Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə37/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   33   34   35   36   37   38   39   40   ...   99

 
 
142
Uşaqlar yeddi yaşa çatdılar. Bəkil Əziznən, Nağı xan uşaq-
lara yaxşı bir sünnət toyu elədilər. Uşaqların sünnət toyuna, ağa-
lar, xanlar, bəylər, sultanlar çağırılmışdı. Buraya həm də İsfahan 
şəhərinin ən yaxşı mollası, ən usta dəlləyi gəlmişdi. Molla uşaq-
lara  ad  qoydu.  Bəkil  Əzizin  oğlunun  adını  Səlim,  Nağı  xanın 
oğlunun  da  adını  Rasim  bəy  qoydular.  Toy  qurtardıqdan  sonra 
uşaqlar  səkkiz  yaşına  keçdilər.  Onlar  üçün  gülşən  baxçasında 
məktəb  açdılar.  Uşaxları  kamil  bir  mollaya  tapşırdılar.  Uşaqlar 
səkkiz il dalbadal oxudular.                         
Günlərin bir günü Səlimlə Rasim yenə də məktəbə gəldilər. 
Gördülər  ki,  molla  hələ  məktəbə  gəlməyib.  Oturdular  xeyli 
məktəbdə. Səlim bəy Rasim bəyə dedi:          
- Qardaş, get çarhovuzdan bir az su gətir içək!                        
Rasim  əmisi  oğlunun  sözünü  yerə  salmadı.  Əlinə  küzə 
götürüb  suya  getdi.  Rasim  suya  getməkdə  olsun,  sizə  kimdən 
danışım, Səlim bəydən. Rasim suya gedəndə Səlim bəy məktəb-
də  yatar.  İndi  isə  nəql  edək  Qırxlar  Pirindən.  Qırxlar  Piri  Tur 
dağından  enib  məktəbə  gəldilər.  Ayaqlarını  yerə  vurub  Səlim 
bəyə dedilər:                                        
- Səlim, oğul, oyan, aç gözlərini gör dünyada nələr var?                     
Səlim oyandı. Gördü ki, başının üstə əlində bir piyalə dolu 
nurani bir qoca durur. Qırxılar piri dedi:                                  
- Oğul, bu badəni nuş elə! 
Səlim bəy aldı ki, nuş eliyə, Qırxlar Piri onun əlindən tutub 
dedi:   
-  Badəni  elə  içməzlər.  Bir  sağlıq  de,  Allaha  dua  elə,  sonra 
nuş elə! 
Səlim bəy dedi:   
 
 
 
 
-
Ağam sağ olsun, bağışlayasınız,  mən cahil uşağam toyda,  məc-
lisdə, kefdə olmamışam, mən haradan bilim ki, dua nədi, sağlıq 
nədi?    
Belə deyəndə Qırxılar pirləri dedi: 


 
 
143
- Oğul, zərər yoxdu. Sən bilməsən də biz nə deyəciyik, sən 
onu təkrar elə, xeyir-dua ver sonra iç! 
Dedilər:   
 
 
 
 
 
 
- Oğul, deynən “bu sağlıq olsun özü bir, adı min bir, yernən 
göyü yaradan Allahtalanın eşqinə!”.  
Səlim bəy dedi:   
 
 
 
 
 
- Özü bir, adı min bir, yeri-göyü yaradan o qadir Allahın sağlı-
ğına  nuş  edirəm!  Bunu  deyib  dolu  piyaləni  başına  çəkdi.  Qırxlar 
pirləri ikinci badəni doldurub Səlim bəyə verəndə Səlim dedi: 
- O badəni də biz – Qırxılar pirlərinin sağlığına nuş elə! O, 
Qırxlar  pirlərinin  sağlığına  ki,  fağırı  dövlətə  yetirir,  yetimi 
murazına,  qürbətdəkini  də  vətəninə  yetirir.  “Dilərəm  Allah-
taladan  ki,hər  kimin  qürbət  eldə  adamı  var,  Rəbbim  onları  öz 
ailəsi ilə qovuşdursun!”. 
Səlim bəy bu sözləri deyib nuş elədi. Qırxlar pirləri üçüncü 
badəni doldurub dedilər: 
 
- Oğul, al bu badəni də nuş elə!  
 
 
 
Səlim bəy soruşdu: 
 
- Ağa, bu badəni kimin eşqinə içim? 
 
 
Qırxılar piri dedi: 
-  Oğul,  bu  badəni,  Hindistan  şəhərində  vəzirin  qızı  Gülba-
har xanımın eşqinə nuş elə. Səlim bəy də təkrar etdi ki, bu sağ-
lığı  Hindistan  şəhərində  vəzirin  qızı  Gülbahar  xanımın  eşqinə 
nuş eliyirəm. Səlim  bəy üçüncü  badəni  içəndən  sonra ürəyi də-
mirçi kürəsi kimi alışıb yandı və ağasına dedi: 
- Ürəyim yandı, mənə bir əlac.   
 
Qırxlar piri dedi:  
-  Oğul,  yanmazsan,  iki  barmağımın  arasından  bax  gör  nə 
görürsən? 
Səlim bəy ağasının iki barmağının arasından baxanda Qırx-
lar piri soruşdu: 
- Oğul, nə görürsən? 
Səlim dedi: 


 
 
144
- Bir gülşən bağ görürəm. 
Qırxlar piri dedi:  
 
 
– Oğul, daha nə görürsən? 
 
 
 
Səlim bəy dedi: 
-Gülşən  bağında  qırx  incə  belli  qızlar  görürəm.  İçində  də 
bir mələkmisallı nazənin bir xanım görürəm. 
Qırxlar piri dedi:  
 
 
 
 
– Oğul, gördüyün şəhər Hindistan şəhəridi. O mələk misallı 
qız  vəzirin  qızı  Gülbahar  xanımdı.  Onu  sənə,  səni  də  ona  buta 
verirəm. Gedin xoşbəxt olun. 
Səlim  bəy  Gülbahar  xanımı  görəndə  bir  könüldən  min 
könülə  ona  vuruldu,  Gülbahara  aşiq  oldu.  İndi  isə  xəbər  verək 
kimdən, Rasim bəydən. 
Rasim bəy sudan gəlib gördü ki, Səlim bəy yatır. Ağzından 
da köpük aşıb tökülür. Rasim Səlim bəyi bu vəziyyətdə görəndə 
bir  yanıqlı  ah  çəkib  başladı  ağlamağa.  Rasimin  ağlamaq  səsinə 
molla içəri girdi. Gördü ki, Rasim ağlıyır. Soruşdu: 
- Oğul, niyə ağlıyırsan? 
Rasim dedi: 
- Necə ağlamayım. Səlim bəy gör nə hala düşüb. 
Molla Səlimə baxdı, onu bu vəziyyətdə görəndə Rasimə dedi: 
- Get Səlimin ata-anasını bura çağır! 
 
Rasim  getdi.  Səlimin  ata-anasına  xəbər  verdi  ki,  Səlim  bu 
dərəcədədi.  Bəkil  Əziz,  Nağı  xan,  arvadları  və  bütün  qohum-
əqrəbaları  ağlıya-ağlıya  üz-gözlərini  yola-yola  məktəbə  sarı 
axışdılar.  Bəkil  Əziz  oğlunu  bu  vəziyyətdə  görəndə  uşaq  kimi 
hönkürüb  ağlamağa  başladı.  Oraya  toplaşan  ağsaqqallar-qara 
saqqallar, dünya görmüş kişilər dedilər: 
– Bəkil Əziz, niyə ağlayırsan? Şükür Allahın böyüklüyünə. 
Səlim  bəyə  nə  olub  ki,  ağlayırsan?  Allah  eləməsin  düşündüyün 
olsa  bizim  şəhərimizdən  adlı-sanlı  mollamız  var,  Səlimin  üstə 
dua yazar və onu bu dərddən azad edər. 
Bəkil Əziz soruşdu: 
 
 
 
 
 


 
 
145
–  Bu nə şəərdir? 
 
 
 
 
 
Dedilər: 
– Bəli, dünyada üç şəir var, bunlardan biri də sevgi şəridir. 
Çətindir  o  şəri  oyatmaq.  Yeddi  molla  ola,  yeddi  qazı  o  şəri 
oyada bilməz. Oyatsa, söyda anaxtarı oyadar. 
Bəkil Əziz dedi: 
– Bəs sevdə anaxdarı nədir? 
Dedilər:   
 
 
 
 
 
– Sevdə anaxdarı sazdı. Gətirin bir cürə sazı Səlimin yatan 
yerdə qulağının dibində sazın telinə barmaq vurun. Əgər oyansa 
onda bilərik ki, sevdə şəridir. Getdilər  bir  cürə  sazı  gətirdilər. 
Səlimin  yatdığı  yerdə  qulağının  dibində  çaldılar.  Səlim  də 
gözlərini açib öksürərək ayağa qalxdı. Atası Bəkil Əziz dedi: 
- Oğlum, dərdin nədir, söylə bizə. 
Səlim bəy dedi:   
 
 
 
 
- Atayi-mehriban, başıma gələnləri, gözümə görünənləri di-
liminən desəm dilimə od düşüb yanar. İzin ver başıma gələnləri 
sazla deyim. 
Səlim bəy bu sözü deyəndə Bəkil Əziz ağlamağa başladı və dedi: 
-  Oğul,  sən  hara  saz  hara?  Sən  ki,  iki  sözü  calaşdırıb 
söyləyə bilmərsən. İndi saz səsi verirsən ? Yenə də Ağsaqqallar 
məsləhət  elədilər  ki,  qoy  dərdini  sazla  bəyan  etsin.  Səlim  bəyə 
bir  saz  gətirdilər.  Səlim  bəy  sazı  köklədi.  Saz  bülbül  kimi  cəh-
cəh  vurdu.  Sazı  götürüb  sinəsinə,  düşdü  eşqin  binəsinə.  Görək 
orada Səlim bəy nə dedi, orda olanlar nə eşitdi. 
Biz  burada  Səlimin  tərəfindən  zəhmət  çəkib  deyək,  eşidən 
dostlar şad və xoşbəxt olsun. Aldı Səlim sazı görək nə dedi: 
Yuxuda eşitdim həsrət sədəsi, 
 
Üstümə xışmınnan gəldi də getdi. 
Tez ayırdı məni, qoydu qəmlərdə, 
Az vaxtı yanımda qaldı da getdi.   
 
 
 
 
 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə