Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

28 

 

günlərində Gürcüstan hökumətinin  Borçalı,  Sığnaq  və  ümumilikdə  Qarayazıda  



Gürcüstanın  sərhədlərini  müəyyən etmək   adı  altında  mövcud  vəziyyəti  dəyiş-

mək  cəhdləri  Azərbaycan  hökumətinin müqaviməti  ilə  qarşılaşdı.  Azərbaycan  

Xalq  Cümhuriyyətinin  xarici  işlər  naziri M.H.Hacınski iyunun 14-də Gürcüstan 

hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz edərək  Gürcüstan  hökumə-

tinin    xariıci      işlər    idarəsinin    başçısına    yazırdı:    "Borçalı,    Tiflis    və  Sığnaq  

qəzalarının  başdan - başa  müsəlmanlardan  ibarət  olan  hissələrinin  əhalisi  öz 

nümayəndələri  vasitəsilə  Azərbaycan  Xalq  Cümhuriyyəti  tərkibində  olmaq  arzu-

larını ifadə etdiklərini  nəzərə  alaraq,  mənim  hökumətim  gürcü   hökumətinin  

yuxarıda  qeyd  olunan sərəncamına  qarşı  qəti  etiraz  edir  və  ölkələrimiz  ara-

sında  mehriban  qonşuluq münasibətlərinin  saxlanması  naminə  Borçalı  qəzası-

nın  hüdudlarından  qoşun  hissələrini çıxarmaq,  Azərbaycan  ərazisinin  yuxarıda  

qeyd  edilən  hissələrinin  tutulması  haqqında sərəncamı  ləğv  etmək  üçün  təcili  

tədbirlər    görməyi    təkidlə    xahiş    edir".  Azərbaycan  hökumətinin  ciddi  səyi  ilə 

Qarayazıdakı  status  -kvo    saxlanıldı,  Azərbaycan  ordu  hissəsinin  burada  qalması 

şə

rti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Az sonra  isə  



məsələnin  müzakirəsi  1919 -cu  il  aprelin  25-də  Tiflisdə  işə  başlayan Qafqaz  

konfransının  gündəliyinə  daxil  edildi.  Lakin  1919-cu  ilin  iyununda, Şimaldan  

yaxınlaşan  təhlükə  ilə  bağlı  olaraq,  Qafqaz  konfransı  öz  işini  dayandırdı. De-

nikin  ordusunun  Dağıstan  üzərinə  hücumu  və  Cənuba  doğru  irəliləməsi Azər-

baycan-Gürcüstan  əməkdaşlığını  zərurətə  çevirdi.  Yaranmış  vəziyyətdə Ümum-

qafqaz  həmrəyliyinin  yaradılmasında  Azərbaycan  diplomatiyası  Gürcüstanla  əla-

qələrin genişləndirilməsinə  xüsusi  diqqət yetirirdi. 1919 -cu  il  iyunu n 16-da  iki 

dövlət  arasında  üç  il  müddətinə  hərbi- müdafiə  paktının  imzalanması  Azər-

baycan Xalq  Cümhuriyyətinin  dəyərli  diplomatik  addımı  hesab  edilməlidir.  Bu  

pakta  görə, Azərbaycan  və  Gürcüstanın  istiqlaliyyəti  və  ərazi  bütövlüyünə  hər  

hansı  dövlət tərəfindən təcavüz  olduğu təqdirdə  müqaviləni  bağlayan tərəflər  öz  

öhdələrinə  bir-birinə  hərbi yardım göstərmək borcunu götürmüşdülər. Müqavilə-

nin  4-cü  bəndində  deyilirdi  ki,  Azərbaycan  və  Gürcüstan  arasındakı  sərhəd  mə-

sələsi  müqavilə  və  arbitraj  yolu  ilə  həll  ediləcəkdir.  Eyni  zamanda    müqavilənin 




29 

 

10-cu  bəndində  göstərilirdi  ki,  "bu  müqavilə  barədə  rəsmi  məlumat  verildik-



dən  sonra    Ermənistan    iki   həftə    ərzində    bu    müqaviləyə  qoşula bilər".  Həmin  

müqavilə iyun ayının 27-də hər iki ölkənin parlamentlərində təsdiq edildi. 16  iyun  

hərbi- müdafiə  paktına  uyğun  olaraq,  tərəflər  hərbi-texniki  saziş imzaladılar  və  

birgə      hərbi    Şura    yaratdılar.    ngilis    komandanlığının    Azərbaycan  Gürcüstan  

müdafiə paktına  münasibəti  əvvəlcə  mənfi  idi,  lakin  sonralar  dəyişdi. Brita-

niyanın  Şərqi  Avropa  və  Qafqazda  olan  qüvvələrinin  baş  komandanı  general 

C.Miln  Denikinin  Cənuba  doğru  hərəkəti  ilə  razı  olmadığı  barədə  baş  nazir 

N.Yusifbəyliyə radioteleqram göndərdi. Zaqatala məsələsi münaqişəsiz həll edildi. 

Ə

halisinin 92 faizi müsəlmanlardan ibarət olan Zaqatala camaatı Azərbaycan Xalq 



Cümhuriyyəti yaranan kimi onun hakimiyyətini elliklə tanıdı və Azərbaycanın tər-

kibində qalmaq əzmini bildirdi.  ndiki Zaqatala, Balakən və Qax rayonlarını əhatə 

edən  ərazidən  ibarət  Zaqatala  quberniyası  təşkil  edildi.  Məmmədağa  Şahmalıyev 

qubernator  təyin  edilməklə  quberniya  və  yerli  idarə  orqanları  yaradıldı.  Müstə-

qilliyin  ilk  günlərindən  Gürcüstan  Respublikası  ilə  qurulan  diplomatik  əlaqələr  

çox  çətin  və  ziddiyyətli  bir  yol  keçsə  də,  1920-ci  ilin  əvvəllərində  normal 

məcəraya düşdü. Hər  iki  respublikanın  müstəqilliyi  Versal Ali Şurası tərəfindən 

defakto tanındı. 



                        16. Azərbaycan Xalq Cümhuriyyətinin  ranla münasibətləri. 

 

Azərbaycanın bu dövrdəki beynəlxalq siyasətində  ranla münasibətlər aparı-



cı  istiqaməti  təşkil  edirdi.  Azərbaycan,  bir  tərəfdən,  “ stiqlal  Bəyannaməsi”nin 

prinsiplərinə uyğun olaraq bütün dövlətlərlə, o cümlədən də  ranla normal münasi-

bətlər  yaradılmasını  istəyir  və  buna  da  çalışırdı.  Digər  tərəfdən,  Azərbaycan- ran 

münasibətlərinin spesifik cəhətləri də vardı. Başqa sözlə, AXC-nin  ranla münasi-

bətlərinə xüsusi yanaşma tələb olunurdu. Bu, Azərbaycanın parçalanmış durumda 

olması, onun torpaqlarının böyük hissəsinin  ranın tərkibində qalması ilə əlaqədar 

idi.  Öz  növbəsində  ran  da  həmişə  Şimali  Azərbaycanda  gedən  prosesləri  diqqət 

mərkəzində, Cənubi Azərbaycanda baş verənləri isə nəzarətdə saxlamışdır. Bu ba-

xımdan  Azərbaycanın  şimalında  dövlətçiliyin  bərpası  və  onunla  münasibətlərin 



30 

 

xarakteri  ranın  xarici  siyasətində  heç  də  az  yer  tutmurdu.  randa  Azərbaycanın 



müstəqilliyinə münasibət birmənalı deyil, ikili səciyyə daşımışdı. 

 

Birincisi,  Azərbaycanın  şimalında dövlətçiliyin  bərpası  onun cənubunda  da 



muxtariyyət  və  müstəqillik  meyllərinin  qüvvətlənməsinə  ciddi  təsir  göstərmişdi. 

Bu baxımdan  ranın siyasi-diplomatik dairələrində AXC-nin qətiyyən tanınmama-

sına  dair  radikal  baxış  üstünlük  təşkil  edirdi.  Bu  mövqenin  tərəfdarlarının  əsas 

faktları tarixən Azərbaycan dövlətinin olmaması, AXC ərazilərinin  rana məxsus-

luğu  idi.  Bu  cür  baxışlarla  yüklənmiş  siyasətin  nəticəsi  idi  ki,  Osmanlıdakı  ran 

konsulu  AXC-nin  stanbul  konfransına  gələn  nümayəndəliyinin  Azərbaycan  döv-

lətçiliyinin    bərpasına  dair  bəyannaməsini  (VII.  1918)  qəbul  etməmişdi.  Habelə 

bəyannaməyə  münasibətini  belə  açıqlamışdı:  “ ran  “Azərbaycan”  adlı  müstəqil 

dövlət tanımır”. 

 

kincisi,  rəsmi  ranın  AXC-yə  münasibətindəki  baxışları  çərçivəsində  yeni 



bir nöqteyi-nəzər, yəni onların vahid dövlət yaratmaları ideyası da ortaya çıxdı. Bu 

ideyanı  Paris  Sülh  konfransına  gedən  ran  Xarici  şlər  naziri  yolüstü  Bakıda 

(XII.1918) Azərbaycan rəhbərliyi və  stanbulda (I. 1919) Ə. Topçubaşov ilə görüş-

lərində səsləndirdi.  ran tərəfinin bu ideyası gözlənilməz olduğu qədər də şübhəli 

göründüyündən Azərbaycanın siyasi dairələri və diplomatları tərəfindən birmənalı 

qarşılanmadı. Azərbaycanın suverenliyinin önə çəkilməsi və siyasi-diplomatik dai-

rələrdəki kəskin etirazlar bu mövzunun müvəqqəti unudulmasına, gündəlikdən çıx-

masına təsir göstərdi. 

 

AXC-nin  ranla diplomatik əlaqələr qurulması işi uzun çəkdi. A. Ziyadxano-



vun başçılıq etdiyi nümayəndəliyin  rana səfəri (1919-cu ilin yazı) zamanı səfirli-

yin və Təbrizdə konsulluğun açılması məsələləri müzakirə olundu. AXC hökuməti 

ləngitmədən (16.VII.1919)  randa diplomatik nümayəndəliyin yaradılması haqqın-

da  qərar çıxardı. A. Ziyadxanov səfir təyin edildi. Lakin o yalnız 1920-ci il yan-

varın 4-də Tehrana gedib fəaliyyətə başladı. Azərbaycan- ran konfransının açılışın-

da (5.XII.1919) diplomatlar dövlətləri bir-biri ilə möhkəm bağlayan siyasi, iqtisadi, 

mədəni, dini və irqi ümumilikləri, habelə “tarixi və qohumluq əlaqələrini” vurğula-

dılar. Tərəflər bunları əsas tutaraq konfransın AXC- ran münasibətlərində bir mər-




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə