Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

34 

 

dövrdə,  bu  respublika  əhalinin  daşnak  hücumlarından  qorunmasında  faydalı  iş 



gördü. Daşnak  hökuməti  hələ  1918-ci  ilin  noyabrında  Naxçıvan,  Şərur- Dərə-

ləyəz,  çmiədzin  qəzalarını,  Qars  vilayətini  müsəlman  əhalisindən  təmizləyib,  

Ermənistan hökumətinin hakimiyyətini bərqərar etmək istəyirdi. Lakin bu yerlərin 

müsəlman əhalisinin güclü  müqaviməti  həmin  planın  həyata  keçirilməsinə  ma-

ne  oldu.  Hətta  ingilis komandanlığı  müvəqqəti  olaraq  Naxçıvanın  idarəçiliyini  

Ermənistana  versə  də,  qəza əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri  ol-

duğu  üçün  daşnak  hökuməti    bu  qərarı  həyata    keçirə    bilməmişdi.    ngilislərin  

Zəngəzur  və   Yuxarı  Qarabağı  Azərbaycan torpaqları  kimi tanıyıb, Naxçıvanı 

Ermənistanın idarəçiliyinə vermək ideyası  Azərbaycanla Türkiyənin arasını  kəs-

mək,  ümumilikdə  Türkiyə  ilə   qalan  müsəlman  xalqları arasında xristian erməni  

dövləti yaratmaq barədə Kerzon planının tərkib hissəsi idi. 1919-cu  ilin  mayında  

xarici  işlər  naziri  F.X.Xoyski  general  Tomsonla görüşündə  müttəfiqlərin  baş  

komandanlığı    tərəfindən    Naxçvanın    idarəçiliyinin  müvəqqəti    olaraq    Ermə-

nistana  verilməsinə  kəskin  etiraz  etmiş,  Naxçıvan,  Ordubad, Şərur-Dərələyəzin  

qədim  Azərbaycan  torpaqları  olduğunu  bildirmişdi. 1919-cu  il  dekabrın  14-də  

Azərbaycan hökumətinin  təşəbbüsü ilə Bakıda Ermənistan - Azərbaycan konfransı 

açıldı. Lakin konfrans, ermənilərin  günahı  üzündən,  tərəflər  arasında  ziddiyyəti  

həll    edə    bilməyərək    işi  yarımçıq  dayandırdı.1920-ci    ilin  yanvarında    Ermə-

nistanın hərbi əməliyyatları  yenidən    gücləndi. Belə  bir  şəraitdə  Azərbaycan  

hökuməti  erməni  təcavüzinü  dəf  etmək  üçün  ciddi tədbirlər görmək məcburiy-

yətində qaldı. 

      18.  Azərbaycan Xalq  Cümhuriyyəti diplomatiyası ingilis  idarəçiliyi  şərai-



tində

Birinci  dünya  müharibəsinin  sonunda  Böyük  Britaniyanın  Azərbaycana  mara-

ğ

ı müstəsna  dərəcədə  artmışdı.  Bu,  bir  tərəfdən,  Almaniya- Türkiyə  blokunun  



Qafqaza meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir 

hissəsinin Bakının payına düşməsi ilə bağlı   idi. Müharibə ərəfəsində Rusiyada ha-

sil edilən neftin 83 faizi Bakıda çıxarılırdı. Dünya müharibəsində iştirak  edən öl-

kələr isə Bakı neftinə çox vaxt qələbəni müəyyən  edən  amil  kimi  baxırdılar.   n-




35 

 

giltərənin  baş  naziri  Lloyd  Corcun  fikrincə,  müharibənin  sonunda  Antantanın  



üstünlüyünə  baxmayaraq,  alman  bloku  Bakı  neftindən istifadə edərdisə,  hərbi 

ə

məliyyatların  hansı    nəticələr    verəcəyini    qabaqcadan    söyləmək  olmazdı.  Ona 



görə  də    Yaxın və  Orta  Şərqdə    möhkəmlənmiş  ngiltərə  qoşunları    1918-  ci  ilin 

mayından  başlayaraq  Bakı  istiqamətində  hərəkətə  başladı.  Lakin  bu  zaman  

Cənubi Azərbaycanda  möhkəmlənmiş  Türkiyə  qoşunları  onların  hərəkətini  da-

yandırdı  və ingilislərin  Bakıya  müdaxiləsi  1918-ci  ilin  avqustuna  qədər  müm-

kün  olmadı.  Bakıda XKS-nin  hakimiyyəti devrildikdən sonra sentrokaspiçilərin 

ilk addımı Ənzəlidə  dayanmış ingilisləri  Bakıya dəvət  etmək  oldu. Avqustun  4-

də    polkovnik    Stoksun  başçılıq  etdiyi  ilk  qoşun  dəstəsi  Bakıya  daxil  oldu.    Av-

qustun  ortalarında  general    Denstervil  başda  olmaqla    min  nəfərlik    ikinci    hərbi  

dəstə  Azərbaycana  gəldi.  Şəhərin  xristian  əhalisi  ingilisləri  böyük sevinclə qar-

ş

ıladı.  Mart qırğınlarını  törətmiş  ermənilər  ingilislərin simasında  öz  xilaskarlarını 



görürdülər.  Lakin  Britaniya    qüvvələrinin  azlığı  onların  ümidlərini  puça  çıxartdı. 

Bakıya  gələn  Britaniya  qoşununun  çoxsaylı  olması  haqda  məlumatların  şayiə 

olduğunu  bilən  Qafqaz  slam  Ordusu  şəhəri  azad  etmək  uğrunda  son  hərbi  əmə-

liyyatlara başladı.  1918-ci  il  sentyabr   ayının  ortalarında  Britaniya  qoşunu  ge-

neral  Denstervil başda olmaqla  Bakını  tərk  etmək  məcburiyyətində  qaldı.  La-

kin    1918-ci    ilin    payızında  iki  aylıq  fasilədən  sonra  onlar  yenidən  Bakıya  qa-

yıtdılar.  Bu,  Türkiyə  və  onun  müttəfiqlərinin  Birinci  Dünya  müharibəsində  tam 

məğlubiyyəti ilə bağlı idi. 1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya 

daxil  oldu. Bundan az əvvəl, Azərbaycan hökuməti ABŞ prezidenti  V.Vilsona, öz  

fəaliyyətini bərpa etmiş Milli Şura  isə   dünya  dövlətlərinə  müraciətlər  qəbul  et-

dilər.  Müttəfiqlərin  gəlişi  Azərbaycanın istiqlaliyyətini  ciddi təhlükə qarşısında 

qoydu.  Rus və  erməni  milli  şuralarının cəhdlərinə baxmayaraq, Bakıda vəziy-

yətlə yaxından tanış olduqdan sonra, general V.Tomson bildirdi ki, onun  "Bakıda  

ə

n  bacarıqlı adamlardan biri" saydığı  F.X.Xoyskinin hökuməti  ölkədə  koalisiya 



hökuməti  təsdiq  edilənə  qədər  yeganə  təsirli  hökumət  olaraq    qalır.  Balkanda  və 

Qafqazda  olan  ingilis  qoşunlarının  baş  komandanı    general  Corc  Miln  az  sonra 

Bakıya gələrək V.Tomsonun bəyanatını təsdiqlədi və bildirdi  ki, Böyük Britaniya 



36 

 

hökuməti Azərbaycan  hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni ha-



kimiyyət kimi tanıyır. Azərbaycan hökumətində qəbul zamanı o dedi: "Mən  bura-

ya böyük müttəfiq millətlərin nümayəndəsi hesabında gəldim.  Məqsədimiz məm-

ləkətdə sülh və ədaləti bərpa etməkdir.  Müttəfiqlərin  qələbəsi  hüquqi-ədalət və  

millətlərin  təyini-müqəddəra-ixtiyari təmininin rəhnidir. Sülh konfransında burası 

bəyan ediləcəkdir.  F.X.Xoyski  ilə  danışıqlar  zamanı  C.Miln  bildirdi  ki,  "Azər-

baycan  dairəsində    ngiltərə    hökuməti    Azərbaycan    hökuməti-  Cümhuriyyəsini  

tanıyır  və qəbul  edir  və  hökumətə  müttəfiqlər  komandanlığı  hər  barədə  kö-

mək  edəcəkdir. Ayrı-ayrı  millətlərin  təyini - müqəddərat  hüququ   ngiltərə  hö-

kuməti    nöqteyi  nəzərincə    müdafiə    edilməlidir.      Sülh    konfransında    ngiltərə  

nümayəndələri  bunu müdafiə  edəcəklərdir.   Əlbəttə, bu, tək general C.Milnin fik-

ri deyildi, 1918-ci ilin dekabr ayında Cənubi  Qafqaz  məsələsi bir neçə dəfə Bri-

taniya hökumətinin iclaslarında  müzakirə  edilmişdi.  Lord  Kerzon  bu  fikirdə  idi  

ki,    Cənubi    Qafqazda  sabitlik    lazımdır,    əks    təqdirdə    "anarxiya,    qarma-qarı-

ş

ıqlıq,    yaxud    bolşevizm"    bu  regionda  ingilis  siyasətinə  maneçilik  törədə  bilər. 



1919-cu    ilin    əvvəllərindən    başlayaraq    ngiltərə-Azərbaycan    əlaqələri  Bakıda  

olan  ingilis  komandanlığı,   stanbuldakı  ingilis  hərbi  və  diplomatik nümayən-

dəliyi, sonralar isə Paris Konfransında təmsil  olunan sülh heyəti vasitəsilə həyata 

keçirilirdi. Dekabr  ayında  ingilislər  Batum  və  Tiflisi  də  tutdular  və  1919-cu  

ilin yayına  qədər  Qafqazda  qaldılar.   ngilislərin  Azərbaycanın   daxili  işlərinə  

müdaxilə etməsi  tədricən  aradan  qaldırıldığına  görə,  Azərbaycan  hökuməti  bü-

tün  işləri  öz əlində toplayır, addımbaaddım tam irəliləyərək müstəqilliyini bərqə-

rar edirdi. 

              19.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Sovet  Rusiyası  ilə  münasi-

bətləri. 

Azərbaycanın  həyatı  mənafeyi  sovet  Rusiyası  ilə  normal  münasibətlər qurul-

masını  tələb  edirdi.  Yeni  iqtisadi  əlaqələrin  hələ  yaradılmadığı  və  ənənəvi 

ə

laqələrin  pozulduğu  bir  vaxtda  Azərbaycanın    neft,  pambıq  və  digər    xam-



mallarının Rusiya  bazarından  məhrum  olması  Azərbaycan  hökumətinin   şimal  

qonşusu  ilə münasibətləri normallaşdırmasını zəruri edirdi. Azərbaycanın  Gürcüs-




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə