Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   23   24   25   26   27   28   29   30   31

88 

 

bir  şəraitə  malik  olan  ABŞ  və  ngiltərə    təəssüflər  ki,  bunu  ləngidirdilər.  Buna 



görədə  1942-1943-cü  illərdə  həmin  məsələ  ilə  əlaqədar  çox    gərgin  diskussiyalar 

olmuşdur. Hətta həmin məsələ barədə görüşlər keçirilməsi, görüş yerlərinin təklif-

ləri də az olmamışdır. Məsələn, 1942-ci il aprelin 12-də Ruzvelt Moskvaya göndər-

diyi sənəddə yazırdı: Hazırda coğrafi şəraitin məsafəsi üzündən görüş keçirilməsi 

mümkün deyil. Ancaq Hitlerə qarşı mübarizə üçün görüşün keçirilməsinin böyük 

ə

həmiyyəti vardır. Əgər işlər yaxşı getsə gələn ilin yayında bizim sərhəddə-Alyas-



kada bir neçə gün birgə ola bilərik. Şübhəsiz, belə bir təkliflə Stalin heç vaxt razı-

laşa bilməzdi. Çünki həmin təklif qeyri-obyektiv və həm də uzaq bir məsafədə idi. 

           ngiltərə və  ABŞ  1942-ci  ildə  Avropada ikinci  cəbhənin  açılmasının  qeyri-

mümkünlüyünü irəli sürürdülər və bildirirdilər ki, onlar Şimali Afrikada “Fakel”-  

Məşəl əməliyyatı aparacaqlar. Bu sadəcə olaraq mütəffiqlərin gözləmə siyasəti idi. 

Belə bir şəraitdə 1942-ci ilin mayında Londona gedən Molotovun Çorçellə görüşü 

oldu.  Çörçel  söhbətdə  2-ci  cəbhənin  tezliklə  açılmasına  mane  olan  çətinliklərdən 

danışdı.  Molotov  bildirdi  ki,  Almanlar  geniş  miqyaslı  hərbi  əməliyyata  hazırla-

ş

ırlar, belə halda mütəffiqlər ikinci cəbhəni açmaqla SSR -yə köməklik edə bilər. 



      1942-ci  ilin  mayın  axırlarında  Molotov  Vaşinqtona  gəldi  və  ABŞ  prezidenti 

Ruzvelti  inandırmağa  çalışdı  ki,  1942-ci  ildə  Avropada  mütləq  ikinci  cəbhə  açıl-

malıdır.  Bu  həll  olunan  halda    Almaniya  şərq  cəbhəsindən  40  diviziyasını  Qərbə 

köçürmək  məcburiyyətində  qalacaq.  Ruzvelt  cavabında  bildirdi  ki,  ABŞ  və  n-

giltərə Qərbi Avropada hərbi əməliyyata başlamağa  çalışırlar. Lakin hərbi hissəni 

və  texnikanı  ngiltərəyə  aparmaq  üşün  gəmi  çatışmır  həm  də  gəmilərin  bir  qismi 

SSR -yə  hərbi  yardım  daşıyır.  Molotov  Ruzveltə  bildirdi  ki,  ikinci  cəbhənin  tez-

liklə  açılması  naminə  SSR -yə  hərbi  yardım  daşıyan  gəmilərdən  istifadə  edilsin. 

Hətta  Molotov  bildirdi ki,  düşməni  çaşdırmaq  naminə ikinci  cəbhənin  açılmasına 

razılıq əldə edilməsinə dair bəyanat qəbul edilsin. ABŞ prezidenti Molotovun tək-

lifini  bəyəndi  və  1942-ci  il  iyunun  əvvələrində  ABŞ-SSR   birgə  bəyanatı  hazır-

landı. 


       Molotov iyunun 9-da Vaşinqtondan  yenə Londona gəldi və orada olan danı-

ş

ıqlar haqqında Çörçilə məlumat verdi. Molotov söhbətdə Çörçelə təklif etdi ki, so-




89 

 

vet  ngiltərə  bəyəmnaməsinə  1942-ci  ildə  Avropada  ikinci  cəbhənin  açılmasına 



dair razılaşma haqqında bənd daxil olunsun. ABŞ-ın mövqeyini nəzərə alan Çörçel 

təklifi  bəyəndi  və  bununlada  1942-ci  il  iyunun  12-də  ABŞ-SSR ,  SSR - ngiltərə 

bəyannaməsi elan olundu. Lakin 1942-ci il iyunun ortalarında ABŞ və  ngiltərənin 

Vaşinqtonda konfransı keçirildi və burada qərara alındı ki, həmin dövlətlər 1942-ci 

ildə hazır olmadıqlarına görə hərbi əməliyyatları başlamayacaqlar.  Bu, gözləmə si-

yasətinin tərkib hissəsi idi. Bu mövqe  ngiltərə dövləti tərəfindən də səsləndi. 

       Hətta Çörçel 1942-ci il 18 iyun tarixli Stalinə göndərdiyi sənəddə ikinci cəb-

hənin  açılmayacağını  göstərmişdi.  Həmin  sənədə  cavab  olaraq  Stalin  Çörçelə  23 

iyul tarixində göndərdiyi sənəddə bildirmişdi ki,  ngiltərə və ABŞ ilə danışıqlarda 

qərara alınmışdı ki, 1942-ci ildə cəbhəni açacaqsınız. Sovet-Alman cəbhəsində ya-

ranmış vəziyyətlə  əlaqədar olaraq  mən qəti şəkildə bildirirəm  ki,  Sovet  hökuməti 

Sizin  belə  bir  mövqeyinizlə  razılaşa  bilməz.  1942-ci  ilin  avqustunda  Çörçel  və 

ABŞ  prezidentinin  şəxsi  nümayəndəsi  Qardiman  birlikdə  Moskvaya  gəldilər. 

Onların  Stalinlə  keçirilən  görüşündə    Molotov,  Voroşilov  da  iştirak    etmişdilər.   

Söhbətdə  Stalin  cəbhədə  olan  vəziyyət  haqqında  məlumat  verdi.  Sonra  söhbətə 

başlayan  Çörçil  birbaşa  mətləbə  keçmək  əvəzinə  çox  uzaqda- ngiltərə  və  ABŞ 

hərbiçilərinin  Britaniya adalarında yerləşdirilməsinin necə aparılacağından danış-

dı. Həmçinin Çörçilə Qərbdə Alman ordu birləşmələrinin olmasının mütəffiqlərin 

Normandiya  ilə  əlaqədar  olacaq  əməliyyatı  üçün  şəraitin  təhlükəli  olduğunu  və 

bunun böyük risk tələb etdiyini qeyd etdi və göstərdi ki, ordunun həmin yerə gön-

dərilməsi gələn il başa çatacaq. Şübhəsiz, bunun özü də gözləmə siyasətinin təsdiqi 

idi. Stalin qəti şəkildə həmin plana etirazını bidirdi. Risk məsələsinə gəldikdə Sta-

lin  dedi;  ”adi  adam  belə  əgər  risk  etmək  istəmirsə  ,  o  halda  müharibəni  udmaq 

olmaz”.  Stalinin  öz  fikri  üzərində  qəti  dayandığını  hiss  edən  Çörçil  söhbəti  də-

yişərək  bildirdi  ki,  ”fakel”  əməliyyatı  ilə  mütəffiqlər  Şimali  Afrikada  hərbi  əmə-

liyyatı 1942-ci ilin oktyabırında həyata keçirməyi planlaşdırıblar və bununla  taliya 

müharibədən çıxacaqdır. Bu məsələdə Qarriman Çorçilin mövqeyini müdafiə etdi 

və dedi ki, Ruzvelt də  Şimali Afrika əməliyyatının tez başlamağının tərəfdarıdır. 




90 

 

       Sonrakı  gün  –  avqustun  13-də  danışıqlar  yenə  davam  etdirildi.  Stalin  Qərb 



ölkələrinə  yenə  öz  iradını  bildirdi  və  göstərdi  ki,  götürdüyünüz  öhdəçiliyi  yerinə 

yetirmirsiniz.  Stalin  xatırlatdı  ki,  2  ay  bundan  qabaq  Molotov  Londonda  olarkən 

razılığa gəlmişdiniz ki, 2-ci cəbhəni 1942-ci ildə açacaqsınız.  ndi məlum olur ki, 

həmin  əməliyyat  olmayacaqdır.  Sovet  ordusu  çətin  vəziyyətə  düşə  bilər,  ona  gö-

rədə 2-ci cəbhə Şimali Fransada 1942-ci ildə açılmalıdır. Lakin onlar 2-ci cəbhəni 

müxtəlif  bəhanələrlə  açmadılar.  Müttəfiqlərin  2-ci  cəbhəni  açmamalarına  baxma-

yaraq  Sovet  ordusu  Stalinqrad,  Qafqaz  1943-cü  ildə  Kursk  və  Dnepr  əməliy-

yatlarını  qələbə  ilə  çətində  olsa  da  başa  vurdu.  Bu  qələbələr  Almaniyanı  çətin 

vəziyyətə saldı. Şimali Afrikada qələbədən sonra ABŞ-ın və  ngiltərənin qoşunları 

taliyaya daxil oldu, Mussolini rejimi dağıldı və 1943-cü ilin sentyabrında  taliyaya 

təslim oldu. 

        47. Tehran konfransı və onun beynəlxalq əhəmiyyəti. 

        kinci  dünya  müharibəsinin  gedişində  diplomatik  mübarizədə  Tehran  konf-

ransının  hazırlanması,  gedişi  və  nəticələri  xüsusi  yer  tutur.  Ruzvelt  və  Çerçil  üç 

dövlət  başçısının  konfrasının  keçiriləcəyi  yer  kimi  Alyaskada  Ferbenksi,  raqda 

Bəsrəni, Bağdadı, Türkiyədə Ankaranı, Misrdə Qahirəni, Eritreyada Asmarı təklif 

etdilər. Konfrasın keçiriləcəyi yer məsələsi mübahisələrə səbəb oldu. Bundan ötrü 

üç  dövlətin  xarici  işlər  nazirinin  Moskvada  müşavrəsini  keçirmək  qərara  alındı. 

Moskva  konfransı  1943-cü  ilin  oktyabrında  19-30-da  keçirildi.  V.V.Molotov, 

K.Hell və A. denin iştirak etdiyi konfransda müharibənin müddətinin qısaldılması 

və ikinci cəbhənin açılması, müttəfiq dövlətlər arasında ümumi təhlükəsizlik haq-

qında  bəyannamənin  imzalanması,  Almaniya,  taliya,  Avstriyanın  taleyi  Avropa 

məsləhət kommisiyasının təsis edilməsi və digər məsələlər müzakirə olundu.  kinci 

cəbhənin  açılması  haqqında  məsələnin  müzakirəsində  müttəfiqlərin  başlıca  məq-

sədi  müharibəni  tezliklə  başa  çatdırmaq  idi.  Konfransda  müharibədən  sonra  döv-

lətlərin əməkdaşlıq etməsi  və Avropa məsləhət kommisiyasının yaradılması barə-

də qərarlar qəbul edildi. Bu işdə Fransanın iştirakı zəruri sayıldı, Avropanın kiçik 

dövlətlərinin hər hansı formada birliyi haqqında layihələr ləğv edildi, hitlerçilərin 

törətdikləri  vəhşiliklərə  görə  məsuliyyəti  və  ümumi  təhlükəsizlik  məsələləri  haq-



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə