Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.

səhifə11/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

31 

 

hələ olacağına və onun uğurla nəticələnəcəyinə ümidli idilər. Konfrans bir sıra dip-



lomatik sənədlərin imzalanması ilə başa çatdı. Onların sırasında Azərbaycan Res-

publikası  və  ran  arasında  dostluq  haqqında  müqavilə  (20.  III.  1920)  xüsusi  yer 

tutur. Lakin  ran tərəfinin AXC-ni rəsmi olaraq müstəqil bir dövlət kimi tanıması 

gecikmiş bir addım idi. Belə ki, Sovet Rusiyası tərəfindən gələn təhlükə artıq Azər-

baycan dövlətçiliyinin süqutunu yaxınlaşdırmışdı. Azərbaycanın Rusiya tərəfindən 

yenidən  işğalı  ilə  AXC- ran  münasibətlərinin  təbii  sonu  yetişdi.  AXC-nin  süqutu 

ilə  ran dövləti rahat nəfəs aldı. 

       17. Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanla münasibətləri. 

Birinci  Dünya  müharibəsində  Türkiyənin  məğlubiyyəti  1918-ilin  axırlarında er-

mənilərin  yenidən  fəallaşmasına  şərait  yaratdı.  Artıq  dövlət  siyasəti  səviyyə-

sinə  qaldırılan "dənizdən dənizə  Böyük  Ermənistan"  iddiaları  yerli türk əhali-

sinə  görünməmiş    müsibətlər  gətirdi.  Belə    bir    vəziyyətdə    Azərbaycan    Xalq  

Cümhuriyyətinin   qarşısında   duran    əsas  vəzifə erməni  dəstələrinin  zorakılığının 

qarşısını  almaq və Ermənistanla normal qonşuluq münasibətlərini bərqərar etmək 

idi.  Lakin  Azərbaycan  hökuməti  dəfələrlə  müraciət  etsə  də,  Ermənistan  öz  təca-

vüzkar siyasətini dayandırmadığı üçün  iki dövlət   arasında nəinki normal münasi-

bətlər  yaratmaq  mümkün  olmadı,  hətta  əksinə  bir  sıra  böyük  dövlətlər  tərə-

findən dəstəklənib  qızışdırılan   və  onların  əlində  oyuncağa  çevrilən  Ermənis-

tan  Zəngəzuru, Naxçıvanı  və  Qarabağın  dağlıq  hissəsi   kimi  qədim  Azərbay-

can  torpaqlarını  açıq  və  gizli şəkildə işğal etmək yolunu seçdi. 1918- ci  ilin  ya-

yından  başlayaraq  türk  xalqının  qəddar  düşməni  Andronik Naxçıvan  və  Zən-

gəzur  bölgələrində  Azərbaycan  sərhədlərini  pozub  dinc  əhaliyə  qarşı kütləvi 

qırğınlara başladı. Erməni quldur dəstələri Zəngəzur əhalisindən tələb edirdilər ki,  

ya  Ermənistan  hökumətinə  tabe  olsunlar,  ya  da  Zəngəzuru  boşaltsınlar.  Lakin  

ə

hali  Andronikin  bu  həyasız  tələbini    rədd    edərək  öz  torpaqlarının    müdafiəsinə 



qalxdı,    1918-ci  ilin  payızından  Azərbaycan  torpaqlarının    müsəlman  əhalisindən 

təmizlənməsi  əməliyyatına  Ermənistan    hökuməti    bilavasitə    rəhbərlik    etməyə  

başladı.  Daşnaklar  1918-ci  ilin axırlarında  Zəngəzurda  115,  Cavanşir,  Cəbra-

yıl,  Şuşa  qəzalarında  21,   rəvan quberniyasında  60-dan  çox  Azərbaycan  kən-




32 

 

dini    məhv    etdilər    və    əhalisini    soyqırımına  məruz  qoydular.  Həmin  ərazilərin 



100  mindən  artıq  türk-müsəlman  əhalisi  öz  dədə-  baba    yurdundan  qovulub  di-

dərgin  oldu.  Bu  təhlükənin  qarşısını  almaq  üçün  Azərbaycan  hökuməti  bir  sıra   

zəruri  addımlar atdı.  1919- cu  il  yanvarın  əvvəllərində  Şuşa,  Cavanşir,  Cəbra-

yıl  və  Zəngəzur  qəzalarını Gəncə  quberniyasından  ayırıb,  mərkəzi  Şuşa şəhəri  

olmaqla    həmin    qəzalardan    ibarət  Qarabağ  general-qubernatorluğu  yaradıldı. 

Həmin il fevralın 12-dən Xosrov bəy  Sultanov general- qubernator   təyin  edildi.  

General- qubernatora  tapşırıldı  ki,  Qarabağda  separatist hərəkatı ləğv edib, qay-

da- qanun yaratsın  və   yerli hakimiyyəti təşkil etsin. Ermənistan  hökuməti  Qara-

bağ  general- qubernatorluğunun  yaradılmasına  və Xosrov bəy Sultanovun gene-

ral- qubernator təyin olunmasına dərhal etiraz etdi və belə iddia irəli  sürdü  ki,  bu-

ranın  böyük  hissəsi  Ermənistan  ərazisidir,  X.Sultanov  isə  ermənilərin düşmə-

nidir. 1919-cu il yanvarın 2-də Azərbaycan Xalq Cümhuriyyətinin  xarici işlər na-

ziri Ermənistanın  xarici  işlər  nazirinə  göndərdiyi  teleqramda  Ermənistanın   eti-

razını  əsassız sayaraq bildirdi  ki,  Cavanşir,  Şuşa,  Cəbrayıl və  Zəngəzur  qəza-

ları Azərbaycanın ayrılmaz hissəsidir.  Eyni  zamanda  Ermənistanın  etirazı  suve-

renliyə    qəsd    və    Azərbaycanın    daxili  işlərinə  qarışmaq  cəhdi    kimi    qiymət-

ləndirildi.  Onu da qeyd etmək vacibdir  ki,  Ermənistan Qarabağ general- quberna-

torluğunun yaradılması  ilə  əlaqədar öz  etirazını  Qafqazda  Böyük Britaniya  qo-

ş

unlarının    baş    komandanı    general    Tomsona    və    müttəfiq    dövlətlərin  Zaqaf-



qaziyadakı baş  komissarı  Haskelə də bildirmişdi.  Lakin onlar Azərbaycanın  Qa-

rabağ qubernatorluğu yaratmaq və ona  general-qubernator təyin etmək hüququnu 

müdafiə etdilər. 1919- cu  il  iyunun  18- də  Azərbaycan  Ermənistana  nota  gön-

dərdi.  Bu  notada Ermənistanın  etiraz  və  iddiaları  rədd  edilərək,  Qarabağ  mə-

sələsində  Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışmamaq tələb  olunur-

du.  yunun əvvəlində Şuşada vəziyyət yenidən gərginləşdi. Bu zaman  Qarabağda 

baş  vermiş  hadisələr  bilavasitə    Erməni    Milli    Şurasının    planı  əsasında  törədil-

mişdi.  Bu  Şuranın Qarabağda  erməni  və  müsəlman  icmaları   arasında  sabitliyi  

pozmağa    yönəlmiş    fəaliyyətini  öyrəndikdən    sonra    ingilis    komandanlığı    hələ  

aprel  ayında  onun  üzvlərinın  Qarabağın hüdudlarından  uzaqlaşdırılacağını  vəd  




33 

 

etmişdi.   yun  ayının  əvvəllərində  məlum  oldu  ki, Erməni Milli Şurası Şuşanın  



ermənilər yaşayan məhəlləsinə gizli yolla silah gətirir. Onların məqsədi  Qarabağ 

yaylaqlarına qalxaraq azərbaycanlıların qarşısını almaq  idi.  Belə olduqda, X.Sul-

tanov  köç  gedən  yollarda  təhlükəsizliyi  təmin  etmək  üçün  Azərbaycan  Ordu-

sunun əsgərlərini təhlükəli yerlərə göndərdi və eyni zamanda Erməni Milli Şurası-

nın  üzvlərinin  həbs    edilib    Qarabağdan    çıxarılması    haqqında    göstəriş    verdi.  

Buna  cavab   olaraq, silahlanmış ermənilər iyun ayının 4 -də Azərbaycan əsgər-

lərinə atəş açdılar və üç əsgər öldürüldü.  Bu  hadisədən  sonra  X.Sultanov  Şuşada  

və  ətraf  kəndlərdə   qayda- qanun yaratmaq üçün  fəaliyyətə başladı və ilk addım 

kimi  Erməni  Milli  Şurasının  üzvlərinin  Azərbaycandan  çıxarılmasına  nail  oldu, 

həmin vaxt Şuşada  hərbi toqquşma baş verdi və hər iki tərəfdən itkilər oldu.  yu-

nun  6  -  da  Şuşada  sülh  əldə  edildi.  Baş  vermiş  hadisə  ilə  bağlı  Şuşa  erməniləri 

X.Sultanova üzrxahlıq məktubu yazaraq bildirdilər ki, hörmətli Xosrov bəy, icazə 

verin Sizin şəxsinizdə Şuşa şəhərinin müsəlman camaatından dünən törədilmiş ha-

disə  ilə  bağlı    üzr  istəyək.  Biz  adını  erməni  qoymuş  xuliqanların  Sizin  əsgərlərə 

qarşı törətdiyi  zorakılıq  faktından  çox  həyəcanlanmışıq  və  bu,  haqlı  olaraq,  

Sizin    ordunun    və  zabitlərin    həyəcanına    səbəb    olmuşdur".  Lakin    Ermənistan  

hökuməti  Azərbaycan Ordusunun  Qarabağdan çıxarılmasını  tələb  edirdi.  Bu  tə-

ləb  Azərbaycanın  Xarici   şlər Nazirliyi tərəfindən rədd olundu. 1919- cu  ilin  ya-

yında  Azərbaycan  hökumətinin  qəti  mövqeyi  və  məqsədyönlü siyasəti  nəti-

cəsində  respublikanın  qanııni  hakimiyyəti   Qarabağda  bərpa  edildi.  Qarabağın 

dağlıq  hissəsində,  Zəngəzurda  və  ermənilərin  planlarına  daxil  olan  digər  yer-

lərdə Azərbaycanın  suveren  hüquqlarının  bərpa  edilməsində  Qarabağ  general-

qubernatoru Xosrov  bəy  Sultanov  böyük  xidmət  göstərdi.  Qaniçən  Andronik  

onun  ciddi  təkidi  və müttəfiqlərin  yardımı  ilə  nəinki Azərbaycanı,  hətta  bütün  

Cənubi    Qafqazı    tərk    etməyə  məcbur  olmuşdu."Böyük  Ermənistan"  iddialarına 

daxil  olan  ərazilərdən  biri  də    Naxçıvan  bölgəsi  idi.    Naxçıvanda    hələ    1918-ci  

ildə    Araz-Türk    Respublikası    yaranmışdı.    Respublikanın  ərazisinə  Sərdarabad, 

Ulu xanlı, Vedibasar, Qəmərli, Şərur, Naxçıvan, Ordubad qəzaları  daxil olmuşdu.  

Paytaxt  Naxçıvan  şəhəri  idi.  Hökumətin  Bakı  uğrunda  döyüşlər  apardığı  bir 





Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə