Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

67 

 

qeyri-adi natiqlik qabiliyyəti sayəsində tezliklə onun lideri oldu. Hitler bu partiyanı 



yenidən  təşkil  edərək  NSDAP-a  çevirdi.  1923-cü  ildə  o,  həmfikirləri  ilə  birlikdə 

Münhendə  hakimiyyəti  ələ  keçirməyə  cəhd  etdi  (bu  cəhd  haqqında  qərar  pivəxa-

nada qəbul edildiyinə görə o zaman onu zarafatla "pivə qiyamı" adlandırmışdılar). 

Bu cəhdə görə məhkəmə  Hitlerə 5 il həbs cəzasına məhkum etdi. O, həbsxanada 

olarkən özünün "Mayn kampf" (Mənim mübarizəm) əsərinin böyük hissəsini  yaz-

dı. Həmin əsərdə Hitler özünü siyasi və irqçi ideyalarını şərh etdi. Bir ildən sonra 

o, həbsdən azad edildi və fəal siyasi fəaliyyətə qayıtdı. Ancaq 20-ci illərdə faşist-

lərin Almaniyada nüfuzu çox cüzi idi. Hitlerin həbsindən sonra alman faşist hərə-

katında  səngimə  baş  verdi.  Partiya  daxilində  ikitirəlik  yarandı.  Hitlerin  razılığı 

olmadan  1924-cü  ilin  avqustunda  (16-17)  keçirilən  qurultayda  NSDAP  və  DAP 

"Azad  nasional-sosialist  partiyası"  adı  altında  birləşdilər.  Lyuden-dorf,  Grefe  və 

Qriqori  Ştrasserlər  partiyanın  rəhbərliyinə  seçildilər.  Həbsxanadan  çıxan  Hitler 

1924-cü ilin dekabrında NSDAP-ın bərpa olunduğunu elan etdi. Hitlerin təşəbbüsü 

ilə  hələ  1921-ci  ildə  yaradılmış  "Hücumçu  dəstələri  (SA)"  və  1923-cü  ildə  təşkil 

olunan  "Müdafiə  dəstələri  (SS  Veymar  respublikasından  narazı  olan  sənayeçilər, 

bankirlər və hərbi bürokratik elita da nasistləri müdafiə edirdi. Onların təhriki ilə 

prezident  Hindenburq  1933-cü  il  yanvarın  30-da  Hitleri  reyxskansler  təyin  etdi. 

Hitler  ilk  gündən  etibarən  ölkədə  demokratik  azadlıqları  ləğv  etməyə  və  siyasi 

rəqiblərinə qarşı açıq terrora başladı. Buna haqq qazandırmaq məqsədilə 1933-cü il 

fevralın 27-də Reyxstaqın yandırılması təşkil olundu. Onun təqsiri kommunistlərin 

üzərinə  atıldı.  Hətta  1933-cü  ilin  sentyabrında  Leypsiqdə  qondarma  mühakimə 

keçirildi.  Fevralın  28-də  faşist  hökumətinin  təklifı  əsasında  prezident  «Xalqı  və 

dövləti  müdafiə  etmək»  adlı  fövqəladə  fərmanla  Veymar  konstitusiyasının  müəy-

yən etdiyi bütün azadlıqları ləğv etdi. Nasist partiyası istisna olmaqla bütün siyasi 

partiyaların fəaliyyəti qadağan olundu. Gizli polis (gestapo) yaradıldı. 1933-cü ilin 

martında  siyasi  islahat  nəticəsində  yerli  özünüidarə  orqanları,  federativ  dövlətin 

tərkibinə  daxil  olan  alman  torpaqlarının  muxtariyyəti  ləğv  edildi.  1934-cü  ilin 

avqustunda  prezident  Hindenburqun  ölümündən  sonra  bütün  hakimiyyət  Hitlerin 




68 

 

ə



lində  cəmləndi.  Hitlerin  ən  yaxın  silahdaşları  -  Görinq,  Himmler,  Gebbels,  Ley, 

Ş

irax əsas dövlət vəzifələrini tutdular. 



 

 

36. 30-cu illərdə Uzaq Şərqdə beynəlxalq münasibətlər. 

   kinci dünya müharibəsinin ərəfəsi Birinci dünya müharibəsinin ərəfəsindən fərq-

lənirdi.  Dünya  iqtisadi  böhranı  beynəlxalq  münasibətləri  kəskinləşdirdi  və  yeni 

müharibə ocaqlarının yaranmasına gətirib çıxartdı. XX əsrin 30-cu illərində dövlət-

lərin  yalnız  kiçik  bir  qrupu  müharibəyə  can  atırdı,  dünya  ictimaiyyətinin  böyük 

hissəsi isə müharibəni istəmirdi. Müharibə ocağını söndürmək imkanı var idi, lakin 

bu dünya  birliyinin  birgə  hərəkətini  təşkil  etmək  qabiliyyətindən  asılı idi.  Birinci 

dünya  müharibəsi  ərəfəsində  olduğu  kimi,  nüfuz  dairələrinin  bölünməsi,  xammal 

mənbələri,  istehlak  bazarları  uğrunda  mübarizə  məsələsi  yenidən  gündəmə  gəldi. 

Bu  qədər  çətinliklə  yaradılan  Versal-Vaşinqton  sisteminin  mövcudluğu  təhlükə 

qarşısında  qaldı.  Məğlub  olmuş  ölkələr  və  birinci  dünya  müharibəsindən  sonra 

özlərini  istədikləri  payı  almamış  hesab  edənlər  öz  iddiaları  haqqında  bəyanatlar 

verməyə başladılar. 1931-ci ilin payızında müharibəyə doğru ilk addımı Yaponiya 

atdı. 

       Hələ  1927-ci  ilin  yayında  general  Tanakanın  sədrliyi  ilə  keçirilən  mülki  və 



hərbi  məmurların nümayəndələrinin    hərbi  konfransında  Yaponiyanın  Çindəki si-

yasətinə  dair  gizli  sənəd  işlənilib  hazırlandı.  Tanaka  memorandumu  kimi  məşhur 

olan bu sənəd “Mancuriya və Monqolustanda  siyasətin əsasları haqqında Memo-

randum”  adı  ilə  imperatora  göndərildi.  Sonralar,  1929-cu  ildə  o,  Çində  dərc 

olundu. Onda Yaponiya dərc edilmiş mətni təkzib etdi. Bu sənədin başlıca məzmu-

nunu Çinin birləşməsinə yol verilməməsi və onun müstəqillikdən məhrum edilməsi  

təşkil edirdi. Sənəddə Çin və Monqolustanın şimal-şərq əyalətlərinin tutulmasının 

zəruriliyi  əsaslandırılırdı.  Bu  əyalətlər  bütün  Çinin  və  Asiyanın  digər  ölkələrinin 

işğalı üçün plastdarm rolunu oynamalı idi. Memorandum Mancuriyada Rusiya ilə 

müharibəni nəzərdə tuturdu.  




69 

 

Yapon sənayesinin inkişafı xarici bazarlardan asılı idi. Yaponiya öz məhsu-



lunun 30 faizindən çoxunu ixrac edirdi ki, bu da ona iş yerləri yaratmaq və zəruri 

xammal idxal etmək imkanı verirdi. 20-ci illərin sonu-30-cu illərin əvvəllərində isə 

bazarın  daima  mövcud  olan  məhdudluğuna  xarici  bazarın  kəskin  kiçilməsi  əlavə 

olundu. Dünya iqtisadi böhranı nəticəsində Yaponiyada işsizlər ordusu əmələ gəldi 

və artdı. Sosial etirazın güclənməsi üçün real zəmin meydana çıxdı. Hakim siniflər 

mövcud  vəziyyətdən  çıxış  yolunu  müharibədə  görürdülər.  qtisadi  böhrandan  ye-

ganə çıxış yolu kimi hərbi aksiyaların təbliğatı həyata keçirilirdi. 

Yaponiyanın  hərbi  dairələri başa düşürdülər ki, onlar  təkcə  Rusiya  ilə  yox, 

həm də ABŞ-la toqquşmalı olacaqlar. Çinlə xarici ticarət dövriyyəsində ABŞ  ngil-

tərəni ötüb keçmiş və demək olar ki, Yaponiyaya çatmışdır. ABŞ Çində özünün si-

yasi nüfuzunu da gücləndirirdi. Onlar Çan Kayşiyə hakimiyyətini möhkəmlətmək-

də kömək edirdilər və 1927-ci ilin payızında Amerika müşavirlərinin onun höku-

mətində iştirakına dair gizli saziş bağlanmışdı.   ngiltərə və ABŞ yapon ordusunun 

və xüsusilə dəniz donanmasının güclənməsini diqqətlə izləyirdilər. 1930-cu il Lon-

don  konfransında  qəbul  olunmuş  “Dəniz  qanununa”  görə  Yaponiya  öz  kreyserlə-

rinin tonnajını ABŞ və  ngiltərənin  kreyserlərinin tonnajının 70 faizinə qədər azal-

tmalı idi. 

Yapon  hərbi  maşını  müharibəyə  hazırlaşmaqda  davam  edirdi  və  onu 

Çindən başlamağı qərara aldı. 1931-ci il sentyabrın 18-i gecə yapon qoşunları hərbi 

ə

məliyyatlara başladılar və 19-u səhəri artıq Mukdendə idilər. Onlar Çinin şimal-



şə

rq hissəsində şəhərləri bir-birinin ardınca işğal edirdilər. 1931-ci il sentyabrın 19-

da Millətlər Cəmiyyəti Şurasının iclasında Uzaq Şərqdəki hadisələr barədə Çin və 

Yaponiya nümayəndələri məruzə etdilər.  ki gün sonra Çin hökuməti Millətlər Cə-

miyyətinin baş katibinə yapon qoşunlarının hücumunu dayandırmaq üçün tədbirlər 

görülməsi xahişi ilə müraciət etdi. 1931-ci ilin sentyabrın 30-da Millətlər Cəmiy-

yəti yapon təcavüzü məsələsini müzakirə edərək tərəfləri normal münasibətlər qur-

mağa çağırdı. Oktyabrın 24-də keçirilən növbəti müzakirələrdə Millətlər Cəmiyyəti 

Yaponiyanın  öz  ordularını  üç  həftə  müddətində  Mancuriyadan  çıxarılmasını  nə-

zərdə tutan qətnamə layihəsini müzakirə  etdi. Yaponiya bunun əleyhinə səs verdi. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə