Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   22   23   24   25   26   27   28   29   30

 

88 


Almaniyanın qərb cəbhəsindəki irəliləyişinə mane oldu. O, qoşunlarının müəyyən 

hissəsini Şərq cəbhəsinə atmalı oldu. Sayca üstünlük təşkil etmələrinə baxmayaraq 

rus hərbi hissələri Şərqi Prussiyada ağır məğlubiyyətə uğradılar. Şərqi Prussiyadakı 

məğ-lubiyyətinə  baxmayaraq  rus  orduları  avqustun  axırlarında  Cənub-Qərb 

cəbhəsində  Qalisiya  strateji  əməliyyatına  başladılar.  Iki  qat  üstünlüklərindən 

istifdadə  edən  rus  qoşunları  burada  Avstriya-Macarıstan  orduları  üzərində  qələbə 

qazandılar.  1914-cü  ilin  payızında  Şərq  cəbhəsində  döyüşlər  dəyişkən  uğurlar 

şə

raitində  baş  verirdi.  Artıq  dekabrda  bu  cəbhədə  vəziyyət  sabitləşdi.  Hərbi 



ə

məliyyatlar  uzun  sürən  mövqe  saxla-maq  xarakteri  aldı.  Şərq  cəbhəsindəki  belə 

vəziyyət  alman  komandanlığına  Qərb  cəbhəsində  fəallığı  artırmağa  imkan  verdi. 

Alman  qoşunları  Fransa  paytaxtı  istiqamətində  hücuma  başladılar.  Ən  böyük  və 

həlledici  döyüşlərdən  biri  Marna  çayı  ətrafında  baş  verdi.  Bu  döyüşdə  hər  iki 

tərəfdən  itkilərin  sayı  xeyli  çox  idi.  Sentyabrın  9-da  Antanta  qoşunları  almanları 

geri oturtmağa nail oldular. Marna məğlubiyyətindən sonra alman ordusu Belçika 

ə

razilərinə çəkildilər. Beləliklə 1914-cü ilin axırı üçün Qərb cəbhəsində də mövqe 



döyüşləri  vəziyyəti  yarandı.  Hər  iki  tərəf  mövqeləri  saxlamaq  uğrunda  döyüşlər 

aparmağa başladılar. Beləliklə 1914-cü il döyüş kompaniyası ümumən Antantanın 

üstünlüyü  ilə  başa  çatdı.  Alman  komandanlığının  ilk  strateji  planları  pozuldu  və 

hərbi əməliyyatlar uzanmağa başladı. 1915-ci ilin əvvəlində almanlar Şərq cəbhəsi 

boyu hücuma keçdi. Rus ordusunun müqaviməti qırıldı. Rusiya bütün cəbhələrdə 

müdafiə mövqeyinə üstünlük verdi. Əvvəllər zəbt edilmiş Qalisiya, habelə Polşa və 

Litva almanların əlinə keçdi. Beləliklə 1915-ci il hərbi kompaniyası nəinki cəbhə-

lərdə  vəziyyəti  sabit  saxladı,  hətta  Almaniya  koalisiyasının  strateji  təşəbbüsü  ələ 

alması ilə nəticələndi. 1916-cı ildə Almaniya və onun müttəfiqləri qazanılmış stra-

teji  təşəbbüsü  əldə  saxlamağa  və  Qərb  cəbhəsində  sarsıdıcı  zərbələr  endirməyə 

cəhd  göstərdilər.  1916-cı  il  fevralın  21-də  Verden  qalası  ətrafında  döyüş  başladı. 

Bir  neçə  ay  davam  edən  bu  döyüşlərdə  50  alman  və  65  fransız  diviziyası  iştirak 

edirdi.  Bu  döyüşlərdə  tanklardan  (ilk  dəfə),  yüngül  pulemyotlardan  istifadə  edil-

miş,  kimyəvi  silahlar  geniş  tətbiq  olunmuşdu.  Qoşunların  şəxsi  heyətinin  itkisi 

70%-ə çatmışdı. Alman qoşunları 5-6  km irəliləyə bilmişdilər. Bu döyüş əslində 



 

89 


mənasız qan tökmə simvolu olmuşdu. Verden döyüşlərinin gərgin vaxtında Antan-

ta Qərb cəbhəsində Somma çayı rayonunda geniş cavab hücumuna başladı. Somma 

döyüşü 1916-cı ilin noyabrına kimi davam etdirildi. Verden və Somma döyüşləri 

müharibədə ən çox kütləvi qırğın döyüşləri olmuşdu.  

          1916-cı  ilin  yayında  Rusiya  cəbhəsində  fəallaşma  baş  verdi.  Rus  koman-

danlığı almanların Verden döyüşlərindən diqqətini yayındırmaq məqsədilə Baltik-

dən  Rumıniyaya  qədər  cəbhədə hücuma  keçmək  planı hazırladı.  General  A.  Bru-

silovun  komandanlıq  etdiyi  Cənub-Qərb  cəbhəsinin  qoşunları  düşmən  cəbhəsini 

yararaq  70-75  km  irəlilədilər.  Avstriya-Macarıstan  ordusuna  ciddi  zərbə  vuruldu. 

Bu, əməli olaraq italyan ordularını darmadağın olmaqdan xilas etdi və Rumıniyanı 

Antanta  tərəfdən  mü-haribəyə  girməyə  məcbur  etdi.  1915-1916-cı  illərdəki  hərbi 

kompaniyaların  başlıca  yekunu  dördlüyün  zəifləməyə  başlaması  və  Antantanın 

xeyrinə dönüşün yaranmasından ibarət idi. Belə bir şəraitdə müharibənin 1917-ci il 

döyüş  kompaniyası  başladı.  O,  Antantanın  üstünlüyü  şəraitində  gedirdi.  1917-ci 

ilin aprelində ABŞ-ın Antanta tərəfdən müharibəyə girməsi bu üstünlüyü daha da 

artırdı. 

 

48

. Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla münasibətləri. 

Azərbaycan xarici siyasəitnin qarşısında duran ciddi məsələlərdən biri qonşu 

dövlətlərlə  qarşılıqlı  mehriban  münasibətlər  yaratmaq,  müəyyən  mə-sələlərə 

münasibətdə  Qafqaz  həmrəyliyinə  nail  olmaq  idi.  Azərbaycan  par-lamentinin 

Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə de-yilirdi: «Qafqaz elə 

bir  vəziyyət  qarşısındadır  ki,  bu  ərazi  üzərində  qurulmuş  olan  cümhuriyyətlər 

müqabil dostluq və həmrəylik yapmadan yaşaya bil-məzlər». Cənubi Qafqazın üç 

yeni  respublikası-  Azərbaycan,  Gürcüstan  və  Ersmənistan  arasında  sülh  və 

sabitliyin  yaradılması  çox  çətin  oldu.  Müstə-qilliyin  ilk  günlərində  Gürcüstan 

hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstanın sərhədlərini 

müəyyən  etmək  adı  altında  mövcud  vəziyyəti  dəyişmək  cəhdləri  Azərbaycan 

hökumətinin  müqaviməti  ilə  qar-şılaşdı.  Azərbaycan  Cümhuriyyətinin  xarici  işlər 

naziri M.H.Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli 



 

90 


qərarına  etiraz  edərək  Gürcüstan  hökumətinin  Xarici  şlər  darəsinin  başçısına 

yazırdı: «Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət 

olan hissələrinin  əhalisi    öz nümayəndələri  vasitəsi ilə  Azərbaycan  Cümhuriyyəti 

tərkibində  olmaq  arzularını  ifadə  etdiklərini  nəzərə  alaraq,  mənim  höku-mətim 

gürcü  hökumətinin  yuxarıda  qeyd  olunan  sərəncamına  qarşı  qəti  etiraz  edir  və 

ölkələrimiz  arasında  mehriban  qonşuluq  münasibətlərinin  sax-lanması  naminə 

Borçalı  qəzasının  hüdudlarından  qoşun  hissələrini  çıxar-maq,  Azərbaycan 

ə

razisinin  yuxarıda  qeyd  edilən  hissələrinin  tutulması  haqqında  sərəncamı  ləğv 



etmək  üçün  təcili  tədbirlər  görməyi  təkidlə  xahiş  edir».  Azərbaycan  hökumətinin 

ciddi  səyi  ilə  Qarayazıdakı  status-kvo  saxlanıldı,  Azərbaycan  ordu  hissəsinin 

burada  qalması  şərti  ilə  beynəlxalq  komissiya  yaradılması  barədə  razılıq  əldə 

edildi.  Az  sonra  isə  məsələnin  müzakirəsi  1919-cu  il  aprelin  25-də  Tiflisdə  işə 

başlayan  Qafqaz  Konf-ransının  gündəliyinə    daxil  edildi.  Lakin  1919-cu  ilin 

iyununda Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, Qafqaz Konfransı öz işini 

dayandırdı.  Denikin  ordusunun  Dağıstan  üzərinə  hücumu  və  Cənuba  doğru 

irəliləməsi  Azərbaycan  və  Gürcüstan  əməkdaşlığını  zərurətə  çevirdi.  Yaranmış 

vəziy-yətdə Ümumqafqaz həmrəyliyinin yaradılmasında Azərbaycan diplomatiyası 

Gürcüstanla  əlaqələrin  genişləndirilməsinə  xüsusi  diqqət  yetirirdi.  1919-cü  il 

iyunun  16-da  iki  dövlət  arasında  3  il  müddətinə    hərbi-müdafiə  paktının 

imzalanması  Azərbaycan  Cümhuriyyətinin  dəyərli  diplomatik  addımı  hesab 

edilməlidir.  Bu  pakta  görə,  Azərbaycan  və  Gürcüstanın  istiqlaliyyəti  və  ərazi 

bütövlüyünə  hər  hansı  dövlət  tərəfindən  təcavüz  olduğu  təqdirdə  müqavilə-ni 

bağlayan  tərəflər  öz  öhdələrinə  bir-birinə  hərbi  yardım  göstərmək  borcu-nu 

götürmüşdülər.  Eyni  zamanda,  müqavilənin  10-cu  bəndində  göstərilirdi  ki,  «bu 

müqavilə barədə rəsmi məlumat verildikdən sonra Ermənistan iki həftə ərzində bu 

müqaviləyə  qoşula  bilər».  Həmin  müqavilə  iyun  ayının  27-də  hər  iki  ölkənin 

parlamentlərində  təqdim  edildi.16  iyun  hərbi-müdafiə  pak-tına  uyğun  olaraq 

tərəflər  hərbi-texniki  saziş  imzaladılar  və  birgə  Hərbi  Şura  yaratdılar.  ngilis 

komandanlığının  Azərbaycan-Gürcüstan  müdafiə  paktına  münasibəti  əvvəlcə 

mənfi  idi,  lakin  sonralar  dəyişdi.  Britaniyanın  Şərqi  Av-ropa  və  Qafqazda  olan 




 

91 


qüvvələrinin  baş  komandanı  C.Miln  Denikinin  Cənuba  doğru  hərəkəti  ilə  razı 

olmadığı  barədə  baş  nazir  N.Yusifbəyliyə  radioteleqram  göndərdi.  Müstəqilliyin 

ilk günlərindən Gürcüstan Respub-likası ilə qurulan diplomatik əlaqələr çox çətin 

və ziddiyyyətli yol keçsə də, 1920-ci ilin əvvəllərində normal məcraya düşdü. Hər 

iki respublikanın müstəqilliyi Versal Ali Şurası tərəfindən de-fakto tanındı. 

 

49.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Sovet  Rusiyası  ilə  münasi-



bətləri. Azərbaycan Cümhuriyyətinin süqutu. 

Lakin  hadisələrin  sonrakı  gedişi    nəzərdə  tutulan    tədbirləri  həyata  ke-

çirməyə  imkan  vermədi.  Sovet  Rusiyası tərəfindən  təhlükə  getdikcə  artırdı.  Buna 

görə  də  1920-ci  il  yanvarın  2-də  RSFSR  Xalq  Xarici  şlər  Komissarı  Q.  V. 

Çiçerinin  ağqvardiyaçı  Denikin  ordusuna  qarşı  hərbi  ittifaq  bağlamaq  təklifi  ilə 

xarici  işlər  naziri  F.  Xoyskiyə  göndərdiyi  nota  Azərbaycanı  Rusi-yanın  daxili 

münaqişələrinə  cəlb  etmək  və  bununla  da  gələcəkdə  Azərbay-canı  işğal  etmək 

üçün nəzərdə tutulan siyasi manevrdən başqa bir şey deyildi. Çiçerin notasının əsas 

məqsədini başa düşən Azərbaycan xarici işlər naziri F. Xoyski onun təklifini rədd 

etdi.  Bolşevik  təhlükəsinin  real  oldu-ğunu  nəzərə  alan  F.  Xoyski  hökumətdən 

respublikada  fövqəladə  vəziyyət  tətbiq  etməyi,  parlamentin  buraxılmasını,  yaxın 

vaxt  ərzində  Müəssislər  Məclisinə  seçkilər  keçirilməsini  tələb  etdi.  Sovet 

Rusiyasına  münasibət  mə-sələsi  Azərbaycanın  siyasi  partiyaları  arasında  əsas 

ziddiyyət  nöqtəsinə  çevrildi.  Sosialistlər  və  ittihadçılar  Çiçerinin  notasına  müsbət 

cavab  vermək  tərəfdarı  idilər.  Hökumətin  siyasətinə  qarşı  onun  bəzi  üzvləri  də 

müxalifətçi  mövqe  tutdular.  Əsas  mübahisə  Sovet  Rusiyasına  loyal  münasibətin 

tərəf-darı daxili işlər naziri M. H. Hacınski ilə Rusiya təzyiqinə qarşı radikal təd-

birlər  görülməsinin tərəfdarı  olan xarici işlər naziri  F.  Xoyski  arasında baş verdi. 

Radikallar  qalib  gəldilər  və  1920-ci  il  fevralın  18-də  M.  H.  Hacınski  daxili  işlər 

naziri  vəzifəsindən  getdi,  lakin  ticarət,  sənaye  və  ərzaq  naziri  vəzifəsini  tutdu. 

Martın  ortalarında  müsavatçılar  və  bitərəflər  fraksiyasının  birgə  iclasında  bu 

məsələ  tam  kəskinliyi  ilə  qoyuldu.  M.  H.  Hacınski  öz  baxışlarını  şərh  etdi.  F.X. 

Xoyski başda olmaqla digər qrup M. H. Hacın-skinin məruzəsini mənfi qarşıladı. 



 

92 


F. Xoyski qeyd edirdi ki, “heç bir rus par-tiyası, heç bir Rusiya hökuməti heç vaxt 

Zaqafqaziya  respublikasının  müs-təqilliyini  tanımayacaq  və  yalnız  Qafqaz 

xalqlarının güclü ordusu və əldə silah müstəqilliyini qorumaq əzmi olduğu zaman 

Qırmızı  Moskva  bizimlə  hesablaşacaq  və  bizim  sərhədlərimizi  keçməyəcəkdir”. 

Buna görə də sərt xəttin tərəfdarları respublikanı müdafiə etmək üçün bütün zəruri 

tədbirləri görməyə və ölkəni kommunist ünsürlərindən və onlara rəğbət bəsləyən-

lərdən təmizləməyə çağırırdı. Bu tədbirləri həyata keçirmək üçün onlar hökumətə 

fövqəladə səlahiyyətlər verməyi və vaxt itirmədən qonşu respub-likaları Qafqazın 

birgə müdafiəsinə çağırmağı təklif etdilər. Lakin sərt kurs tərəfdarlarının təklifləri 

qəbul  edilmədi.  Azərbaycan  hökumətində  daxili  mübarizənin  davam  etdiyi  bütün 

dövr ərzində Sovet Rusiyası tərəfindən təzyiq hiss olunurdu. Xarici işlər naziri F. 

Xoyskinin  Rusiya  ilə  hərbi  itti-faqdan  imtina  etməsinə  cavab  olaraq  1920-ci  il 

yanvarın  23-də  Çiçerin  ikinci  notanı  göndərdi  və  Azərbaycanı  Rusiyadakı  hərbi 

münaqişəyə cəlb etmək üçün yenidən təşəbbüs göstərdi.1920-ci il martın 17-də V. 

. Leninin Qafqaz cəbhəsi Hərbi- nqilabi Şurası adından göndərdiyi teleqram sovet 

hökuməti-nin Azərbaycana münasibətindəki gizli niyyətlərdən xəbər verir: “Bizim 

üçün  Bakını  ələ  keçirmək  son  dərəcə  vacibdir.  Bütün  səyləri  bu  istiqamətə 

yönəldin,  həm  də  bəyanatlar  sırf  diplomatik  olmalıdır,  möhkəm  yerli  sovet 

hakimiyyətinin  hazırlanmasında  maksimum  yəqinlik  əldə  edilməlidir”.  F.  X. 

Xoyski Q. V. Çiçerinin yeni notasını cavabsız qoymadı və 1920-ci il martın 7-də 

Azərbaycan  xarici  işlər  nazirinin  daha  qətiyyətli  şəkildə  tərtib  olunmuş  üçüncü 

notasını göndərdi. F. Xoyski qeyd edirdi ki, mehriban qonşuluq mü-nasibətlərinin 

yaradılması yalnız hər iki tərəfin suverenliyi əsasında həyata keçirilə bilər və məhz 

bu  cəhətdən  Azərbaycan  hələ  Sovet  Rusiyası  tərə-findən  heç  bir  həmrəylik 

görməmişdir.   

Azərbaycan  tərəfinin  bütün  diplo-matik  cəhdlərinə 

baxmayaraq  aprelin  27-də  hökumətə  ultimatum  veril-di.

1920-ci  il  aprelin 

27-də  axşam  saat  11  radələrində  parlament  hakimiy-yətinin  Azərbaycan  nqilab 

Komitəsinə  verilməsi  haqqında  qərar  qəbul  etdi.  Parlament  sədrinin  müavini 

M.Y.Cəfərov  və  şlər  darəsinin  direktoru  M.Və-kilov  tərəfindən  imzalanmış 



 

93 


sənəddə hakimiyyətin verilməsi şərtləri göstəri-lirdi: «Nəzərinizə çatdırırıq ki, biz 

aşağıdakı şərtlərlə hakimiyyəti təhvil ve-ririk: 

1.  Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaysanın tam müs-təqilliyi 

saxlanılır; 

2.   Azərbaycan Kommunist Partiyasının yaratdığı hökumət müvəqqəti orqan 

olacaqdır; 

3.  Hər  cür  xarici  təzyiqlərdən  asılı  olmayaraq  Azərbaycanın  qəti  idarə 

formasını  Azərbaycan  Fəhlə,  Kəndli  və  Əsgər  Deputatları  Soveti 

simasında Azərbaycanın ali qanunvericilik orqanı müəyyən edə-cəkdir; 

4.  Hökumət  idarələrinin  bütün  qulluqçuları  öz  yerlərində  qalır  və  yalnız 

məsul vəzifə tutan şəxslər dəyişdirilir; 

5.  Yeni təşkil olunan müvəqqəti kommunist hökuməti parlament üzv-lərinin 

həyatının və əmlakının toxunulmazlığına təminat verir; 

6.  Hökumət Qızıl Ordunun döyüşlə Bakıya girməsinin qarşısını almaq üçün 

tədbirlər görəcəkdir; 

7.  Yeni  hökumət  kimin  tərəfindən  təşkil  edilməsindən  asılı  olmayaraq 

Azərbaycanın  müstəqilliyinə  son  qoymaq  məqsədi  güdən  bütün  xarici 

qüvvələrə  qarşı  qəti  tədbirlərlə  və  bütün  vasitələrlə  mübarizə 

aparacaqdır». 

Qərarın  yekun  hissəsində  göstərilirdi:  «Azərbaycan  parlamenti  özünün 

fövqəladə  iclasında  səs  çoxluğu  ilə  bu  şərtləri  qəbul  etmişdir  və  onu  Sizin  nəzə-

rinizə çatdırdıq». 



 

50. Versal-Vaşinqton sistemi və onun mahiyyəti. 

        1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə Birinci dünya 

müharibəsinə  yekun  vuran  sülh  müqaviləsi  imzalandı.  Almaniya  Elzas-Lotaringi-

yanı  Fransaya  qaytarırdı,  Reynin sol sahilində hərbsizləşdirilmiş zona  yaradılırdı. 

Reynin  sağ  sahilindəki  ərazi  müttəfiq  qoşunları  tərəfindən  işğal  olunurdu.  Saar 

hövzəsinin  kömür  mədənləri  Fransanın  mülkiyyətinə  verilirdi,  Saar  vilayətini  isə 

15 il ərzində Millətlər Cəmiyyəti idarə etməli idi. Almaniya Polşanın müstəqilliyini 



 

94 


tanıyır və yuxarı Sileziyadakı torpaqların bir hissəsini ona verirdi. Sərhədlərin bu 

dəyişməsi nəticəsində Almaniya ərazisinin səkkizdə bir, əhalisinin bir hissəsini iti-

rirdi. Müqavilə ilə Almaniyaya hərbi məhdudiyyətlər də tətbiq edilirdi. Versal sül-

hü  Almaniyada  qisasçı  ideyaların  artması  üçün  zəmin  yaratdı.  Versalda  Birinci 

dünya müharibəsinə yekun vurulduqdan sonra Antanta ölkələri Almaniyanın müt-

təfiqləri ilə sülh müqavilələrinin bağlanması ilə məşğul oldular. 

       Almaniyanın  müttəfiqi  olan  Avstriya-Macarıstan  imperiyası  müharibə 

nəticəsində parçalandı. Onun əvəzinə Avstriya və Macarıstan yarandı. Çexoslova-

kiya da ayrıldı. Bu imperiyanın ərazisində Serb-Xorvat-Sloveniya dövləti də yaran-

dı.  Avstriya  ilə  Sen-Jermen  sülh  müqaviləsi  1919-cu  il  sentyabrın  10-da  imza-

landı. Müqaviləyə görə Moraviya, Slovakiya Çexiyaya, Bukovina, Transilva-niya 

və Banatanın şərq hissəsi Rumıniyaya verildi. Müqavilə Avstriyaya Alma-niya ilə, 

yaxud  hər  hansı  bir  dövlətlə  birləşməyi  qadağan  edirdi.  Ona  30  minlik  qoşun 

saxlamaq  hüququ  verildi.  1922-ci  ildə  Avstriyadan  təzminat  alınması  20  il 

müddətinə təxirə salındı. 

1919-cu  il  noyabrın  27-də  Bolqarıstanla  Heyi  müqaviləsi  imzalandı. 

Müqavilə  ilə  Bolqarıstan  Qərbi  Frakiyanı  Yunanıstana  verməklə  Egey  dəni-zinə 

çıxmaqdan məhrum edildi. Cənubi Dobruca Rumıniyaya, bolqar torpaq-larının bir 

hissəsi  isə  Yuqoslaviyaya  verildi.  Ölkə  Egey  dənizinə  çıxışını  itirdi.  O,  20  min 

nəfərlik  qoşun  saxlaya  bilərdi.  Ona  hərbi  donanma  və  hərbi  aviasiya  yaratmaq 

qadağan edildi. Bolqarıstan 37 il ərzində 2,25 milyard frank təzmi-nat verməli idi.  

Macarıstanla  sülh  müqaviləsi  başqalarından  daha  gec  işlənib  hazırlandı 

və  razılaşdırıldı.  1920-ci  il  iyunun  4-də  Macarıstanla  Trianon  müqaviləsi  imza-

landı.  Müqaviləyə  görə  Macarıstan  Avstriyanın,  Rumıniyanın  və  Çexoslovaki-

yanın sərhədlərini tanıdı. Macarıstan 35 minlik ordu saxlaya bilərdi. Ölkə dəni-zə 

çıxışdan məhrum olurdu, onun bütün donanması qaliblərə verilirdi. 

1920-ci  il  avqustun  10-da  Türkiyə  ilə  Sevr  müqaviləsi  imzalandı.  Mü-

qaviləyə görə Türkiyə Suriya, Livan, Fələstin,  rak və Ərəbistan yarımadasındakı 

bütün  mülklərindən  imtina  etməli  oldu.  Türkiyə  Misir,  Sudan  və  Kiprdə  ngil-

tərənin, Mərakeş və Tunisdə isə Fransanın hüquqlarını tanıdı. Ədirnə şəhəri daxil 




 

95 


olmaqla  Frakiyanın  bir  hissəsi,  zmir  şəhəri  Yunanıstana,  Dodokanez  adaları 

taliyaya  verildi.  Türkiyə  50  min  nəfərlik  qoşun  saxlaya  bilərdi.  Hərbi  donanma 

yaratması  qadağan  edildi.  Qara  dəniz  boğazlarının  sahili  tərksilah  edilməli  və 

beynəlxalq komissiyanın nəzarətinə verilməli oldu.  

       1919-1922-ci illərin sülh müqavilələri göstərdi ki, qalib qərb dövlətləri öz ağa-

lıqlarının  bəqərar  olmasına  və  milli  azadlıq  hərəkatlarının  yatırılmasına  yönəlmiş 

siyasət yeridirlər. Paris və Vaşinqton konfransında imzalanmış müqavilələr əsasın-

da formalaşan yeni beynəlxalq münasibətlər sistemi Versal-Vaşinqton sistemi adla-

nır. Bu sistem onu tədricən zəiflədən ziddiyyətlərlə birlikdə ikinci dünya müharibə-

sinədək mövcud olmuşdu. 

 

 

 



 

 

 

 

 



 

 

    



 

  

 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə