Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   2   3   4   5   6   7   8   9   10   ...   30

 

19 


Venesiya  Respublikasının  Türkiyə  əleyhinə  müharibəyə  başlaması  ilə 

Qərbdə  antitürkiyə  blokunun  yaradılmasına  yönəlmiş  danışıqlarda  müəyyən  can-

lanma  əmələ  gəldi.  Bundan  sonra  Avropada  Osmanlı  imperiyasına  qarşı  danı-

ş

ıqların əsas təşkilatçısı Roma papası deyil, Venesiya Respublikası oldu. Venesiya 



Senatında  müzakirə  və  təsdiq  olunmuş  məxfi  tapşırıqlarla  silahlanmış  respublika 

diplomatları Osmanlı imperiyasına qarşı danışıqlar aparmaq üçün müxtəlif Avropa 

və  Asiya  dövlətlərinə  yola  salındılar.  Beləliklə,  Osmanlı  imperiyasının  sürətlə 

Qərbə  doğru  irəliləməsi  XV  əsrin  70-ci  illərinə  doğru  Qərb  dövlətlərinin  ümumi 

təhlükəyə qarşı yenidən qruplaşmasına səbəb oldu, Avropada antitürkiyə koalisiya-

sına qoşulan dövlətlərin sayı artmaqda idi.  

Lakin  XV  əsrin  80-ci  illərindən  başlayaraq  Qərbi  Avropa  dövlətlərinin 

Osmanlı  imperiyasına  qarşı  Asiya  ölkələri  ilə,  o  cümlədən  Ağqoyunlu  dövləti ilə 

diplomatik  əlaqələri,  müvəqqəti  olaraq  zəiflədi.  Bunun  başlıca  səbəbi  Osmanlı 

dövlətinin  antitürkiyə  koalisiyasının  bütün  üzvlərini,  o  cümlədən  həmin  blokun 

ə

sas təşkilatçıları olan Ağqoyunlu dövləti və Venesiya Respublikasını ağır məğlu-



biyyətə uğratması idi.  

Ağqoyunlu dövlətini aradan qaldırdıqdan sonra səfəvilərin həm antitürkiyə 

siyasətində, həm də Avropa ölkələri ilə əlaqələrində fəallıq artmağa başladı. Eyni 

zamanda  Səfəvi dövlətinə Osmanlı imperiyasının arxasında bir güclü hərbi-siyasi 

qüvvə  kimi  Avropada  da  maraq  artdı.  1502-ci  ildə  Roma  papası  II  Yuli  (1503-

1513)  Almaniya,  Fransa,  spaniya,  Portuqaliya  və  digər  feodal  dövlətlərinin 

başçılarına  məktublarla  müraciət  edib  onları  Osmanlı  imperiyasına  qarşı 

birləşməyə çağırdı. Papa Səfəvi dövlətinin meydana gəlməsini, şah  smayılın hərbi 

müvəffəqiyyətlərini  Allahın  xristian  dünyası  üçün  yaratdığı  bir  fürsət  kimi 

qiymətləndirdi, Qərb hakimlərini dərhal bu fürsətdən istifadə etməyə çağırdı.  

Bununla,  XVI  əsrin  30-cu  illərində  Osmanlı  imperiyasının  Asiya  ilə 

ə

laqədar  işğalçılıq  planlarının  həyata  keçirilməsi  üçün  Avropa  cəbhəsində  çox 



ə

lverişli şərait yarandı. Osmanlı imperiyasının Asiya ilə hərbi planları təkcə Səfəvi 

dövlətinə  qarşı  deyil,  həm  də  Portuqaliya  feodal  müstəmləkə  imperiyasının  Hind 

okeanında möhkəmlənməsinə qarşı yönəlmişdi.  




 

20 


Portuqaliyadan  başlamış  Fransaya  qədər  bütün  Avropa  dövlətlərindən 

Şə

rqə  gələn  tacirlər,  elçilər,  missionerlər  öz  dövlətlərinin  tapşırığı  üzrə  Şərq 



dövlətlərinin  arasını  vurmağa  çalışırdılar.  Türkiyə  ilə  düşmənçiliyi  olan  Por-

tuqaliya  Səfəvilərə  daha  çox  yaxınlıq  göstərirdi.  Portuqaliya  çalışırdı  ki,  bu  iki 

Şə

rq  dövlətinin  qüvvəsini  tükəndirməklə  Fərat-Dəclə  boyunca  mühüm  iqtisadi, 



hərbi-strateji  əhəmiyyəti  olan  yerləri  işğal  etsin.  XVI  əsrin  30-50-ci  illərində 

Osmanlı-Səfəvi  müharibələri  zamanı  Portuqaliya  Səfəvilərə  silah  verirdi.  Qeyd 

etmək  lazımdır  ki,  yarım  əsrə  qədər  davam  edən  Səfəvi-Türkiyə  müharibələri 

dövrü Osmanlı imperiyasının ən qüdrətli çağlarına təsadüf edirdi. Qərb diplomati-

yası  bu  zaman  Osmanlı  imperiyasının  bütün  hərbi  gücünü  Səfəvi  dövlətinə  qarşı 

yönəltməklə Avropada Türkiyə işğallarının genişlənməsinin qarşısını saxlaya bildi. 

Digər tərəfdən, Səfəvi və Osmanlı imperiyaları kimi iki qüdrətli türk monarxiyası-

nın daim müharibə həddində olub bir-birini zəif salması Qərbi Avropa dövlətləri-

nin Şərqdə, o cümlədən Yaxın və Orta Şərq ölkələri ilə əlaqədar müstəmləkəçilik 

planlarının  həyata  keçirilməsi  üçün  əlverişli  şərait  yaradırdı.  Təsadüfi  deil  ki, 

Səfəvi  dövlətinin  başının  Türkiyə  ilə  müharibəyə  qarışmasından  istifadə  edən 

Portuqaliya  müstəmləkəçiləri  ran körfəzində möhkəmlənə bildilər. 1547-1554-cü 

illərdə  Osmanlı  imperiyasının  Portuqaliyanı  ran  körfəzindən  sıxışdırıb  çıxarmaq 

üçün apardığı hərbi dəniz əməliyyatları da istənilən nəticəni vermədi.   



11.Ərəb xilafəti diplomatiyası.  

VII    əsrin  30-cu  ilində  Ərəbistan  yarımadasında  güclü  bir  feodal  döv-ləti 

yarandı.  Asiyada,  Afrikada  və  Avropada  bir  sıra  ölkələri  işğal  edən  bu  dövlətin 

yaradıcısı Məhəmməd peyğəmbər idi. Onun yaratdığı yeni dini təlim-islam feodal 

münasibətlərinin  inkişafında,  dövlətin  möhkəmlənməsində  və  genişlənməsində 

böyük rol oynadı. Ərəb əyanları islam dinindən başqa ölkələrin işğal olunmasında 

bir vasitə kimi istifadə etdilər. 636-cı ildə Yərmuq döyüşündən sonra Suriyanın ələ  

keçirilməsi nəticəsində ərəblərin  rana yolu açılır. Xilafət ordusu Qadsiyyə döyü-

ş

ündən sonra bir-birinin ardınca zərbələr endirərək  ran ordusunu əzdi. 642-ci ildə 



Nəhavənd döyüşündə də  ran qoşunları məğlub oldu. 


 

21 


639-cu  ildə  Azərbaycanın  şimal  ərazilərinə  gələn  ərəblər  burada  da  ciddi 

müqavimət  ilə  rastlaşmış  və  642-ci  ildə  Muğanı  işğal  edərək  əhali  ilə  müqavilə 

bağladılar. Ərəb diplomatiyası Azərbaycanda möhkəmlənmək üçün islam dinindən 

kəsərli bir vasitə kimi istifadə edirdi. 

Xəlifə  Ömər(634-644)  Əbdürrəhman  ibn  Rəbiəni  Dərbənd  yaxınlığındakı 

sərhəd  qoşunlarına  sərkərdə  təyin  etdi  və  xəzərlərlə  vuruşmağı  tapşırdı.  Əbdür-

rəhmanın  qoşunu  643-cü  ildə  Bukeyrin  dəstəsi  ilə  birləşdikdən  sonra  Bələncər 

yaxınlığında xəzərlərlə müharibəyə başladı. Nəticədə məğlub oldu, özü də döyüşdə 

öldürüldü. Beləliklə, ərəblərin Dərbənddən şimala ilk hücumu uğursuzluqla nəticə-

ləndi.  Ərəblərlə  xəzərlər  arasında  653-cü  ildə  Bələncər  yaxınlığında    baş  verən 

ikinci döyüş də xəzərlərin qələbəsi ilə başa çatdı. Azərbaycanı işğal edən ərəb qo-

ş

unları  ilə  xəzərlər  arasındakı  müharibələr  əvvəllər  təsadüfi  hallarda  baş  verdiyi 



halda, VIII əsrdə xəlifə I Validin (705-715) dövründən etibarən mütəşəkkil və uzun 

sürən  xarakter  aldı.  Sonda  Xəzər  xaqanı  ərəblərlə  sülh  bağladı  və  islam  dinini 

qəbul etdi. Abbasilərin hakimiyyəti dövründə ərəblərin işğalları yenidən fəallaşdı. 

Eyni zamanda Ərəb-Bizans müharibələri də davam etdirilirdi. Ərəblər bizanslıların 

Qara dənizdən keçən əsas ticarət yollarını dağıdaraq, bu yolları şərqə, Xəzərə tərəf 

keçirmişdilər.  Bu  isə  Xəzər  ətrafındakı  şəhərlərin  inkişafına  səbəb  olmuşdu. 

Ə

rəblər Xəzər dənizi-Volqa ticarət yolunu da nəzarət altına aldılar, buna qədər bu 



yol Bizansın əlində idi. Ərəblərin hərbi siyasəti də böyük cənub-şimal  ticarət yolu-

nun qorunmasına yönəlmişdi, ərəblər şimalda Tiflisdən Dərbəndədək geniş ərazini 

öz  əllərində  tutduqlarına  görə  onların  bu  siyasəti  müvəffəqiyyətli  idi.  Ərəblər 

Bizansın  dayağı  olan  xəzərləri  məğlub  etmişdilər  və  yeni  ticarət  magistralı  üçün 

ciddi bir təhlükə təşkil etmirdilər. 

Ə

rəblər  Orta  Asiyaya  yürüş  edərkən  türklər  bu  bölgədə  yaşayan  bütün 



xalqlara  müraciət  etmiş,  onları  düşmənə  qarşı  mübarizəyə  çağırmışlar.  Lakin  bu 

tayfalar  arasında  vahid  birlik  yox  idi.  Buna  görə  Orta  Asiyada  yaşayan  türk  tay-

falarının  ərəblərə qarşı apardıqları mübarizə heç bir nəticə vermədi. Beləliklə, VIII 

ə

srin  əvvəllərindən  başlayaraq  Orta  Asiya  vilayətləri  də  ərəblərin  hakimiyyəti 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə