Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə2/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   2   3   4   5   6   7   8   9   ...   99

 
 
5
REDAKTORDAN 
 
ZƏNGİN BORÇALI FOLKLOR MÜHİTİ 
VƏ FOLKLORŞÜNAS ELXAN MƏMMƏDLİ 
 
Türk xalqlarının genetik yaddaşı bütünlükdə mənəvi düşün-
cənin  zənginliyinə,  ruhun  qorunuşuna  hesablanır.  Bunu  zəngin 
şifahi  yaradıcılığımız,  məişətimiz,  mərasimlərimiz,  tariximiz  və 
nəyimiz varsa hamısı bir tərəf, bir istiqamət kimi göstərməkdədi. 
Ən  müqəddəs  və  savab  iş  isə  bir  borc  kimi  həmin  zənginliyə 
sahib  çıxmaqdır.  Dünyanın  müasir  gedişi,  qloballaşmanın  do-
ğurduğu  problemlər  bunu  zərurət  kimi  qarşıya  qoyur.  Son 
dövrün  olayları,  xaricdən  və  daxildən  məqsədli  müdaxilələr, 
respublikamızın  müharibə  şəraitində  olması,  bitib-tükənməyən 
Qarabağ müharibəsi, Qərbi Azərbaycan, Göyçə,  Zəngəzur itkisi 
və  s.  də  göstərmədədir.  Məsələ  təkcə  bununla  da  bitmir.  Bun-
ların arxasınca maddi və mənəvi mədəniyyətin aşınması,  mədə-
niyyət  ocaqlarının  sıradan  çıxması  kimi  məsələlər  gəlir.  Məm-
ləkətimiz  böyükdən-kiçiyə  həmin  ağrıları  yaşamağa  məcbur 
edilir.  Xalqın  zəngin  şifahi  yaradıcılığı  da  belə  bir  taleni  yaşa-
maq məcburiyyətində qalır. Bütünlükdə bunlar və bu kimi digər 
məsələlər  müxtəlif  istiqamətli  işlərin  aparılmasını  günün  vacib 
məsələləri  sırasına  çıxarır.  Belə  bir  vəziyyətdə  daha  görülməli 
olanlardan  biri,  bəlkə  də  birincisi  məhz  folklor  örnəklərinin 
toplanıb  gələcək  nəsillərə  çatdırılmasıdır.  Bizdən  əvvəlkilər, 
müdriklərimiz bu sahədə gərəkli addımlar atıblar. Xalq yaradıcı-
lığının  toplanması,  nəşri  və  tədqiqi  sahəsində  ləyaqətli  işlər 
görüblər.  Ə.Qaradağinin,  M.Mahmudbəyovun,  T.Bayraməlibə-
yovun,  E.Sultanovun,  Y.V.Çəmənzəminlinin,  H.Zeynallının 
S.Mümtazın,  H.Əlizadənin,  V.Xuluflunun,  M.H.Təhmasibin  və 
başqalarının  gördükləri  böyük  işlər  var.  Etiraf  edək  ki,  bu  işlər 
bütünlükdə  folklorşünaslığımız  üçün  bir  məktəbdi,  açılmış  yol-
du.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Folklor  İnstitutu 


 
 
6
indi  həmin  işlərə  sahiblik  edir.  Onun  başında  durur.  Müasir 
günümüzdə həmin yolu uğurla davam etdirənlər, qoruyub saxla-
yanlar var. Onlardan biri, bəlkə də birincilərdən biri folklorşünas 
Elxan  Məmmədlidir.  «Azərbaycan  folkloru  külliyyatı»  seriya-
sından  çap  olunmuş  «Dastanlar»  (XXX  kitab,  Bakı,  Elm  və 
təhsil, 2012) kitabını,  yenicə nəşrə hazırladığı «Borçalı folkloru 
örnəkləri»,  «Borçalıda  yaranan  dastanlar»  toplusunun  əlyazma-
sını oxuduqdan sonra bu qənaətə gəldim. Yadıma prof. P.Əfən-
diyevin  bir  neçə  il  əvvəl  Elxan  Məmmədli  haqqında  dediyi 
fikirlər düşdü. Orada bir məqam var və xüsusi olaraq vurğulanır: 
«Elxan  Məmmədlinin  bir ayağı  Azərbaycanın rayon və kəndlə-
rində olmuşdur. Bu, onun bütün yaradıcılığı dövrünə aiddir. Hər 
dəfə də rayonlardan necə deyərlər, bir xurcun el sərvəti ilə qayı-
dır. Elxan aşıqdır, özü də böyük aşıqdır. Mən son zamanlar ona 
yarızarafat  belə  müraciət  edirəm.  Aşıq  sənətində  haqq  aşığı 
termini var. Son dövrün yazılarında göstərilir ki, haqq aşığı haq-
qa,  Tanrıya aşiq deməkdir.  Ancaq  mənim  şəxsi qənaətimə görə 
bu belə deyildir. Haqq aşığı haqdan, Tanrıdan vergi almış sənət-
kardır… Elxan Məmmədli də Haqdan belə vergi almış insandır. 
Haqq aşıqlarımız  bu  vergi  ilə şeir,  dastan  yaradıb.  Elxan Məm-
mədli isə həmin bu vergi ilə onların sənətlərini inci, mirvari kimi 
yığıb,  toplayıb,  çap  eləyib,  doğma  xalqına  qaytarmışdır».  Do-
ğurdan da,  folklorşünas Elxan Məmmədli  xalqın  zəngin  yaradı-
cılığını,  haqq  vergisi  almış  sənətkarlarının  yaratdıqlarını  elə 
həmin sevgi,  haqq vergisi ilə toplayıb xalqa çatdıranlardan, onu 
öyrənənlərdəndi.  
Elxan Məmmədli aşıq yaradıcılığının tədqiqatçısıdır. Ustad 
sənətkarların ədəbi  irsinin,  zəngin  yaradıcılıqlarının toplanması, 
nəşri,  tədqiqi  sahəsində  gördüyü  əvəzsiz  işlər  var.  Hmin  işlərin 
dəyəri  bir  illə,  beş  illə  ölçülə  bilməz,  onları  bütünlkdə  xalqın 
tarixinə  hesablamaq  gərəyi  yaranır.  Çünki  bu  zəngin  irsin  özü-
nün  kökləri  çox  dərinliklərə  işləyir.  Orada  işarələnən  hər  hansı 
fakt,  fikir,  simvol,  hadisə  özlüyündə  yeni  axtarışlara  yol  açır. 


 
 
7
Təcnis  sənətkarlığı  ilə  bağlı  araşdırması  bunun  bariz  nümunə-
sidir.  Onu  da  əlavə  edək  ki,  aşıq  yaradıcılığı  E.Məmmədlinin 
bütünlükdə  düşüncəsinin,  fəaliyyətinin,  hiss  və  duyğularının 
mühüm bir hissəsini əhatə edir. Daha doğrusu, ruhunda dayanır. 
Bəlkə də bu ruh onun  yaşamına,  fəaliyyətinə,  düşüncəsinə,  hiss 
və duyğularının hərəkətinə yardımçı olur.  
Folklorşünas  alimimizin  zəngin  yaradıcılığında  mühüm  bir 
hissəni,  bəlkə  də  aparıcı  xəttini  Borçalı  folklor  mühitinin  öyrə-
nilməsi  təşkil  edir.  Bunu  təkrar  qeyd  edək  ki,  həmin  regiondan 
apardığı toplamalar, tərtiblər, kitablara yazdığı ön söz, şərhlər də 
aydınlığı  ilə  göstərir.  Həmin  işlər  həmişə  artan  istiqamətdə 
getmişdir.  Haqqında  danışmaq  istədiyimiz  «Borçalıda  yaranan 
dastanlar» da bunun bariz nümunəsidir. Bir qədər əvvəl E.Məm-
mədlinin  mühitin  görkəmli  sənətkarlarından  olan  Aşıq  Aslan 
Kosalının  repertuarından  yazıya  aldığı  dastanları  oxumuşdum. 
Həmin toplama içimdə sevinc doğurmuşdu. Və belə düşünmüş-
düm  ki,  əgər  bir  ustadın  repertuarından  bu  qədər  dastan  nümu-
nəsi  yazıya  almaq  mümkündürsə,  onda  hələ  yazıya  alınmalı  nə 
qədər dastanlarımız,  xalq  yaradıcılığı  nümunələrimiz  var.  Onla-
rın  toplanmasına  tələsmək  lazımdı.  Bu  kitab  həm  də  məndə  o 
hissi  də  yaratmışdı  ki,  son  dövrün  toplama  işlərində  kifayət 
qədər  ləyaqətlə görülən  işlər var.  E.Məmmədlinin bu toplusunu 
ləyaqət  nümunəsi  kimi  başa  düşmüşdüm.  Çünki  folklor  haram, 
ruhuna  uyğun  olmayan  qatışıqlıqları  sevmir.  Folklorşünasın  işi 
nə  varsa  onu  təbiiliklə  toplayıb  xalqa  çatdırmaqdı.  Son  dövrün 
toplama  işlərində  bu  müqəddəs  işə  əllər  uzanmada  idi.  O  isə 
bütün  tərəfləri  ilə  görünürdü  və  bir  qədər  məyusluğa,  təəssüf 
etməyə gətirib çıxarırdı. Elxan Məmmədlinin gördüyü bu böyük 
işlər,  fikrimizcə,  son  dövrün  folklorşünaslığına  nümunədi.  Mə-
suliyyət hissinin, cavabdehliyin nə demək olmasıdı. Bunun üçün 
isə  ilk  öncə  böyük  sevgi,  için  təmizliyi,  onunla  yaşamaq,  ya-
şamağı bacarmaq duyğusu lazımdı.  


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə