Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   2   3   4   5   6   7   8   9   ...   30

 

16 


Onun xarici siyasətində, Roma imperiyasının bərpası dururdu. Ona görə də 

Qərbi  Roma  imperiyasının  xarabaları  içərisində  meydana  gəlmiş  dövlətlər  işğal 

olunmalı  idi.  534-cü  ildə  Bizans  qoşunlarının  zərbləri  altında  Şimali  Afrikada 

vandalların  dövləti  dağıldı.  taliyada  ostqotların  krallığının  işğal  olunması 

imperiyaya  daha  böyük  qurbanlar  bahasına  başa  gəldi.  Yustinian  taliyanın  işğalı 

ilə eyni zamanda  spaniyada vestqotlarla da müharibəyə başladı. 

Beləliklə, Yustinianın Roma imperiyasını bərpa etmək cəhdi, sanki, həyata 

keçirilmək  üzrə  idi.  Əvvəllər  onun  tərkibinə  daxil  olan  vilayətlərin  bir  çoxu 

yenidən  Bizansa  birləşdirildi.  Lakin  bizanslıların  ağalığı  əsarət  altına  salınmış 

ə

halinin narazılığına səbəb oldu.  Onun işğallarının  möhkəm  olmadığı  aşkar oldu. 



mperator Yustinianın ölümündən az sonra onun qərbdə işğal etdiyi ərazilər itirildi. 

VI  əsrin  ortalarından  etibarən  slavyanlar  əvvəlcə  Balkan  yarımadasının 

ş

imalını,  sonra  isə  Makedoniya  və  Yunanıstanı  işğal  etdilər.  Slavyanların  Bizans 



ə

razisində  məskunlaşması  quldarlıqdan  feodalizmə  keçidi  sürətləndirdi.  Əhalinin 

çoxu azad kəndlilərə çevrildi. Quldar malikanələri ancaq Kiçik Asiyada qalmışdır. 

ri  feodalların  güclənərək  imperatora  tabe  olmaq  istəməməsi  və  ordunun  əsasını 

təşkil edən kəndlilərin yoxsullaşması Bizansın zəifləməsinə səbəb oldu.     

 

9.Böyük Karlın diplomatiyası.     

Frank  işğalları  nəticəsində  486-cı  ildə  Xlodviqin  başçılığı  ilə  Şimali 

Qalliyada  Frank  dövləti  meydana  gəldi.  VI  əsrin  ortalarına  doğru  Frank  dövləti 

keçmiş  Roma  əyaləti  olan  Qalliyanın  demək  olar  bütün  ərazisini  əhatə  edirdi. 

Franklar Reynin o tayında yaşayan bir sıra qədim alman tayfalarını da özlərinə tabe 

etmişdilər. Frank cəmiyyətinin feodallaşmağa başlaması ilə erkən feodal dövlətinin 

meydana gəlməsi eyni zamanda gedirdi. Kral dövlət idarəçiliyinin bütün funksiya-

larını  öz  əlində  cəmləşdirdi  ki,  bunun  da  mərkəzi  kral  sarayı  oldu.  Kralın  haki-

miyyəti buna əsaslanırdı ki, o, dövlətdə  ən böyük torpaq mülkiyyətçisi idi və çoxlu 

sayda özünə sədaqətli olan drujinanın başında dururdu. O, dövləti şəxsi təsərrüfatı 

kimi idarə edir, torpaqları öz yaxın adamlarına xüsusi mülkiyyət kimi bəxşiş verir, 

dövlət gəlirləri barədə istədiyi kimi sərəncam verirdi. 



 

17 


Böyük Karlın hakimiyyəti dövründə Frank cəmiyyətində aqrar  münasibət-

lərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşu yaranmasının başa çatmasına 

gətirib çıxardı. Bu çevrilişin mahiyyəti icma üzvlərinin müflisləşməsi hesabına iri 

torpaq mülkiyyətinin sürətlə artmasından ibarət idi. 

Frank  dövlətinin    ən  qudrətli  dövrü  Böyük  Karlın(768-814)  hakimiyyəti 

illərinə düşür. O, bir sıra müharibələr nəticəsində müxtəlif tayfa-ları və xalqları öz 

hakimiyyətinə tabe edərək Frank dövlətinin sərhədlərini xeyli genişləndirdi. Onun 

taliyaya səfəri (774)  taliyanın Frank dövlətinə birləşdirilməsi ilə nəti-cələndi.  

Onun  zamanında  uzun  sürən  müharibələrdən  sonra  (772-804)  Sakso-niya 

işğal olundu. 788-ildə Bavariyada hersoq hakimiyyətini aradan qaldırdı. 788-ci ildə 

avarlar Frank dövlətinin hüdudlarına müdaxilə etdilər. Fasilələrlə 788-ci ildən 803-

cü ilədək davam edən frank-avar müharibələri başlandı. Bu müharibələr franklara 

öz  hərəkətlərində  cənub  slavyanları  ilə  birləşməyincə  müvəffəqiyyət  gətirmədi. 

Avarlar gücdən salındı. Onların uzun zaman qonşuları dəhşətə salan dövlətləri 805-

ci  ildə  dağıldı.  Bundan  sonra  Karlın  Dunayda  bütün  diqqəti  Dunay-Pannoniya 

sərhədinin  möhkəmləndirilməsinə  yönəldi.    Frankların  dövləti  böyüklüyünə  görə 

keçmiş Qərbi Roma imperiyasına yaxınlaşırdı və onun kimi öz tərkibinə müxtəlif 

ictimai-iqtisadi  və  mədəni  inkişaf  səviyyəsində  duran  müxtəlif  tayfa  və  xalqları 

daxil etmişdi. 

Kral  titulu  artıq  Frank  kralını  təmin  etmirdi.  Karl  özünü  imperator  elan 

etmək  üçün  münasib  fürsət  gözləyirdi.  Belə  bir  fürsət  ələ  düşdü,  zəif  və  iradəsiz 

papa  III  Lev  müxalifətdə  olan  Roma  əyanlarını  özünə  qarşı  qaldırdı  və  Karlın 

yanına  qaçıb  ona  sığındı.  Karl  papaya  etibarlı  mühafizə  dəstəsi  verdi,  özü  də 

Romaya yürüş etdi. Bu köməyə görə minnətdarlıq əlaməti olaraq papa III lev 800-

cü ilin  axırında Romada  Frank kralının başına imperator tacını  qoydu.  Bu hadisə 

Karlla  Bizans  arasında  münaqişəyə  səbəb  oldu.  Çünki  Bizans  impera-torları 

özlərini Romanın yeganə varisləri hesab edirdilər. Böyük Karl Şərq sərhədlərinin 

möhkəmləndirilməsinə  mühüm  diqqət  yetirirdi.  812-ci  ildə  Bizans  imperatoru 

Frank kralını imperator kimi tanımağa məcbur oldu. 



 

18 


Lakin  imperiyanın  zahiri  müvəffəqiyyətləri  arxasında  onun  daxili  zəifliyi 

gizlənirdi.  mperiyanın  müxtəlif  tayfa  qrupları  və  xalqları  yaşayan  hər  bir  ərazisi 

digərləri ilə iqtisadi cəhətdən bağlı deyildi və daim hərbi və inzibati məcburiyyət 

olmadan işğalçıların hakimiyyətinə tabe olmaq istəmirdi. Buna görə də, hər dəfə bu 

və  ya  digər  ərazinin  mərkəzi  haikimyyətdən  qopub  ayrılması  üçün  real  təhlükə 

yarandığı  yerlərə  yola  düşən  Böyük  Karl  bütün  ömrünü  hərbi  yürüşlərdə 

keçirmişdi.  843-cü  ildə  Böyük  Karlın  nəvələri  Verdendə  müqavilə  bağlayaraq 

imperiyanı  öz  aralarında  böldülər.  Bu  bölün-müş  ərazilərdə  Fransa,  Almaniya  və 

taliya dövlətləri formalaşdı. 

 

10.Avropa diplomatiyasının Türkiyə ilə bağlı məkrli planları. (XV-XVI əsrlər) 



Osmanlı dövləti Konstantinopolun fəthindən dərhal sonra Avropada geniş 

müharibələrə başladı. Sultan II Mehmet öz hərbi planlarını həyata keçirmək üçün 

qərb  dövlətləri  arasındakı  ixtilaflardan  məharətlə  istifadə  etdi.  O,  əvvəlcə 

Türkiyənin  qərbdə  ən  qüdrətli  rəqibi  olan  Venesiya  respublikasını  bitərəfləşdirdi. 

1454-cü il aprelin 18-də Türkiyə ilə Venesiya arasında müqavilə bağlandı. Bununla 

Venesiya Kiçik Asiyada hələ Bizans imperiyası zamanı malik olduğu ticarət imti-

yazlarını  bir  növ  bərpa  etdi.  Türkiyə  ilə  həmsərhəd  olan  Venesiya  mülklərinin, 

müvəqqəti olaraq, təhlükəsizliyi təmin olundu. Digər tərəfdən, həmin müqavilə ilə 

Venesiya  ona  qarşı  rəqabət  və  müharibə  aparan  taliya  dövlətlərinə  qarşı  mövqe-

yini  möhkəmləndirdi.  Beləliklə,  Qərb  dövlətlərinin  Türkiyə  əleyhinə  hərbi-siyasi 

ittifaqının  təşkilatçısı  kimi  Venesiya  Respublikası  deyil,  Roma  papaları  çıxış 

etməyə başladılar. Roma papaları Konstantinopolun fəthindən dərhal sonra xüsusi 

fərmanla  bütün  Avropa  xalqlarını  türklərə  qarşı  səlib  yürüşünə  çağırdılar.  Papa 

nümayəndələri  Osmanlılara  qarşı  səlib  yürüşü  təbliğatı  aparmaq  üçün  spaniya, 

Fransa,  Almaniya,  Niderland,  Macarıstan  və  başqa  ölkələrə  göndərildilər.  Onlar 

Osmanlı  dövlətinə  qarşı  siyasətlərini  həyata  keçirmək  üçün  taliya  dövlətləri 

arasında  barışıq  yaratdılar.  II  Mehmedin  işğalları  genişləndikcə  Qərb  dövlətləri 

arasında  vahid  antitürkiyə  bloku  yaradılması  barədə  danışıqlarda  fəallıq  artır, 

osmanlılara qarşı birgə mübarizə cəbhəsinə yeni-yeni dövlətlər qoşulurdu.   



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə