37
Türkmənistan Rusiya-Qazaxıstan-Azərbaycan üçlüyünün yürütdüyü siyasətə daha
yaxın olmuşdur. Türkmənistanın bu ölkələrlə, xüsusilə də Azərbaycanla fikir
ayrılığının səbəbi orta xəttin keçəcəyi sahələri müəyyən edə bilməməsidir. Bundan
ə
lavə, son zamanlar Azərbaycanla mübahisəli yataqlar səbəbindən mövcud olan
gərginlik Türkmənistanı getdikcə rana yaxınlaşdırır [ 15, s. 13].
Xəzər məsələsində Türkmənistanın ranla oxşar mövqeyə malik olmasının
səbəbi Azəri, Kəpəz, Çıraq və Günəşli yataqlarıdır. 1949-67-ci illərdə kəşf edilmiş
və Xəzərin Azərbaycan sektorunda mövcud olan Neft daşları, Çıraq, Azəri və
Kəpəz yataqları neft və qaz ehtiyatları baxımından böyük əhəmiyyət daşıyır.
Türkmənistan bu bölgələrdən Azəri və Çıraq yataqlarının öz sahəsində olduğunu
iddia edir. Azəri və Çıraq yataqlarının Xəzərin Türkmənistan sektorunda
göstərilməsi məsələsində Azərbaycan isə birləşmiş xətt üsulu ilə Xəzərin milli
sektorlara bölünməsini göstərən SSR Neft Sənayesi Nazirliyinə aid xəritələrdə və
daha sonra isə Azərbaycan, Qazaxıstan və xarici təşkilatlar tərəfindən hazırlanmış
bütün xəritələrdə Azəri və Çıraq yataqlarının Azərbaycan bölgəsində yerləşdiyinin
göstərilməsini dəlil gətirmişdir [ 15, s. 13].
Digər tərəfdən, Türkmənistan Xəzər probleminin yalnız beş sahilyanı
ölkənin iştirakı və fikir birliyi ilə həll edilə biləcəyini göstərir və bu problemin
ikitərəfli müqavilələrlə həll olunmasına qarşı çıxır. Türkmənistan kimi ran da
Xəzərin statusunu müəyyənləşdirməklə bağlı ikitərəfli müqavilələri tanımadığını
bildirərək beş sahilyanı ölkənin status məsələsini bərabər həll etməli olduğunu
bildirir. Bu səbəbdən, Putinin dəvəti ilə Xəzərin statusu məsələsində ortaq fikrə
gəlmək məqsədilə MDB üzvü olan dörd sahilyanı dövlətin Soçidə keçirilməli olan
görüşlə bağlı Türkmənistan prezidenti Səfərmurad Niyazov “ ransız keçiriləcək
heç bir görüşə gəlmək istəmədiyini” bildirərək getməmişdi. Türkmənbaşı
Aşqabadın Xəzərin statusu məsələsindəki mövqeyini belə açıqlamışdır: “Xəzər
BM qaydalarına müvafiq sahilyanı ölkələrin hər birinin 12 millik ərazi sularının və
35 millik xüsusi iqtisadi zonanın olması və qalan hissənin isə bütün sərhədyanı
ölkələrin ortaq istifadəsinə verilməsi şəklində bölüşdürülməlidir” [ 15, s. 13, 14].
38
Türkmənistan və ranın Xəzərin şimalındakılara qarşı bir ittifaq yaratdıqları
görünür. 2003-cü ildə Xəzərin sektorunun bölüşdürülməsi ilə bağlı müqavilə
imzalayan iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə və Beynəlxalq
Dəniz Hüququ Konvensiyasına uyğun olaraq dəniz dibinin bölüşdürülməsi
məsələsində razılaşdılar. Lakin, müqavilə bu prinsiplərin nəyi nəzərdə tutduğunu
müəyyən etməməklə yanaşı, iki ölkənin hər bir xəzəryanı dövlətin Xəzərin 20
faizinə sahib olmasının vacibliyi və beş bərabər hissəyə bölünməsinə tərəfdar
olduğu təəsüratını yaradır. Beləliklə, Xəzərdə ran və Türkmənistan, şimalda
Rusiya, Azərbaycan və Qazaxıstanın gəldiyi razılığa qarşı mövqe tuturdu [ 15, s.
14].
Ümumiyyətlə, Türkmənistanın 2000-ci ilədək mövqeyi sərt idisə, artıq bu
mövqe sadə bir mərhələyə qədəm qoymuşdur. Əsasən dövlətin diqqəti mübahisəli
hesab olunan yataqların müzakirəsinə yönəlmiş, status məsələsində isə yalnız
ranın mövqeyinin müdafiə olunması əsas yer tuturdu. Əvvəlki illərə nisbətən öz
mövqeyində qarşılıqlı anlaşmaya üstünlük verən Türkmənistana hələ
V.Kalyujnının bu ölkəyə səfəri zamanı S.Niyazov getdikcə dərindən müzakirə
olunan Xəzərin statusu məsələsinin sahilyanı dövlətlərin xüsusi sammitinin
müzakirəsinə çıxarılmasının vacibliyini vurğulamışdır [ 12, s. 91-92].
Xəzər regionunda problemin həlli istiqamətində ən mühüm addımlardan
biri də Azərbaycan, ran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin
2007-ci il oktyabrın 16-da keçirilmiş Tehran sammitidir (Xəzəryanı dövlət
başçılarının 2-ci sammiti – N.M.). Xəzərin hüquqi statusu probleminin hələ də həll
edilməməsi və ölkələrin strateji mövqelərinin dəyişməməsinə baxmayaraq, əsas
mövqeləri əlaqələndirmək mümkün idi. Ən mühüm məsələ isə, regionun beş
Xəzəryanı dövlətinin heç bir halda heç bir dövlətə ərazilərdən (Xəzərin sahəsindən
– N.M.) təcavüzkar məqsədlə istifadə etmək və Xəzəryanı dövlətlərdən hər hansı
birinə qarşı digər hərbi əməliyyatlar aparmasına imkan verməmək barədə öhdəlik
götürməsi oldu. Sahilyanı dövlətlər bəyan etdilər ki, yalnız onlar Xəzər dənizində
suveren hüquqlara malikdir və bu hövzədə gəmilər müstəsna olaraq yalnız
Xəzəryanı dövlətlərin bayraqları altında üzə bilərlər. Bu da öz növbəsində Xəzər
39
dənizinə təcavüzkar məqsədli əlavə regional güclərin daxil olmasını əngəlləyirdi
[ 25, s. 27].
Bu sammitdə ilk dəfə olaraq Xəzər dənizinin hüquqi statusuna aid bütün
problemləri əhatə edən siyasi sənəd qəbul edildi. Siyasi sənəddə ümumi
istiqamətlər müəyyənləşdi, eyni zamanda, Xəzərin statusunun ümumi konsepsiyası
qəbul olundu. Bundan əlavə, sammitdə dövlət başçılarının, xarici işlər nazirlərinin
görüşünün mütəmadi keçirilməsi, ayrı-ayrı məsələlərin müzakirəsi üçün
formatların və mexanizmlərin müəyyənləşdirilməsi ümumi razılaşmalara xidmət
edəcək çox əhəmiyyətli vasitələrin həyata keçirilməsi razılaşdırıldı [ 6, s. 52].
Qeyd etmək lazımdır ki, ən effektiv tənzimləmə mexanizmi sammit
danışıqlarıdır, daha dəqiq desək, Xəzəryanı dövlətlərinin başçılarının Sammitidir.
18 noyabr 2010-cu ildə isə Bakıda Xəzəryanı dövlət başçılarının 3-cü Sammiti
keçirilimişdir. Bakı sammiti “Xəzər beşliyi” liderlərinin regional əməkdaşlığın bir
çox problemli aspektlərinə dair mövqelərinin koordinasiyası və Xəzər dənizində
birgə fəaliyyətin planlaşdırılması ilə bağlı çətinlikləri aradan qaldırmağa hazır
olduğunu nümayiş etdirdi. Sammitin sonunda dövlət başçıları Xəzər dənizində
təhlükəsizlik üzrə əməkdaşlıq barədə saziş imzaladılar və birgə bəyanat verdilər.
Bununla yanaşı, tərəflər Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin
tamamlanması istiqamətində işləri sürətləndirmək barədə razılığa gəldilər və
yüksək səviyyəli görüşlər arasındakı vaxt intervalını azaltmaq, həmçinin xarici
işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun görüşlərinin sayının
ildə 5 dəfəyədək yüksəldilməsi ilə bağlı istəklərini ifadə etdilər [25, s. 27].
Sammitlə bağlı III fəsildə daha ətraflı məlumat veriləcəkdir.
29 sentyabr 2014-cü il tarixində isə Xəzər dənizinin hüquqi statusu,
təhlükəsizlik, bioloji resurslar və ətraf mühit kimi məsələləri müzakirə etmək
məqsədilə Xəzəryanı dövlətlərin başçıları Həştərxanda 4-cü Xəzər Zirvəsində
toplaşdılar. Çıxışlarında prezidentlər zirvə görüşünü Xəzərin hüquqi statusu ilə
bağlı 18 illik mübahisələrin həlli baxımından mühüm irəliləyiş adlandırmışlar.
Vladimir Putin nitqində qeyd etmişdir: "Biz bütün tərəflərin uzunmüddətli
maraqlarına cavab verən beştərəfli əməkdaşlığın prinsiplərini razılaşdırmışıq və
Dostları ilə paylaş: |