Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

58 

 

dı, ancaq alman təkliflərinə öz müttəfiqləri ilə baxmağa razılaşsa da, Versal müqa-



viləsindən  heç  vaxt  və  heç  nədə  geri  çəkilməyəcəyini  bəyan  etdi.  Konfransda 

həmçinin Almaniyanın Millətlər Cəmiyyətinə qəbulu məsələsi də müzakirə olundu. 

ABŞ,  ngiltərə,  Fransa  bununla  Almaniyanın  cəmiyyətin  fəaliyyətində  iştirakına 

tezliklə  nail  olub  onun  lazımi  dövlətlərə  sanksiya  tətbiq  edilməsində  pay  sahibi 

olmasını istəyirdilər. Ən böyük hədəf isə SSR  idi. Bunu Almaniya yaxşı başa dü-

ş

ürdü və ona görə müttəfiqlərin təkliflərini isti qarşılamırdı. Çünki Almaniya SSR  



ilə iqtisadi əlaqələrin inkişafında maraqlı idi. Qeyd olunduğu kimi müttəfiqlər Al-

maniyanın  Millətlər  Cəmiyyətinə  qəbulunu  istəyirdilər,  Almaniya  isə  ona  tam 

bərabər hüquqların verilməsini, Versal sülh müqaviləsinin hərbi maddələrinin ləğ-

vini tələb edirdi. Uzun diplomatik çəkişmələrdən sonra, nəhayət,  ngiltərə Almani-

yaya  yer  ayrılmasına  nail  ola  bildi  və  artıq  1926-cı  il  sentyabrın  10-dan  etibarən 

Almaniya nümayəndə heyəti Millətlər Cəmiyyətinin işində iştirak etməyə başladı. 

Bundan  sonra  Almaniyanın  əl-qolu  daha  da  açıldı,  o,  qüdrətlənməyə  başladı. 

“Daues planı”na əsasən Almaniyanın aldığı istiqrazlar, xarici kapital axını, marka-

nın sabitləşməsi, əlverişli ticarət müqavilələrinin imzalanması və sənayenin texniki 

cəhətdən  yenidən  qurulması  alman  maliyyə  kapitalının  nüfuzunu  gücləndirdi. 

1927-ci  ildə  Almaniya  məhsullarının  ixracı  müharibədən  əvvəlki  səviyyəni  ötüb 

keçdi.  Bu  dövrdə,  20-ci  illərin  sonlarına  yaxın  beynəlxalq  münasibətlərdə  nüfuz 

dairələri, yeni xarici bazarlar və xammal mənbələri ələ keçirtmək uğrunda müba-

rizə kəskinləşdi. Artıq Almaniya da açıq-aşkar yeni xammal mənbələri ələ keçirt-

məyə çalışırdı. Onunla birgə  taliya və Yaponiya da Versal sülh müqaviləsinə əsa-

sən  dünyanın  bölüşdürülməsinə  qəti  etiraz  edirdilər.  1928-ci  ildən  isə  Almaniya 

Reyn  vilayətindən  müttəfiq  qoşunlarının  çıxarılmasını  və  təzminatın  məbləğinin 

aşağı salınmasını tələb etdi. Bu tələblər Fransanın ürəyincə olmasa da,  ngiltərə ilə 

birlikdə  Almaniya  –  ABŞ  yaxınlaşmasına  yol  verməmək,  ABŞ-ın  bölgə  işlərinə 

qarışmasına mümkün qədər əngəl olmaq üçün təzminat məsələsinin müzakirəsinə 

hazır olduğunu bildirdi. Eyni zamanda dünya iqtisadi böhranının başlaması ərəfə-

sində dövlətlər borcların qaytarılmasında çətinlik çəkirdilər. Bütün bunların fonun-

da 20-ci illərdə, xüsusən əvvəllərində Avropada vəziyyət müəyyən mənada sabit-



59 

 

ləşmişdi. Buna keçirilən çoxsaylı konfranslar, bağlanan saziş və müqavilələr səbəb 



olmuşdu. Ölkələr problemləri silah gücünə deyil, daha çox danışıqlar yolu ilə həll 

etməyə cəhd edirdilər.  

                     32. Brian-Kelloq paktı və beynəlxalq münasibətlər. 

1927-ci il aprelin 6-da Fransanın xarici işlər naziri A. Brian ABŞ-ın birinci dünya 

müharibəsinə qoşulmağının 10 illiyi münasibəti ilə etdiyi çıxışında bu ölkəni Fran-

sanın dostu adlandırdı və ona milli siyasət vasitəsi kimi müharibədən imtina etmək 

haqqında  bəyannamə  ilə  çıxış  etməyi  təklif  etdi.  Brian  Millətlər  Cəmiyyətinin 

Nizamnaməsinə, Lokarno müqaviləsinə istinad edirdi. Bu təklif Avropa və Ameri-

kada diqqəti az cəlb etdi. Yalnız 9 ay sonra ABŞ-ın dövlət katibi F. Kelloq Briana 

cavab məktubunda sadə bəyannamə ilə kifayətlənməyərək, səmərəli tədbirlər gör-

məyə  və  müharibəni  rədd  edərək  birgə  bəyannamənin  imzalanmasına  bütün  iri 

dövlətləri cəlb etməyə çağırdı. 1928-ci il aprelin 13-də Kelloq öz layihəsini və ona 

ə

lavə edilmiş izahedici qeydləri  ngiltərə, Almaniya,  taliya və Yaponiyanın xarici 



işlər nazirlərinə göndərərək, bu məsələni bilavasitə ABŞ-la müzakirə etməyi təklif 

etdi,  çünki  Millətlər  Cəmiyyətində  üzvlük  onlar  üçün  təklif  olunan  müqavilənin 

imzalanması yolunda maneə deyildi. Kelloqun Briandan yan keçən hərəkəti fransız 

rəsmi dairələrində narazılıq doğurdu. Fransa müqaviləyə mövcud müqavilələr sis-

temini təsdiq edən və həmin möqavilələrə əməl etməyən dövlətlərə qarşı tədbirlər 

görülməsini nəzərdə tutan maddə daxil edilməsini təklif etdi.  ngiltərə belə hesab 

edirdi  ki,  paktı  imzalayan  dövlətlər  müqavilələrə  əməl  etməyən  digər  dövlətlərə 

qarşı sanksiyalarda iştirak etməyə bilər. Nəhayət, 1928-ci ilin mayında Yaponiya, 

Yeni  Zelandiya,  Avstraliya,  Kanada,  Cənubi  Afrika  ttifaqı  və  Hindistan  ABŞ-ın 

təklifinə müsbət cavab verdi. 1928-ci ilin iyunun 23-də F. Kelloq 14 ölkənin höku-

mətinə müqavilənin layihəsini göndərdi. Müqavilə 27 avqust 1928-ci ildə Parisdə 

imzalandı.  Tarixi-siyasi  ədəbiyyatlarda  “Brian-Kelloq  paktı” adlandırılan bu  razı-

laşma 1929-cu il iyulun 24-də qüvvəyə mindi. Paktı imzalayan dövlətlər milli siya-

sət  vasitəsi  kimi  müharibələrdən  imtina  edirdilər.  Mübahisəli  məsələlər  isə  sülh 

yolu  ilə  həll  edilməli  idi.  Pakt  qoşulmaq  istəyən  dövlətlər  üçün  açıq  idi.  Fransa 

SSR -ni  Brian-Kelloq  paktına  qoşulmağa  dəvət  etdi.  SSR   pakta tərksilahla  bağlı 




60 

 

öhdəliyin daxil edilməməsini, paktın yalnız milli siyasət vasitəsi kimi müharibəni 



qadağan etməsini çatışmayan cəhət kimi qeyd etdi. Sovet hökumətinin fikrincə, hər 

cür beynəlxalq müharibə, müdaxilə, mühasirə, özgə əraziləri işğal etmək kimi hər-

bi  əməliyyatlar  qadağan  edilməli  idi.  SSR   ngiltərə  tərəfdən  müqaviləyə  edilmiş 

dəyişiklikləri də qəbul etmirdi. SSR  tərksilaha müharibənin qarşısını almağın baş-

lıca vasitəsi kimi baxırdı. SSR  1928-ci il sentyabrın 6-da “Brian-Kelloq paktı”na 

qoşuldu.  Sovet  hökuməti  Brian-Kelloq  paktını  vaxtından  əvvəl  həyata  keçirməyi 

təklif  etdi.  1929-cu  il  fevralın  9-da  Moskvada  imzalanan  protokola  əsasən  SSR , 

Latviya,  Polşa,  Rumıniya  və  Estoniya  paktın  vaxtından  əvvəl  qüvvəyə  mindiyini 

elan  etdilər.  Sonra  Moskva  protokoluna  ran  və  Türkiyə  qoşuldular.  1929-cu  ilin 

ə

vvəlləri üçün pakta artıq 44 dövlət qoşulmuşdu.  lk baxışda pakt Avropada müəy-



yən  yumşalma  meyllərinin  baş  qaldırdığını  göstərirdi,  ancaq  vəziyyət  ciddiliyini 

qoruyub saxlamaqda idi. 1927-1928-ci illərdə beynəlxalq hadisələrin inkişafı gös-

tərdi ki, sülhün qorunub saxlanması və normal münasibətlər üçün bütün ölkələrin 

ə

məkdaçlığı zəruridir. Bu halda Avropadakı, Yaxın, Orta və Uzaq Şərqdəki fitnə-



kar hərəkətlər iflasa məhkumdur.  

 

1929-cu  ildə  A.Brian  iqtisadi  böhranın  nəticələrin  aradan  qaldırmaq  üçün 



Avropa Federativ  ttifaqının yaradılması ideyasını irəli sürdü və 1930-cu ilin ma-

yında  Millətlər  Cəmiyyəti  üzvü  olan  27  ölkəyə  müvafiq  memorandum  göndərdi. 

SSR  cəmiyyətin üzvü olmadığı üçün Fransa ona memorandum göndərmədi, SSR  

isə  1930-cu  ilin  iyununda  bildirdi  ki,  Fransa  Avropa  Federativ  ttifaqını  SSR -yə 

qarşı  yaradır.  Fransanın  təklif  etdiyi  “Pan-Avropa  planı”  Millətlər  Cəmiyyətinin 

Avropa komissiyasına verildi. Lakin ABŞ və  ngiltərənin müqaviməti nəticəsində 

Fransanın bu planı həyata keçirilmədi. 

33. 1929-1933-cü illər dünya iqtisadi böhranının beynəlxalq münasibət-

lərə təsiri. 

XX  əsrin  beynəlxalq  münasibətlərindən  danışarkən  qlobal  iqtisadi  böhran-

lara  toxunmamaq  olmaz,  çünki  bazar  iqtisadiyyatının  başlıca  xüsusiyyəti  olan  bu 

cür böhranlar iqtisadiyyata zərbə ilə bərabər, həm də dövlətlərarası əlaqələrə, bey-

nəlxalq  münasibətlərə  də birbaşa və  dərin  təsir  etmə  imkanlarına  malikdirlər.  Elə 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə