər  nefti  və  təbii 
qazının  Avropaya  çatdırılması  məsələsində  regional  və  beynəlxalq  rəqabət,  
gömrük  maneələri,  narkotik  maddələr  qaçaqmalçılığı  və  qanunsuz  silah  ticarəti, 
ə
traf mühitlə bağlı problemlər [ 14, s. 8]. 
             Bütün  bunlara  baxmayaraq,  ABŞ-dan  fərqli  olaraq,  tərkibinə  28  dövlət 
daxil  olan,  ümumi  sahəsi  4,2  mln  kv  km  və  əhalisi  487  mln  təşkil  edən  Avropa 
Birliyi Xəzər regionunda, əsasən, iqtisadi maraqları güdür və əsas məqsəd kimi öz 
enerji  təhlükəsizliyini  ön  plana  çəkir.  kinci  əsas  məqsədi  isə,  sərhədlərindən 
kənarda  mövcud  olan  daha  zəngin  enerji  yataqlarında  öz  neft  şirkətlərinin 
fəaliyyəti sayəsində birlik ölkələrinin neft emalı sahəsinin inkişaf etdirilməsindən 
ibarətdir.  
            Birliyin  məqsədi  ondan  ibarətdir  ki,  Rusiyadan  alınan  enerji 
daşıyıcılarından öz asılılığını azaltmaq üçün alternativ kimi Xəzər regionundan da 
neft və qaz alsın. Buna görə Avropa Rusiyanın tam parçalanmasını istəmir, çünki 
belə  olduğu  halda  Rusiyadan  enerji  daşıyıcılarının  axını  dayana  bilər.  Lakin 
bununla  yanaşı,  güclənməsini  də  istəmir,  çünki  belə  olduqda  Rusiya  Avropa 
Birliyinə öz şərtlərini,  o  cümlədən ixrac  edilən  neftin  və  qazın  qiymətlərini diktə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə