Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

37 

 

tandakı diplomatik nümayəndəsi RSFSR  xalq  xarici işlər komissarına göndərdiyi 



1918-ci il 6 oktyabr tarixli  məktubunda Moskva vilayəti ərzaq  komitəsinin  Bakı-

da  olan  səlahiyyətli  nümayəndəsi   .P.Orlovun  Azərbaycanla iqtisadi  əlaqələr  

yaratmaq  sahəsində  gördüyü  işləri  qeyd  edərək,  Bakıda  və Moskvada  rəsmi  

nümayəndəlik  təyin  olunmasını,  həmçinin  ticarət   mübadiləsinin ümumi istiqa-

mətlərini müəyyən etməyi təklif edirdi. M.Ə.Rəsulzadənin  parlamentin  açılışında  

söylədiyi  nitq  Azərbaycan hökumətinin  Rusiyaya  münasibətini  bildirmək  baxı-

mından  diqqəti  çəkir:  " Bizim Rusiya  camaatına  qarşı  heç  bir  ədavət  və  nif-

rətimiz  yoxdur.  Nifrət bəslədiyimiz   Rusiya çarizm  Rusiyası istibdadıdır...  Biz-

cə,  mənfur olan  Rusiya millətləri əzən və hüquqlarını verməyən rəsmi  Rusiyadır, 

hər millət  müstəqil və hürr olmalı, hürr olduğundan  sonra  digər  millətlərlə  ürək  

istədiyi  kimi  əqdi- ittifaq  etməlidir...  Biz Rusiyanın səadətini istəriz, Rusiya səa-

dətini  sevəriz.  Fəqət    kəndi  istiqlalımızı  da  əziz  tutarız".  1919-cu    ilin    yazında  

Nazirlər    Şurasının    yeni    seçilmiş    sədri    N.Yusifbəyli  təşkil  etdiyi  hökumətin 

proqramında Sovet Rusiyası ilə  iqtisadi -ticarət əlaqələrinin bərpası vəzifəsini də 

irəli sürmüşdü. Bundan  ötrü isə, ilk növbədə, Azərbaycan hökumətinin bu barədə  

dəfələrlə  müraciət    etməsinə    baxmayaraq,    Sovet    Rusiyası    müxtəlif    əsassız  

bəhanələr  gətirməklə  buna  razılıq  verməkdən  yayınırdı.  Bu    diplomatik    oyun-

bazlığın   arxasında  isə  Bakı  neftinə sahib  olmaq  iddiası dururdu.  V.   .  Leni-

nin  1920-ci  il  martın  17 -də  Qafqaz  cəbhəsinə  göndərdiyi teleqramda  bu  niy-

yət  açıq-aydın  göstərilmişdi:  "Bakını  almaq  bizə  olduqca,  və olduqca zəruridir. 

Bütün  səyinizi buna verin..."Göründüyü   kimi,    bolşevik    Rusiyası    üzdə    millət-

lərin   öz  müqəddəratını təyin etmək hüququnu qəbul etdiyini deməsinə baxmaya-

raq  ,    müstəqil  milli  dövlətlərin  varlığı    ilə    barışa    bilmirdi.    Bakı    quberniyası  

Xalq    Komissarları    Sovetinin    məğlubiyyətindən  sonra  da  bolşevik  hökuməti 

Azərbaycanı, xüsusən Bakını  Rusiyanın ayrılmaz hissəsi  hesab etmək iddiasından 

ə

l çəkmirdi. Lakin  Rusiya  ilə  münasibətlərin  yaxşılaşdırılmasına  əngəl  törədən  



çətinliklərə baxmayaraq,  Azərbaycan  xalqının  milli  mənafeyinə  uyğun  xarici  

siyasət  yeritmək, mürəkkəb  beynəlxalq  vəziyyətdə  Azərbaycanla  qonşu  döv-




38 

 

lətlər    arasında    mehriban  münasibətlər  yaratmaq,    onu  dünya  birliyinin  bərabər-



hüquqlu   üzvünə   çevirmək   Azərbaycan diplomatiyasının başlıca məqsədi idi. 

 

1920-ci  ilin  yanvarında  Azərbaycanın  beynəlxalq  vəziyyəti  ağırlaşmışdı. 



Sovet  Rusiyasının  xalq  xarici  işlər  komissarı  G.  Çiçerin  Azərbaycan  hökumətinə 

göndərdiyi  notada  Denikin  əleyhinə  Sovet  Rusiyası  ilə  hərbi  ittifaq  bağlanmasını 

təklif  edirdi.  Bu  notaya  cavab  olaraq  F.  Xoyski  göstərirdi  ki,    Azərbaycan  xalqı 

başqa xalqların daxili  işinə qarışmır  və  ona  görə də  Azərbaycan  hökuməti  özünü 

daxili həyatını qurmaqda olan rus xalqının mübarizəsinə müdaxiləni yol verilməz 

iş hesab edir. 1920-ci ilin yanvarın 23-də Çiçerinin göndərdiyi ikinci notada Azər-

baycanın  müstəqilliyinə  əhəmiyyət  verilmir.  1920-ci  il  fevralın  20-də  göndərilən 

üçüncü nota da öz məzmununa görə əvvəlkilərdən o qədər də fərqlənmirdi. 

1920-ci ilin martın 7-də xarici işlər naziri F. Xoyski Çiçerinin adına növbəti 

nota  göndərib  millətlərin  öz  müqəddəratını  həll  etmək  prinsipləri  əsasında  Sovet 

hökuməti ilə qarşılıqlı qonşuluq münasibətlərinin yaradılmasına hazır olduğunu bir 

daha  göstərdi.  Lakin  bu notaya  heç  bir  cavab  gəlmədi.  Bütün  bunlar  Azərbaycan 

Cümhuriyyətinin süqutuna səbəb oldu. 

       20.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutu  və  böyük  dövlətlərin 

mövqeyi. 

 

F.  Xoyskinin  xarici  işlər  komissarı  Çiçerinə  göndərdiyi  sonuncu  notasına 



Sovet  Rusiyası  münasibət bildirmədi.  Çünki  Rusiya  Azərbaycanla  münasibətlərin 

hərbi müstəvidə “həlli” qənaətini artıq qətiləşdirmişdi. Rusiya bəzi diplomatik ge-

dişləri-ticarət  və  iqtisadi  məsələrə  dair  danışıqları  ilə  vaxt  qazanırdı.  Arxada  isə 

Azərbaycana hərbi müdaxilənin planları hazırlanırdı. Bunu bir çox rəsmi sənədlər 

də  yaxşı  açıqlayır.  Qafqaz  cəbhəsi  komandanlığının  XI  ordunun  və  Volqa-Xəzər 

donanmasının  komandanlıqlarına  Petrovsk  şəhərindən  verilən  490  (21.IV.1920), 

Rostovda imzalanan  5969/s  saylı  (23.IV.1920) direktivləri,  Dərbəndən verilən 52 

saylı əmr (25.IV.1920) bu baxımdan olduqca səciyyəvidir. 

 

Bakıya  hücum  və  Azərbaycanın  azad  edilməsi  haqqındakı  490  saylı  direk-



tivdə: 1. aprelin 27-də Azərbaycan sərhədlərini keçib Bakı quberniyasını tutmaq; 2. 

desant  çıxararaq  neftdaşıyan  AXC  donanmasını  ələ  keçirmək  nəzərdə  tutulurdu. 




39 

 

5969/s  saylı  direktivdə  əvvəlkinə  əlavə  olaraq  yalnız  Bakı  quberniyasının  deyil, 



Azərbaycanın bütün ərazisinin ələ keçirilməsi XI ordunun son vəzifəsi sayılırdı. 52 

saylı  əmrdə  isə  gələcək  hərbi  əməliyyatların  17  maddəlik  konkret  planı  verilirdi. 

şğ

al ərəfəsində daxildəki bolşeviklər və ermənilər Sovet Rusiyasının hərbi müda-



xilə planlarına dəstək verdilər. 

 

Sovet  Rusiyası  bu  kimi  hərbi-siyasi-ideoloji  səciyyəli  hazırlıq  tədbirlərini 



tamamladıqdan sonra yenidən Şimali Azərbaycanın işğalına başladı (27.IV.1920). 

AXC parlamenti: a) Azərbaycanın tam müstəqilliyinin saxlanılması; b) onun ərazi 

bütövlüyünün qorunması və digər şərtlərlə hakimiyyətin təhvil verilməsinə razılaş-

dı.  Beləliklə,  27  aprel  istilası  ilə  növbəti,  lakin  qısamüddətli  Azərbaycan  istiqlalı 

“dünya  sosialist  inqilabı”,  Lenin  “milli  siyasəti”  yolunda  qurban  gedərək  tarixə 

qovuşdu.  Paris  Sülh  konfransının  de-fakto  tanıdığı  AXC-ni  Rusiyanın  devirməsi 

beynəlxalq dairələr və böyük-qonşu dövlətlər tərəfindən, əsasən, sükutla qarşılandı. 

AXC Sülh nümayəndəliyi San-Remoda ikən Azərbaycanın Rusiya tərəfindən işğalı 

ilə bağlı Müttəfiqlərin Ali Şurasına, Romadakı səfirliklərə və sonralar isə Millətlər 

Cəmiyyətinə, beynəlxalq konfranslara notalar-müraciətlər göndərdi. Həmin diplo-

matik  sənədlərdə  Azərbaycanın  müstəqilliyinin  bərpası  üçün  təcili  tədbirlər  gö-

rülməsi  və  yardım  göstərilməsi  istənildi.  Lakin  heç  bir  ciddi  əməli  nəticə  hasil 

olmadı.  Göründüyü  kimi,  beynəlxalq  toplantı  və  qurumlar  AXC-nin  devrilməsi, 

Azərbaycanın  beynəlxalq  münasibətlər  sistemindən  çıxarılması  ilə  razılaşdılar. 

Qərbin böyük dövlətləri Aprel işğalı faktına gözyumdular. Bu cür münasibət onla-

rın ikili siyasətinin qanunauyğun yekunu kimi də dəyərləndirilə bilər. Müttəfiqlərin 

Rusiyanın  yenidən  Azərbaycana qayıtmasını önləməmələri  bu kimi  səbəb-niyyət-

lərdən də irəli gəlirdi: 1. işğalın əngəllənməsi üçün lazım gələn hərbi-iqtisadi im-

kanların yetərsizliyi; 2. yardım göstərilməsinin bahalı və azsəmərəli sayılması; 3. 

Rusiyadan güzəştlər qoparılması, ilk öncə, də müttəfiqlərin borclarını qaytarmasına 

nail olunması. Türkiyə parçalanmaq və suverenliyini itirmək təhlükəsi ilə üzləşdi-

yindən  Azərbaycan dövlətinin süqutuna  razılıq  verdi  və  yardım  göstərdi.  ran  Şi-

mali Azərbaycanda dövlətçiliyin növbəti süqutunu razılıqla qarşıladı. Cənubi Azər-



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə