Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   23   24   25   26   27   28   29   30   31

85 

 

SSR -yə qarşı kompaniyanın planını hazırlamaq barədə tapşırıq aldı. 1940-cı  il de-



kabrın 5-də Almaniya rəhbərliyi SSR -yə hücum planını müzakirə etdi. 1941-ci ilin 

sonunda  SSR -yə  qarşı  müharibəyə  başlamaq  haqqında  qərar  qəbul  edildi.  Hitler 

dekabrın 18-də Barbarossa planı adlanan bu planı təsdiq etdi.  

        Almaniyanın  Avropada  təzavüzünün  genişlənməsi  ilə  paralel  olaraq  SSR  

1940-cı  ilin  iyununda  Litva,  Latviya  və  Estoniyanı  tutdu.      Şərqi  Avropada 

Almaniyanın    hegemonluğunun  qurulması    ona  bu  regionun  xəritəsinin  növbəti 

biçimini  həyata  keçirməyə  imkan  verdi.  Yuqoslaviya  müstəqil  dövlət  kimi  ləğv 

olundu.  Onun  yerində  müstəqil  Xorvat  dövləti  yaratdılar,  qalan  ərazisi  isə 

Almaniya,  taliya,  Bolqarıstan  və  Macarıstan  arasında  bölüşdürüldü.  Rumuniya 

Hitlerin təzyiqi altında Transilvaniyanın Macarıstana verməli oldu.  

     Nəhayət 1941-ci ilin iyunun 22-də səhər tezdən Almaniya SSR  üzərinə hücum 

etdi.  Onunla bərabər  müttəfiqləri olan  Rumıniya,  Finlandiya,  taliya,  növbəti  gün 

Slovakiya, iyunun 27-də isə Macarıstan Sovet  ttifaqına qarşı müharibəyə girdilər. 

SSR -yə  qarşı  müharibənin  başlanması  ngiltərə  və  ABŞ-da  pis  qarşılandı.  Onlar 

faşizmə qarşı mübarizədə Sovet  ttifaqına kömək edəcəklərini bəyan etdilər. 1941-

ci  ilin  iyunun  22-də  Çörçil  radio  ilə  çıxışında  bildirdi  ki,  ngiltərə  SSR -yə  hər-

tərəfli  yardım  edəcək.  yunun  23-də  ABŞ  bildirdi  ki,  faşizmə  qarşı  vuruşacaqdır. 

Lakin senator Trumen demişdi ki, görsək ki, Almaniya qalib gəlir, onda SSR -yə, 

görsək ki, SSR  qalib gəlir, onda Almaniyaya kömək edəcəyik ki, onlar bir-birini 

daha çox məhv etsinlər.  

 

Müharibənin ilk aylarında Sovet hökuməti Hitler Almaniyasına qarşı qarşı-



lıqlı  yardım  və  birgə  mübarizə  haqqında  bir  sıra  sazişlər  imzalamışdı.  1941-ci  il 

iyulun  12-də  belə  saziş  ngiltərə  ilə  bağlandı.  Tərəflər  müharibədə  bir-birlərinə 

köməklik göstərməyi, dəstək verməyi və separat sülh bağlamamağı öhdələrinə gö-

türdülər. Elə həmin ayda mühacirətdə olan Polşa və Çexoslovakiya hökumətləri ilə 

saziş imzalandı. Sovet  ttifaqı ərazisində Çexoslovakiya və Polşa hərbi hissələrinin 

formalaşdırılmasına razılıq verdi.   

      kinci Dünya müharibəsi ərəfəsində Almaniyanın  randakı mövqeləri güclü idi. 

SSR   üzərinə  hücumdan  sonra  bu  mövqelər  daha  da  möhkəmləndi.  Almaniya 




86 

 

SSR -nin cənub sərhədləri ücün təhlükə torətməyə başladı. Belə vəziyyət SSR  və 



Böyük  Britaniyanı  Almaniya  təhlükəsinə qarşı birgə  tədbirlər görməyə  sövq  etdi. 

Verilən bəyanatlardan sonra 1941-ci ilin avqustun 25-də qoşunlar  rana daxil oldu. 

1942-ci  ilin  yanvarın  29-da  isə  SSR - ngiltərə- ran  müqaviləsi  imzalandı.  Müqa-

viləyə görə SSR  və  ngiltərə  ranın suverenliyini və müstəqilliyini qoruyacaqlarını 

və ona iqtisadi yardım göstərəcəklərini bəyan etdilər. Bu müqavilənin böyük əhə-

miyyəti var idi. O, antihitlerci koalisiyası ilə  ranın əlaqələrini gücləndirdi. 



45. “Atlantika xartiyası”. Antifaşist koalisiyasının  möhkəmləndirilməsi. 

      1941-ci  ildə  ABŞ  və  ngiltərənin  xarici  siyasətində  ciddi  dəyişiklik  yarandı. 

1941-ci ilin avqustun 9-12-də Nyufaundlend adasında ABŞ prezidenti Ruzvelt və 

Böyük  Britaniyanın  baş  naziri  Çerçil  konfrans  keçirdilər.  Avqustun  14-də  Atlan-

tika Xartiyası qəbul edildi. Bu sənəddə milli siyasətin bəzi ümumi prinsipləri elan 

edildi: dövlətlər ərazi iddialarına can atmirlar; hər hansı ərazi sərhəd dəyişiklərinə 

imkan  verməyəcəklər;  bütün  xalqların  öz  müqəddəratını  təyin  etmək  hüququna 

tərəfdardırlar; faşist rejimi tam məhv ediləcəkdir; dövlətlər zor gücünə mübahisəli 

məsələləri həll etməyəcəklər; dənizlərdə və okeanlarda gəmilər sərbəst üzəcəklər; 

səmərəli əməkdaşlıq ediləcəkdir. Atlantika Xartiyasıda dünyanın müharibədən son-

rakı quruluşuna dair bir sıra mütərəqqi və demokratik prinsiplər əks olundu. Anti-

hitler  koalisiyası  ölkələrinin  müharibədə  iştirakının  məqsədlərini  ilk  dəfə  qeyd 

edən  Atlantika  Xartiyasına  bir  qədər  sonra  SSR -də  imza  atdı.  SSR   Çexoslo-

vakiyanın  və  daha  başlıcası  Polşanın  mühacirətdə  olan  hökumətlərini  tanıdı.   

Müharibənin ilk dövründə Üçlər paktı ölkələrinin müvəffəqiyyətləri onların böyük 

hazırlığının  və  hərəkətlərindəki  qəfilliyin  nəticəsi  idi.  Tezliklə  bu  amillər  aradan 

qalxdı,  təcavüz  vüsətinin  genişlənməsi  ilə  cəbhə  xətləri  və  onların  qoşunlarının 

təchizatı yolları uzandı. Bütün bunlar müharibənin gedişində antihitler koalisiyası 

ölkələrinin  xeyrinə  dönüş  üçün  əlverişli  şərait  yaradırdı.  Bu  ölkələrin  potensial 

gücü Üçlər paktı ölkələrini gücündən müqayisəolunmaz dərəcədə üstün idi. 

     1942-ci il yanvarın 1-də Vaşinqtonda 26 ölkənin nümayəndələri Birləşmiş Mil-

lətlər bəyannaməsini imzaladılar. Burada  ölkələrin hökumətləri faşist bloku döv-

lətlərinə qarşı özlərinin bütün iqtisadi və hərbi ehtiyatlarını birləşdirəcəkləri barədə 



87 

 

öhdəlik  götürdülər.  Antihitlerçi  koalisiyanın  möhkəmləndirilməsində  1943-cü  il 



yanvarın  14-24-də  Ruzvelt  və  Çörçilin  Kasablankada  keçirilən  görüşü başlıca  rol 

oynadı. Yüksək hərbi rəhbərlərin də iştirak etdiyi konfransda müzakirə edilən əsas 

məsələ  müttəfıqlərin  hərbi  əməliyyatlarının  perspektivləri  barədə  idi.  Konfransda 

siyasi  problemlərədə  diqqət  yetirildi.  Fransanı  antihitlerçi  koalisiyaya  cəlb  etmək 

və müqavimət hərəkatına  yardım göstərmək müzakirə olundu. Şarl de Qollun Ka-

sablankaya gəlməsi Fransanın nüfuzunun artdığını göstərdi. Ruzvelt SSR -nin Ya-

poniyaya  qarşı  müharibəyə  qoşulmasına  tərəfdar  olduğunu  bildirdi.  Konfrans 

1943-cü ilin yayında ABŞ və  ngiltərə qoşunlarının Siciliyaya, sonra isə Apennin 

yarımadasına  hücumu  haqqında  qərar  qəbul  etdi.  Konfransda  müstəmləkələrin 

sonrakı  taleyi,  Sakit  okeanda  müharibə  və  başqa  məsələlər  müzakirə  edildi. 

Müzakirələrin yekununda bəyannamə qəbul olundu. Bəyənnamədə tərəflərin birgə 

fəaliyyəti və hücum kampaniyasının planlaşdırılması, faşist bloku ölkələrinin danı-

ş

iqsız təslim olması prisipi irəli sürüldü. 



         SSR -yə ABŞ və  ngiltərənin yardımının göstərilməsi həm antihitlerçi koali-

siyanı  möhkəmləndirdi, həm  də  sovet-alman  cəbhəsindəki vəziyyəti  müttəfiqlərin 

xeyrinə  yaxşılaşdırdı.  1942-ci  ilin  payızında  ingilis  və  amerikan  orduları  Şimali 

Afrikaya  çıxarılmağa  başlandı.  Bu  əməliyyatın  böyük  diplomayik-siyasi  əhəmiy-

yəti var idi. Afrikada maraqları olan Fransa müttəfiqlərə  meyl etdi. Şimali Afrika-

ya  müttəfiqlərin  girməsi  Almaniya  və  taliyanın  dayaqlarını  sarsıtdı,  onlar  Fran-

sanın Afrikadakı mülklərindən aldıqları xammaldan məhrum oldular. ABŞ və  n-

giltərənin birgə fəaliyyəti faşist blokunun böhranını dərinləşdirdi. 



     46. Müttəfiqlərin ikinci cəbhənin açılması ilə bağlı danışıqları. 

     1942-ci  ildə  ikinci  cəbhənin  açılması  məsələsi  ABŞ,  ngiltərə  və  SSR   müna-

sibətlərində müzakirə edildi. 1942-ci il aprelin 1-də ABŞ prezidenti Ruzvelt Qərbi 

Avropada  hərbi  əməliyyatlara  dair  strateji  planı  təsdiq  etdi.  Aparılan  üçtərəfli 

yazışmalar 1942-ci ilin may-iyun aylarında V.M.Molotovun Vaşinqtona və Londo-

na səfərləri zamanı müzakirə edildi.  kinci cəbhənin açılması məsələsinin müzaki-

rəsi heç də rəvan getmirdi. Sovet-amerika, sovet-ingilis bəyannamələrində Avropa-

da  ikinci cəbhənin açılması zəruriliyi göstərildi.  kinci cəbhənin açılması üçün hər 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə