Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

61 

 

dünya  XX  əsri  də  1900-1903-cü  illərin  qlobal  iqtisadi  böhranı  ilə  salamlamışdı. 



Sonralar bu vəziyyət müəyyən fasilələrlə davam etdi. Birinci dünya müharibəsinin 

başlaması ilə böhran vəziyyəti aradan qalxmışdı. Ancaq müharibədən sonra iki ca-

han savaşı arasındakı 20 – 30-cu illərdə dünya üç ümumi istehsal artıqlığı böhranı 

ilə üz-üzə qalmışdır: 1920 – 1921-ci illər; 1929 – 1933-cü illər; 1937 – 1938-ci il-

lər.  Bu  böhranlar  içərisində  1929  –  1933-cü  illər  iqtisadi  böhranının  xüsusi  yeri 

vardır.  O  daha  uzun  müddət  davam  etmiş,  ağır  və  çoxcəhətli  olmuşdur.  Bu  böh-

randan dünyanın bütün sənaye ölkələri, xüsusən ABŞ və Almaniya daha çox əziy-

yət çəkmişdi. Böhran 1929-cu ildə ABŞ-da başlamış, daha sonra Avropa və Asiya 

ölkələrinə yayılmışdır. Bu böhran bir çox cəhətdən hər şeydən əvvəl, öz dərinliyinə 

görə  misli  görünməmiş  idi.  Sənaye  istehsalı  sadəcə  olaraq  azalmadı  hətta  əsrin 

ə

vvəlindəki  səviyyəyə  düşdü.  stehsalın  bu  cür  əhəmiyyətli  ixtisarı  işsizliyin  küt-



ləvi artımına səbəb oldu. Həyat səviyyəsi aşağı düşdü, işsizlik artdı (31 mln. nəfər). 

Böhranın ikinci xüsusiyyəti onun vüsətində idi. Böhran qlobal xarakter aldı. Onun 

üçüncü  xüsusiyyəti  davamlı  olması  idi.  Lakin  istehsalın  düşməsi  dayandıqdan  və 

1933-cü  ildə  canlanma  əlamətləri  göründükdən  sonra  da  iqtisadiyyat  lap  ikinci 

dünya  müharibəsi  başlayana  qədər  tamamilə  bərpa  olunmadı.  Heç  bir  böhran  bu 

cür böyük vüsətli iqtisadi nəticələr doğurmamışdır. Almaniyada vəziyyət daha gər-

gin  idi.  Ölkədə  faşist  təşkilatlar  fəallaşdı,  şovinist  ideyalar  gücləndi,  hakimiyyət 

dəyişikliyi  çağırışları  geniş  vüsət  aldı.  Bu  da  özünü  yaxın  gələcəkdə  hakimiyyət 

dəyişikliyində və beynəlxalq münasibətlərə dərin təsirində göstərdi. Dünya iqtisadi 

böhranı şəraitində böyük dövlətlər arasında ziddiyyətlər daha da kəskinləşdi. Ver-

sal  –  Vaşinqton  sistemi  iflasa  uğrayırdı.  Almaniya,  Avstriya,  Macarıstan  və  Bol-

qarıstan açıq şəkildə təzminat ödəməkdən imtina edirdilər. Onlar silahlanma üçün 

hüquqlar əldə etməyə və Müharibədən sonrakı mövcud vəziyyəti dəyişməyə çalı-

ş

ırdılar.  Belə  şəraitdə  Avropa  dövlətlərinin  birliyini  qurmaq  mühüm  əhəmiyyət 



kəsb edirdi. Bu təşəbbüsü Fransanın xarici işlər naziri A. Brian öz üzərinə götürdü. 

O, 1930-cu il mayın 17-də Avropanın 27 ölkəsinə az öncə barəsində söz açdığımız 

“Avropa  Federal  ttifaqını  yaratmaq  haqqında”  müraciət  etdi.  Belə  bir  ideyanı  o, 

iqtisadi  əməkdaşlıq  və  böhranla  birgə  mübarizə  aparmaq  tədbirləri  ilə  bağladı. 




62 

 

“Pan-Avropa”  adını  alan  bu  plan  Avropada  Fransanın  mövqelərinin  möhkəmlən-



məsinə  də  xidmət  etməli  idi.  Ona  görə  də  plan  Avropa  dövlətləri  tərəfindən  bir-

mənalı  qarşılanmadı.  Fransanın  ən  böyük  rəqibi  ngiltərə  fransızlara  Avropada 

möhkəmlənməyə imkan verə bilməzdi. Almaniya bu plana Fransanın Versal siste-

mini möhkəmləndirmək cəhdləri kimi baxdı və əleyhinə çıxdı.  taliyadan da dəstək 

gəlmədi. Nəticədə, “Pan-Avropa”-nı həyata keçirmək mümkün olmadı. 

qtisadi böhran siyasi iqlimi kəskinləşdirməklə yanaşı, sosial qarşıdurmaları 

da xeyli artırmışdı. O, sənaye ölkələrində güclü çıxışlara səbəb olmuşdu. Yaranmış 

kritik vəziyyətdən  çıxış  yolu  üçün  yeni üsul və  yollar sınaqdan  çıxarılırdı.  Siyasi 

qüvvələr,  siyasi  partiyalar  və  dövlət  xadimləri  bu  məqsədlə  müxtəlif  təkliflər  və 

ideyalarla çıxış edirdilər. Onlardan bəziləri, o cümlədən ABŞ prezidenti F. Ruzvelt 

liberal  islahatlar,  sosial-demokratiya  liderləri  geniş  sosial  islahatlar  həyata  keçir-

məyi, Almaniya nasistləri isə iqtisadiyyatı hərbiləşdirmək, dövlətin tənzimedici ro-

lunu  artırmaq  ideyalarını  irəli  sürürdülər.  Beləliklə,  böhrandan  çıxmaq  üçün  irəli 

sürülən təkliflər üç istiqamətdə qruplaşmışdı: liberal-islahatçılıq, sosial-islahatçılıq, 

totalitarizm.  Birincidən  ABŞ-da,  ikincidən  Skandinaviya  ölkələri,  Fransada  və 

üçüncüdən  isə  Almaniya,  taliya  və  Yaponiyada  istifadə  olunmuşdu.  Böhrandan 

çıxmağın amerikan variantı öz əksini 1932-ci ilin payızında ABŞ prezidenti seçil-

miş  F.  Ruzveltin  təklif  etdiyi  “Yeni  xətt”  siyasətində  tapmışdı.  Bu  islahat  uzun-

müddətli olub  liberal  iqtisadiyyat  prinsipləri  ənənələrinə söykənmişdi.  Burada  tə-

sərrüfat  və  ictimai  həyatın  bütün  sahələrinə  təsir  göstərəcək  metodlara  üstünlük 

verilmişdi.  Sosial-islahatçılıq  xəttini  əsas  götürən  Skandinaviya  ölkələrinin  təc-

rübəsi  bu  gün  də  öz  aktuallığın  saxlayır.  sveç  sosializm  fenomeni  buna  parlaq 

misaldır. Nəhayət, Almaniya kimi totalitar dövlətlərdə bazar münasibətləri əsasən 

ləğv edilmişdi.  slahatlar sənayenin hərbiləşdirilməsi, ağır sənayenin kütlə payının 

çoxaldılması, iqtisadiyyata dövlət nəzarətini artırılması və s. tədbirlərdən ibarət idi. 

Düzdü,  bu  cür  islahatlar  öz  təsirini tezliklə  göstərdi.  Belə ki,  böhran başladıqdan 

artıq bir il sonra Almaniyada işsizlik aradan qaldırılmışdı. Ancaq bu Almaniya iqti-

sadiyyatını uçuruma sürükləyirdi. Çünki bütün uğurlar süni idi. Buna baxmayaraq 

Almaniya  və  Yaponiya  istisna  olmaqla  böhran  bitdikdən  sonra  belə  digər  bütün 



63 

 

dövlətlərin  iqtisadiyyatları  durğunluq  içərisində  qalmışdılar.  Belə  demək  olar  ki, 



iqtisadi böhranlar ikinci cahan savaşı istiqamətində atılmış iri bir addım oldu. 

                  

  34.  taliya faşizmi və onun hakimiyyətə gəlməsi. 

Digər  Qərb  ölkələrində  inqilablar  baş  vermədi.  Bu  ölkələrdə  dəyişiklər  kütləvi 

hərəkatların təsiri altında, lakin qanuni seçilmiş hökumətlər tərəfindən islahatların 

nəticəsi oldu.  ngiltərə və Fransada demokratik hərəkat dalğasının yüksəlişi 1919-

1920-ci illərdə olmuşdur.  ngilis hökuməti ümumi tətil qorxusu qarşısında  1919-

cu ilin əvvəlində 7 saatlıq iş günü  müəyyən etdi və əmək haqqını qaldırdı. Fran-

sada 8 saatlıq iş günü müəyyənləşdirildi və sahibkarlarla həmkarlar ittifaqları ara-

sında kollektiv  müqavilələr qanuniləşdirildi.  Ölkələrin  çoxunda  həmkarlar  ittifaq-

larının  hüquqları  tanındı.  Fəhlə,  sosial-demokrat  partiyalarının  təsiri  gücləndi. 

1920-ci ildə  ngiltərə və Fransa, 1921-ci ildə Amerika kommunist partiyaları yara-

dıldı. 

       Əvvəlcə,  demokratiyanı  bütün  problemləri  həll  etməyin  açarı  kimi  təsəvür 



edirdilər.  Lakin  məlum  oldu  ki,  öz-özlüyündə  demokratiya-ümumi  seçki  hüququ, 

azadlıq, çoxpartiyalılıq avtomatik olaraq işsizliyi, qiymətlərin artmasını, istehsalın 

aşağı düşməsini aradan qaldırmır. Bu kütləvi antidemokratik hərəkatların yaranma-

sına  səbəb  oldu.  Avropa  faşizmi  yarandı.  Faşizm  XX  yüzilliyin  siyasi  hərəkatı, 

dövlət idarəçiliyinin xüsusi spesifik formasıdır. O, dünya xalqlarına saysız-hesab-

sız  fəlakətlər  gətirmişdir.  Faşizm  sözü  italyan  mənşəlidir.  Faşistlərin  ilk  çıxışları 

hələ 1919-cu ildə olmuşdur. Əvvəllər faşizm sözü yalnız 20-ci illər  taliya gerçək-

liyi  ilə  bağlı  işlədilirdi.  Sonralar  digər  ölkələrdə  buna  oxşar  təşkilatları  da  belə 

adlandırmağa başladılar. 

       Faşizmin  bir  sıra  xarakterik  xüsusiyyətləri  vardır,  hərşeydən  əvvəl,  faşizm 

millətçilik və irqçilikdir. Faşistlər üçün millətin mənafeləri həmişə fərdi, qrup, sinfi 

mənafelərdən üstündür. Sonuncular, şübhəsiz, birinciyə qurban verilməlidir. Faşi-

zm elə bil ki, Birinci dünya müharibəsi ərəfəsi və müharibə dövründə qaldırılmış 

millətçilik dalğasını özündə əks etdirirdi. Faşizm hərəkatının Almaniya və  taliya-

da  daha  geniş  vüsət  alması,  çoxusu  bununla  izah  edilə  bilərki,  milli  birləşməni 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə