Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   23   24   25   26   27   28   29   30   31

82 

 

paktına” uyğun olaraq  Misirdə ingilis ordularına qarşı əməliyyatlar aparmağı  ta-



liyadan  tələb  etdi.  Eyni  zamanda  Almaniya  Yaponiya  ilə də  əlaqələrini sıxlaşdır-

maq  niyyətində  idi.  1940-cı  ilin  sentyabrın  27-də  Tokioda  Almaniya-Yaponiya-

taliya hərbi paktının (Üçlər paktının) imzalanması mərasimi oldu. Üç dövlət pak-

tında  Yaponiya  Almaniya  və  taliyanın  Avropada,  taliya  və  Almaniya  isə  Şərqi 

Asiyada Yaponiyanın yeni qayda yaratmaq istəklərinə hörmət etməli idilər. Tərəf-

lər bir sıra məxfi sazişlər imzaladılar və ümumi, hərbi və iqtisadi komissiyalar ya-

ratdılar.  Ümumi  komissiya  Tokio,  Berlin  və  Romada  çalışmalı  idi.  Ümumi  ko-

missiyanın məqsədi üç ölkənin siyasətini əlaqələndirmək, hərbi və iqtisadi komis-

siyaların  məqsədi  isə  müharibənin  birgə  aparılması    və  qarşılıqlı  iqtisadi  yardım 

problemlərini  həll  etmək  idi.  Üçlər  paktının  imzalanması  təcavüzkar  dövlətlərin 

hərbi blokunun formalaşmasını başa çatdırdı. Blokun əsas məqsədi dünya ağalığına 

sahib olmaq idi. Bolqarıstan 1940-cı il noyabrın 17-də, Macarıstan noyabrın 20-də, 

Rumuniya noyabrın 23-də, Slovakiya isə noyabrın 24-də Üçlər paktına qoşuldular. 

1941-ci ilin sonunda Finlandiyada müharibədə Almaniya tərəfdən iştirak edəcəyini 

bəyan etdi.  

   43. Almaniyanın Fransaya hücumu və beynəlxalq münasibətlər. 

        Hərbi  tədbirlərin  görülmədiyini  başa  düşən  Almaniya  qərb  ölkələrinə  zərbə 

endirmək qərarına gəldi. Fransız qoşunları və kontinentə çıxarılmış ingilis qoşunla-

rı da Almaniya sərhədinə toplaşmağa başladılar. Həm fransız, həm də ingilis tərəfi 

mövqe  müharibəsinin  təkrarlanacağına ümid  edərək sırf  müdafiə strategiyası seç-

mışdilər.  30-cu  illərdə  Fransa  Almaniya  ilə  bütün sərhəd  boyunca  tamamilə  alın-

maz sayılan güclü müdafiə istehkamları silsiləsi-“Majino xətti”ni yaratmışdı.  kinci 

dunya müharibəsində həlledici rol oyanayan hərbi texnikanın-tanklar və aviasiya-

nın təkmilləşdirilməsinə isə az fikir verilirdi. ”Majino xətti” olduğu bir halda ingi-

lis  və  fransız  qoşunlarının  başlıca  vəzifəsi  Fransanın  Belçika  və  Lüksemburqla 

olan sərhədlərini qorumaqdan ibarət idi. Bu iki dövlət öz bitərəfliyini elan etmişdi. 

Almaniyanın bu dövlətlərin bitərəfliyini pozacağı aydın olduğu halda da  ngiltərə 

və Fransa   heç bir tədbir görmədi. Fransa sərhədinin bu sahəsində müttəfiqlərin al-

man ordusu ilə kontaktı ümumiyyətlə yox idi. Rəqibin fəaliyyətsizliyindən istifadə 




83 

 

edən  alman  komandanlığı  Şimali  Atlantikada  dəniz  əməliyyatları  aparmaq  üçün 



etibarlı bazalara malik olmaqdan ötrü Danimarka və Norveçi tutmğı qərara aldı. Bu 

ölkələrin bitərəfliyi Hitleri heç maraqlandırmırdı da. 1940-cı ilin aprelində alman 

qoşunları Kopenhagenə daxil oldu və həmçinin Norveçin bir neçə limanına çıxdı. 

Danimarka hökuməti həmin gün təslim oldu. Norveç hökuməti isə ordunu və xalqı 

müqavimətə çağırdı, yardım üçün  ngiltərəyə müraciət etdi. Lakin təşəbbüs və üs-

tünlük Almaniyanın tərəfində idi. Ölkənin böyük hissəsi  işğal olundu. Kral və hö-

kumət ordunun qalıqları ilə bir yerdə  ngiltərəyə köçürüldü. 

       Bu zaman artıq ingilis-fransız qoşunlarına qarşı hücum tam qaydası ilə gedir-

di. Başlıca zərbə Belçika və Lüksemburq sərhədinin qovuşduğu yerdə Ardenna da-

ğ

ı vasitəsilə və sonra ingilis-fransız qoşunlarından yan ötərək Kaleyə endirilmişdi. 



Düşmənin əsas qoşun qruplaşmasını sahilə sıxışdırmaq və məhv etmək nəzərdə tu-

tulurdu. Hücum 1940-cı il mayın 10-da başladı. Mayın 20-nə kimi almanlar müt-

təfiqlərin 340 min nəfərlik qruplaşmasını mühasirəyə alıb, La Manş sahilində yer-

ləşən Dünkerk rayonunda mühasirəyə aldılar. Hitlerin əmri ilə hücum dayandırıldı. 

Almaniya hələ  ngiltərə ilə SSR -yə qarşı ittifaq yaratmağa ümid edirdi. Bu hadisə 

tarixə  “Dünkerk  möcüzəsi”adı  ilə  daxil  olmuşdur.  ngilislər  bütün  texnikanı  düş-

mənə qoyaraq ordunun bir hissəsini mühasirədən çıxara bildilər. 

        Almaniyanın  Norveçə  və  Danimarkaya  hücumu,  ingilis-fransız  ordularının 

Qərbi Avropada məğlubiyyətə uğradılması Avropada kəskin diplomatik müzakirə-

lərə gətirib çıxardı.Vəziyyəti belə görən  ngiltərə və Fransa diplomatiyası  taliya-

nın rəhbəri Mussolininin vasitəçiliyi ilə kompromis axtarmağa başladı. Lakin belə 

cəhdlərin nəticəsi olmadı. Bunun əvəzində  taliya hökuməti 1940-cı iı iyunun 10-

da Fransaya müharibə elan etdi.  ngilis diplomatiyası Fransanın məğlub edilməsin-

dən öz xeyrinə istifadə etmək  istədi.  ngiltərə  hökuməti vahid hərbi  komandanlıq 

yaratmaq barədə təklif etdi. Lakin fransız hakim dairələri bu təklifləri rədd etdilər. 

      Son  müdafiə  döyüşü  Ema  çayı  yaxınlığında baş  verdı.”Majino  müdafiə xətti” 

yarıldı. Alman qoşunları Fransanın paytaxtına doğru hərəkət edərək iyunun 14-də 

Parisə daxil oldular.  ki gün sonra Fransa hökumətinin başçısı marşal Peten Alma-

niyaya  barışıq  barədə  müraciət  edərək  mübarizənin  dayandırılmasının  vacibliyini 



84 

 

bildirdi. Lakin fransızların heç də hamısı məğlubiyyətlə barışmadı. General Şarl de 



Qoll Londonda çıxış edərək Almaniyaya qarşı mübarizə aparmağın zəruriliyini bil-

dirdi.  ngiltərəyə getməyə məcbur olan Şarl de Qoll orada “Azad Fransa” komitə-

sini yaratdı. Bu antifaşist mərkəzlərindən biri oldu. 

           Fransanın  düşmüş  olduğu  vəziyyətindən  ngiltərə  və  ABŞ  istifadə  etməyə, 

onun müstəmləkələrinə və donanmasına nəzarəti ələ keçirməyə çalışırdılar. Lakin 

bu da heç bir nəticə vermədi. Hitler Mussolini ilə görüşərək yaranmış yeni vəziy-

yəti müzakirə etdi. Hitlerin əsas məqsədi: 

1) Fransada faşistpərəst rejimi hakimiyyətə gətirmək; 

2) Avropada Almaniya başda olmaqla yeni qayda yaratmaq; 

3) Fransanı bir sıra mülklərindən məhrum etmək ; 

4)  ngiltərə ilə əlverişli sülh bağlamaq yolu ilə üstünlük əldə etmək idi. Lakin  n-

giltərə Almaniya qarşısında güzəştə getmək istəmirdi. Bundan fərqli olaraq Fransız 

diplomatiyası Almaniya qarşısında saziş bağlamağa razı idi. Barışıq sazişi iyunun 

22-i Kompyen meşəsində, muzeydən gətirilmiş, 1918-ci ildə Almaniyanın məğlu-

biyyətini  bildirən  barışığın  imzalandığı  marşal  Foşun  ştab  vaqonunda  imzalandı. 

Barışıq şərtinə görə Fransa ərazisinin 60%-i alman ordusu tərəfindən işğal edildi, 

qalan  hissəsi  ölkənin  cənubundakı  Vişi  şəhərində  yerləşən  Peten  hökuməti  tərə-

findən idarə edilməli idi. Peten hökumətinin nəzarətində olan ərazidə istehsal  edi-

lən məhsulun 40%-i Almaniyaya göndərilməli idi.   

44. Almaniyanın SSR -yə hücumu. Antifaşist koalisiyasının yaranması. 

       ngiltərənin  müqaviməti  qırılmasada,  əsas  kommunikasiya  xətləri  və  onların 

üzərindəki  dayaq  məntəqələrini  saxlasada,  Hitlerə  elə  gəlirdi  ki,  o,  əsas  vəzifəni 

yerinə yetirmiş və artıq bilavasitə SSR  ilə məşğul ola bilər. Almaniya Sovet  ttifa-

qı ilə hücum etməmək haqqında müqavilə sayəsində iki cəbhədə müharibə təhlü-

kəsinə məruz qalmadan Fransanı darmadağın edə bildi.  ndi isə o, Avropanın şərik-

siz  hökmranı  olmaq  üçün  bütün  qüvvələrini  SSR -yə  qarşı  yönəltməli  idi.  Hitler 

düşünürdü ki, SSR -ni darmadağın etməklə, eyni zamanda, Böyük Britaniyanın da 

taleyi  həll  olunacaqdır:  ngiltərə,  nəhayət,  müqaviməti  davam  etdirməyin  fayda-

sızlığını  anlayacaqdır.  1940-cı  ilin  iyulunda    Vermaxtın  komandanlığı  Hitlerdən 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə