Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   2   3   4   5   6   7   8   9   ...   18

 

monitorinq edilməsinə və onillik dövr ərzində dəyərləndirmələr 



aparılmasına imkan verə bilər. 

1

 

GİRİŞ 

WWF 2011-2014-cü illər ərzində Enerji Tematik Proqramı 

daxil olmaqla ətraf mühit və  təbii sərvətlərin dayanıqlı idarə 

olunması  təşəbbüsü çərçivəsində  Aİ-nın maliyyə  dəstəyi ilə 



“Cənubi Qafqazda meşələrin transformasiyası vasitəsilə iqlim 

dəyişikliyinə qarşı meşə ekosistemlərinin bərpa olunma qabi-

liyyətinin artırılması” layihəsini həyata keçirmişdir. 

WWF-in layihəni Aİ-na temperaturun yüksəlməsi, yağıntı-

ların azlığı, eləcə  də daşqın və  fırtınaların törətdiyi böyük 

ziyanlarla müşayiət olunan iqlim dəyişikliyi səbəbindən meşə-

lərin artan təzyiqlə üzləşməsi səbəbindən təklif etmişdir. Böl-

gənin ağac cinslərinin böyüyüb inkişaf edə biləcəyi coğrafi 

zonalar yerdəyişməyə məruz qalacaq, digər tərəfdən, regionun 

ağac cinslərinin meşələri bəsləməkdən məhrum olduğu həmin 

hissələri öz həyat qabiliyyətini itirəcəkdir. Nəticə etibarilə, bu 

meşələr bölgə insanlarının asılı olduğu ekosistem xidmətlərini 

təmin etməyə artıq qadir olmayacaq, yaxud da bu xidmətləri 

daha az miqdarda təmin edəcəkdir. 

FTSC Layihəsinin məqsədi Cənubi Qafqazın üç ölkəsinin, 

yəni Azərbaycan, Gürcüstan və Ermənistanın meşə administra-

siyalarının rəhbər  şəxslərinin iqlim dəyişmələrinin meşələrə 

təsiri amilinin meşə idarəçiliyində nəzərə alınması və bir neçə 

pilot sahədə adaptiv tədbirləri nümayiş etdirməkdir. 

İqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün meşə  tə-

sərrüfatı idarəçiləri meşələrin uyğunlaşmasına kömək etmə-

lidir. Avropa İttifaqı artıq ölkələri meşələrin iqlim dəyişikliklə-

rinin təsirlərinə qarşı daha dayanıqlı olması üçün tədbirlər gör-

məyə başlamışdır. Belə  tədbirlərə misal olaraq, proqnozlaşdı-

rılan gələcək iqlim şəraitlərinə pis uyğunlaşan ağac cinslərini 



 

daha yaxşı adaptasiya olan cinslərlə  tədricən dəyişdirilməsi, 



eləcə də meşələri daha rəngarəng etmək üçün cinslərin sayının 

artırılmasını göstərmək olar. FTSC layihəsinin məqsədi Cənubi 

Qafqazın üç ölkəsinin, yəni Azərbaycan, Ermənistan və Gür-

cüstanın meşə  təsərrüfatı administrasiyalarında səlahiyyətli 

şəxslərin diqqətini iqlim dəyişikliyinin meşələrə  təsiri faktına 

yönəltmək və onlara bir neçə sahədə adaptasiya tədbirlərini 

nümayiş etdirməkdir. 

1.1

 

Meşələr nə üçün vacibdir 

Meşələr Cənubi Qafqaz ölkələrinin 4 milyon hektar ərazi-

sini tutmaqla hər üç ölkənin ümumi torpaq və daxili su hövzə-

lərinin 22% təşkil edir: Ermənistan 332 min hektar (11.17%), 

Azərbaycan 990 min hektar (11.4%), Gürcüstan 2,793 min  

hektar (40.7%) (QKTT, 2010a) meşə sahəsinə malikdir. 

Regionun iqlim zonalarının geniş müxtəlifliyi torpaq süxur-

larının və relyefin rəngarəngliyi ilə birlikdə fərqli meşə forma-

siyalarının inkişafı üçün əlverişli şərait təmin etmişdir.  

Regionun təbii meşə formasiyalarına əlavə olaraq, 1990-cı 

illərdə müxtəlif məqsədlər, o cümlədən torpaq eroziyası 

riskinin azaldılması, qonşu icmalar üçün odun yanacağının 

təchizatı üçün yaradılmış 198 min hektar süni salınmış meşə 

sahələri mövcuddur. Ermənistanda təqribən 55,000 hektar, 

Azərbaycanda təqribən 59,000 hektar, Gürcüstanda isə 84,000 

hektar meşə sahələri salınmışdır. 

Regionun meşələri bir sıra səbəblərə görə vacibdir: 

Biomüxtəliflik.  Cənubi Qafqaz müvafiq olaraq Qafqaz 

ekoregionunun tərkib hissəsi olmaqla WWF-in 35 “prioritet 

əraziləri”ndən biridir və Konservasiya üçün Beynəlxalq 

Komitə tərəfindən 34 “biomüxtəliflik yeri”ndən biri olaraq Yer 

Kürəsində  ən zəngin, eyni zamanda ən çox təhlükəyə  məruz 

qalan flora və fauna aləmi kimi tanınmışdır. Meşələr biomüx-

təliflik üçün regionun ən vacib biomu olmaqla bitki aləminin 



10 

 

çoxlu nadir endemik və relik cinslərinə qucaq açır, eləcə  də 



dünya üzrə nadir və  nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 

heyvanlar üçün yaşayış arealı təmin edir. 



Karbon saxlancı. 2010-cu ildə cənubi Qafqazın meşələri 

yer səthində biokütlədə 225 milyon ton karbon tutmuşdur 

(FAO 2010b), bu isə 2013-cü ildə dünya üzrə karbon-dioksid 

emissiyalarının təqribən 2.5%-nə  bərabərdir (Oliver et al 

2013). Regionun meşə ehtiyatlarının qorunması bu səbəbdən 

iqlim dəyişikliyinin yumşaldılmasına mühüm töhfə verir.  



Torpaq və su hövzələrinin mühafizəsi. Meşələr torpaqla-

rın və su ehtiyatlarının mühafizəsində əvəzedilməz rol oynayır.  

Meşələrin məhvi tez-tez eroziyaya, daşqın risklərinin artmasına 

və su qıtlığına gətirib çıxarır. Nizamsız yağıntı  normaları  və 

daha uzun quraqlıq dövrləri ilə müşayiət olunan iqlim dəyişik-

liyi ilə meşələrin təmin etdiyi xidmətlər daha vacib əhəmiyyət 

kəsb etməyə başlayır. 

Meşə  məhsulları. Regionun meşələri yanacağın vacib 

mənbələrindən biridir. Bir tədqiqata  əsasən 2010-cu ildə 

Ermənistanda ev təsərrüfatlarının 61%-i hələ də odundan yana-

caq kimi istifadə etmişdir (Yunger və Fripp 2011). Kənd 

ərazilərində yerləşən ev təsərrüfatları  şəxsi istifadə  və satış 

məqsədi üçün meşələrdən qoz, giləmeyvə  və göbələk yığır. 

Gürcüstanın meşələri nisbətən kiçik, lakin yerli səviyyədə 

vacib emal sənayesinə dəstək verir.   



Mədəniyyət və sağlamlıq. Regionun meşələri istirahət

təhsil və digər sosial fəaliyyətlər üçün imkanlar təmin edir. 

Meşələr vacib tarixi bağlara və ya xüsusi mədəni (o cümlədən 

müqəddəs) dəyərlərə malik ola bilər. 



1.2

 

İqlim dəyişikliyinin regionun meşələrinə təsirləri 

Cənubi Qafqaz ölkələrinin hamısı, yəni Ermənistan, Azər-

baycan və Gürcüstan  statistik cəhətdən son keçən yüzillikdə 



Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə