Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

22 

 

du.  Bununla  əlaqədar  olaraq  Azərbaycan,  Gürcüstan, Latviya, Estoniya, Şimali 



Qafqaz,  Belorusiya  və  Ukrayna  nümayəndələri    1919-cu  il  iyunun  13-də  Paris 

konfransının sədrinə etiraz notası  təqdim etdilər. Lakin  Azərbaycan  nümayəndə  

heyətinin,  həmçinin  digər  yeni  yaranmış dövlətlərin  nümayəndə  heyətlərinin  

fəaliyyəti    onunla    mürəkkəbləşirdi    ki,    Paris  Sülh  Konfransında  bu  dövlətlərin 

müstəqilliyinin  tanınması  məsələsinin  müzakirəsi  konfransın    gündəliyindən  

"Rusiya  məsələsi"  ilə  əlaqələndirilərək  açıq-aşkar ləngidilirdi.  Bu  da  onların  

beynəlxalq  hüquq  subyektləri  kimi  tanınmasını  şübhə altına  qoyurdu.  1919-cu  

il    oktyabrın    8  -də    Azərbaycan,    Gürcüstan,    Latviya,  Estoniya    müstəqil    res-

publikaları,  Şimali  Qafqaz  dağlıları  və  Ukraynanın nümayəndələri sülh  konf-

ransının  sədri  Klemansoya  1919-cu    il    7    iyul  tarixli  birgə  bəyannaməyə    əlavə  

olan   məktub  göndərdilər.  Həmin  məktubda  bu  respublikalara münasibətdə  bö-

yük  dövlətlərin  mövqeyi  kəskin  şəkildə  pislənir,  keçmiş   Rusiya imperiyası  

ə

razisində    yaranmış    siyasi    vəziyyətə    toxunularaq      göstərilirdi    ki,  "...Rusiya  



bolşevikləri  proletariat  və  kommunizm  diktaturası  yaratmağa  çalışır, Rusiyanın  

irticaçı  dairələri  isə  həmin   ərazidə  özünün  hərbi  diktaturasını  qurmağa və 

xalqları  əsarət  altına  almaqla    keçmiş  Rusiyanı  bərpa  etməyə  cəhd  göstərirlər". 

Yuxanda  göstərilən  dövlətlərin  nümayəndə  heyətləri  onların  beynəlxalq  hüquq 

subyektləri  kimi  tanınması  məsələsinin  həllini  təxirə  salmamağı  xahiş   edir,  

onun həllinin   qeyri- müəyyən  vaxta  təxirə  salınmasının  müstəqilliyə  can  atan  

xalqlar  üçün   çox    ağır   nəticələr   verə  biləcəyini  vurğulayırdılar.    Klemansoya  

ünvanlanmış məktubda  Ali  Şuranın   müzakirəsinə  təqdim  edilən  iki  məsələ:  

"birincisi,    hər    bir  respublikanın      müstəqil    dövlət    kimi    tanınması;    ikincisi,  

ə

razi,  maliyyə,  iqtisadiyyatla bağlı digər  məsələlərin dərhal  müzakirə edilməsi" 



təklif olunurdu.  Bolşevik təhlükəsinin  güclənməsi  nəticəsində  Qafqazda  yaran-

mış   vəziyyət  Antanta ölkələrini  ciddi  şəkildə  düşünməyə  və  real  əməli  ad-

dımlar  atmağa  məcbur  etdi. Bu  məqsədlə  1920-ci  il yanvarın  10- da  Böyük  

Britaniyanın təşəbbüsü  ilə  Paris Sülh  Konfransı Ali  Şurasının sessiyası çağırıldı.  

Sessiyada   ngiltərə,  Fransa  və   taliyanın hökumət  başçıları və  xarici  işlər  na-

zirləri,  ABŞ    və    Yaponiya    tərəfindən    isə    onların  sülh  konfransındakı    nüma-




23 

 

yəndələri,  həmçinin  Parisdəki  səfirləri  iştirak  edirdilər.  Keçirilən sessiyada Cə-



nubi  Qafqaz  respublikalarının  problemi  geniş  və  hərtərəfli  müzakirə  edildi.  Bu  

xahişlər  barədə  Ali  Şuraya  məlumat  verən  Kerzon  Azərbaycan  və Gürcüstanın 

dərhal de-fakto  tanınması  təklifini  irəli sürdü.  Versal  konfransında yaranmış və-

ziyyət  faktiki  olaraq    fəaliyyət  göstərən  dövlətlərin  tanınması  üçün  bütün  zəruri 

şə

rtlərin olmasından xəbər verirdi. Onun reallaşmasından ötrü yalnız təkan verəcək 



bir  tərəf lazım idi,  o  tərəf  də sülh  konfransının  iştirakçısı  Böyük  Britaniyanın  

xarici  işlər  naziri  lord Kerzon oldu. ABŞ  və  Yaponiya  nümayəndələri  bildir-

dilər  ki,  Azərbaycan  və  Gürcüstanın tanınması  aktına  qoşulmaq  üçün  onlar  öz  

hökumətlərinin  rəyini öyrənməlidirlər. Az sonra Yaponiya Ali  Şuranın  11 yanvar  

tarixli  qərarına qoşuldu. Amerika  Birləşmiş  Ştatları   qərara qoşulmaqdan rəsmi 

olaraq imtina etdi. ABŞ-ın   bu qərarı  müxtəlif səbəblərlə izah edilirdi. Onlardan 

biri  Amerika  hökumətinin  Qafqazda  Böyük  Britaniyanın  nüfuzunun  güclən-

məsindən  ehtiyatlanması      idisə,    digəri    də    sülh    konfransının    yekun    mərhə-

ləsində  ABŞ-la  onun  Avropa müttəfiqləri  arasında  ciddi  ixtilaflar  yaranması  

idi.   


            13. Azərbaycan Xalq Cümhuriyyətinin ilk diplomatik addımları. 

Azərbaycan diplomatiyası 1918-ci ilin yayıboyu fəaliyyətini əsasən üç məsələ ətra-

fında cəmləmişdi: 1. Mərkəz (Almaniya, Osmanlı, Avstriya-Macarıstan, Bolqarıs-

tan) və Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan, Dağlılar respublikaları) döv-

lətlərinin nəzərdə tutulan  stanbul konfransına hazırlıq; 2. Bakının qurtuluşu uğrun-

da  diplomatik  mübarizə;  3.  Bakı  nefti  ətrafında  gedən  sovet-alman  sövdələşməsi 

planlarının pozulması. 

 

Mərkəz-Qafqaz dövlətlərinin konfransı ideyasının müəllifi Gürcüstan olmuş-



dur.  O,  Dördlər  ttifaqı  dövlətləri  ilə  Brest-Litovsk  müqaviləsi  əsasında  əlaqələr 

yaratmaq üçün bir konfrans çağırılması fikrinə düşdü. Həmin ideyanı dəstəkləyən 

Almaniya  onun  daha  geniş  tərkibdə  özü  də  stanbulda  keçirilməsini  təklif  etdi. 

Almaniyanın belə bir konfransın keçirilməsində maraqlı olmasının səbəbi isə bun-

dan  ibarət  idi:  O,  Gürcüstana  gətirdiyi  məhdud  hərbi  qüvvə  ilə  Osmalıya  qarşı 



24 

 

çıxıb Bakı üzərinə getməyin  mümkünsüzlüyünü nəzərə aldı və  məqsədlərə diplo-



matik yolla yetişilməsinə üstünlük verdi. 

 

M. Ə. Rəsulzadənin başçılıq etdiyi 7 nəfərdən ibarət Azərbaycan nümayəndə 



heyəti iyunun 24-də  stanbula gələrək fəaliyyətə başladı. Nümayəndəliyin qarşısına 

qoyulan vəzifələr və onlara verilən səlahiyyətlər bunlar idi: 1. Beynəlxalq konfran-

sın  bütün  iştirakçıları  ilə  müxtəlif  səciyyəli  müqavilələr  bağlanılması;  2.  Yalnız 

Osmanlı  dövləti  və  Dağlılar  Respublikası  ilə  hər  cür  gizli  sazişlər  imzalanması. 

Beynəlxalq  stanbul konfransı alınmadı. Bu müttəfiqlərarası münasibətlərin pisləş-

məsi və Dördlər ittifaqının müharibədəki durumunun getdikcə ağırlaşması ucbatın-

dan baş verdi. 

 

Bakının  antiazərbaycanlı  qüvvələrdən  xilası  uğrunda  diplomatik  mübarizə 



neftə dair sovet-alman sövdələşməsinin zərərsizləşdirilməsi prosesi ilə paralel apa-

rıldı. Osmanlı-Azərbaycan ordu hissələrinin Bakı hüdudlarına yetişmək üzrə olma-

sı sovet-alman sövdələşməsini sürətləndirdi. Almaniya həm də Batum müqaviləsi-

nin əvəzini çıxaraq Türkiyədən gizlin 1918-ci il avqustun 27-də Sovet Rusiyası ilə 

Brest-Litovsk  müqaviləsinə  əlavə  saziş  imzaladı.  “Bakı  sazişi”nin  14-cü  maddəsi 

Azərbaycana aid idi. Həmin maddə ilə tərəflər Azərbaycana dair məsələlərlə bağlı 

qarşılıqlı öhdəliklər götürmüşdülər. Belə ki, Almaniya Türkiyə qoşunlarının Bakı, 

Quba və Şamaxının sərhədlərini keçməmələrinə çalışmalı idi. Bunun əvəzində isə 

rus hökuməti hasil olunan neftin 4/1-nin Almaniyaya veriləcəyini vəd edirdi. Bütün 

bunlara görə də “Bakı sazişi” Osmanlı və Azərbaycan diplomatiyalarının ciddi mü-

qaviməti ilə üzləşdi. 

 

“Bakı  sazişi”nin  reallaşdırılması  mümkün  olmadı.  Çünki,  1.  Bakının  azad 



edilməsi buna imkan vermədi, 2. beynəlxalq şəraitin Antantanın xeyrinə dəyişməsi 

Almaniyanın sazişə marağını azaltdı, 3. alman-osmanlı protokolu ilə (23. IX. 1918) 

ə

slində  ondan  imtina  edilmiş  oldu.  Protokola  əsasən  Almaniya  Azərbaycan  Xalq 



Cümhuriyyətini tanıyacağına, habelə Sovet Rusiyasının da onunla diplomatik mü-

nasibətlər qurmasına  çalışacağına  söz  verirdi.  Əvəzində  isə  Osmanlı  qoşunlarının 

Azərbaycanda çox saxlanılmayacağı vəd olunurdu.   

                14. Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə münasibətləri. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə