Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar


DASTAN MÜƏLLİFLƏRİ HAQQINDA



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə99/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   91   92   93   94   95   96   97   98   99

 
 
381
DASTAN MÜƏLLİFLƏRİ HAQQINDA 
 
1. Şair Nəbi Borçalı.  1873-cü ildə  Borçalı  mahalının  Fax-
ralı kəndində anadan olub. Körpə yaşlarından möhkəm yaddaşı, 
hazırcavablığı  ilə  həmyaşıdlarından  seçilən  Nəbi  Oruc  oğlu 
yeniyetmə vaxtlarından şeir söyləməyə başlayıb. Ailədə çətinlik 
və  ağır  güzəran  görən  balaca  Nəbi  12-13  yaşlarından  mülkədar 
malikanələrində  nökər,  çoban,  mis  mədənində  fəhlə  işləyərək 
ailəsinin  gün-güzəranının  yaxşılaşmasına  çalışmışdır.  Şair  Nəbi 
çox gənc yaşlarından tanınmağa başlamışdır. Onun 14-15 yaşla-
rında  Borçalının  Quşçu  kəndində  nökər  olduğu  vaxtlarda  Aşıq 
İsmayılla, Molla Abbasla deyişib qalib gəlməsi bu gənc şairin az 
bir  zamanda  bütün  Borçalı  mahalında  məşhurlaşmasına  səbəb 
olmuşdur. Onun sonrakı illərdə Ağstafada şair Abdulla, Tiflisdə 
Cənubi  Azərbaycan  aşıq  Heyli,  Borçalıda  Çıldırlı  aşıq  Şenliklə 
deyişmələri  bu  gün  də  el  şənlikdə  aşıqlar  tərəfindən  ifa  olun-
maqdadır. Şair Nəbi Borçalı saz çala bilməsə də, o bir ustad və 
yaradıcı aşıq kimi yüksək səviyyədə məclislər aparmağı, zəngin 
xalq  dastanlarımızı  məharətlə  söyləyib  ifa  etməyi  bacarmışdır. 
Məlahətli  səsi,  şirin  təhkiyyəsi  ilə  məclisdəkiləri  feyziyab  edən 
ustad sənətkar zaman-zaman Faxralı aşıq Həsən, Hüseyn Saraclı 
və Sarvan Bayramın müşayəti ilə məclisləri idarə etmişdir. Zən-
gin  poetik  yaradıcılığa  malik  olan  Şair  Nəbinin  şeirləri  ötən 
yüzilliyin 50-ci illərindən başlayaraq vaxtilə Faxralı orta məktə-
binin  direktoru  vəzifəsində  çalışmış  mərhum  tədqiqatçı-alim 
Hüseynqulu  Məmmədli  tərəfindən  toplanmışdır.  Onun  kitabları 
1991, 2003 və son olaraq 2013-cü ildə nəşr olunmuşdur. 
Şair  Nəbi  Borçalı  dastan  yaradıcısı  kimi  də  öz  istedan  və 
bacarığını  göstərə  bilmiş  “Mehdi  bəy”  kimi  klassik  dastan 
ənənəsinə  uyğun  gözəl  bir  sənət  əsəri  ərsiyə  gətirmişdir.  Şairin 
anadan  olmasının  130  illiyi  2003-cü  ildə  Azərbaycan  yazarlar 
birliyində və ustadın doğulduğu Faxralı kəndində yüksək səviy-
yədə qeyd edilmişdir. 


 
 
382
Şair Nəbi Borçalı 1945-ci  ildə  anadan olduğu kənddə dün-
yasını dəyişmişdir. 
2. El şairi Ağacan Cabbar oğlu Cabbarlı 1876-cı ildə Şo-
rayıl mahalında (indiki Ermənistanda – E.M.) anadan olmuşdur. 
Şair Ağacan repressiya qurbanlarından biridir. Onu ilk dəfə 
1943-cü  ildə  həbs  etmişdilər.  Həbsxanadan  xalq  şairi  Səməd 
Vurğuna məktub yazıb imdad istəyən şair Ağacanı şairin xahişi 
ilə azad edirlər. 
 
Lakin  repressiya  maşını  altı  ildən  sonra  yenə  də  Ağacanı 
Sovet hökuməti  əleyhinə  şeir  yazdığına görə yenidən  həbs edib 
Sibirə  sürgün etmişdilər. Xoşbəxtlikdən şair-aşığın Sibirdə  yaz-
dığı  şeir və dastanlarının  əlyazmalarını qızı Göyçək xanım  sax-
layıb  günümüzə  çatdıra  bilmişdir.  Şair  Ağacan  1951-ci  ildə 
Sibirdə  vəfat  etmişdir.  Şairin  nəşi  beş  il  sonra  övladları  tərə-
findən  bir  qutuya  yığılaraq  Borçalıya  gətirilmiş  və  el  adəti  ilə 
Qaçağan kənd qəbiristanlığında dəfn edilmişdir. 
Zəngin  poetik  yaradıcılığa  malik  olan  sənətkar,  həm  də  öz 
yaratdığı dastan və deyişmələri ilə də məşhurdur. 
Kitaba  daxil  etdiyimiz  “Cahangir  Mələksuma”  dastanını 
1981-ci  ildə  Borçalı  mahalının  Axıl-Mahmudlu  kəndində  yaşa-
yan,  çağdaş  aşıq  sənətinin,  xüsusən  də  saz  ifaçılığının  inkişa-
fında  böyük  xidmətləri  olan,  mərhum  aşıq  Əmrah  Gülməmmə-
dovdan yazıya almışıq. 
Dastanın  əsli  Folklor  İnstitutunun  arxivində  qorunmaq-
dadır. 
3.  Təhləli  şair  Novruz.  1912-ci  ildə  martın  22-də  keşmiş 
Qarayazının  (indiki  Qardabani  – E.M.) Qaratəhlə  kəndində  ana-
dan olub. Atası Şahismayıl Məşədicəfər oğlu 1937-ci ildə “qolço-
maq”  damğası  ilə  Rusiyanın  Orenburq  şəhərinə  sürgünə  göndə-
rilir və orada güllələnir. Yeddi il sonra, 1944-cü ildə şairin özünə 
də  böhtan  atılaraq  “xalq  düşməninin  oğlu”  kimi  aldığı  on  illik 
cəzasının  doqquz  ilini  qazamatda  qalmışdır.  Stalinin  ölümündən 
sonra aministiyaya düşərək doğma el-obasına qayıtmışdır.   


 
 
383
Şair  Novruz  yaradıcılığa  gənc  yaşalarından  başlamışdır. 
Klassik  aşıq  şeirinin  əksər  forma  və  şəkillərində  mükəmməl 
əsərlər yaratmışdır. Dövrünün adlı-sanlı sənətkarları ilə deyişib. 
Novruz  Təhləli  zəngin  yaradıcılığında  dastanlara  da  xüsusi  yer 
ayırmışdır.  Onun  yaratdığı  “Şam  Şahzadə”  dastanı  AMEA 
“Elm” nəşriyyatında 5 cildlik “Azərbaycan Dastanları”-da 1965-
ci  ildə  çap  olunmuşdur.  Sənətkarın  digər  dastanı  “Zərqam  şah” 
adlanır. Həmin dastanı şairin tədqiqatçısı və naşiri, istedadlı şair 
Allahverdi Təhləlidən əldən etdik. Həmin dastanı ilk dəfə “Bor-
çalı  folklor örnəkləri” kitabının 1-ci  cildində nəşr etmişik.  Das-
tanı  geniş  oxucu  kütləsinin  marağını  nəzərə  alıb  bu  kitabımıza 
da daxil etməyi məsləhət bildik. 
Şair Novruz Təhləli 1960-cı ildə vəfat edib. Şairin şeirlərini 
Allahverdi Təhləli  “Dağlar,  əyil,  yar görünsün” adı  ilə 2003-cü 
ildə nəşr etdirmişdir. 
4.  İsmayıl  Güllər  (İsmayıl  Hüseyn  oğlu).  1914-cü  ildə 
Borçalı  mahalının  Faxralı  kəndində  anadan  olub.  İkiillik  Müəl-
limlər  İnstitutunu  bitirmişdir.  Ömrünün  əlli  ilini  gənc  nəslin 
təlim-tərbiyəsinə  həsr  edib.  Borçalı  mahalında  tanınmış  el  şairi 
kimi  böyük  hörməti  var  idi.  Xalq  dastanlarımızın  mükəmməl 
bilicilərindən  biri  idi.  Məclislərdə  onu  həmişə  başa  çəkər,  hör-
mət qoyardılar. Aşıq yaradıcılığını, klassik aşıqların külliyyatını, 
xüsusən  də  Şair  Nəbi  Borçalının  (həm  də  qohumluq  əlaqələri 
vardı) yaradıcılığını əzbər bilərdi. İsmayıl Güllərin yaratdığı bir 
çox  şeirləri,  deyişmə  və  dastanları  bu  gün  də  dillərdə  əzbərdir. 
İsmayıl  Güllərin  kitaba  daxil  etdiyimiz  “İsmayıl-Qızyetər” 
dastanını  onun  dilindən  1983-cü  ildə  yazıya  almış  və  ilk  dəfə 
tərəfimizdən  (E.M.)  “Qobustan”  incəsənət  toplusunun  №4  (64) 
1984-cü il sayında dərc edilmişdir. 
Şairin  geniş  yaradıcılığı  “Faxralının  torpağıdır  bu  yerlər” 
kitabında  təqdim  edilmişdir  (Bakı:  “Nurlan”  nəşriyyatı,  1996). 
Unudulmaz  el  şairi  ismayıl  Güllər  2002-ci  ildə  öz  doğma 
kəndində vəfat etmişdir. 


 
 
384
5.  Aşıq  Mose  Narini.  Milliyyətcə  yunandır.  Azərbaycan 
aşıq  sənətinin  mükəmməl  bilicilərindən  və  təbliğatçılarından 
olub. Gürcüstanın Başkeçid (Dmanisi rayonu) rayonunda – Sarı-
gineti kəndində yaşayıb-yaradıb. Əsasən Başkeçidin kəndlərində 
toylar  yola  salıb.  Deyilənə  görə  böyük  nüfuz  və  hörmət  sahibi 
olub. Bu günəcən heç yerdə nəşr olunmamış “Səlim bəy” dasta-
nını gözəl nasir, şair və publisist Şamil Şəfəqli 1995-ci ildə aşı-
ğın  dilindən  yazıya  alıb  və  1997-ci  ildə  Folklor  İnstitutunun 
arxivinə təhvil verib. Hazırda həmin dastan İnstitutun arxivində 
saxlanılmaqdadır.  Təəssüflər  olsun  ki,  toplayıcının  (Şamil 
Şəfəqlinin) Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq aşığın ana-
dan  olduğu  və  vəfat  etdiyi  barədə  əlimizdə  məlumat  olmadı. 
Ancaq  Şamil  Şəfəqlinin  dediyinə  görə  o,  dastanı  yazıya  alan 
zaman aşığın 70-dən çox yaşı varmış. 
6. Aşıq Sona. Borçalı mahalının Bşakeçid (Dmanisi rayonu) 
rayonunun  Hamamlı  kəndində  anadan  olub.Onu tanıyanların  de-
diyinə görə təxminən 1920-ci ildə anadan olub. Gənclik illərində 
uğursuz  bir  məhəbbətə  ürcah  olub.  Qovuşa  bilməyib.  Ömrünün 
sonuna qədər heç kəslə ailə həyatı qurmayıb. Ömrünü-gününü tel-
li  saza  bağlayıb.  İlk  dəfə  ötən  yüzilliyin  80-ci  illərinin  əvvəllə-
rində  “Aşıq  Pəri”  saz-söz  məclisinin  Başkeçidə  səfəri  zamanı 
istedadlı şairə Səadət Butanın bələdçiliyi ilə Aşıq Sona tanınmağa 
başlayıb.  Onun  varlığından  mərhum  xalq  şairimiz  Hüseyn  Arif, 
Narınc  Xatun  və  başqaları  xəbər  tutaraq  tez-tez  bu  nakam 
sənətkar  haqqında  söz  açıblar.  Şairə  Səadət  Buta  ilə  mütəmadi 
yaradıcılıq  əlaqələri  olub.  Belə  yaradıcılıq  ünsiyyətindən  “Hürü 
və  Piri”  dastanı  meydana  çıxıb.  Olmuş  bir  tarixi  hadisədən  bəhs 
edən “Piri və Hürü” dastanı həqiqətən də klassik dastan ənənəsinə 
sadiq olaraq son dərəcə oxunaqlı və maraqlı bir dastandır. 
“Hürü  və  Piri”  dastanı  Aşıq  Sona  ilə  şairə  Səadət  Butanın 
müştərək  yaradıcılıq  məhsulu  kimi  1985-ci  ildə  araya-ərsəyə 
gəlmiş  və  Səadət  Buta  tərəfindən  1996-cı  ildə  Folklor  İnstitu-
tunun arxivinə təhvil verilmişdir. 


 
 
385
7.  Aşıq  Alxan  Qarayazılı  (Alxan  Qurban  oğlu  Ömərov) 
1905-ci  ildə  Gürcüstanın  Qarayazı  bölgəsinin  Kosalı  kəndində 
anadan olmuşdur. Kiçik  yaşlarında mollaxanada, mədrəsədə dini 
təhsil  almışdı.  Ancaq  aşıq  sənətinə  dərin  rəğbəti  olduğundan  bu 
sənətin dalınca getməyi qarşısına məqsəd qoymuşdur. Aşıq Alxan 
ötən əsrin 20-ci illərindən sənətin sirlərini öyrənməyə başlamışdır. 
Bu  arzu  ilə  gənc  Alxan  Borçalının  Kürüstü  Kəpənəkçi  kəndində 
yaşayan ustad sənətkar Aşıq Paşa Gülməmməd oğlunun yanında, 
onun  oğlu  –  sonralar  bu  sənətdə  böyük  şöhrət  qazanmış  Əmrah 
Gülməmmədovla birlikdə 13 ildən artıq şəyirdlik etmişdir. 
Aşıq  Alxan  yaradıcı  aşıq  idi.  Onun  zəngin  poetik  yaradı-
cılığı, böyük həvəs və şövqlə araya-ərsəyə gətirdiyi dastanlar bu 
gün də oxunmaqdadır. 
Aşıq Alxan “Yetim oğlu Məhəmməd”, “Qul Əhməd”, “Ərəb 
qızı”,  “İsfəndiyar”,  “Canpolad-Fatma”,  “Gövhər”  kimi  dastan-
ların  müəllifidir.  Adı  çəkilən  dastanlar  vaxtilə  aşığın  dilindən 
1989-1993-cü illərə qədər tərəfimizdən (E.M.) yazıya alınmış və 
redaktoru (həm də çapa hazırlayanı) olduğum “Təbiət Alxanı bir 
də  yaratmaz”  kitabına  daxil  etmişik  (Bax:  “Təbiət  Alxanı  bir  də 
yaratmaz”, “Çaşıoğlu” nəşriyyatı, Bakı: 2010, səh. 169-240). 
Alxan  Qarayazılı  1998-ci  ildə  –  93  yaşında  doğulduğu 
kənddə vəfat etmişdir. 
8. Aşıq Aslan Kosalı. 1929-cu il avqustun 15-də qədim Qa-
rayazının  Kosalı  kəndində  anadan  olmuşdur.  13  yaşından  aşıq 
sənətinə meyl göstərib. Elə həmin yaşlardan tez-tez aşıq məclis-
lərinə  gedər,  saz  çalıb-oxumağı  öyrənər,  daim  öz  üzərində 
çalışardı.  Güclü  hafizəsi,  mükəmməl  yaddaşı  ilə  hamını  heyran 
qoyarmış  (bu  gün  də  belədir  –  E.M.).  Onun  sənətə  gəlişi  xoş-
bəxtlikdən Borçalıda sənətin intibah dövrünə təsadüf etmişdi və 
kimdənsə  öyrənmək,  kimdəsnsə  nümunə  götürmək  baxımından 
onun  bəxti  gətirmişdi.  Yeniyetmə  Aslan  Musa  oğlu  sənətə  qə-
dəm  qoyanda  özündən  əvvəl  aşıqlıqda  dünya  şöhrəti  qazanmış 
Aşıq  Sadığı,  Aşıq  Məmmədi,  Xındı  Məmmədi,  Aşıq  Əmrah 


 
 
386
Gülməmmədovu,  Aşıq  Hüseyn  Saraçlını  görürdü,  onları  tez-tez 
məclislərdə  müşahidə  edirdi.  Öyrənirdi,  mənimsəyirdi,  sənət 
yükünü  artırırdı.  Adını  çəkdiyim  ustadlardan  heç  də  geri  qal-
mayan  Alxan  Ömər  oğlu  isə  lap  elə  qonşuluqlarında  yaşayırdı. 
Az keçmədi gənc Aslan qərara gəldi ki, özünün də sevib bəyən-
diyi, sənətinə pərəstiş etdiyi Alxan kişiyə qulluq etsə daha yaxşı 
olar. Elə də oldu. Ötən əsrin 50-ci illərinin əvvəllərindən 1998-ci 
ilə  qədər  bir  yerdə  oldular.  Aşıq  Aslan  ustaddan  öyrəndi, 
məclislər  dolaşdı,  hər  yerdə  ustadına  dua  eləyə-eləyə  özü  də 
ustad oldu. Bu gün onun 84 yaşı var. Yenə də sənətin qulpundan 
əl götürməyib. Bir yaradıcı aşıq kimi yazır, yaradır. 
Kitaba Aşıq Aslanın dilindən yazdığımız, geniş oxucu küt-
ləsinə az məlum olan “Koroğlu” dastanından “Ağcaquzu” qolu-
nu daxil etmişik. Onu da qeyd etmək istərdim ki, Aşıq Aslandan 
həmin  qolu  3  dəfə  yazıya  almışıq.  Bu  gün  əlimizdə  ustadın 
təhkiyəsində qolun üç variantı var. İlk dəfə 1989-cu ildə yazıya 
aldığımız variantı 1991-ci ildə “Qobustan” incəsənət toplusunda 
və  “Azərbaycan  folkloru  külliyyatı”nın  XXX  cildində  nəşr 
etmişik (Bax: “Azərbaycan folklor külliyyatı”. XXX cild. Bakı: 
“Elm və təhsil”, 2012, səh. 380-411). Qeyd edək ki, həmin qol (I 
variant)  2003-cü  ildən  bu  yana  həm  rus,  həm  də  Azərbaycan 
dilində nəşr olunan “Koroğlu” kitablarına daxil edilmişdir. 
Qolun  II  variantını  2006-cı  ildə  yazıya  almış  və  “Borçalı 
folklor örnəkləri” kitabında II variant kimi təqdim etmişik (Bax: 
“Borçalı  folklor  örnəkləri”.  Bakı:  Elm  və  təhsil”  nəşriyyatı, 
2013, səh. 209-238). 
Nəhayət,  III  variantı  da  aşığın  öz  xahişi  ilə  2012-ci  ildə 
iyun  ayında  yenidən  yazıya  almış  və  bu  kitaba  daxil  etmişik. 
Qeyd  edək  ki,  təqdim  etdiyimiz  hər  üç  variantda  eyni  aşıqdan 
yazıya  almağımıza  baxmayaraq,  istər  poetik  nümunələrdə,  istər 
süjet  xəttində,  istərsə  də  təhkiyə  üslubunda  müəyyən  fərqlər 
mövcuddur.  Bu  da  gələcək  tədqiqatçıların  maraq  dairəsindən 


 
 
387
asılı olaraq diqqəti çəkə bilər. Aslan Kosalı hazırda öz kəndində 
fəaliyyət göstərməkdədir. 
9.  Məhəmməd  Tanrıverdi  oğlu  Məmmədov  Sadaxlı 
1930-cu  ildə  Gürcüstanın  Marneuli  rayonunun  Mollaoğlu  kən-
dində anadan olub. Orta təhsillidir. 1951-54-cü illərdə ordu sıra-
sında  olub.  1955-ci  ildən  başlayaraq  Aşıq  Xındı  Məmmədə 
şəyirdik  edib.  1968-ci  ilə  qədər  Xındı  Məmməddən  sənətin  sir-
lərini  mükəmməl  şəkildə  mənimsəməyə çalışıb.  Ustadından 20-
dən  çox  xalq  dastanlarımızı,  zəngin  saz  havalarımızı,  qədim 
aşıqlarımızın  yaradıcılıq  irsini  qədərincə  öyrənə  bilib.  Zəngin 
xalq ədəbiyyatını, dastanları, rəvayət və deyişmələri tamaşaçı və 
dinləyicilərə  böyük  həvəs  və  şövqlə  təqdim  edə  bilən  aşıq 
Məhəmməd özü də  yaradıcı  aşıq kimi  məhsuldar  fəaliyyət gös-
tərmişdir. Onun fərdi yaradıcılığı bu gün də davam etməkdədir. 
Son  15-20  ildə  aşığın  dörd  şeirlər  kitabı  “Fərman-Nəriman”, 
“Rüstəm-Zöhrab”,  “Duman  xan”,  “Aşıq  Calalın  Ceyrançöl 
səfəri” və “ Mehralı bəy” və s. dastanları işıq üzü görmüşdü.  
Aşıq  Məhəmməd  Sadaxlı  60  ildir  ki,  aşıq  sənətini  təbliq 
edir,  yazır  yaradır.  Bu  illər  ərzində  o,  Aşıq  Hüseyn  Saraclı, 
Əmirah  Gülməmmədov,  Əhmıd  Sadaxlı,  Nürəddin  Qasımlı  ilə 
sənət  dostluğu  etmiş,  birlikdə  məclislər  keşirmişdir.  Aşıq  sənə-
tinin  inkişafında  və  təbliğində  göstərdiyi  xidmətlərə  görə  Gür-
cüstanın  sabiq  prezidenti  E.Şverdanzenin  fərmanı  ilə  Şöhrət 
ordeninə  layiq  görülmüşdür.  Hazırda  öz  doğma  kəndində  ya-
şayır  və şəyirdlər  yetirməklə  məşğuldur.  Kitaba daxil etdiyimiz 
“Mehralı  bəy”  dastanı  aşığın  yaratdığı  sayca  7-ci  dastandır. 
Dastanı  ilk  dəfə  mərhum  folklorşünas  professor  Valeh  Hacılar 
yazıya almış və Folklor İnstitutunun “Borçalı-Qarapapaq folklor 
örnəkləri” kitabına daxil etmişdir.  
10.  Zahid  Mirzə  oğlu  Ələmpaşalı.  1935-ci  ildə  Qarayazı 
(indiki  Qardabani  rayonu)  elinin  Kosalı  kəndində  anadan  olub. 
Uşaqlıq  illəri  ağır  müharibə  illərinə  düşüb,  əziyyətlə  böyüyüb. 


 
 
388
Gənclik  çağlarında  da  güzəranı  istədiyi  kimi  olmayıb.  Həyatda 
çox haqsızlıqlarla üzləşib, əziyyət çəkib. 
Erkən  yaşlarında  zamanın  haqsızlıqlarını,  qarşılaşdığı  əda-
lətsizlikləri  şeirin  dili  ilə  kağıza  köçürüb.  Uzun  illərdən  bəri 
yazıb-yaratdıqlarının bir qismini Gürcüstanda nəşr olunan qəzet 
və  jurnallarda  dərc  etdirib.  Sevindirici  haldır  ki,  şair  Zahid 
Ələmpaşalı  bu  illər  ərzində  öz  yazdıqlarını  kitab  şəklində  Bakı 
şəhərində nəşr etdirə biliub. “Qarayazı çiçəkləri” (şeirlər və das-
tan.  Bakı:  “Yazıçı”,  1991),  “Ellərə  yadigar  sözüm,  söhbətim” 
(şeirlər.  Bakı:  “Əbilov,  Zeynalov  və  oğulları”  nəşriyyatı,  2004) 
və  “Qaçaq  İsaxan”  (Bakı:  Xəzər  Universiteti  nəşriyyatı,  2009), 
“Qaçaq  Mahmud”  (Bakı:  Xəzər  Universiteti  nəşriyyatı,  2009) 
kimi kitabları dərin oxucu rəğbəti qazanmış və adı çəkilən kitab-
lar haqqında dövrü mətbuatda məqalə və rəylər dərc edilmişdir. 
Şair  Zahid  Ələmpaşalı  doğma  kəndi  Kosalıda  bu  gün  də 
yazıb-yaradır  və  onun  yazdığı  gözəl  şeirləri  el  aşıqları  həvəslə 
ifa edirlər.     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
389
BAŞLIQLAR 
 
Tərtibçidən .................................................................. 3 
Redaktordan ............................................................... 5 
 
Mehdi bəy .................................................................... 14 
Cahangir-Mələksuma .................................................... 41 
Sam Şahzadə ................................................................ 66 
Zərqam şah ................................................................... 100 
İsmayıl-Qızyetər ........................................................... 126 
Səlim bəy...................................................................... 141 
Pəri-Hürü ...................................................................... 171 
Qul Əhməd ................................................................... 188 
Yetim oğlu Məhəmməd ................................................ 203 
“Koroğlu” dastanından “Ağcaquzu” qolu ...................... 240 
Mehralı bəy .................................................................. 281 
Qaçaq İsaxan ................................................................ 328 
Qaçaq Mahmud ............................................................ 366 
 
Dastan müəllifləri haqqında ....................................... 381 
 
 
 
 


 
 
390
Borчalı ôîëêëîð юrnəkləri,  
2-ci kitab (Dastanlar),  
Áàêû, “Elm və təhsil“ íяøðèjjàòû, 2013.  
 
 
 
Íÿøðèййàò äèðåêòîðó: 
Проф. Íàäèð Ìÿììÿäëè 
 
Êîìïйуòåðäÿ йû‹äû: 
 Вцсал Abiyev  
 
Êîððåêòîðу: 
Validə Bədəlova  
 
Êîìïйуòåð òÿðòèá÷èñè âÿ 
òåõíèêè ðåäàêòîðó: 
 Рамин Абдуллайев  
 
Êà‹ûз ôîðìàòû: 60/84 1/16 
Ìÿòáÿÿ êà‹ûзû: ¹1 
Ùÿ‡ìè: 390 сящ. 
Òèðàжû: 350 
 
 
 
Êèòàá ÀÌÅÀ Ôîëêëîð Èíñòèòóòóíóí  
Ðåäàêñèéà-Íÿøðèééàò øþáÿñèíäÿ éûьûëìûø, ñÿùèôÿëÿíìèø,  
“Elm və təhsil“ íÿøðèййàòûíäà ùàзûð äèàïîзèòèâëÿðäÿí 
îôñåò цñóëó èëÿ ÷àï îëóíìóøäóð.  


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə