Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

55 

 

həm də incə siyasi-diplomatik xüsusiyyətləri də vardı. “Daues planı” Avropa işlə-



rində  hegemonluğa  can  atan  Fransa  üzərində  ABŞ  və  ngiltərənin  diplomatik 

qələbəsi  idi.  Nəticədə,  Fransanın  Avropada  nüfuzu  xeyli  aşağı  düşmüş  oldu. 

Beləliklə,  “Daues  planı”nın  əsas  müzakirə  obyekti  olduğu  təzminat  məsələsinə 

həsr edilmiş London konfransı 1924-cü il 16 iyul – 16 avqust tarixlərində keçirildi. 

Konfransın əsas məqsədi Almaniyanın iqtisadi və maliyyə birliyini bərpa etmək və 

ona iri istiqrazlar verən kreditorlar üçün təminat yaratmaq idi. Konfransda Rurun 

işğalı rədd edildi, “Daues planı” qəbul edildi və Almaniyaya ABŞ və  ngiltərədən 

məhsul və kapital idxalı artdı.  



             30.”Yunq planı”. Avropada Fransanın mövqelərinin zəifləməsi. 

        Alman hökuməti ölkələr arasındakı iqtisadi münasibətlərlə bağlı problemlərin 

müzakirəsi üçün konfrans çağırılmasına nail olmaq istəyir və təzminatlar haqqında 

qərarlara və “Daues planı”na yenidən baxılmasını tələb edirdi.  Beləliklə, 1928-ci il 

dekabrın 22-də  ngiltərə,  taliya, Belçika, Fransa və Yaponiya təzminat məsələsinə 

dair ekspertlər komitəsini təsis etdiklərini rəsmi şəkildə elan etdilər. 1929-cu il fev-

ralın 11-də Parisdə “Daues planı”na yenidən baxılması üçün bir sıra ölkələrin eks-

pertlərinin müşavirəsi keçirildi. Komitənin tərkibi təsisçi dövlətlər və ABŞ, Alma-

niyadan  hərəsindən  iki  nümayəndə  olmaqla  14  nəfər  idi.  Sədr  isə  ABŞ  eksperti 

O.Yunq idi. Təzminatların alınmasında ən maraqlı ölkə olan Fransa “Daues planı”-

na yenidən baxılmasına razılaşır, lakin alman təzminatlarının məbləğinin qalib öl-

kələrin müttəfiqlərarası borcları ilə əlaqələndirilməsində təkid edirdi. Məsələ bura-

sındadır ki, Birinci dünya müharibəsi zamanı ABŞ və  ngiltərədən göndərilən hərbi 

texnika, materiallar və ərzaq üçün Fransa hər il müəyyən məbləğlər ödəməli idi ki, 

bunlar  da  alman  təzminatları  hesabına  doldurulurdu.  Buna  görə  də  Fransa  alman 

təzminatlarının  azaldılmasının  kompensasiya  olunmasında  maraqlı  idi.  Uzun  illər 

ə

rzindəki zəhmətdən sonra ekspertlər komitəsi tarixə “Yunq planı” kimi daxil olan 



sənəd  işləyib  hazırladı.  Çoxlu  mübahisələr  və  uzun  müzakirələrdən  sonra  “Yunq 

planı”  1930-cu ilin yanvarında Haaqa konfransında qəbul olundu. Plana görə, Al-

maniya 59 il ərzində 113,9 mlrd. marka təzminat ödəməli idi. “Yunq planı” “Daues 

planı” ilə müqayisədə Almaniyanın illik ödənclərini 20% aşağı saldı. ”Yunq planı” 




56 

 

təzminatın ödənilməsində böyük dəyişikliklər etmədi. Bundan sonra təzminat yal-



nız dəmir yolları və büdcədən gələn gəlir hesabına ödənilməli idi. Sənayedən gələn 

gəlir  hesabına  təzminat  ödənilməsi  qaydası  da  ləğv  olundu.  Paris  müşavirəsinin  

iştirakçıları  Almaniyanın  vəziyyətini  yumşaldan  bir  sıra  digər  qətnamələr  qəbul 

etdilər. Təzminat komissiyası ləğv olundu, dəmir yolları və müəssisələr üzərindəki 

nəzarət  götürüldü,  1930-cu  ilin  ortalarından  gec  olmayaraq  Reyn  zonasından 

qoşunların  çıxarılması  məsələsi  həll  olundu.  Almaniyanın  təsərrüfat  və  maliyyə 

strukturlarına  nəzarətin  aradan  qaldırılması  Versal  sisteminə  vurulmuş  ağır  zərbə 

idi. “Yunq planı” qüvvəyə mindikdən bir il sonra Almaniya növbəti təzminatı ödə-

yə  bilmədiyindən  kömək  üçün  ABŞ-a  müraciət  etdi.  Almaniyadakı  pullarını  itir-

məkdən qorxan amerikan bankirlərinin təkidi ilə ABŞ prezidenti Huver təzminatla-

rın və hərbi borcların ödənilməsinə moratorium qoyulması təklifi ilə çıxış etdi. Bu 

təklif  ildə  2  mlrd.  frank  təmiz  itkiyə  məruz  qalacaq  Fransanın  cibinə  ziyan  idi.  

Beləliklə,  iki  il  müddətinə  qüvvədə  qalan  “Yunq  planı”  da  təzminat  problemini 

Fransanın  istəyinə  uyğun  həll  edə  bilmədi.  1932-si  ilin  iyununda  Lozanna  konf-

ransının qərarı ilə Almaniya təzminat ödəməkdən tamam azad edildi. Beləliklə, 20-

ci illərdə və ondan sonrakı dövrdə beynəlxalq münasibətlərə mühüm təsir göstərən 

təzminat problemi  həllini  tapmadan ləğv  edildi.  1919 –  1931-ci  illərdə  Almaniya 

21,8  mlrd.  marka  təzminat  ödəmiş,  özü isə  xarici ölkələrdən  həmin  müddətdə 38 

mlrd. marka kredit almışdı. Göründüyü kimi keçən müddət ərzində Almaniya borc-

larını azaltmaq əvəzinə kreditlər hesabına daha çox borclanmışdı. Ard-arda Versal 

sisteminə vurulan zərbələr, ABŞ və  ngiltərənin Almaniya məsələsində Fransa ilə 

birgə hərəkət etməməsi Almaniyanın özünə güvənini daha da artırdı və o, Versal 

sülh müqaviləsinin qərarlarına əməl etməyə maraq göstərmədi. Alman sənayesinə 

nəzarətin aradan qaldırılması onun rahat bir şəkildə silahlanmaya daha çox vəsait 

qoymasına  və  hərbi  hissələrini  leqallaşdırmasına  münbit  şərait  yaratdı.  Üstəlik, 

Millətlər Cəmiyyətinə qəbulu ona bütün bunlara haqq qazandırmaq imkanı verdi. 

Ölkənin  daxilində  isə  şovinizm  və  qisasçılıq  meylləri  güclənmiş,  faşist  təşkilat-

larının fəaliyyəti intensivləşmişdi. Beləliklə, 20-ci illərin təzminat problemi, onun 

həll  edilməsində  yol  verilən  xətalar  və  meydana  çıxan  uğursuzluqlar,  müttəfiq 



57 

 

dövlətlərin məsələnin həllində ortaq məxrəcə gələ bilməmələri və s. amillər sonrakı 



beynəlxalq  münasibətlər  sisteminin  formalaşmasına  və  yaşanacaq  siyasi  olaylara 

kəskin təsir etdi. 



 

 

31. Lokarno konfransı onun beynəlxalq yekunları. 

 

Rurun işğalından  sonra  Avropada təhlükəsizlik  məsələsi  əsas müzakirə  ob-



yektinə  çevrilmişdi.  Fransa  özünün  Avropadakı  hüquqlarına  dair  ABŞ  və  Böyük 

Britaniyadan təminat almaq istəyirdi. Bu dövrdə Almaniya qarşısında əsas məsələ 

ya Qərb dövlətləri ilə tamamilə birləşib, antisovet siyasətinin dayağına çevrilməli, 

ya  da  Rapollo  müqaviləsinə  uyğun  olaraq  bərqərar  olmuş  normal  sovet-alman 

münasibətlərini saxlamalı idi. Bütün bu məsələlərə 1925-ci ilin oktyabrında Lokar-

noda  keçirilən  konfransda  baxıldı.  Lokarno  konfransı  1925-ci  il  5  –  16  oktyabr 

tarixləri arasında keçirildi.  Konfransda  ngiltərə, Fransa, Almaniya,  taliya, Belçi-

ka,  Polşa,  Çexoslovakiya  iştirak  edirdilər.  Lokarno  konfransı  Almaniya  ilə  Fran-

sanın, Almaniya ilə Belçikanın arasındakı sərhədlərin təhlükəsizliyinə yönəldilmiş  

Reyn  təminat  paktını  qəbul  etdi.  Həmin  üç  ölkə  öz  üzərlərinə  müharibə  etməyə-

cəkləri  barədə  öhdəlik  götürdülər.  Lokarno  sazişinin  əsas  zəmanətçisi  kimi  ngil-

tərə  və  taliya  çıxış  edirdilər.  Konfrans  təminatın  Almaniyanın  Çexoslovakiya  və 

Polşa ilə sərhədlərinə də aid edilməsinə  dair qərar qəbul etmədi. Beləliklə, alman 

imperializminə Şərqə doğru təcavüzə şərait yaradıldı. Sənədləri imzalayan dövlət-

lər  Versal  sülhü  ilə  müəyyən  edilmiş  ərazilərdə  status-kvonu  tanıyacaqlarını  bil-

dirdilər. Lokarnodan sonra Avropada vəziyyət gərginləşdi. Əvvələn, Avropa döv-

lətlərinin qruplaşması meydana gəldi. Lakin bu zaman  ngiltərənin rolu və nüfuzu 

artdı,  Fransanın  mövqeləri  isə  bir  qədər  zəiflədi.  kincisi,  Almaniyanın  qərb  sər-

hədləri müəyyənləşdirildi və ona zəmanət verildisə də, şərq sərhədləri açıq qaldı. 

Alman rəhbərlərinin qiymətləndirməsinə görə, şərq sərhədlərinə münasibətdə siya-

si məqsədlər üçün maneə yox idi. Eyni zamanda Almaniya şərqdə sərhədlərə yeni-

dən baxılmasına nail olmağa cəhd edərək, Reyn zəmanət paktı haqqında təklif irəli 

sürdü.  ngiltərədə alman təklifləri ehtiyatla qarşılandı. Fransa onların əleyhinə çıx-



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə