61
onunla xüsusi müqavilə bağlasın və bu müqavilədə sultan çarın bütün pravoslav-
lara himayədarlıq etməsinə icazə versin. Rusiya səfirini stanbulda yaxşı qarşıla-
dılar və türk sultanı “ Müqəddəs yerlər “ məsələsində güzəştə hazır olduğunu bil-
dirdi. Çar knyaz Menşikova verdiyi məxfi göstərişdə notanın qəbul olunmayacağı
təqdirdə Türkiyə ilə diplomatik münasibətləri kəsməsi səlahiyyəti vermişdi.
1853-cü ilin aprelində ngiltərə höküməti Rusiyaya nifrət bəsləyən Kannin-
qi stanbula səfir göndərdi. O, Rusiya ilə müharibə tərəfdarı idi və bütün fəaliyyəti-
ni buna yönəltdi. Kanninq türk sultanına məsləhət gördü ki, “ Müqəddəs yerlər “
məsələsində Rusiyaya güzəşt etsin. O, bilirdi ki, Rusiya bu güzəştlə kifayətlən-
məyəcək və yeni tələblər irəli sürəcək, ngiltərə və Fransada Türkiyəni müdafiə
edəcək. ngiltərə səfiri Menşikova başa saldı ki, Türkiyənin Xarici şlər Naziri
Rusiyanın düşmənidir. O eyni zamanda Meşnikovu inandırmağa çalışırdı ki, müha-
ribə olarsa ngiltərə Türkiyəni müdafiə etməyəcək. Hadisələr ngiltərənin istəyinə
uyğun şəkildə inkişaf etdi. 1853-cü ilin mayın 5-də Türkiyə “ Müqəddəs yerlər “ lə
bağlı güzəştə getdiyini bildirdi. Menşikov gördü ki, Dunay knyazlıqlarını tutmaq
üçün bəhanə əldən çıxır, Türkiyə ilə Rusiya arasında yeni müqavilə bağlamaq tələ-
bini irəli sürdü. Sultan fikirləşmək üçün vaxt istədi. ngiltərə səfiri ilə məsləhətlə-
şə
ndən sonra həmin gün türk sultanı Rusiyanın tələbini rədd etdi. Menşikov bildir-
di ki, Türkiyə ilə əlaqələri kəsir və mayın 21-də öz adamları ilə birlikdə Odessaya
yola düşdü. yunun 4-də Türkiyə sultanı xristian, xüsusilə, pravoslav kilsəsinin
hüquq və imtiyazlarına təminat verən fərman imzaladı. Həmin gün I Nikolayın
imzaladığı manifestdə deyilirdi ki, Rusiya Türkiyədəki pravoslav kilsəsini müdafiə
etməlidir, sultan Rusiya ilə əvvəl bağlanmış müqavilələri pozmuşdur, türklərin
ə
vvəlki müqavilələrə əməl etməsi üçün Rusiya Dunay knyazlıqlarını tutmalıdır.
Bundan sonra I Nikolay bildirdi ki, qanuni tələbləri yerinə yetirilməyənədək Du-
nayboyu knyazlıqları işğal edib girov götürür və iyunun 21-də rus ordusu Prut
çayını keçərək Moldova və Valaxiyanı işğal etdi. Lakin I Nikolayın arzuları ürə-
yində qaldı. Belə ki, hələ mart ayında III Napoleon knyaz Menşikovun stanbul
səfərindən xəbər tutduqdan sonra Tulon limanında dayanmış fransız donanmasına
stanbul boğazına hərəkət etmək əmri verdi. Fransa Rusiya ilə müharibə etmək
62
qərarına gəlmişdi, çünki Türkiyənin ruslar tərəfindən işğalının əleyhinə idi. Fransa
qorxurdu ki, ngiltərə onu alddadıb Rusiya ilə birlikdə Türkiyənin mülklərini öz
aralarında bölərlər. Analoji addım ngiltərə tərəfindən də atıldı. ngiltərə 1853-cü
ilin yanvarında Aralıq dənizinin şərq hissəsinə hərbi donanma göndərdi. Yalnız
Avstriya və Prussiya vahid mövqeyə gələ bilmirdilər. Amma Rusiyanın məğlub
olması nəticəsində heç nə qazanmayacaqlarından ehtiyatlanırdılar.
31
. Krım müharibəsi və Avropa dövlətləri.
ngilis və fransızlar sultanı Rusiyaya müharibə elan etməyə inandıra bildilər. Bu,
1853-cü il oktyabrın 4-də, Rusiya qoşunlarını Dunay knyazlıqlarından çıxar-
maqdan imtina etdikdən sonra baş verdi. 1853-cü il noyabrın 30-da vitse-admiral
P.S. Naximovun komandanlığı ilə rus eskadrası Sinop buxtasında türk donanması-
nı məhv etdi və sahil istehkamlarını dağıtdı.
Rusların Sinop döyüşündə qələbəsi Fransanı, sonra isə ngiltərəni də hərbi
ə
məliyyatların gedişinə müdaxilə eləməyə sövq etdi. 1854-cü il yanvarın 4-də ingi-
lis və fransız gəmiləri Qara dənizə girdilər. Peterburqa xəbər verilmişdi ki, iki döv-
lətin birləşmiş donanması türk gəmi və limanlarını rus eskadrasının hücumundan
müdafiə edəcəkdir. 1853-cü il martın 12-də ngiltərə, Fransa və Türkiyə stanbulda
ittifaq müqaviləsi imzaladılar. ngiltərə və Fransa Türkiyəyə rus qoşunlarının hücu-
munun qarşısını almaqda kömək etməyi və sülh bağlanan kimi özlərinin dəniz və
hərbi qüvvələrini dərhal Türkiyədən çıxarmağı öhdələrinə götürdülər. Sultan öz
növbəsində separat sülh bağlamamağı vəd etdi. Fransa 1854-cü ilin martın 27-də,
ngiltərə martın 28-də Rusiyaya müharibə elan etdilər. ngiltərə və Fransa mühari-
bəyə Osmanlı imperiyasının müttəfiqi qismində daxil olmaqla yanaşı, Avropa
ictimaiyyətinin razı qalacağı mənfəət əldə etməyi də unutmamışdılar.
Krım müharibəsi 1853-cü ilin oktyabrından 1856-cı ilin fevralına kimi da-
vam etdi. Müharibədə Rusiyaya qarşı Türkiyə, ngiltərə, Fransa və Sardiniya
krallığı iştirak edirdi. 1854-cü ilin yayında ngiltərə və Fransa qüvvə və silahlarının
üstünlüyünə baxmayaraq, Dunay knyazlıqlarında əhəmiyyətli üstünlüyə nail ola
bilmədilər. Avstriya isə müttəfiqlərin hərbi əməliyyatlarında iştirakdan özünü sax-
63
layırdı. Müttəfiqlərin Varnadakı mənzil-qərargahında qərara aldılar ki, Avstriyasız
Rusiyanın dərinliklərinə irəliləmək təhlükəli və ağırdır. Sevastopolu tez bir zaman-
da ələ keçirib dağıtmaq məqsədilə Krım yarımadasına dərhal qoşun çıxarılmasına
başlamaq qərarı qəbul olundu.
1855-ci ilin fevralında I Nikolayın ölümü ilə bağlı Fransa Rusiya rəhbərli-
yinə başsağlığı verdi. Rusiya da dərhal yeni çar II Aleksandrın adından təşəkkür et-
di. Ancaq Krım müharibəsi əvvəlcədən planlaşdırıldığı kimi qısa müddət ərzində
başa çatmır. Qafqaz cəbhəsində ruslar müvəffəqiyyət əldə edir və Qarsı ələ keçir-
məyə müvəffəq olurlar. 1855-ci ilin avqustunda Sevastopol təslim oldu. Bu əsnada
hakimiyyətə yeni gələn II Aleksandr şərtlərlə razılaşmağa məcbur olur. Avstriya
sülh şərtlərini vuruşan dövlətlərin adından Rusiyaya təqdim etdi. II Aleksandr isə
tələb olunan şərtlər çərçivəsində sülh təklifini qəbul edir.
1. Moldaviya, Valaxiya və Serbiya üzərində bütün böyük dövlətlərin protektoratı;
2. Dunayda azad gəmiçilik Avropa komisiyası tərəfindən təmin olunacaqdır;
3. Qara dəniz boğazlarından hərbi gəmilərin keçməməsi, Rusiya və Türkiyənin Qa-
ra dənizdə donanma saxlamaması;
4. Rusiyanın Türkiyənin xristian təbəələrinə himayədarlıqdan imtina etməsi;
5. Rusiyanın Bessarabiyanın bir hissəsini Moldaviyaya verməsi.
1856-ci ilin yanvarın 11-də Rusiya bildirdi ki, Bessarabiyadan başqa qalan
tələbləri qəbul edir, lakin Avstriyanın təkidi ilə 15 yanvarda bütün tələblərə razı ol-
duğunu bildirdi.
32. Paris sülh konqresi. Avropa dövlətləri arasında diplomatik
mübarizə.
Paris sülh konqresi 1856-cı ilin fevralın 25-də öz işinə başladı və martın 30-da
Paris sülh müqaviləsi imzalandı. Bağlanan müqaviləyə əsasən Rusiya 1855-ci ildə
tutduğu Qarsı Türkiyəyə qaytarırdı, Bessarabiyanın bir hissəsini Moldaviyaya
verirdi və Qara dənizdə donanma saxlaya, sahildə istehkamlar tikə bilməzdi.
Rusiya Valaxiya, Moldaviya və Serbiya üzərində protektoratlıq hüququnu itirdi.
Müttəfiqlər Rusiyaya Sevastopol, Kamış, Yevpatoriya, Kerç, Yeni Qala, Kinburn
Dostları ilə paylaş: |