Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

64 

 

digər  xalqlardan  daha  gec  başa  çatdırmış  və  Birinci  dünya  müharibəsində  nəinki 



zəifləmiş, həm də incidilmiş bu ölkələrin (Almaniya Versal müqaviləsinin şərtləri 

ilə  incidilmişdi,  "qaliblər  arasında  məğlub"  taliyanın  Paris  konfransında  məna-

feləri  nəzərə  alınmamışdı)  xalqlarının  milli  hisləri  təhqir  olunmuşdu.  Faşizmi 

fərqləndirən bir sıra yeni xüsusiyyətlər vardır. Faşistlər sadəcə, güclü dövlət deyil, 

bütün cəmiyyəti əhatə edən totalitar dövlə(latınca totaliter-tamamilə, bütövlükdə 

deməkdir)  ideyasını  irəli  sürərək  gerçəkləşdirməyə  çalışırdılar.  Mussolininin  "hər 

ş

ey dövlət üçün, dövlət əleyhinə heç şey, dövlətdən kənarda heç kim" sözləri faşist 



totalitar dövlət ideyasının mahiyyətini ifadə edir.  

       Italiyada faşist təşkilatı 1919-cu ilin martında meydana gəlmişdir. Onu, vaxtilə 

taliya sosialist partiyasının üzvü və 1914-cü ildə həmin partiyadan qovulan Benito 

Mussolini  yaratmışdı.  Təşkilat  əvvəllər  “mübarizə  ittifaqı”  adlanmış,  1921-ci  ilin 

noyabrından  o,  “Milli  faşist  partiyası”  adlanmış,  Mussolini  onun  ali  rəhbəri  elan 

olunmuşdu. 1921-ci ilin noyabrında  taliya faşistlərinin qurultayı toplandı. Qurul-

tay  faşist  hərəkatını  siyasi  partiyaya  çevirmək  barədə  qərar  qəbul  etdi.  O,  “Milli 

faşist  partiyası”  adlandırıldı.  Kəskin  qarşıdurmalar,  hakim  dairələrdə  hökm  sürən 

çaşqınlıqlar,  liberal-burjua  dövlət  quruluşunda  böhran  faşizmin  çiçəklənməsinə, 

açıq  çıxışına  şərait  yaradırdı.  Nəhayət,  1922-ci  ilin  sentyabrında  Mussolini 

çıxışlarının  birində  öz  gizli  arzularını  bəyan  etdi:  “Biz  öz  nəzərimizi  Romaya 

yönəltmişik. Bizim proqramımız çox sadədir. Biz  taliyanı idarə etmək istəyirik”. 

      1922-ci il oktyabrın sonunda Mussolini hökümətin dəyişilməsini  tələb edib öz 

dəstələrinin Romaya yürüşünü elan etdi. Oktyabrın 30-da Mussolini kral sarayına 

gəldi  və  kral  ona  höküməti  təşkil  etməyi  tapşırdı.  Bundan  sonra  faşist  dəstələri 

Romaya daxil oldular. Bu adi hökumət dəyişikliyi deyildi.  taliyada totalitar faşist 

rejimi  quruldu.  1924-cü  ildə  saxtakarlıq  və  terror  şəraitində  parlament  seçkiləri 

keçirildi.  Seçkilərdə  əksəriyyət  səsi  faşistlər  aldılar.  Faşist  diktaturası  yaratmaq 

yolunda mühüm addım atıldı. 1925-ci ildə verilən bir sıra qanunlar faşist diktatu-

rasının formalaşmasına kömək etdi. 1926-cı ildə verilmiş qanunla Mussolini dikta-

torluq səlahiyyətləri aldı. O, parlament qarşısında məsuliyyət daşımayan diktatora 

çevrildi.  Müxalifətə  divan  tutmaq  üçün  «Xüsusi  tribunal»  təsis  etdi.  Bir  il  ondan 




65 

 

sonra ölkədə korporativ dövlət yaratmağı elan edən "Əmək Xartiyası" qəbul etdi. 



Həmin Xartiyanın xüsusi maddəsi ilə ölkədə tətillər və zəhmətkeşlərin digər müba-

rizə  tədbirləri  qadağan  olunurdu.  Onlar  cinayət  kimi  qiymətləndirilirdi.  1929-cu 

ildə Mussolini Roma papası ilə demokratik qüvvələrə qarşı birgə mübarizə barədə 

saziş imzaladı. 

                    35. Almaniya nasizmi və onun hakimiyyətə gəlməsi. 

      Millətçilik  Avropada  yeni  şey  deyildi,  o,  həmişə  mühafizəkarlar,  sağ  siyasi 

qüvvələr  üçün  səciyyəvi  olmuşdur.  Faşistləri  ənənəvi  sağlarla  dövlət  qarşısında 

səcdə  etmək  də  yaxınlaşdırır:  həm  bunlar,  həm  də  o  birilər  dövlətdə  milli  ruhun, 

sabitliyin və qayda-qanunun rəhnini görürdülər. Lakin bununla ənənəvi mühafizə-

karlarla faşistlər arasında oxşarlıq qurtarır. Faşizmi fərqləndirən bir sıra yeni xüsu-

siyyətlər  vardır.  Faşistlər  sadəcə,  güclü  dövlət  deyil,  bütün  cəmiyyəti  əhatə  edən 

totalitar  dövlət  (latınca  totaliter-tamamilə,  bütövlükdə  deməkdir)  ideyasını  irəli 

sürərək gerçəkləşdirməyə çalışırdılar. Faşizm daha çoxsaylı əhali qruplarını-sənət-

karları,  xırda  alverçiləri  və  sahibkarları,  kəndliləri,  məmurları,  müharibə  veteran-

larını birləşdirən kütləvi hərəkat idi. Məhz bu təbəqələrdən çıxanlar faşist hakim 

elitasını təşkil edirdilər. Nə Hitler, nə Mussolini, nə də onların silahdaşları aristok-

rat mənşəli deyildilər, onların valideynləri varlı adamlar olmamışlar. 

       Faşistlər köhnə mühafizəkarlardan istənilən problemi həll etmək vasitəsi kimi 

zorakılığın qarşısında səcdə etmə də fərqləndirir. Onlar gələcək dünya quruluşunu 

zorakılıqla bərqərar etmək istəyirdilər, öz siyasi rəqibləri ilə mübarizə üçün hərbi 

dəstələr  (Almaniyada-hücumçular  SA  və  müdafiə  dəstələri  SS,  taliyada-  "qara-

köynəklilər") yaradaraq zorakılıqla hakimiyyətə doğru gedirdilər. Zorakılığı siyasi 

mübarizənin ayrılmaz və təbii əlaməti kimi qəbul etmək faşistlərin mühafizəkarlar-

la deyil, cəmiyyətin zorakılıqla dəyişdirilməsi uğrunda çıxış edən ortodoksal sosia-

listlər  və  kommunistlərlə    yaxınlaşdırırdı.  Axırıncılar  kimi  faşistlər  də  kapitalizm 

ə

leyhinə çıxırdılar. Fərq yalnız bunda idi ki, faşistlər azad rəqabətdə millətin birli-



yini dağıdan qüvvə görürdülər. Sosialistlərdən bəzi ideyaları götürən və  "sosialist" 

sözünü  öz  partiyalarının  adına  daxil  edən  faşistlər,  ancaq  ənənəvi  sosialist  fəhlə 

hərəkatına-həm kommunistlərə, həm də sosialistlərə özlərinin əsas siyasi rəqibləri 



66 

 

kimi baxırdılar. Birincilərə milli birliyi parçalayan sinfi mübarizə ideyasına sadiq 



olduğuna görə, ikincilərə, onların fikrincə, vuruşan millətin "kürəyinə zərbə olan" 

alman inqilabında rollarına görə nifrət edirdilər. Bundan əlavə faşistlər həm kom-

munistlərə,  həm  də  sosialistlərə  kütlələr  uğrunda  başlıca  rəqib  kimi  baxırdılar. 

Həm sağların, həm də solların bir çox ideyalarını birləşdirən faşizm, bununla bəra-

bər, siyasi həyatda "üçüncü qüvvə" rolunu olmağa çalışırdı. 

      Alman  faşizmi  yaxud nasizmi  özünəməxsus   xüsusiyyətlərə  malik idi.  Alman 

faşistlərini  millətçilik ifrat, irqçi formalar almışdı. Onların təsəvvürünə görə bəşə-

riyyət  tarixi  müxtəlif  millət  və  xalqların  yaşamaq  uğrunda  mübarizəsindən  başqa 

bir şey deyildi. Bu mübarizədə ən güclülər qalib gəlir, məğlubların nəsibi ya məhv 

olmaq, ya da tabe olmaqdır. Alman faşistləri "ari", "nord" irqini həyata ən qalib irq 

sayır, bu irqə hamıdan əvvəl almanları aid edirdilər. Nasistlərin fikrincə, almanla-

rın tarixi rolu dünya ağalığına nail olmaqdan ibarətdir, bundan ötrü Versal müqa-

viləsini  ləğv  etmək,  güclü  ordu  yaratmaq,  bütün  almanları  bir  dövlətdə  birləşdir-

mək və Almaniyanı, Birinci dünya  müharibəsində olduğu kimi, heç vaxt blokada 

hədələməsin deyə onun üçün Şərqdə "həyat məkanı" əldə etmək lazımdır. Bu an-

dan Almaniya dünya ağalığı uğrunda mübarizəyə hazır olacaqdır.  frat millətçilik 

alman faşizmi üçün səciyyəvi olan ifrat təcavüzkarlıq doğururdu. Almaniyada faşi-

zm  Birinci  dünya  müharibəsindən  dərhal  sonra  başlamışdır.  Bütün  faşistlərin 

toplayıcı mərkəzi olan "Nasional Sosialist Alman Fəhlə Partiyası" (NSDAP) 1919 

cu  ildə  yaradılmışdır.  Adolf  Hitler  tezliklə  bu  partiyanın  lideri  oldu.  O,  1889-cu 

ildə  Avstriyanın  Braunau  şəhərində  doğulmuş  və  1932-ci  ilə  kimi  Avstriyanın 

vətəndaşlığını  saxlamışdır.  Çoxmillətli  Avstriyanın  millətlərarası  münasibətlərin 

kəskinləşdiyi paytaxtında alman  millətçiliyi və antisemitizmin qatı tərəfdarı oldu. 

1913-cü  ildə  Hitler  qonşu  Almaniyaya  Münhenə  gəlir  və  Birinci  dünya  mühari-

bəsini burada qarşılayır. O, müharibəni coşqunluqla qarşıladı, könüllü alman ordu-

suna  getdi  və  4  il  Qərb  cəbhəsində  oldu.  Hitler  Almaniyanın  məğlubiyyətini  o 

zamankı bir çox almanlar kimi Almaniyanın daxili düşmənlərinin-marksistlərin və 

yəhudilərin təxribatı ilə izah edirdi. O, ordudan təxris olunan kimi döyüşkən mil-

lətçilərin  kiçik  bir  partiyasına  daxül  oldu,  çoxlu  mütaliyə  etməsi,  başlıcası  isə 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə