Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   2   3   4   5   6   7   8   9   ...   18

11 

 

orta illik temperaturun, orta günlük minimal temperaturun və 



orta günlük maksimal temperaturun artması meyllərini göstərir. 

Bu dəyişikliklərin karbon qazı (CO2) və istixana qazları  (İQ) 

kimi tanınan digər antropogen emissiyalar səbəbindən törəməsi 

barədə geniş elmi konsensus mövcuddur. İqlim artıq atmosferə 

buraxılmış  və  gələcək  İQ tullantılarına cavab olaraq əlavə 

dəyişməyə davam etdirəcəkdir. İqlim modelləri istixana qazları 

nəticəsində yaranan iqlim dəyişikliklərini müxtəlif labüdlük 

dərəcələri ilə proqnoz etməyə imkan verir. 



Proqnoz olunan gələcək iqlim. Cənubi Qafqaz ölkələ-

rinin hər biri modelləşdirmə  əsasında yağıntı  və temperaturda 

gözlənilən dəyişikliklər üzrə proqnozlarını UNFCC-yə göndər-

dikləri 2-ci milli hesabatlarda təqdim etmişlər. Verilən bütün 

proqnozlar hazırki əsrin sonuna qədər orta illik temperaturların 

əhəmiyyətli dərəcədə artacağını göstərir. A2 emissiya ssenarisi 

üzrə proqnozlar belə olmuşdur

1

: Qərbi və  Şərqi Gürcüstanda 



müvafiq olaraq 1.8 ºC-5.2 ºC və 3.5 ºC-4.9 ºC; Ermənistanda 4 

ºC - 5.1 ºC; və Azərbaycanda 3 ºC-6 ºC.  

Temperatur üçün verilən proqnozlar aydın ifadə olunsa da, 

yağıntılar üçün verilən proqnozlarda ziddiyyətlər olmuşdur. Bir 

model Gürcüstanın qərbində  və Azərbaycanda illik yağıntı 

miqdarında artım proqnozu vermiş, eyni zamanda  Gürcüstan 

üçün digər bir model yağıntı miqdarında azalma proqnoz edir.   

Əvvəlki dövrlərin iqlim göstəricilərini məntiqi tərzdə 

simulyasiya edən dörd Ümumi Sirkulyasiya Modelindən 

                                                 

1

 GHG emissiyaları ssenarisi gələcəkdəki vəziyyəti izah edən və aparıcı qüvvələrin 



gələcək emissiya nəticələrinin təhlil olunması  və  əlaqəli qeyri-müəyyənliklərin 

dəyərləndirilməsi baxımından alternativ şəkil və ya  süjet xətti rolunu oynayır.  A2 süjet 

xətti və ssenari ailəsi son dərəcə  heterogen dünyanı təsvir edir.  Əsas mövzu özünə 

inam və yerli cinslərin qorunmasıdır . Region boyunca münbitlik modelləri çox yavaş 

uzlaşır və bu da qlobal populyasiyanı davamlı olaraq artırır.  İqtisadi inkişaf  əsasən 

regiona istiqamətlənmişdir və adambaşı iqtisadi artım və texnoloji dəyişiklik digər 

ssenarilərlə müqayisədə daha dağınıq və yavaş  baş verir. (IPCC 2000) 



12 

 

(ÜSM) götürülmüş proqnozlardan istifadə etməklə sonradan 



aparılmış  tədqiqat (UNDP 2011) hər üç ölkə üçün yağıntı-

lardakı azalmanı gözəl  əks etdirmişdir: A2 emissiya ssenarisi 

fonunda əsrin sonuna Ermənistanda 20-31%, Azərbaycanda 5-

23% və Gürcüstanda 0-24%. Seçilmiş dörd ÜSM-lərə  əsasən 

və A2 emissiya ssenarisindən istifadə etməklə 2050-i ildə orta 

illik temperaturda proqnoz olunan dəyişikliklər belədir: Ermə-

nistan 1.1 ºC – 1.9 ºC, Azərbaycan 1.0 ºC – 1.6 ºC, Gürcüstan 

0.9 ºC – 1.9 ºC. Eynilə  2100-cü ilə proqnoz olunan artım daha 

dramatikdir: Ermənistan 4.4 ºC - 5.5 ºC, Azərbaycan 3.6 ºC - 

4.1 ºC və Gürcüstan 4.1 ºC - 5.5 ºC. 

  Artan CO2  konsentrasiyaları  ağacların böyümə-

sinə müsbət təsir göstərəcəkdir. Çünki atmosferdə hazırki 

CO2  konsentrasiyası bitkilərin böyüməsi üçün optimal 

səviyyədən aşağıdır. Lakin, məhsuldarlıqda atmosferdə 

yüksək CO2 səviyyəsi səbəbindən yaranan istənilən 

dəyişikliklər karbon və digər istixana qazlarının yüksək 

səviyyəsinin nəticəsi olan iqlim dəyişikləri ilə kompen-

sasiya olunacaq, həmçinin  əksər vəziyyətlərdə tamamilə 

ləğv olunacaqdır: 

  Temperaturda, yağıntılarda, külək və rütubətdə baş 

verən dəyişikliklər fotosintezə  və buxarlanmaya (nəticə 

etibarilə inkişafa), reproduksiyaya,  tozlanmaya, toxum-

ların yayılmasına, fenologiyaya, parazit və  xəstəliklərə 

qarşı müqavimət gücünə  və  rəqabət qabiliyyətinə  təsir 

göstərəcəkdir. 

  Daha sıx-sıx baş verən güclü küləklər ağacları 

kökündən çıxartmaqla və  ağacların budaqlarını  qırmaqla 

meşələrə  zərər vuracaq, eləcə  də daha tez-tez baş verən 

güclü yağışlar torpaq eroziyası  və torpaq sürüşməsi 

təhlükələrini artıracaqdır. Belə hadisələrin səbəb olduğu 




13 

 

fəsadlar qısa müddətli dövrdə məhsuldarlığı azaldacaq və 



meşələri parazitlərə  və  xəstəliklərə qarşı daha həssas 

edəcəkdir. 

  Uzun müddət davam edən quru və isti hava meşə 

yanğınları riskini artıracaqdır. Dəhşətli yanğınlar üzvi 

maddələri məhv edəcək və qidalı maddələr   buxarlanma 

ilə yoxa çıxacaqdır. Tez-tez baş verən yanğınlar, həmçinin 

torpaq eroziyasını artıra, regenerasiyanı azalda və quru 

ərazilərdə səhralaşmanı surətləndirə bilər. 

  İsti iqlim şəraitləri həşəratların kütləvi  çoxalma 

riskini artırır. Ağaclarda quraqlığın törətdiyi stress 

meşələri otyeyən həşəratların hücumuna və göbələk 

xəstəliklərinə yoluxma hallarına qarşı daha dözümsüz 

edəcəkdir. 

  İqlim dəyişikliyi geniş yayılmış cinslərin inkişafı 

üçün münbit məskənlərin mövcudluğunu artıra bilər. 

Dominant endemik cinslər öz yaşayış yerlərinin dəyişən 

ətraf mühit  şəraitlərinə uyğunlaşmaya bilər ki, bu da yeni 

məskən salan cinslərin  ərazini zəbt etməsinə imkan 

yarada, eləcə  də bir-birini təkrarlayan modellərdən sonra 

ekosistemin funksiyasının pozulmasına və resursların 

tükənməsinə səbəb ola bilər. 

İqlim dəyişikliyinin Cənubi Qafqazdakı meşələrə təsirləri 

Cənubi Qafqazın iqliminin hazırda regionda mövcud olan 

meşə cinsləri üçün ümumən az münasib olduğunu ehtimal 

etmək olar. Bəzi meşə formasiyaları iqlim dəyişikliyindən 

ümumən faydalana bilsə  də,  əksər formasiyalar stressə  məruz 

qalacaq və təravətini itirəcəkdir. Ekoloji cəhətdən daha əlverişli 

istixana qazlarının emissiya ssenariləri fonunda regionun 



Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə