Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   23   24   25   26   27   28   29   30   31

79 

 

ngiltərə  hökumətinin  Londonda  Almaniya  ilə  gizli  danışıqlar  aparması  da  buna 



sübut idi. Bu danışıqlar zamanı onlar Berlinlə münasibətləri yaxşılaşdırmaq nami-

nə böyük güzəştlərə getməyə də hazır olduqlarını bildirirdilər. Hitlerçilər isə  ngil-

tərə başçılarını tezliklə razılıq əldə ediləcəyi xülyasına inandırmaqla ingilislərin və 

müttəfiqi fransızların SSR  ilə apardıqları danışıqları pozmağa sövq edirdilər. Hit-

lerçilərin bu çevik diplomatik gedişləri tezliklə öz bəhrəsini verdi. Dünya mühari-

bəsi  ərəfəsində  ingilis-fransız  və  SSR   danışıqları  uğursuzluqla  nəticələndi.  

Danışıqların  həvəssiz  və  uğursuz  getdiyini  görən  Almaniya,  Şərqdə  əsas  güclü 

siyasi-ideoloji düşmən hesab etdiyi SSR  tərəfdən təhlükəsizliyini təmin etmək na-

minə  manevr etməyi və onunla müvəqqəti razılığa  gəlməyi qət etdi. O, SSR -yə 

hücum etməmək barədə müqavilə bağlamağı təklif etdi. Stalin anladı ki, bu müqa-

vilə  ilə  Şərqi  Avropa  üzərində  arzu  olunan  nəzarəti  əldə  edə  bilər.  Qısa  danışıq-

lardan  sonra  Ribbentrop  və  Molotov  1939-cu  il  avqustun  23-də  hücum  etməmək 

haqqında  müqavilə  və  müqaviləyə  əlavə  gizli  protokol  imzaladılar.  Müqaviləyə 

görə tərəflər fərdi qaydada və ya başqa dövlətlərlə birlikdə bir-birinə qarşı təcavüz 

hərəkətlərindən imtina etməli, onlardan birinə hücum edən üçüncü dövlətə yardım 

etməməli, bir-birinə düşmən koalisiyalarda iştirak etməməli, mübahisəli məsələlə-

rin dinc yolla həllinə çalışmalı idi. Bu müqavilə Qərb dövlətlərinin SSR -yə qarşı 

birləşməsinə mane oldu, SSR  hərbi-iqtisadi potensialını artırmaq imkanı qazandı. 

Bu müqavilə həm də  ngiltərə və Fransa diplomatiyasının  məğlubiyyəti idi. Gizli 

protokolda  Şərqi  Avropada  “maraq  dairələrinin”  müəyyənləşdirilməsi  barədə 

razılığa gəlirdilər. Almaniya Finlandiya, Latviya, Estoniya və Bessarabiyanı SSR -

nin  maraq  dairəsi  kimi  qəbul  etdi.  SSR   isə  Litvanı  Almaniyanın  maraq  dairəsi 

kimi qəbul etdi. Gizli protokol Polşanın bölüşdürülməsi imkanını nəzərdə tuturdu. 

Bu protokol SSR -nin Şərqi  Avropanın xəritəsinin növbəti biçilməsinin iştirakçısı 

olduğunu  göstərirdi.  Məhz  buna  görə  də  Qərbin  tarix  ədəbiyyatında  faşist  Alma-

niyası  ilə  yanaşı  SSR -də  müharibənin  başlanmasının  səbəbkarlarından  biri  kimi 

qələmə verilir və göstərilir ki, sovet-alman müqaviləsi müharibəyə gedən yolu ge-

nişlədirmişdi. 1939-cu il sentyabrın 27-də Ribbentrop yenidən Moskvaya gəldi və 

sentyabrın 28-də onunla Molotov arasında SSR -Alman sərhədinə dair yeni müqa-



80 

 

vilə imzalandı. Tərəflər Polşanı öz aralarında bölüşdürürdülər və Litva Sovet ma-



raq dairəsi kimi qəbul edilirdi.      

      42. II dünya müharibəsinin başlanması və beynəlxalq münasibətlər. 



       kinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücu-

mu ilə başladı. Buna cavab olaraq sentyabrın 3-də  ngiltərə və Fransa Almaniyaya 

müharibə elan etdilər. Həmin gün  ngiltərənin bir sıra dominionları da müharibəyə 

qoşuldular.  kinci dünya müharibəsinin başlanmasının başlıca səbəbləri : birincisi, 

birinci dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton 

sisteminin  çox  sərt  və  alçaldıcı  olması;  ikincisi,  Avropanın  mərkəzində,  Alma-

niyada  qisasçılıq  və  millitarizm  ideyasının  yayılması;  üçüncüsü,  Almaniyanın 

irqçilik, “dəyərsiz xalqları” əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına 

nail olmaq iddiaları; dördüncüsü, Qərb dövlətlərinin, xüsusən  ngiltərə və Fransa-

nın  nasizmin  bəşəriyyət  üçün  təhlükə  olmaq  mahiyyətini  dərk  etməmələri,  hətta 

ş

irnikləndirmək və sakitləşdirmək siyasətləri; beşincisi, iri dövlətlərin, o cümlədən 



ABŞ-ın “qarışmamaq” mövqeyi tutmaları; altıncısı, ABŞ başda olmaqla iri dövlət-

lərin  Almaniyanın  iqtisadi-hərbi  cəhətdən  inkişafına  yardım  etmələri;  yeddincisi, 

sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSR  ilə birlikdə faşizmə alter-

nativ ittifaq yaratmağı vaxtında dərk etməmələri; səkkizincisi, SSR -nin müharibə-

ni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi 

ə

laqələr yaratması; 



       Müharibə  elan  etmələrinə  baxmayaraq  ngiltərə  və  Fransa  Almaniyaya  qarşı 

hərbi  əməliyyatlara  başlamağa  can  atmırdılar.  Onlar  Polşa  qarşısındakı  öhdə-

liklərini yerinə yetirmədilər. Alman ordusunun hərbi planları  ngiltərə və Fransanın 

müharibəyə daxil olmaları imkanını nəzərə alırdı. Nəticədə ingilis-fransız qoşunları 

heç bir fəal hərəkət etməyərək Hitlerə Polşaya divan tutmağa imkan verdilər. Belə 

ki, Almaniya sentyabrın 17-də Molotov-Ribbentrop paktına gizli protokolda müəy-

yən  edilmiş  sərhədə  çatmaqla  Polşanın  qərb  hissəsini  işğal  etdi.  1939-cu  il  sent-

yabrın 17-də sovet qoşunları da Polşa sərhədlərini keçərək qərbi Ukraynanı və qər-

bi Belarusiyanı SSR -nin tərkibinə qatdılar. SSR  və Almaniya arasında sentyabrın 

28-də  bağlanmış  “Sərhədlər  və  dostluq  barədə”  müqaviləyə  əsasən  sərhəd  Visla 




81 

 

çayı deyil, Narev, Buq və San çayları müəyyən edildi. 1939-cu il sentyabrın 27-də 



Ribbentrop yenidən Moskvaya gəldi və sentyabrın 28-də onunla Molotov arasında 

SSR -Alman sərhədinə dair yeni müqavilə imzalandı. Tərəflər Polşanı öz araların-

da bölüşdürürdülər və Litva Sovet maraq dairəsi kimi qəbul edilirdi.  Hələ 1939-cu 

ilin  sentyabrın  3-də Almaniyaya  müharibə  elan  etmiş  ngiltərə  və  Fransa 1940-cı 

ilin  mayın  10-na  kimi  düşmənə  qarşı  heç  bir  hərbi  əməliyyat  aparmamışdılar. 

Halbuki,  qərb cəbhəsində 23  alman  diviziyasına  qarşı  onların 115  diviziyası dur-

muşdu.  Buna  görə  də  bu  dövr  “Qəribə  müharibə”  adını  almışdı.  Almanlar  ona 

“oturaq müharibə” adı vermişdilər. 



       Polşanı  məğlub  etdikdən  sonra  Almaniya  müharibənin  aparılması  üçün  əlve-

rişli şərait qazanmaqdan ötrü hərbi əməliyyatlari dayandırmağa tərəfdar olduğunu, 

ngiltərə  və  Fransaya  qarşı  heç  bir  düşmənçilik  münasibətləri  olmadığını  bəyan 

etdi. Almaniyanın bu təkliflərinin dərin siyasi məqsədləri var idi. O, bütün işğalla-

rını və müstəmləkələrə olan iddialarını qəbul etdirməyə çalışırdı. Lakin  ngiltərə və 

Fransa hakim dairələri Almaniyanın bu təkliflərinin onların əleyhinə olduğunu ba-

ş

a düşərək imtina etdilər.      



      1940-cı ilin ortalarına qədər Almaniyanın Avstrya, Çexoslvakiya, Polşa, Dani-

marka, Norveç, Hollandiya, Belçika, Luxsenburq və Fransanı işğal etməsi ilə bö-

yük silah cəbbəxanası, hərbi sənaye, metallurgiya və səneyinin digər mühüm sahə-

ləri onun əlinə keçdi. Almaniyanın Qərbi Avropada asan hərbi qələbələr qazanması 

bütün  Avropa  üzərində    onun  şəriksiz  hegamonluq  iddialarını  gücləndirdi.  Lakin 

Avropada  tam  hegemon  olmaq  yolunda  Sovet  ttifaqı  və  ngiltərə  başlıca  əngəl 

olaraq qalırdılar. Sovet  ttifaqına qarşı müharibəyə hazırlıq tam məxfi şəkildə apa-

rılırdı.  Almaniya  əvvəlcə  Sovet  ttifaqını  məğlub  etmək,  sonra  isə  ngiltərə  ilə 

problemlərini həll  etmək  fikrində  idi.  Ona  görə də  Almaniya  diplomatiyası  ngil-

tərəyə  1940-cı  il  iyulun  19-da  müharibəni  davam  etdirməmək  və  sülh  bağlamaq 

barədə təklif etdi.  ngiltərə bu təkliflərdən imtina edərdisə, Almaniya onu tamamilə 

darmadağın və məhv etməklə hədələdi. Lakin  ngiltərə diplomatiyası Almaniyanın 

bu hədələrini rədd etdi. Belə olduqda Almaniya Yaponiya və  taliya ilə əlaqələrini 

daha da gücləndirdi. Almaniya 1939-cu ilin mayında  taliya ilə bağladığı  “Polad 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə