Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
  1   2   3   4   5   6   7   8   9   ...   30


 



«Beynəlxalq münasibətlər tarixi» fənni üzrə imtahan suallarının  



cavabları 

 

 



 1.Assuriya dövlətinin beynəlxalq siyasəti. Aşşurbanipalın diplomatiyası. 

II minilliyin ortalalarında Assuriya dövlətinin nüfuzu və rolu güclənməyə başlayır. 

Tədricən  e.ə.  XIV  əsrdən  başlayaraq  Assuriya  inkişaf  etməyə  başlayaraq  Qədim 

Şə

rqin güclü dövlətinə çevrilir. Assuriya siyasətinin əsasını məhsuldar əraziləri ələ 



keçirmək, mühüm ticarət yolları üzərində nəzarət əldə etmək təşkil edirdi. Cografi 

mövqeyi daima qonşularla toqquşmalara səbəb olur, fasiləsiz müharibələrə aparıb 

çıxarırdı.  Assuriya  hökmdarlarının  təcavüzkarlıq  si-yasəti  Yaxın  Şərq    dövlətləri 

arasında  güclü  narahatçılıga  səbəb  olur  və  ümumi  təhlükə  qarşısında  qarşılıqlı 

ə

davəti unutdururdu.  



I  Adadnirari  (e.ə.  1307-1275)  işğalçılıq  müharibələrini  genişləndirdi.  lk 

növbədə  o,  Bablistan  və  e.ə.  XVI  əsrdə  Assuriyadan  qərbdə  meydana  gəlmiş 

Mitani dövlətinə qarşı yürüşlər təşkil etdi. O, xeyli qənimət ələ keçirsə də, şimal-

şə

rq  bölgələrində  möhkəmlənə  bilmədi.  Lakin  I  Tiqlatpalasar(e.ə.  1115-1077) 



hakimiyyətə gəldikdən sonra Assuriya yenidən siyasi yüksəliş mərhələsinə qədəm 

qoydu.  Bu  zaman  Ön  Asiyada   siyasi vəziyyət  kökündən  dəyişmişdi.  Misir  Şərqi 

Aralıq  dənizi  mülklərini  əlində  saxlamaq  iqtidarında  deyildi.    Het  dövləti  artıq 

məhv olmuşdu. Assuriyanın yeganə hegemon dövlət olması imkanı yaranmışdı. I 

Tiqlatpalasar  qərb  səfəri  zamanı  Aralıq  dənizi  sahilinə  çatdı.  Burada  Finikiyanın 

ticarət  şəhərləri,  o,  cümlədən  Bibl  və  Sidon  Assur  hökmdarına  xərac  verdilər.  I 

Tiqlatpalasarın  vəfatından  sonar  Assuriya  yeni  tənəzzül  dövrünə  qədəm  qoydu, 

qərbdən  gələn  arami  tayfalarının  axınına  məruz  qaldı.  Assuriya  əvvəlki  qüdrətini 

itirdi və təxminən iki əsr özünə gələ bilmədi. 

III Tiqlatpalasarın(e.ə.744-727) daxili və xarici siyasəti, gördüyü tədbirlər 

Assuriyanı  böhran  vəziyyətindən  çıxartdı və  yeni  yüksəlişini  təmin  etdi.  O,  hərbi 

və inzibati islahatlar həyata keçirdi. E.ə. 743-cü ildən başlayaraq Assuriya Şimali 

Suriyada  yaranmış  hərbi  ittifaqa  qarşı  müharibələrə  başladı  və  bu ittifaqı  dağıtdı. 



 

Babili Assuriyaya tabe etdi. Assuriya artıq Ön Asiyanın ən qüdrətli dövlətinə çev-



rilmişdi.  II  Sarqon  Urartu  və  Manna  ilə  toqquşmalı  oldu.  E.ə.  715-713-cü  illər 

ə

rzində  o  bu  ərazilərə  hərbi  yürüşlər  təşkil  etdi.  Urartunu  məglub  edərək  işgal 



olunmuş  Manna  torpaqlarını  geri  qaytardı,  çünki  Mannada  assurmeyilli  siyasət 

güclü idi. 

Assuriya  diplomatiyasının  son  qüdrətli  hökmdarı  Aşşurbanipal(e.ə.669-

626)  olmuşdur.  Onun  bütün  hakimiyyəti    tez-tez  anti-assur  koalisiyaları  ilə  ağır 

müharibələr aparmaqla keçmişdir. Assuriya qonşu ölkələrdə hərbi vahimə yaradan, 

sanki  məğlubedilməz  bir  dövlətə  çevrilmişdi.  Buna  baxmayaraq  işğal  olunmuş 

ölkələr  sakit  qalmırdılar.  Aşşurbanipal  bütün  istiqamətlərdə  müharibələr  aparmaq 

məcburiyyətində  qalırdı.    Misir  tez-tez  üsyan  qaldırırdı.  E.ə.  661-ci  ildə  Aşşur-

banipal  Misirə  sonuncu  hərbi  yürüş  təşkil  etdi.  O,  Fiv  şəhərinə  kimi  gəlib  çatdı. 

Misirlilər güclü müqavimət göstərə bilmədilər. O, Misirdə hakimiyyətə öz adamını 

təyin etdi. Babilistan Assuriyaya qarşı gizli ittifaq yaratmışdı. Bu ittifaqa Elam da 

daxil  idi.  E.ə.  648-ci  ildə  Aşşurbanipal  Bablistana  yürüş  təşkil  etdi.  Uzun  sürən 

mühasirədən  sonra  o,  Babil  şəhərini  tutdu.  Babilistanı  işğal  etdikdən  sonra  o, 

Elamın  kiçayarası hadisələrinə müdaxiləsinin qarşısını almaq üçün oraya bir neçə 

hərbi  yürüş  təşkil  etdi.  Elamın  daxilində  hakimiyyət  uğrunda  gedən  mübarizə 

assurların  təcavüzünə  müqavimət  yaratmaq  imkanı  vermədi.  Nəhayət,  e.ə.639-cu 

ildə Aşşurbanipal Elamın paytaxtı Suz şəhərini tutdu və dağıtdı. Bu zərbədən Elam 

bir daha özünə gələ bilmədi. 

Hələ  Misir  yürüşündən  sonra  Aşşurbanipal  Manna  ilə  hərbi  münaqişəyə 

girmişdi.  E.ə.  660-cı  ildə  assurlar  Manna  sərhədlərində  Ahşerinin  ordusu  ilə 

döyüşə girdilər. Manna hökmdarı Ahşeri məğlub oldu və geriyə çəkildi. Mannalılar 

bu məğlubiyyəti hökmdara bağışlamadılar və onu öldürdülər. Manna Assuriyanın 

təsir  dairəsinə  düşdü,  lakin  hakimiyyətini  saxladı.  Bundan  sonra  Manna  Assu-

riyanın yenidən müttəfiqinə çevrildi. 

Aşşurbanipalın  uğurlu  müharibələrinə  baxmayaraq  Assuriya  dövləti  daxi-

lən zəifləyirdi. Aşşurbanipalın vəfatından sonra Assuriyanın rəqibləri birləşdi.  lk 

növbədə  e.ə.  626-cı  ildə  Nabupalasar  Babilistanı  müstəqil  dövlət  elan  etdi.  O, 



 

Midiya  hökmdarı  Kiaksarla  ittifaqa  girdi.  E.ə.  615-ci  ildə  müttəfiqlər  Assuriyaya 



daxil  oldular.  E.ə.612-ci  ildə  isə  dövlətin  paytaxtı  Nineviya  şəhəri  müttəfiqlərin 

ə

linə  keçdi.  E.ə.  605-ci  ildə  Karxemiş  şəhəri  yaxınlığında  Assuriya  ordusu  ilə 



müttəfiqlər  arasında  döyüş  başladı.  Assurlar  və  onlara  köməyə  gəlmiş  misirlilər 

məğlubiyyətə  uğradılar.  Qonşu  xalqlara  vahimə  yaradan  Assuriya  dövləti  məhv 

oldu. Onun ərazisi Babilistan ilə Midiya arasında bölüşdürüldü.  

 

2.Qədim yunan diplomatiyası. 

Tarixi  inkişaf  boyunca  Qədim  Yunanıstan  bir-birini  əvəz  edən  bir  sıra 

ictimai sistemlərdən keçmişdir. Yunanıstan tarixinin antik dövründə e.ə. XII əsrdən 

başlayaraq  quldarlıq  dövləti  təşəkkül  tapır.  Klassik  dövr  Yunanıstanı  üçün  siyasi 

təşkilin şəhər dövlət, yəni polislər adlanan tipi xarakterik idi. Bu müstəqil qruplar 

arasında  beynəlxalq  əlaqələrin  müxtəlif  formaları  meydana  gəlmişdi.  Qədim 

Yunanıstanda  icmalar  və  şəhər  dövlətlər  arasındakı  münaqişələri  nizama  salmaq 

üçün xüsusi müvəkkillər, yaxud səfirlər göndərirdilər. Səfirlər Xalq məclisində 50 

yaşından  yuxarı  olan  vətəndaşlar  arasından  seçilirdilər.  “Ağsaqqal”  termini 

buradan  yaranmışdır.  Adətən,  səfirlər  böyük  hörmətə  malik  olan  varlı,  təmkinli, 

ağıllı  vətəndaşlar,  habelə  natiqlər  içərisindən  seçilirdilər.  Çox  hallarda  səfir 

tapşırıqları  şəhərlərin  ali  rütbəli  şəxslərinə  verilirdi.  Bəzi  diplomatik  tapşırıqları 

xüsusi  adamlar,  yaxud  əvvəllər  seçkili  vəzifədə  işləmiş  və  nüfuzunu  qoruyub 

saxlaya  bilmiş  şəxslər  yerinə  yetirirdilər.  Səfirlik  üzvlərinin  sayı  şəraitdən  asılı 

olaraq  müəyyən  edilirdi.  Səfirliyin  bütün  üzvləri  bərabər  hüquqa  malik  idilər. 

Səfirliyi  yola  salarkən  onlara  zəmanət  məktubu  verilirdi.  Səfirliyin  qarşısında 

qoyulmuş məqsəd haqqında səfirə təqdim olunmuş təlimatda göstərilirdi. Təlimat 

səfirlik üçün rəhbərlik rolunu oynayırdı, lakin tələb olunduğu hallarda onlar sərbəst 

fəaliyyət  göstərmək  hüququna  malik  idilər.  Öz  ölkələrinə  qayıdan  səfirlər 

fəaliyyətlərinin  nəticələri  barədə  Xalq  yığıncağında  məruzə  edirdilər.  Fəaliyyət-

lərindən  razı  qaldıqda  onlara  hədiyyələr  verilirdi.  Yunanıstan  diplomatiyası  və 

beynəlxalq  hüququ  dərin  tarixi  koklərə  malikdir.  Beynəlxalq  əlaqələrin  ilkin 

rüşeymləri dövlətlərarasi sazişlər formasında özünü göstərirdi. Antik dövlətlərdə, o 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə