Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   2   3   4   5   6   7   8   9   ...   30

 

10 


nı da dəyişməmişdilər. Romalılar incə diplomatiya işlətməklə, bu dövlətlər arasın-

da özlərinə inam yaradır, onları Roma dövlətinin siyasətinə tabe edirdilər. 

Romanın  apardığı    müharibələrdən  Roma  diplomatiyasının  fəaliyyəti  bö-

yük olmuşdur. Bu zaman Roma  diplomatiyası öz xarici siyasətini pərdələmək və 

ona  bəraət  qazandırmaq  üçün  azadlıq,  insanpərvərlik,  ədalət  kimi  məfhumlardan 

geniş  istifadə  edirdi.  Diplomatik  əməliyyatlarda  daxildə  düşmən  qüvvələr  təşkil 

etmək, şəhər və dövlətləri vuruşdurmaq və zəif salmaq “parçala və hökmranlıq et” 

üsulları  geniş  tətbiq  edilirdi.  Romanın  diplomatiyası  onun  hegemonluq  uğrunda 

mübarizəsinə xidmət edirdi. Yunanıstan və Karfagenin fəthi ilə Roma işğallarının 

birinci,  ən mürəkkəb mərhələsi sona çatır. E.ə. II əsrin ortalarından etibarən Roma 

böyük Aralıq dənizi dövlətinə çevrilir. Aralıq dənizi hövzəsində qələbələrini başa 

çatdıran Roma e.ə. II əsrin ikinci yarısı-I əsrlərdə Şərqdə Kiçik Asiya və Suriyada 

xarici siyasətini fəallaşdırır. Karfagen və ellin dövlətləri ilə müharibələr gedişində 

Roma imperiyası formalaşırdı. 

 

6.Bizim eranın I əsrində Romanın Şərq siyasəti. 

Şə

rqdə  Parfiya  ilə  münasibətlər  danışıq  yolu  ilə  nizama  salınmışdı.  Okta-



vian Avqust öz sələflərinə görə Şərqdə, xüsusən Parfiya ilə münasibətlərində çox 

ehtiyatlı olub, açıq döyüşlərdən uzaq durmağı və danışıqlar yolu ilə münasibətləri 

nizama salmağı üstün tuturdu. Iqtisadi əlaqələr haqqında Parfiya ilə bir sıra sazişlər 

də bağlandı. Daxili çəkişmələrdən qorxan Parfiya şahı IV Fraat da açıq döyüşlərə 

girməkdən  çəkinirdi.  Cənubi  Qafqaz  həmişə  Parfiya-Roma  münasibətlərində  əsas 

ziddiyyət  mənbələrindən  biri  idi.  Parfiyalılar  Cənubi  Qafqazda  Roma  təsirinin 

yayılması  əleyhinə  idilər.  Öz  növbəsində  romalılar  da  Parfiyanın  bu  bölgəyə 

göstərə  biləcəyi  təsirdən  ehtiyat  edirdilər.  Çünki  belə  vəziyyət  Romanın  Qara 

dənizin şimalı ilə əlaqələri, eləcə də Romanın Suriya və Kappadokiyadaki siyasəti 

üçün qorxulu olardı. Ona görə də romalılar bu bölgədə hakimiyyətə romapərəstləri  

gətirməyə çalışırdılar. Romalılar uzaq Hindistan ilə də iqtisadi münasibətlər yarat-

mağa çalışırdılar. Avqust özü iki dəfə Hindistan elçilərini qəbul etmişdir. Avqustun 

yaratdığı  siyasi  quruluş  çox  möhkəm  olub,  bir  neçə  əsr  davam  etmişdir.  Lakin 



 

11 


hakimiyyətin  irsən  keçməsi  haqqında  hələ  xüsusi  qanun  verilməmişdi.  Buna 

baxmayaraq,  onun  nəslindən  olan  adamlar  bir  neçə  müddət  hakimiyyəti  öz 

ə

llərində  saxlamışdılar.  Klavdinin  (41-54)  xarici  siyasəti  öz  fəallığı  ilə  əvvəlki 



imperatorların siyasətindən fərqlənirdi. Klavdi Dunayboyunda məskən salmış tay-

falara  hücum  edib,  burada  frakiyalıların  hakimiyyətinə  son  qoydu  və  Romanın 

mövqeyini  bütün  orta  və  aşağı  Dunay  boyunda  möhkəmlətdi.  O,  47-ci  ildə  Qara 

dənizin  şimalındakı  Pantikapeyə  ordu  göndərdi.  Burada  Romaya  qarşı  həmişə 

düşmənçilik edən Bosfor şahı III Mitridatın qoşunlarını məğlub edib, özünü də əsir 

aldılar.  Onun  yerinə  Romapərəst  Kotis  təyin  olundu.  Klavdinin  imperatorluğu 

zamanı  Roma  imperiyasının  ərazisi  Aralıq  dənizi  hövzəsindən  çox  kənara 

çıxmışdı.  

 

Neronun hakimiyyəti dövründə (54-68) xarici siyasət sahəsində ilk 5 il ərzin-



dəki  nailiyyət  Roma  dövlətinin  Şərqdəki  müvəffəqiyyətləri  hesab  edilə  bilər. 

Şə

rqdəki  əməliyyatlar  çoxlu  sərvət  vəd  etməklə  həmişə  Roma  əyanlarını  maraq-



landırırdı. Bu zaman yenidən işğalçılığa başlamış parfiyalıların Armeniyaya hücu-

mu ilə əlaqədar olaraq 55-ci ildə görkəmli sərkərdə Domisi böyük ordu ilə Şərqə 

göndərildi.  beriyanı da romalılar öz tərəflərinə çəkdilər. Bundan sonra Pont şahlığı 

və  beriya da Romanın əyalətləri elan olundular. Digər Roma ordusu Qara dənizin 

ş

imal  sahillərində  hərbi  əməliyyat  aparırdı.  Burada  romalılar  Dunayın  mənsəbinə 



yaxın  tayfaları  Romaya  tabe  etdilər.  Sonra  Krım  yarımadası  işğal  olundu.  Belə-

liklə, Qara dəniz Roma imperiyasının az qala daxili dənizinə çevrildi. 60-cı illərdən 

başlayaraq beynəlxalq miqyasdakı fəaliyyət imperiyanın daxilindəki inzibati özba-

ş

ınalıq, zorakılıq və daxili hərc-mərcliklə əvəz olundu. Dövlət işlərinin başlı başına 



buraxılması  tezliklə  xarici  siyasətdə  də  uğursuzluq  doğur-muşdu.  Neronun  haki-

miyyəti illərində Romanın Şərqdəki əməliyyatları məğlubiyyət ilə nəticələndi. 62-

ci ildə isə Roma sərkərdəsi Lüton Petin ordusu Fərat çayı yanında məğlub olaraq 

geri çəkildilər. 

 Eramızın  I  əsri  ərzində  Albaniyada  hakimiyyət  artıq  yerli  hökmdarların 

ə

lində cəmlənmişdi. Avqustun dövründə Albaniya Roma ilə dostluq münasibətləri 



saxlayırdı.  Avqust  yazırdı  ki,  bizim  dostluğumuzu  yerli  hökmdarlar  özləri 


 

12 


istəyirdilər.  Çox  keçmədi  iberlərlə  albanların  münasibəti  kəskinləşdi.  Onların 

münasibətlərinin  müharibə  şəkli  almasına  Romanın  xalqları  bir-birinə  qarşı  qoy-

maq  siyasəti  səbəb  olmuşdu.  Albaniyanın  müstəqilliyi  Romanı,  Parfiya  və  başqa 

qonşu  dövlətləri  narahat  edirdi.  Buna  görə  də  68-ci ildə  Roma  imperatoru  Neron 

albanlara  qarşı  böyük  yürüş  hazırlamağa  başladı.  O,  Dərbənd  keçidinə  hərbi 

dəstələr  göndərdi.  Yəqin  ki,  bu  keçid  albanların  əlində  idi.  Lakin  Neronun  bu 

yürüşü baş tutmadı. Roma əhalisinin üsyanı zamanı o həlak oldu. Bir müddət sonra 

Roma  hərbi  dəstələri  Albaniya  ərazisinə  gəlib  çatmışdılar.  Albaniya  Roma 

imperatorlarının siyasi təsiri altına düşmədi. Bu əsrin sonrakı onilliklərində Alban 

dövlətinin  Roma  ilə  münasibətləri  qaynaqlarda  yaxşı  əks  olunmamışdır.  27  il 

davam  edən  (69-96)  Flavilərin  hökmranlığı  Romada  ciddi  daxili  mübarizələr  və 

ə

yalətlərdəki  azadlıq  hərəkatlarının  qəddarlıqla  boğulması  şəraitində  başlamışdır. 



mperiyanın  xarici  siyasətindəki  az-çox  fəallıq  Domisianın  imperatorluğu  zamanı 

(81-96)  baş  vermişdir.  Bu  sülalədən  olan  imperatorların  xarici  siyasətində 

imperiyanın  sərhədlərinin  möhkəmləndirilməsi  və  şərq  tayfalarının  imperiya 

ə

razisinə  soxulmaq  təhlükəsinə  qarşı  tədbirlər  görmək  birinci  yer  tuturdu.  I  əsrin 



sonlarında  Kolxidada  (Qərbi  Gürcüstanda)  Roma  əleyhinə  üsyan  baş  verdi. 

Üsyanın  böyük  vüsəti  Roma  imperiyası  üçün  çox  təhlükəli  oldu.  Üsyançılar 

Romanın burada olan hərbi dayaq məntəqələrini tutdular. Üsyan məğlub oldusa da, 

romalılar  beriyanı tam hüquqlu müttəfiq kimi  tanımalı oldular.  mperator Trayan 

(98-117)  beriya və Albaniya ilə bərabər hüquqlu müttəfiq kimi hesablaşırdı. Lakin 

lazım    gəldikdə  romalılar  bu  dövlətləri  Parfiya  əleyhinə  mübarizəyə  qaldırırdılar. 

Qeyd edilməlidir ki, Roma ilə müttəfiqlik bu dövlətlər üçün də mənfətli idi. Çünki 

Ş

imali Qafqazdan Cənubi Qafqaza keçid yollarının müdafiə edilməsi bu dövlətlər 



üçün  mühüm  olduğu  kimi,  Roma  imperiyasının  şərq  əyalətlərinin  basqınlarından 

müdafiəsi üçün də əhəmiyyətli idi. Bizim eranın I-II əsrlərində Roma öz qüdrətinin 

zirvəsində  idi.  Lakin  quldarlıq  qurluşu  təsərrüfatı  tənəzzülə  doğru  aparır, 

imperiyanın qüdrətini sarsıdırdı. 



 

 


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə