370
çəkdi. Oradan tələsik çörək, un, duz alıb gətirdi. Bir az gəl-
mişdilər, Yunus ondan soruşdu: «Bəs tənbəki almadın?» «Ər-
şad»: «Yadıma düşmədi», - deyə cavab verdi. Yunus ona dedi:
«Yaxınlıqdakı kənddə dostum var, gedək, alım». Gəldilər Cəfər-
riyə. «Ərşad» arxın altında durdu. Yunus özünü Şəmistangilə
saldı. Gördü ki, Anaxanım evdədir. Yunusu görən kimi bir torba
ərzaq şeyləri, bir torba da tütün yarpağı verdi. Anaxanım Yu-
nusa təlaşla xəbər verdi: «Şəmistan dedi ki, Yunus gələndə de
ki, Aşot Manukyan adlı erməni onların yerini öyrənməyə gedib
qaçaq adı ilə. O, onların yerini öyrənib qırdıracaq. Yunusa da elə
bu lazım idi. Tez gəldi, gördü ki, «Ərşad» onu gözləyir. Gəldilər
öz yuvalarına. Bərxanaları tökdülər. Mahmudun yerini meşədə
bilirdilər, yanına getdilər, əli dolu gəldiklərini bildirdilər. Mah-
mud onlardan razılıq etdi. Sonra da Yunus xəlvəti Mahmuda da-
nışdı ki, Şəmistan dəstə rəisi işləyir. Orada qaçaqlara qarşı nə
olsa, bunlara bildirirdi. Yunus Mahmuda dedi: «Biz Qaratəpəyə
gedəndə «Ərşad» (Aşot) məndən 9-cu, 8-ci
de. Y
i
3i
B
3
! 1
B
371
qalxdı. Mahmud “Ərşad”a üz tutub ondan soruşdu: «Bizim oldu-
ğumuz yeri nə vaxt mühasirəyə alacaqlar?». Aşot dinmədi. Mah-
mud: «Əkin sahəsindən qarnıyarıq palıda kimi kim budaqların
görünən yerlərinə ağ əsgi bağlaya-bağlaya gəlib?». Aşot yenə
dinmədi. Yunus hirslə: «Bu erməni bağlaya-bağlaya gəldikcə
mən də onun arxasınca gəlirdim». Aşot yalvardı: «Allaha and
için ki, məni öldürməyəcəksiniz, düzünü deyəcəm». Mahmud:
«And içirəm»,- dedi. Aşot danışdı: «Səhər saat 6-7-i arası, yəni
işıqlaşanda həmin ağ əsgilərin iziylə gələcəklər. Mən mərkəzdə
birinci dərəcəli çekist idim, ancaq Qaçaq Mahmud məndən çox
bilən adam imiş. Məni öldürməyin, dörd uşağım var. Onları
yetim qoymayın». Mahmud dedi: «And içmişəm, öldürməyəcə-
yik». Oradaca Aşotu öz beşaçılanının ağzı sinəsinə tuşlanmış
şəkildə palıdın gövdəsinə bağladılar. Beşaçılanın tetəsini (təti-
yini) də iplə eşikdəki şaxa sarıdılar. Şaxa toxunulsa, atəş açıla-
caq və onu öldürəcəkdi. Qaçaqlar bütün bərxanalarını atlara
yükləyib, keçdilər Kürün o tayına.
Bunlar burada qalsın, indi də danışım erməninin gətirtdiyi
qoşundan. Həmin vaxt Qırmızı Ordu ilə xüsusi şöbədən adamlar
da gəldilər, qarnıyarıq, qocaman palıdı tapıb həndəvərini müha-
sirəyə aldılar. Palıdın şaxına toxunan kimi içəridən atəş səsi
eşidildi. Kankana (lağıma) enəcəyi gülləbaran etdilər. Gördülər
ki, elə bircə dəfə atəşdən sonra atəş səsi gəlmədi. Bir nəfər
qışqırdı: «Təslim olun, sizi bağışlayacağıq» və aşağı endi. Gör-
dü, heç kəs yoxdu. Aşotun yuxarıdan aşağıya tərəf damcı-damcı
qanı tökülürdü. Silahı da yanında idi. Xüsusi şöbənin işçiləri
həmin lağımla, yəni kankanla Kür çayına qədər getdilər. Sonra
qayıdıb Aşotun sarğısını açıb, bir atın belinnən aşırıb silahı ilə
bərabər rayona gətirdilər. Bütün Qarayazı tamaşaya durdu ki,
qaçaqlar çekist öldürüb. Tiflisdən vəzifəli hökumət işçiləri tökü-
lüb gəldilər. Çox təəccüb etdilər ki, Gürcüstanın ən sınanmış
çekisti Aşot Manukyan kimi adamı Qaçaq Mahmudun dəstəsi
öldürüb. Qaçaqların yerini xəbər verənlərə böyük mükafat
372
verəcəklərini vəd etdilər.
Qaçaq Mahmudun dəstəsi Əysipara, Ayrım meşələrini özlə-
rinə məskən etdi. «Göylərə baş çəkən» (ifadə Səməd Vurğunun-
dur) Göyəzən dağını gördülər. Bəzən buludlar üzünə pərdəsini
çəkirdi. Qartallar qayalardan qaçaqlara çox diqqətlə baxırdı.
Mahmudun bu meşələr xoşuna gəlsə də, amma Qarayazı meşə-
sindəki çölxoruzunun səsi, maralların hayqırtısı, oradakı mey-
vələr burada yox idi. Qaçaq Mahmud gördü ki, bu dağlarla Cey-
rançöl dağları arasında çox böyük fərq var. Götürdü, görək Mah-
mud nə dedi:
Qürurlu baxışın bizə arxadı,
Pənah gətirmişik sənə, a dağlar!
Daşlı səngərlərin bizi üşütsə,
Bürünnük çiskinə, çənə, a dağlar!
Arxalandıq əvvəl Ceyrançölünə,
Sonra gəldik Qarayazı elinə.
Tarixçisən, al qələmi əlinə,
Yaz sinədəftərə yenə, a dağlar!
Mən Mahmudam, ürəklərin həkimi,
Teymur dağı bu dağların hakimi.
Durubsan qarşımda günahkar kimi,
Dinib, cavab versən mənə, a dağlar!
Qaçaqlar kəndlərlə əlaqə saxlayırdı. Xəbərlər gəlirdi ki,
Bakıdan vəzifəli adamlar gəliblər. Kəndlərdə kolxoz qururlar,
dalar,
N
! ı. X
373
səhnəyə çıxsın. Qaçaq Mahmud cəld səhnəyə çıxdı: «Ay camaat,
ruzunuzu Allahdan istəyin, Allah verəndə məhsul daşın üstündə
də bitir. Sonra da deyir, yaşasın fəhlə, kəndli sinfi. Onlardan
müftə ruzqu gözləyirlər, uraaa, hamı deyir, uraa, torpaq sizindir,
uraaa, inanmayın, eşidin, inanmayın, heyvansınız, uraaa». Bakı-
dan gələn bir nəfər Mahmudun paltarından geriyə doğru
çəkirdisə də, Mahmud dediyini deyirdi. Sonra Mahmud mauze-
rini çıxarıb bunları bir küncə qısdadı: «Əclaflar, bu xalqı niyə
aldadırsınız?» Onlardan bir nəfər yaşlı kişi dedi: «Biz də belə
yalançı təbliğatla maaş alıb uşaqlarımızı dolandırırıq». Qaçaqla-
rın hamısı çıxır Mahmudun yanına. Başlayırlar ona yalvarmağa,
deyirlər: «Bizi o bir olan Allaha bağışlayın, balalarınıza bağış-
layın. Körpə uşaqlarımıza yazığınız gəlsin». Mahmud deyir:
«Bu xalqı düzgün başa salın, buraxım». İçlərindən qoca bir kişi
dedi: «Ay camaat, bizə də sizə yalan danışmağımıza, yalan təbli-
ğimizə görə maaş verirlər, irəli çəkirlər. Bizi bağışlayın». Ca-
maat Mahmuda yalvardı ki, onları öldürməyin, buraxın. Mah-
mud fırıldaqçı kommunistləri buraxır. Sonra Mahmud camaatı
danladı: «Ay camaat, biz belə fırıldaqçı kommunistlərin ucbatın-
dan qaçaqlıq edirik. Sizə nə deyirlər, yalanlara əl çalıb, uraaa
deyirsiniz. Ona görə də mən də hövsələdən çıxdım, dedim, hey-
vansınız, uraaa. Məni bağışlayın, sizi təhqir etdiyimə görə», -
deyib səhnədən düşdü. Qaçaqlar atlarına minib getdilər.
İndi də, əziz oxucular, bir misal qalıb ellərdə, obalarda. Deyir-
lər, Qaçaq Mahmud deyən kimi hər şeyə əl çalıb, ura deyirsən.
Qaçaq Mahmud Tovuz tərəfdən Qızılulğundan sonra Ço-
bandağı aşıb getdi. O, Zaqatala, Balakən, Tianet dağlarında da
az olmayıb. İkinci dünya müharibəsinə kimi qaçaqlıq edib.
Onun silahdaşı Qaçaq Yunus çox mahir atıcı olub. Türkiyəni ge-
dib-gəlməkdən su yoluna döndərmişdi. Dəfələrlə həbsdən qaç-
mışdı. Yeddinci qaçışı zamanı, hasardan atılan vaxt üçüncü mər-
təbədən bir çekist qadın onu güllə ilə vurdu.
Haqq yolunda vuruşan ata, babalara Allah rəhmət eləsin!
Dostları ilə paylaş: |