Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə65/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   61   62   63   64   65   66   67   68   ...   99

 
 
250
pəndi. Gəlif öz komasına çıxdı. Uşağı yuyub-yaxalıyandan son-
ra, uşağı uşax  həddinə salannan sora onu qoyun südünnən doy-
durdu. Həmən günnən qarı qoyun südünnən yedizdirə-yedizdirə 
uşax  dümağ  ağarmağa  başdadı.  Ağ  quzu  kimi.  Qarı  da  uşağı 
Ağcaquzum  deyə-deyə,  öpə-öpə  uşağı  başdadı  saxlamağa.  O 
günnən Əsmər qarı uşağa himayəlik eliyif uşağı saxlıyır. 
Hasan  paşa  oya  çıxmışdı.  Əsmər  qarıya  qonaq  olur.  Görür 
kü, bir uşax hərrəner:  
– Qarı, bu nəyindi? 
– Nəvəmdi. 
– Qarı, mənnən pay olsun deyif, bu uşağa bir xeyli pul verir. 
Qarı  bunlara  hörmət  eliyir,  qayıdır.  Bir  ildən  sonra  uşağın 
neçə yaşıdı? – deyə soruşur Əsmər qarıdan. Deyir uşağın dörd ya-
şıdı. Bir ildən sonra qayıdıf gələndə deyir bu uşax hansı uşaxdı? 
– Hasan paşa, keçən ilki uşaxdı. 
Hasan paşa deyir: 
– Bildir onun dört yaşıydı, indi neçədi? 
– İndi beşdi. 
– Mən buna on beş yaş deyərdim. Qarı, bu uşağı mana sata 
bilərsənmi? Qoşunum içində, gələcəyim üçün lazım olar. 
–  Satmaram,  ancax  saxlamağa  verərəm.  Bir  şərtnən.  Mən 
innən belə qocalıram, mənə sahablıx eləsin, mana yiyəlih eləsin. 
–  Əsmər  qarı,  ona  söhbət  yoxdu.  Uşax  havaxt  böyüyər, 
sənindi ki, sənindi. 
Hasan paşa beləlihnən  Ağcaquzunu apardı. Ustad dili  yüy-
rəy olar. Ağcaquzunu məktəbə qoydu, müəllimə öyrətdirdi, dərs 
oxutdu. Uşax on dört yaşına gəlif çıxan vaxtı pəhlivannıx öyrət-
mək lazım oldu. Pəhlivannar yanına qoydu, at çappax, qılınc oy-
natmax, suda üzmək, igidə nə ləyaxdı hamısını verer. Ağcaquzu 
elə götürür kü, elə bil irəlidən bunun banisi, ustasıymış. On altı 
yaşına  çatıf,  bunun  şücaəti  İstanbula  yayılıf.  Hasan  paşanın 
qoşununda hamı bunu tanıyır. Ağcaquzu deyən çağırıllar. 


 
 
251
Cəfər  paşanın  qızı  Pərzad  xanım.  Pərzad  xanım  Ağcaqu-
zuyu eşidif onu görmək arzusuna gəldi. Cəfər paşıya dedi: 
– Baba can, əmim öyünə gedif-gəlmək isteyirəm. 
– Qızım, get. 
Ancax  Pərzad  xanım  cadu  məktəvini  oxuyurdu.  Hər  bir 
məktəfdən qurtarmışdı. Çox da gözəl idi. Elə gözəl idi ki, türkün 
gözəli ələ keçmir, özünüz bilərsiniz.  
Hasan  paşanın  iqamətgahına  gələn  vaxtı  gördü  qapıda  bir 
oğlan  hərrəner.  Vallah,  elə  bil  Allah-talanın  könlünün  xoş  olan 
vaxtı  yaradıf. Boy-buxun, gözəllih,  insannıx, qara bığlar  yenicə 
çıxıf, tərriyif yeri. Kənizdən soruşdu: 
– O kimdi? 
– Ağcaquzudu. Babeyin ən yaxın istədiyi şəxsdi.  
Göz  gözü  görəndə  halını  soruşar,  Pərzad  xanım  Ağcaqu-
zuya  vuruldu.  Neyniyim,  nə  yolnan  bunu  yola  gətirem?  Yanın-
dakı  kənizdərə,  özünün  qarabaşdarına  sirrini  bir-ikisinə  açıf 
dedi.  Dedilər  ki,  aaz,  bunu  yanında  məktəbə  gətirginən,  onda 
daha yaxın olarsınız. 
Babası Cəfərnən baravar Hasan paşanın yanına gəlmişdilər. 
– Babeyi-mehriban, bu oğlan hər bir iyiddiyi, dərdi-dərmanı 
biler,  ancax  cadunu  bilmer.  Mən  istiyirəm  əmoğlum  mənnən 
baravar cadunu da öyrənsin.  
Hasan paşa da razı oldu, Cəfər paşa da razı oldu. Bu günnən 
Ağcaquzuyu  Pərzad  xanım  aparer  mollasının  yanına.  Cadu 
sirrərini başdadılar öyrənməyə. Bir gün, beş gün, on gün, bir ay, 
bir  il gəldi tamam oldu, Pərzad  xanım  içəridən özünü  yeyer ki, 
bu caduynan, bu kütüynən belə şey olmuyjax, mən neyleyim ki, 
vüsalıma çatem?  
Pərzad xanım bir gün cürətə gəlif əmoğlusuna dedi:  
– Ağcaquzu, olarmı gəzməyə çıxax? 
– Niyə olmur, xanım? 
– Ancax  bu şərtnən gəzməyə çıxax. Cadumuzu sınıyajıyıx, 
görək sənmi qüvvəlisən, mənmi? 


 
 
252
– Olar, xanım. 
Ancax  Ağcaquzunun  meylində  vuruf-tutmax,  asıf-kəsməh, 
at çapbax, qılış vurmax idi. Heç cadu beyninə girmerdi. Öyrən-
mişdi,  o  qədər  öyrənməmişdi,  xüləs,  Pərzad  xanımnan  atdanıf 
meşiyə  çıxıllar.  Meşiyə  çatan  vaxtı  Pərzad  xanım  beyqafıldan 
bir  tülkü  olor,  atdan  hoppanıf  tüşör.  Ağcaquzu  belə  baxer,  bir 
pələng donuna girer, tülkünün dalınan yetirən vaxtı tülkü dönüf 
yekə  bir  fil  olur.  Bu  vaxtı  Ağcaquzu  bir  balaca  siçan  olor, 
hoppanır filin qulağına girir. Bu vaxtı darı olur, yerə səpiler. Bu 
vaxtı  Ağcaquzu  toyux  olur  bunu  dənnəməyə.  Bu  vaxtı  qız  bir 
qırmızı  alma  olur.  Bu  vaxtı  Ağcaquzu  bir  pıçax  olur,  başdıyır 
almeyi  kəsməh  istiyer.  Xüləs,  bir  də  qız  dönör  bir  şahmar  ilan 
olur.  Ağcaquzu  ilannan  elə  qorxor  ku,  gəl  ki  görəsən.  Qorxuf 
geri çəkiləndə Pərzad xanım aslan libasına girif dedi: 
– Ağcaquzu. 
– Hə. 
–  Sən  ta  gəlif  məni  cadudan  azad  edif  aparmamış  mənnən 
sana yar oldu yoxdu. Məhəbbətin varsa gəl məni apar. Yoxdusa, 
aslannara ulaşıf çöllərə qarışeram ki, qarışeram. 
Bəli,  Ağcaquzu  qaldı  mat-məəttəl.  Qayıdan  vaxtı  soruş-
dular: 
– Oğul, Pərzad xanım hanı? 
Başına gələn əhvalatı Cəfər paşıya danışdı. 
Cəfər paşa dedi: 
–  Oğul,  başarığın  var  qızı  qaytar.  Bir  ay  sana  möhlət 
vererəm, qaytaranmasan, başın fərmandı. 
Ağcaquzu xeyli fikirə getmişdi, bir nəfər şəxs gəldi Əsmər 
qarıdan qara xəbər gətirdi: 
– Can üstədi, nənən səni axtarır. 
Ağcaquzu o  yerdə  yetirdi ki,  Əsmər  qarı ömrünü  dünyaya, 
Allahına tapşırıf. Ancax bir qolçax qoyuf ki, bunu ona çatdırar-
sınız.  Qolçağı  qoluna  bağlıyıf,  Əsmər  qarıyı  dəfn  eliyif  gəlif 
xeyli  fikirrəşən  vaxtı  gözünə  yuxu  getdi.  Yuxusunda  gördü  kü, 


 
 
253
bir  gözəl  nurani  kişidi.  Əlini  Ağcaquzunun  kürəyinə  sürtör, 
deyir: 
– Oğul, qəm libasını geyinmə. Sənin dərdinə böyük dərman 
var.  Ara,  axtar,  Qoç  Koroğlu  kimdi,  onu  tap.  Dərdinə  sənin  o 
Qoç Koroğlu illac eliyər, özgə heç kim yox. Ancax onu tapbasan 
sənin dərdin düzələn döyü.  
Diksinif  yuxudan  qalxanda  gördü  kü,  kürəyində  doğurdan 
da  əl  izi  var.  Ağcaquzu  yuxudan  durdu  gəldi  Hasan  paşanın 
yanına. Pərzad bunun başına nə gətirif hamsını ona danışdı. 
–  Babeyi-mehriban,  vardan-yoxdan  nə  varsa  mana  verər-
sənmi? Mən bir səyahətə çıxem. Göröm mən onu tapa billəmmi. 
–  Oğul,  bu  qatarnan  dəvələr,  bəzirgannar,  kimi  Bağdata 
geder, kimi uzax Çinə geder, kimi Maçinə geder, kimi bir tərəfə. 
Bax bunnarın  hansını  isteyirsən onun birinnən  yola tüş get seyr 
elə, hareyi isteersən gəz. 
Dedi: 
–  Yox.  Baba,  elə  olsun  mənim  özümün  də  varım-döylətim 
olsun. 
Bir  neçə  dəvələrə  ayınnan-oyunnan  yüklööf  Ağcaquzuya 
verdilər. Ağcaquzu günə bir mənzil, teyyi-mənazil, günü-günnən 
yuxuyu  görənnən  bəri  qüvvələner.  Özündə  böyük  qürur  hiss 
eleer.  Gəlhagəl,  gəlhagəl,  Çənlibelin  alt  yanında  Ağ  qaya  var, 
Ağ  qayanın  ətəyinə  gəlif  çatmışdı.  Koroğlu  baxırdı,  gördü  kü, 
kəcavə gəler, yeddi-səkkiz dəvədi. Ancax bircə nəfər var üstün-
də. Qeyri adam yoxdu. Qıratın belinə sıçrıyıf özünü yetirdi. Ba-
xanda gördü dəvənin üstündə  cavan oğlandı,  Allahın könlü  xoş 
olan vaxtı yaradıf. Oğlanı görən kimi dedi: 
– Oğul, kimsən? 
Dedi: 
– Əlöyküsalam. 
Koroğlu durdu: 
– Oğul, salam  Allahındı, gərək  vereydim. Vermədim,  səhv 
elədim. Kim olduğunu mana de. 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə