Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   2   3   4   5   6   7   8   9   ...   18

 

3.3.1 



Milli seminarlar ................................................................43 

3.3.2 Almaniyaya 

tanışlıq səfəri ....................................................44 

3.3.3 Təlim modulu və təlim tədbirləri ..........................................47 

3.4 Agahlığın artırılması ....................................................................49 

4 Məlumatlandırma və tanıtma............................................................... 51 

5 Nəticələr və öyrənilmiş dərslər ............................................................53 

5.1 Transformasiya 

tədbirlərinin nümayişi .......................................54 

5.2 Meşə administrasiyalarının bacarıqlarının qurulması .................57 

5.3 Yerli 

icmaların agahlığının artırılması ........................................57 

6 Nəticələr ..............................................................................................60 

İstinadlar ......................................................................................................62 

 



 

QISA XÜLASƏ 

Cənubi Qafqaz ölkələrində, yəni Azərbaycan, Ermənistan 

və Gürcüstanda  təqribən 4 milyon hektar meşə  sahəsi var və 

bunların böyük əksəriyyəti təbii və yarım-təbii meşələr  

olmaqla regionun biomüxtəlifliyi üçün ən vacib biomlar hesab 

olunur.  İstixana qazlarının antropogen emissiyaları  bölgənin 

iqlimində dəyişikiklərə səbəb olur. İqlim modelləşdirilməsinin 

nəticələri göstərir ki, region ümumən daha isti və quru əraziyə 

çevriləcəkdir.  İqlimdə baş verən dəyişikliklər meşələrə  təsir 

göstərəcəkdir: Regionda mövcud olan meşə formasiyaları 

minlərlə il stabil qalan iqlim şəraitlərinə adaptasiya olmuşlar; 

gözləyə biləcəyimiz dəyişikliklər iqlim zonalarının yerdəyiş-

məsinə  səbəb olacaqdır və zonalara adaptasiya olan meşə 

formasiyaları  təzyiqə  məruz qalacaqdır; dəyişikliyin surəti 

meşə formasiyaları üçün təbii  şəkildə uyğunlaşma prosesini 

mürəkkəbləşdirəcəkdir; meşələrin təmin etdiyi ekosistem 

xidmətləri həmin dəyişikliklərlə təhlükə altına düşəcəkdir. 

Meşələrin bərpa olunma qabiliyyətini artırmaq və bununla 

da iqlim dəyişikliklərinin təsirinin yumşaldılması üçün görülə 

biləcək tədbirlər vardır. ÜTF 2011 və 2014-ci illər arasında Aİ-

nın maliyyə  vəsaiti ilə  Cənubi Qafqaz ölkələrində görülmüş 

tədbirləri, eləcə də problem haqqında məlumatlılığı artırmaq və 

fəaliyyət potensialını yaratmaq məqsədilə  həyata keçirilmiş 

əlavə fəaliyyətləri nümayiş etdirmək üçün layihə həyata keçir-

mişdir. Layihə meşə  əkinlərində transformasiya tədbirlərini 

nümayiş etdirmək üçün seçilmişdir: meşə əkinləri ümumi meşə 

sahəsinin kiçik hissəsini təşkil etsə  də, onlar adətən təbii və 

yarım-təbii meşələrə nisbətən daha çox təzyiqə məruz qalır və 

iqlim dəyişikliklərinə daha zəif müqavimət göstərirlər. Hər bir 

ölkədə iki sahə olmaqla, ümumilikdə 450 hektara yaxın  ərazi 

nümayiş sahəsi kimi seçilmişdir. Həyata keçirilmiş  fəaliy-

yətlərə ağacların əkilməsi, toxum səpimi, eləcə də təbii regene-

rasiyanı  təşviq edən tədbirlər, o cümlədən cavan ağacların 




 

böyüməsini asanlaşdıran tədbirlər daxildir. Əlavə  fəaliyyətlər 



kimi regional konfrans, tanışlıq səfəri və  üç ölkənin meşə 

administrasiyalarının  əməkdaşları üçün keçirilmiş seminarlar, 

eləcə  də nümayiş sahələrinə qonşu olan icmalar üçün 

seminarlar təşkil edilmişdir. 

Layihə üzrə  həyata keçirilən tədbirlərin məqsədi  əraziyə 

doğma və proqnoz olunan gələcək iqlimə yaxşı uyğunlaşan, 

yekun nəticədə daha dayanıqlı və “təbiətə yaxın” meşə forma-

siyasına  çevriləcək yeni ağac cərgələrinin salınmasına nail ol-

maqdır. Transformasiya planları standart şablon və layihənin 

hazırladığı  təlimatlara uyğun olaraq ölkənin planlaşdırma ko-

mandaları  tərəfindən tərtib olunmuşdur. Transformasiya plan-

ları hazırlanarkən ilkin zəmin kimi sahələrin fiziki parametrləri 

və mövcud meşə ağacları qiymətləndirilmişdir.  

Planlaşdırma komandalarına əkin və ya toxum səpini üçün 

pilot sahələrə dair proqnozlaşdırılan  şəraitə daha yaxşı uy-

ğunlaşa biləcək cinsləri və ya mənşələri seçmək təklif olun-

muşdur. Planlaşdırma komandaları proqnozlar ətrafındakı qey-

ri-müəyyənlik səbəbindən bu tövsiyəyə  əməl edilməsini çətin 

hesab etmişlər. Həmçinin, icra müddəti ərzində alınması müm-

kün olan növ və  mənşələrin yalnız məhdud çeşidi mövcud 

olmuşdur. 

1 mart 2011-ci il tarixdən 1 mart  2014-cü il tarixinədək 

transformasiya tədbirlərinin həyata keçirildiyi 1 ha pilot meşə 

sahəsi üçün cəmi xərclər (hasarlama materialı  və hasarlama 

işləri, toxum və tinglər, sahələrin hazırlanması, ağac  əkmə  və 

alaqdan təmizləmə  işləri üçün xərclər) Ermənstanda yerləşən 

sahələr üçün hektarbaşına 1,500.55 $, Azərbaycanda  1,968.19 

və Gürcüstanda 1,587.60 $ civarında dəyişmişdir. Heyvan-

darlığa qarşı hasarlama xərcləri ümumi xərclərin  əhəmiyyətli 

hissəsini təşkil etməklə Ermənistanda 28%, Gürcüstanda 29%, 

Azərbaycanda isə 44% olmuşdur. Azərbaycanda beton bünöv-

rəyə qoyulan bahalı polad dirəklərdən istifadə edilmişdir, çünki  




 

Azərbaycanda hasarlama üzrə normativ sənədlər ağac material-



dan istifadəni qadağan edir. 

Layihə  çərçivəsində  həyata keçirilən tədbirlərin təsirləri 

cavan ağacların mal-qaranın yemlənmə obyektinə çevrilməsin-

dən nə dərəcədə yaxşı qorunması, eləcə də ot və kollara, həm-

çinin quraqlıqla mübarizəyə qarşı necə saxlanacağından asılı 

olacaqdır. Təsirlər layihə bitəndən sonra uzun illər boyunca 

ölçülə bilən olmayacaqdır. Qonşu icmaların nümayiş sahələrinə 

münasibətindən çox şey asılı olacaqdır. İcmaların layihəyə mü-

nasibəti kifayət qədər müsbət olsa da, bəzi insanlar sahələrin 

adət etdikləri istifadə  təyinatından çıxıb hasarlanmasından na-

rahat olmuş, müəyyən qrup insanlar isə  bəzi pilot sahələrində 

hasarların sökülməsinə yol vermişlər. 

Layihə  çərçivəsində görülmüş  tədbirlərin  əhatə dairəsi 

salınmış digər meşə sahələrinə, həmçinin ağac örtüyü azalmış 

təbii və yarım-təbii meşələrə doğru genişləndirilə bilər. 

Tədbirlərin kifayət qədər yüksək xərclərini və sonrakı saxlama 

xərclərini nəzərə alaraq, bu genişlənmə yalnız mümkün fayda-

ları  və baxımsızlıq ucbatından tədbirlərin uğursuzluğa düçar 

olma risklərini diqqətlə götür-qoy etdikdən sonra aparılmalıdır. 

Rayonun meşə fondunun ən iri hissəsini təşkil edən təbii və 

yarım-təbii meşələr üçün daha sərfəli və daha məqsədəuyğun 

ola biləcək digər tədbirlər var: əlverişli  şərait olan ərazilərdə 

örtükdə boşluqlar yaratmaq üçün ağacların kəsilməsi ilə  təbii 

regenerasiyasının dəstəklənməsi; İcmaların öz yerli meşələrinə 

münasibətdə daha məsuliyyətli davranmalarına təşviq edilməsi, 

həmçinin onların meşələrə  məsuliyyətli yanaşmaları istiqamə-

tində həvəsləndirilməsi. 

Həyata keçirilməkdə olan meşəsalma tədbirləri və  qiy-

mətləndirilən təsirlər arasındakı mövcud uzun müddət səbə-

bindən bu kimi layihələrin təsirlərini deyil, yalnız tədbirlərini 

göstərmək mümkündür. Bu mənada uzunmüddətli tədqiqat 

layihələrinin icrasına zərurət vardır, çünki, bu cür layihələr 

müxtəlif meşə formasiyalarında müxtəlif tədbirlərin təsirlərinin 



Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə