Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 2,42 Kb.

səhifə1/99
tarix07.07.2018
ölçüsü2,42 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   99



ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯРÀÊÀÄÅÌÈJÀÑÛ 
ÔÎËÊËÎРÈÍÑÒÈÒÓÒÓ 
__________________________________________ 
 
 
 
 
 
 
 
BORÇALI FOLKOR  
ÖRNƏKLƏRİ 
 
(Dastanlar)
 
 
 
II KİTAB 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2013
 


 
 
2
 
 
Tərtib edəni və  
çapa hazırlayanı:  
 
Elxan MƏMMƏDLİ 
    filologiya üzrə fəlsəfə doktoru, 
     
 
 
 
     Əməkdar Mədəniyyət işçisi 
 
Redaktoru:    
      
Mahmud ALLAHMANLI   
   filologiya üzrə elmlər doktoru,  
    professor 
 
Rəyçilər:  
 
 
Seyfəddin QƏNİYEV 
    
 
 
filologiya üzrə elmlər doktoru 
Seyfəddin RZASOY 
filologiya üzrə elmlər doktoru
  
 
 
Borçalı  folklor  örnəkləri,  II  kitab  (Dastanlar).  Bakı, 
“Elm və təhsil” nəşriyyatı, 2013.  
 
AMEA  Folklor  İnstitutunun  nəşr  etdirdiyi  bu  cildə  Azərbayca-
nın  tarixi  mahallarından  olan  Borçalının  ayrı-ayrı  aşıq  və  el  şairləri-
nin vaxtilə yaratdıqları dastanlar daxil edilmişdir. Klassik dastan yara-
dıcılığı  ənənələrini  özündə  sənətkarlıqla  əks  etdirən  bu  nümunələrin 
geniş oxucu kütləsi üçün də maraq doğuracağına əminik.  
 
B 3202050000
 
Qrifli nəşr
 
     098 - 201

   
 
 
  
 © Фолклор Институт
u, 2013.  
 


 
 
3
TƏRTİBÇİDƏN 
 
Qədim  Borçalı  torpağı  zəngin  təbiəti,  rəngarəng  relyefi, 
əsrarəngiz  gözəlliyi  ilə  diqqəti  cəlb  etdiyi  kimi,  ibrətamiz  folk-
loru, çoxşaxəli ağız ədəbiyyatı ilə də əlamətdardır. İqlim baxım-
dan  şərti  olaraq  üç  coğrafi  məqamı  özündə  əks  etdirən  Borçalı 
ərazisi mövcud ədəbiyyatda – Dağ Borçalı, Bağ Borçalı və Aran 
Borçalı  kimi  təqdim  olunur.  Və  bu  ərazidə  yaşayan  insanların 
yaratdığı  ağız  ədəbiyyatı  da  çoxçeşidlidir.  Hələ  ötən  əsrin 
ortalarından  bu  ərazidə  fəaliyyət  göstərmiş  folklor  ekspediyala-
rından da  məlum olur ki,  bu torpaqdakı  folklor örnəkləri sakin-
lərinin  tarixi  qədər  qədimdir.  Vaxtilə  Borçalıdan  toplanmış  ba-
yatılar, atalar sözləri  və  məsəllər,  əfsanə  və rəvayətlər,  xüsusən 
də dastanlar zaman-zaman nəşr olunmuş folklor kitablarına daxil 
edilmiş  ümumxalq  yaradıcılıq  məhsulu  kimi  təqdim  edilmişdir. 
Bu da şübhəsiz, sonrakı nəsillərə regionun folklor həqiqətini çat-
dırmağa  imkan  verməmişdir.  Lakin  son  illər  AMEA  Folklor 
İnstitutunun toplama, nəşr və tədqiqat sahəsində həyata keçirdiyi 
iş üslubu hər bir regionun folklor örnəklərini xarakterizə edərək 
özünəməxsusluğunu üzə çıxrtmaq üçün böyük imkanlar yaradır. 
Bu  baxımdan  institut  rəhbərliyinin  ayrı-ayrı  regionların  folklor 
örnəklərinin  əsaslı  şəkildə  toplanıb  nəşr  etdirilməsində  göstər-
diyi  səylər  neçə  illərdir  öz  bəhrəsini  verməkdədir.  Geniş  oxucu 
kütləsinə, xüsusən də elmi  ictimaiyyətə təqdim etdiyimiz bu ki-
tab da qarşıda qoyulmuş məqsədlərə xidmət etməkdədir. 
Adından  da  bəlli  olduğu  kimi,  topluya  daxil  etdiyimiz 
dastanlar Borçalıda yaşayıb-yaratmış ustadlar tərəfindən yaradıl-
mış  dastanlardır.  Bu  dastanları  yaradanlar  haqqında  kitabın  so-
nunda  məlumat  verdiyimizdən  bu  məqamda  onlar  haqqında 
danışmağı lazım bilmirik. Ancaq onu nəzərə çatdırmaq istəyirik 
ki, “Borçalı folklor örnəkləri” seriyasından nəşr olunan kitabları-
mız  bununla  və  bundan  əvvəlki  nəşrlərlə  məhdudlaşmayacaq. 
Bizə  institut  rəhbərliyi  səviyyəsində  yaradılmış  şəraitə  uyğun 


 
 
4
olaraq  gələcəkdə  də  Borçalıdan  topladığımız  folklor  örnəkləri-
mizi kitab şəklində nəşr etdirəcəyik. Bu sahədə üz ağardan işlə-
rimiz  az  deyildir.  Xüsusən  nəşrini  gələn  il  nəzərdə  tutduğumuz 
iki  cildlik  “Borçalı  aşıqları  və  el  şairləri”  kitablarını  Borçalıda 
yaşayan  ziyalı  dostumuz  şair  Bəhram  Mehdi  ilə  birlikdə  nəşrə 
hazırlayırıq.  Uzun  illərdən  bəri  istər  Bəhram  müəllimin,  istərsə 
də özümün topladığımız yüzdən çox el sənətkarının poetik irsini 
bir araya gətirmişik  və  bu  işimiz  bu gün də davam etməkdədir. 
Yaxın gələcəkdə Borçalı  folkloru  ilə  bağlı  bir sıra  işlər  nəzərdə 
tutmuşuq; bunlardan biri, bəlkə də birincisi ayrı-ayrı janrlar üzrə 
yeni toplular hazırlamaqdır. Düşünürük ki, Borçalıdan toplanmış 
ayrıca  “Bayatı”,  “Rəvayət”,  “Əfsanə”,  “Lətifə”,  “Qaravəlli”, 
“Əmək  nəğmələri”  və  s.  adda  kitablar  tərtib  edib  nəşr  etməklə 
nənə-babalarımızdan  qalan  zəngin  sərvətimizi  bugünkü  nəslə 
layiqincə çatdıra biləcəyik. Qeyd edim ki, bu sahədə bizə kömək 
olacaq  ziyalılarımız,  alim  və  jurnalistlərimiz  nəzərə  çarpacaq 
qədər işlər görmüşlər. Xüsusən də mərhum tədqiqatçı alim, pro-
fessor  Valeh  Hacılar,  Nəriman  Əbdürrahmanlı,  Fərhad  Xuba-
nov, professor Şurəddin Məmmədli, Süleyman Əfəndi, professor 
Mədət Çobanov, Müşfiq Çobanlı, Rafiq Hümbət, Bəhram Meh-
diyev,  Rəşid  Faxralı,  Əli  Abbasov,  Mirzə  Maşov,  Osman  Dər-
viş,  professor  Mahmud  Kamal  oğlu,  Vahid  Ömərli,  Əsəd  Əli-
yev,  Nizami  Məmmədov  və Əlxan Yəhya oğlunun  bu  sahədəki 
xidmətlərini  xüsusi  qeyd  etmək  istərdim.  Elə  bilirəm  “Borçalı 
folklor  örnəkləri”ni  daha  səmərəli,  daha  keyfiyyətli  və  daha 
effektli  toplayıb  nəşr  etmək  üçün  yuxarıda  adlarını  çəkdiyim 
Borçalı  ziyalıları  bütün  güclərini  bir  yerə  cəmləyib  bu  işə 
səfərbər olmağı şərəf işi hesab edəcəklər. 
Bu şərəfli və xeyirxah işimizdə hamımıza uğurlar olsun!  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   99


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə