Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   2   3   4   5   6   7   8   9   ...   18

18 

 

anlayışı  çərçivəsində meşənin ümumi xüsusiyyətində  dəyişik-



liyin miqyası vacib əhəmiyyət kəsb edir: regionda gözlənilən 

temperatur artımlarını və yağıntıların azalmasını nəzərə alaraq, 

heç bir dəyişikliyin olmayacağını və ya kiçik  bir dəyişikliyin 

belə demək olar qeyri-real olduğunu əminliklə söyləmək olar. 

“Təbiətə yaxın” dedikdə xüsusi sahə  şəraitlərində  təbii 

olaraq yaranan meşələrin növ tərkibinə, strukturuna və inkişaf 

dinamikasına eyni olmaqla meşə zolaqlarına davamlı rege-

nerasiya, inkişaf və qulluq təmin edən meşə idarəetmə sistemi 

başa düşülür (Bax, Haşiyə 1). 

Beləliklə, biz layihənin transformasiya hədəflərini aşa-

ğıdakı kimi xülasə edə bilərik: 

İqlim dəyişikliyinə qarşı dayanıqlı.  Meşə zolağı meşə 

formasiyası kimi davam edəcəkdir (yəni, otlaq yeri kimi başqa 

vəziyyətə transformasiya olmayacaqdır). Zolaq bizim hazırda 

meşələrlə bağlı  təsəvvür etdiyimiz mal və xidmət çeşidlərini 

təmin etməyə davam edəcəkdir, lakin ayrı-ayrı mal və xid-

mətlərin həcmləri/miqdarı  və onların bir-birinə nisbəti dəyişə 

bilər (yəni, meşə istifadəyə yararlı  ağac materialları hasil 

etməyə davam edəcək, lakin bunu indiyə nisbətən daha kiçik 

həcmdə verə biləcək, eləcə  də torpaq mühafizə  və su tən-

zimləmə xidmətlərini təmin etməyə davam edəcəkdir). 



Təbiətə yaxın meşə zolağı. Zolağı  təşkil edən ağac 

cinsləri Cənubi Qafqaza doğmadır. Ağac cinsləri bir-birinə 

mütənasib  şəkildə qarışıq olmaqla, sahə üzrə elə bir yolla 

düzülmüşdür ki, sahədə  təbii olaraq inkişaf edə biləcək meşə 

strukturunu xatırladır. Spesifik zolaqlar üçün transformasiya 

tədbirləri haqqında qərar verərkən  proqnoz olunan gələcək 

iqlim dəyişikliyinin nə  dərəcədə  nəzərə alınması  və proqnoz 

olunan gələcək iqlim şəraitləri fonunda  sahədə  təbii olaraq 

inkişaf edə biləcək meşə  tərkibi kimi suallara diqqət 

yetirilməlidir. 




19 

 

Haşiyə  1 – Təbiətə yaxın meşəçilik  (Sloveniya Meşə 

Xidmətindən qəbul olunub, 2008) 

“Təbiətə yaxın meşəçilik” anlayışının aşağıdakı  təsviri 

Sloveniya Meşə Xidməti tərəfindən dərc olunmuş  nəşrdən 

götürülmüşdür. Sloveniya Meşə Xidməti sözügedən anlayışın 

uzunmüddətli izləyicisi və təşviqatçısıdır: 

“Təbiətə yaxın meşəçilik anlayışı meşələrin rəngarəng 

canlı aləm cinslərini və onların arasında yaranmış münasibət-

ləri bir ekosistem kimi qorumaq şərtilə meşədən maddi və 

qeyri-maddi faydalar almağa davam edərək təbiətin yaratdığı 

ən kompleks varlıq kimi təbiətin və meşələrin konservasiyasını 

təşviq edən meşə idarəçiliyi metodlarından istifadə edir. 

Təbiətə yaxın meşəçilik ayrı-ayrı sahələrə  və meşə  əkinlərinə 

uyğunlaşdırılmış meşə idarəçiliyi planlarına, həmçinin meşə 

funksiyalarına əsaslanır və təbii meşə ekosistemlərinə xas olan 

prosesləri və strukturları  nəzərə alır. Təbii proseslər mümkün 

olduğu qədər kiçik miqyasda dəyişdirilir, bu zaman meşə idarə-

çiliyinin maliyyə gəlirliliyi və davamlı inkişafı saxlanılır. Təbii 

proseslərə oxşar olaraq təbiətə yaxın meşəçilik davamlı daxili 

yoxlamalar (nəzarətlər) üçün hazır mexanizmlər ehtiva edir və 

bu mexanizmlər həm ayrı-ayrı  ağacların, həm də bütövlükdə 

meşənin inkişaf xüsusiyyətlərinə adaptasiya olunmuş tədbirləri 

dəyişdirmək üçün vaxtında cavab reaksiyası təmin edir. 

Təbiətə yaxın meşə idarəçiliyinin xüsusiyyətləri bunlardır: 

  Təbii mühitin və landşaftın ekoloji tarazlığının 

qorunması; 

  Bütün meşə funksiyalarının dayanıqlı inkişafı;  

  Meşə ekosisteminə inteqrasiya olunmuş yanaşma; 

  Təbii proseslərin və formaların imitasiyası; 




20 

 

  Sahə şəraitlərinə uyğunlaşdırılmış ağac cinsləri



  Əsaslandırılmış / Adaptiv yanaşma – davamlı 

monitorinq və öyrənmə; 

  Əsaslandırılmış uzunmüddətli iqtisadi fayda; 

  Daha geniş və daha təfərrüatlı səviyyələr üçün 

hazırlanmış planlar. 

Təbiətə yaxın meşə idarəçiliyi bu səbəbdən də dayanıqlı və 

çoxfunksiyalı meşə idarəçiliyinin məqsədlərinə təbii meşələrin 

qorunması  və  təbii fəsadları  və prosesləri təkrarlamaqla təbii 

meşələrin və meşəçilik yanaşmasının mühafizəsi vasitəsilə nail 

olunduğu meşə idarəçiliyi təcrübəsidir. 

 

Şəkil 2- Ağsu pilot layihə ərazisi 



21 

 

Şəkil 3- Yevlax pilot layihə ərazisi 



2.2

 

Planlaşdırılan fəaliyyətlər  

Planlaşdırılan fəaliyyətlər aşağıdakı kimi dörd iş paketinə 

strukturlaşdırılmışdır: 

1.  Tədqiqat və nümayiş paketi – iqlim dəyişikliyinə həssas 

olan meşə massivlərinin dayanıqlı meşə massivlərinə 

çevrilməsi üçün meşəçilik tədbirlərinin hazırlanması və 

sınaqdan keçirilməsi, eləcə  də  təlim materialları üçün 

baza və nümayiş sahələri kimi istifadə oluna biləcək 

hədəf ölkələrdə praktiki təcrübənin təmin edilməsi; 

2.  Hədəf ölkələrdə iqlim dəyişikliyinə  həssas olan meşə 

massivlərinə  tətbiq oluna biləcək meşə transformasiya 

tədbirləri üzrə informasiya və materiallar daxil olmaqla 

hədəf ölkələrdə meşə administrasiyaları üçün yayılma 

paketi. Nəzərdə tutulan materiallara meşəçilik üzrə 

təlimatlar, layihə  çərçivəsində icra olunan fəaliyyətləri 




Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə