Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   2   3   4   5   6   7   8   9   10   ...   31

19 

 

qalan ordu hissələrini Krımda Vrangelə verib xaricə qaçdı. Şimalda vaxtaşırı Pet-



roqrada hücumlar edən Yudeniç məğlub oldu. 1920-ci ildə Arxangelsk və Murma-

nsk azad edildi. 1920-ci ilin sonlarında Qırmızı ordu Krımda böyük uğur qazandı. 

Noyabrda Vrangelin ordusu darmadağın edildi və Krım azad olundu. 

                       11.  1920-ci il Sovet-Polyak müharibəsi. 

Polşa ilə sülh müqaviləsi bağlamaq üçün bütün cəhdlərə baxmayaraq, iki öl-

kə arasındakı münasibətlər müharibəyə səbəb oldu. Rusiya ilə müharibəyə Polşanı 

qərb  dövlətlərinin  hakim  dairələri  təhrik  edirdilər,  Polşa  rəhbərliyi  özü  də  bunu 

istəyirdi. 1920-ci il aprelin 10-da Polşa hökuməti Sovet Rusiyasının nümayəndələri 

ilə danışıqlara razılaşdı və bu danışıqlar da Polşanın barışmaz mövqeyi nəticəsində 

pozuldu. Polyak qoşunları sərhəddə cəmləşmişdi və aprelin 25-də onlar Belorusiya 

istiqamətində hücuma başladılar. Polşanın baş naziri Y. Pilsudski Ukraynanı işğal 

etmək  arzusunu  açıqca  bildirdi.  Elə  həmin  günlərdə  ağ  qoşunların  qalıqları  ilə 

Krımdan general Vrangel hücuma başladı. Qırmızı ordu üçün çətin vəziyyət yaran-

dı. Polyak ordusunun hücumunun qarşısını alan sovet qoşunları əks hücuma keçib, 

Varşavaya  doğru  irəliləməyə  başladılar.  ngiltərə  və  Fransadan  kömək  və  dəstək 

alan Polşa sülh danışıqlarından imtina edirdi. 

 

Hələ1919-cu ilin dekabrında  ngiltərənin xarici işlər naziri C. Kerzonun Pol-



ş

a ilə Sovet Rusiyası arasındakı sərhəd xətti haqqında təklifi dərc olunmuşdu. Lon-

don  ultimativ  tonda  Qırmızı  ordunun  hücumunu  dayandırıb,  sərhədin  həmin  xətt 

boyunca müəyyənləşdirilməsinə razılaşmağı tələb etdi. Sovet hökuməti dərhal barı-

ş

ıq bağlamağa və sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan etdi. Amma 



polyak tərəfi danışıqları ləngidirdi. Polşa müharibəni davam etdirirdi və hətta So-

vet Rusiyası sərhəd haqqında “Kerzon xətti” üzrə sülh imzalamağa razı olduğunu 

bildirəndə də Polşa tərəfi yeni hücum cəhdləri etdi. 

 

1920-ci ilin avqustunda Pilsudskinin qoşunları hücuma keçib, Qırmızı ordu-



nu geri çəkilməyə məcbur etdi. Polşa hakim dairələrinin müqavimətinə baxmaya-

raq, Sovet hökuməti sovet-polyak münaqişəsinin sülh yolu ilə həll olunmasına nail 

olmağa  çalışırdı.  Sovet  tərəfinin  cəhdləri  nəticəsiz  qalmadı.  1920-ci  il  oktyabrın 

12-də Polşa ilə Sovet Rusiyası arasında barışıq imzalandı, 1921-ci il martın 18-də 




20 

 

isə  sülh  bağlandı.  Hərbi  əməliyyatların  tezliklə  dayandırılması  məqsədilə  Rusiya 



ümumi sərhədi Kerzonun təklif etdiyi xəttdən şərqdə müəyyənləşdirməyə razılaşdı. 

Qərbi  Ukrayna  və  Qərbi  Belorusiya  Polşaya  keçdi.  Bu  bir  sıra  səbəblər  üzündən 

baş  verdi.  Onlardan  qərb  dövlətlərinin  Pilsudskiyə  göstərdikləri  böyük  köməyi 

(həm hərbi, həm də maddi), Antanta ölkələrinin Polşaya “bolşevik təhlükəsi” barə-

də durmadan təbliğat aparmasını göstərmək olar. Bolşeviklərin cəbhələrdəki qələ-

bələrinə şübhə etməyən xarici müdaxiləçilər də çəkilib öz ölkələrinə getdilər. Yal-

nız yaponlar Uzaq Şərqdə 1922-ci ilə kimi dayandılar. Uzaq Şərq Respublikasına 

daxil olan Qırmızı ordu ağqvardiyaçıların qoşunları üzərində bir sıra qələbələr qa-

zandı.  1922-ci  ilin  noyabrında  Uzaq  Şərq  Respublikasının  Sovet  Rusiyası  ilə  ye-

nidən birləşməsi elan olundu.  



            12. Azərbaycan nümayəndələrinin Paris sülh konfransında iştirakı. 

Azərbaycan  xalqının  milli  mənafeyinə  uyğun  xarici  siyasət  yeritmək, mürək-

kəb  beynəlxalq  vəziyyətdə  Azərbaycanla  qonşu  dövlətlər  arasında  mehriban 

münasibətlər yaratmaq,  onu dünya birliyinin bərabərhüquqlu   üzvünə   çevirmək   

Azərbaycan  diplomatiyasının  başlıca  məqsədi  idi.  Hökumət  çoxsaylı  çətinliklərlə 

bağlı  olan  daxili  problemləri  həll  etməyə  çalışdığı  bir  vaxtda  Azərbaycan  diplo-

matları Parisdə toplanmış qalib dövlətlər tərəfindən tanınmaq və kömək əldə etmək 

üçün  ağır  mübarizə  aparırdılar.  Azərbaycan  parlamenti  Paris  sülh  konfransında  

iştirak  etmək  üçün  Ə.M.Topçubaşov  -  sədr,  M.H.Hacınski  –  sədrin   müavini, 

nümayəndə  heyətinin  üzvləri  Ə.Şeyxülislamov,  Ə.Ağayev  və  müşavirlər  M. 

Məhərrəmov və  C.Hacıbəyov olmaqla  nümayəndə heyətini təsdiq  etmişdi. "Av-

ropanın sivil  dövlətləri  və  ABŞ-ın   ictimai  fikrini  onların  işgüzar  dairələri  ilə  

ticarət    əlaqələri  yaradılmasına    ən    çox    kömək    edən    istiqamətə    hazırlamaq"  

üçün   Azərbaycan nümayəndə  heyətinə əlavə səlahiyyətlər verilmişdi. 1919-cu  il  

yanvarın  18-də  həmin nümayəndə heyəti   stanbula  yola  düşdü.  Burada onlar  

1919-cu  il yanvarın  20- də  Parisə getmək üçün viza almalı idilər. Lakin  stanbula 

gəldikdən  sonra  nümayəndə  heyəti  1919-cu  ilin  aprelinə  qədər  burada  ləngidi, 

çünki  müttəfıq  qoşunlarının  komandanlığı  hər  vasitəyə  əl  atıb  onun  Paris  sülh 

konfransında iştirakına mane olurdu. Nümayəndə  heyətinin  başçısı  Əli  Mərdan  



21 

 

bəy  Topçubaşovun   stanbuldan göndərdiyi məlumatlar onun Parisə getməyə viza 



almaq  üçün  böyük  əmək  sərf  etdiyini  sübut  edirdi.    Yalnız    mayın    ortalarında  

Azərbaycan  diplomatları  Fransaya  gələ  bildilər,  bu  da onların  qarşısında  du-

ran  məsələlərin həllinə  köməyi təmin  etmək üçün  lazımi  hazırlıq işləri görmə-

lərinə  imkan  vermədi.  Lakin    artıq    1919-cu    il    mayın    28-də    Azərbaycan    nü-

mayəndə  heyəti  ABŞ prezidenti  V.Vilsonla  görüşə  bildi.  Görüşün  nəticələri  

çox  da  ümidverici  deyildi.  ABŞ prezidenti qeyd etmişdi ki, dünyanın   kiçik əra-

zilərə  parçalanmasını  Sülh  Konfransı  istəmir  və  Azərbaycan  məsələsinə  Rusiya 

məsələsi həll olunduqdan sonra baxıla bilər.  Eyni zamanda V.Vilson  Azərbaycan 

nümayəndə  heyətini  əmin    etmişdi    ki,  "...bundan  sonra  Azərbaycan  xalqı  öz 

azadlıq və müstəqilliyini qoruyub  saxlamaq kimi müqəddəs işində böyük Ameri-

kanın    kömək    və    yardımını    alacaqdır".  O,    azərbaycanlılara    Cənubi    Qafqaz  

xalqlarının  konfederasiyası  ideyasını  müzakirə  etməyi    məsləhət  görmüş  və  de-

mişdi  ki,  konfederasiya  Millətlər  Cəmiyyətinin  himayəsinə  veriləcək  ölkə  kimi 

böyük dövlətlərdən birinin himayəçiliyinə ümid edə bilər. Azərbaycan nümayəndə 

heyətinin başçısı   Ə.M.Topçubaşov  Paris   Sülh  Konfransına  təqdim  edilmiş    me-

morandumun  surətini  ABŞ  prezidenti    V.Vilsona  təqdim    etmişdi.  Sənəd  xüsusi  

xəritəli    vərəqdə    sərhədləri    göstərilməklə    Qafqaz    Azərbaycanının    mustəqil-

liyinə;  iqtisadi  xəritə  ilə  birlikdə  Azərbaycanın  iqtisadi  vəziyyəti  və  maliyyəsinə; 

etnoqrafik  xəritə  və  diaqramlarla  birlikdə  Azərbaycan  əhalisinin  etnik  tərkibinə 

dair 3 maddədən ibarət idi. Paris  konfransının  iştirakçılarını  respublikadakı  si-

yasi  vəziyyətlə  tanış  etmək  üçün Azərbaycan  nümayəndə  heyəti  böyük  işlər  

görmüş,  məsələn,  1919-cu  il  mayın  23-ü  ngiltərə  nümayəndəsi  A.Mallet  və  

ABŞ  nümayəndəsi  K.Morgentau  ilə  görüşlər keçirmişdi. Paris  Sülh  Konfran-

sında  keçmiş  Rusiya  imperiyası  ərazisində  yaranmış  bütün müstəqil dövlətlərin 

nümayəndələri iştirak edirdilər.  Bu konfransın gedişində onlar görüşlər keçirir və 

öz  müşahidələri barədə  fikir  mübadiləsi  aparırdılar.  Bəzi  məsələlər  üzrə onlar 

eyni tələblərlə çıxış edirdilər. 1919- cu il iyunun 13- də V.Vilson, D.Lloyd Corc, 

J.Klemanso. V.Orlando və baron Makinonun  imzası  ilə  Rusiya  ərazisində  ad-

miral  Kolçakın   ali  hakimiyyətinin  qismən tanınmasına  dair  sənəd  dərc  olun-



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə