Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

49 

 

bunu mümkünsüz edirdi. Əslində, Rusiyanın konfransda iştirakı daha çox təbliğat 



xarakteri daşıyırdı. Konfransda neft də diqqət mərkəzində idi. Bu da təsadüfi deyil-

di, belə ki, 1920-ci illərin əvvəlindəki beynəlxalq siyasət də, əsasən, iqtisadi faktor-

lara,  ən  başlıcası  da,  neft  amilinə  söykənirdi.  Bu  və  digər  səbəblərə  görə  böyük 

dövlətlərin və iri şirkətlərin yanacaq-enerji mənbələrinə yiyələnmək uğrunda mü-

barizəsi  güclənmişdi.  Məhz  belə  hallar  üzündən  o  dövrdə  keçirilən  bir  sıra  konf-

ranslarda olduğu kimi Genuyada da Q.Orconikidzenin təbirincə desək, Bakı nefti 

diqqət  mərkəzində  olmuşdu.  Haqlı  olaraq  bir  sıra  diplomatik  ədəbiyyatlarda  bu 

konfransı Neft konfransı da adlandırırlar. Konfransda iştirak üçün gəlmiş türklərin 

məsələlərin  müzakirəsinə buraxılmaması  Kiçik  Asiyada  sülhün  bərpa olunmasına 

mane olurdu. Nəhayət, mayın 19-da konfransın son plenar iclası keçirildi. Müzaki-

rələrdə heç bir yekun razılıq əldə olunmadı. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 

ş

übhəsiz, qərbi Avropa dövlətlərinin Rusiyaya belə ögey münasibət bəsləməsi tək-



cə onun müharibəni yarımçıq tərk etməsi ilə bağlı ola bilməz. Ən böyük səbəb so-

sializm təhlükəsi idi. Avropalılar yenicə pöhrələnməyə başlayan sosializmin qərbə 

yayılmasını  qətiyyən  istəmirdilər.  Ona  görə  də  Rusiyada  yeni  bərqərar  olan  sis-

temin elə ordaca süqutuna çalışırdılar. Təsadüfi deyil ki, bu tendensiya özünü ikin-

ci  dünya  müharibəsi başlayana  qədər,  hətta  müharibə gedişində  belə  göstərmişdi. 

Hətta qərb dünyası sovetləri faşistlərdən daha böyük təhlükə kimi görürdülər. Xü-

susi ilə ABŞ və  ngiltərəni belə bir sual maraqlandırırdı ki, necə etmək lazımdır ki, 

sosializmi beşiyindəcə boğmaq mümkün olsun.  

1922-ci ilin 15 iyun-20 iyul tarixlərində Haaqada Genuya konfransında işti-

rak etmiş dövlətlərin ekspertlərinin iştirakı ilə konfrans keçirildi. Konfransda Sovet 

nümayəndə  heyəti  bildirdi  ki,  Sovet  dövləti  borcları  tanıya  bilər,  əvəzində  Qərb 

dövlətləri  onunla  diplomatik  münasibətlər  yaratmalı  və  kredit  verməlidir.  Sovet 

dövləti Müvəqqəti hökumətin Qərb ölkələrindən aldığı hərbi borcların bir hissəsini 

qaytarmağa razı idi.  claslarda belə bir fikir səsləndi ki, iştirakçılar hələ hər hansı 

bir qərar qəbul etmək üçün deyil, vəziyyəti öyrənmək üçün yığışıblar. Konfransda 

Rusiya  kredit  almaq  istəyirdi,  xüsusi  mülkiyyət  komissiyası  isə  xaricilərin  çar 

dönəmindən  bəri  Rusiyada  qalan  mülklərinin  onlara  qaytarılmasını  tələb  edirdi. 



50 

 

Mülkiyyətlər əsasən neft mədənləri ilə bağlı idi. Bu cür qarşılıqlı iddia və tələblər 



konfransın işin  pozdu  və danışıqları səmərəsiz  etdi.  Nəticədə,  iyulun 20-də  konf-

rans Rusiyanın ideyasını rədd edən qətnamə qəbul etdi.  



27. Sovet Rusiyası ilə Almaniya arasında Rapollo müqaviləsi. 

     Genuyaya  gedərkən  sovet  nümayəndə  heyəti  Riqada  Pribaltika  dövlətləri  ilə 

müşavirə  keçirdi,  sonra  Berlində  alman  hökumətinin  nümayəndələri  ilə  Birinci 

dünya  müharibəsi  dövründə  və  onun  başa  çatmasından  sonra  yaranmış  qarşılıqlı 

iddiaların  nizamlanması  barədə  danışıqlar  oldu.    Bu  danışıqların  nəticəsi  idi  ki, 

1922-ci  ildə  Genuya  konfransının  gedişində  rus  –  alman  yaxınlaşması  baş  verdi. 

Bu  öz  əksini  1922-ci  il  aprelin  16-da  iki  dövlət  arasında  imzalanmış  müqavilədə 

tapdı.  Nümayəndə  heyətlərinin  başçıları  Q.  Çiçerin  və  V.  Ratenaunun  imzaladığı 

Rapollo  müqaviləsi  təkcə  müxtəlif  siyasi  qurluşlu  dövlətlərin  ilk  bərabərhüquqlu 

sazişi yox, həm də Sovet dövlətinin diplomatik təcriddən çıxmasının başlanğıcını 

qoyan  ilk  saziş,  iki  ölkənin  beynəlxalq  arenada  mövqeyini  möhkəmləndirmiş  ilk 

ə

həmiyyətli sənəd oldu. Rapollo müqaviləsinin şərtlərinə görə  tərəflər diplomatik 



və konsul münasibətlərini dərhal bərpa etmək, əlverişlik prinsipi əsasında iqtisadi 

ə

laqələr qurmaq və inkişaf etdirmək öhdəliyi götürdülər,  hərbi xərclərin, müharibə 



vaxtı vurulmuş hərbi və qeyri-hərbi ziyanın ödənilməsindən qarşılıqlı imtina etdi-

lər.  Almaniya  Rusiyada  yerləşən  alman  dövlət  və  xüsusi  mülkiyyətinin  milliləş-

dirilməsini  tanıdı.  Bu  müqavilənin  əhəmiyyətini  çox  yüksək  qiymətləndirməmək 

çətindir.  Çünki,  bu  müqavilənin  müstəsna  əhəmiyyəti  vardı.  Əvvələn,  o,  ölkələr 

arasında ilhaqsız və təzminatsız dinc münasibətlər qurmağın mümkünlüyünü gös-

tərdi. Ikincisi, müqavilə Sovet Rusiyasını iri kapitalist dövlətlərindən birinin tanı-

ması haqqında ilk hüquqi sənəd oldu. Üçüncüsü, o, iki ölkə arasında iqtisadi müna-

sibətlərin inkişafı üçün böyük imkanlar açdığından həm Sovet Rusiyasına, həm də 

Almaniyaya  sərfəli  idi.  Qərb  dövlətləri  Almaniyaya  təzyiq  göstərir  və  Rapollo 

müqaviləsindən çıxmağı  tələb  edirdilər.  Qərb dövlətlərinin  Almaniyaya  təzyiqləri 

heç bir nəticə vermədi. Çünki Almaniya Rapollo müqaviləsindən imtina etmədi. 

        Genuya və Haaqa konfransları gənc Sovet dövlətinin xarici siyasətinin şəksiz 

uğurlarını göstərdi.  mperialist dövlətləri öz şərtlərini sovet Rusiyasına zorla qəbul 



51 

 

etdirə bilmədilər. Onların planı pozuldu. Rapollo müqaviləsi isə sovet Rusiyasının 



beynəlxalq  arenaya  çıxması demək  idi.  ABŞ,  ngiltərə,  Fransa  və  başqa  ölkələrin 

siyasi dairələrinin müqavimətinə baxmayaraq, o, beynəlxalq vəziyyətini möhkəm-

ləndirməyə müvəffəq olurdu. 1923-1925-ci illərdə sovet Rusiyası bir çox ölkələrlə 

diplomatik münasibətlər qurdu. Bu dövr Sovet dövlətinin xarici siyasətinin tarixinə 

“tanınmalar zolağı” kimi daxil oldu. 

               28. 20-ci illərdə beynəlxalq münasibətlərdə təzminat problemi. 

Paris  sülh  konfransında  Almaniyadan  təzminat  alınması  problemi  həll  olunmadı. 

Konfransın qərarına əsasən bu məsələ ilə məşğul olmaq üçün müttəfiqlərarası ko-

missiya  yaradıldı.  Lakin  komissiya  təzminatla  bağlı  məsələləri  həll  edə  bilmirdi. 

ABŞ  təzminat  məsələsindən  istifadə  edib  Avropada  mövqeyini  möhkəmləndir-

məyə  çalışırdı.    XX  əsrin 20-ci illərində Avropada  beynəlxalq  münasibətlərdə  ən 

çox müzakirə olunan məsələrdən ən mühümləri sırasında artıq məlum olduğu kimi 

Almaniyanın  tərksilah  edilməsi  və  ondan  təzminat  alınması  da  vardı.  Tərksilah 

məsələsində  müəyyən  razılığa  gəlinsədə  təzminatın  üstü  açıq  qalırdı.  Sanki,  bu 

məsələnin  həlli  dalana  dirənmişdi  və  artıq  böhran  həddinə  çatmışdı.  Təzminat 

problemi  həm  iqtisadi,  həm  də  siyasi  xarakter  daşıyırdı.  Qalib  dövlətlər  arasında 

Almaniyadan  təzminat  alınması,  onun  miqdarı  və  ödənilməsi  üsulları  və  bütün 

bunlara nəzarətlə bağlı ixtilaflar qalırdı. Almaniya da bu ixtilaflardan istifadə edib 

təzminatı  ödəmirdi.  Ümumiyyətlə,  Almaniyanın  daxilində  iki  xətt  tərəfdarları 

formalaşmışdı: Birincilər təzminatın ödənilməsinə razı olduqları halda, ikinci qrup 

heç  cür  bununla  razılaşmaq  istəmirdilər.  Keçirilən  konfranslarda  bu  məsələ  hər 

zaman  diqqət  mərkəzində  olmuşdur.  Hələ  1920-ci  ilin  5-16  iyul  tarixlərində 

keçirilən  Spa  konfransında  tərksilah  məsələsi  ilə  bərabər  təzminat  probleminə  də 

toxunulmuşdu.  Təzminatın  ümumi  məbləği  müəyyənləşdirilməsə  də,  onu  alacaq 

dövlətlərin payı müəyyənləşdirildi. Ən çox hissə Fransaya çatdı: 52%. Onu 22%-lə 

ngiltərə izləyirdi, 10%  taliyaya çatdı, ABŞ-ın da pay almaq hüququ saxlandı.              

           1921-ci  ilin  yanvarında  müttəfiqlərarası  komissiyanın  Parisdə  keçirilən 

konfransında qəbul edilmiş qərara əsasən Almaniya 40 il ərzində 226 mlrd. marka 

təzminat ödəməli  idi.  Lakin tərəflərin  mövqeləri ilə  bağlı 1921-ci  ilin   aprel-may 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə