Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   2   3   4   5   6   7   8   9   10   ...   18

22 

 

təsvir edən kütləvi hesabat (hazırki hesabat), layihədən 



öyrənilmiş  nəticələr və  dərsləri və  təlim modulları 

daxildir; 

3.  Bacarıqların qurulması paketi – bu paket meşə 

administrasiyalarının işçi heyətinə  təlim vermək və 

hədəf ölkələrdə  tədbirlər həyata keçirildikdən sonra 

meşə massivlərinin daha kütləvi 

şəkildə 

transformasiyası üçün strategiyaların hazırlanması  və 

icrası, eləcə də meşə massivlərini iqlim dəyişmələrinin 

təsirlərinə daha dayanıqlı etmək baxımından meşə 

administrasiyalarının strategiyalar hazırlamaq və icra 

etmək potensialına malik olmaları üçün dəstəkləyici 

siyasi mühit yaratmaq  məqsədilə hazırlanmışdır; 

4.  Məlumatlılığın artırılması paketi, pilot sahələrinə yaxın 

ərazilərdə  məskunlaşmış icmaları, eləcə  də  həmin 

ərazilərdə aktiv fəaliyyət göstərən QHT-ləri və icma 

əsaslı  təşkilatları iqlim dəyişmələrinin meşələrə  və 

meşələrin göstərdiyi xidmətlərə  təsirləri haqqında 

məlumatlandırmaq, həmçinin onları pilot sahələrdə 

fəaliyyətlərə cəlb etmək. 



3

 

LAYİHƏ  ÇƏRÇİVƏSİNDƏ  HƏYATA KEÇİRİLMİŞ 

FƏALİYYƏTLƏR 

3.1

 

Tədqiqat və nümayiş 

3.1.1

 

Meşə massivlərinin dayanıqlığına dair tədqiqatlar və 

transformasiya tədbirləri üzrə tövsiyələrin hazırlanması 

Layihənin strukturuna pilot sahələrdə planlaşdırılan 

transformasiya tədbirləri üçün baza təmin etmək məqsədilə  

stolüstü tədqiqat daxildir. Layihə  çərçivəsində müvafiq tədqi-




23 

 

qatları aparmaq və layihə heyəti ilə birgə hesabat hazırlamaq 



üçün müqavilə  əsasında beynəlxalq meşəçilik eksperti cəlb 

olunmuşdur. Hesabat kütləvi yayılmaya təsdiq olunmuş  və 

2012-ci ildə  dərc olunmuşdur. Dərc olunmuş hesabata giriş 

hissəsindən başqa 6 fəsil daxildir: 

  Azərbaycan, Ermənistan və Gürcüstanın meşələrinin 

ümumi icmalı, onların  əhəmiyyəti və meşələrin 

üzləşdiyi təzyiqlər və təhlükələr. 

  Regionda bugünkü günə  qədər iqlimdə baş verən 

dəyişikliklər haqqında və modelləşdirmə  tədqiqatları 

əsasında proqnoz olunan gələcək dəyişikliklər  

haqqında məlumatlar. 

  İqlimdə baş verən dəyişmələrin meşələrə ümumi 

təsirinin və  Cənubi Qafqaz meşələrinə gözlənilən 

təsirlərinin təsviri. 

  İqlim dəyişmələrinin meşələrə  təsirinin azaldılması, o 

cümlədən meşələrin iqlim dəyişmələrinə adaptasiyası 

üçün strategiyaların təsviri. 

  Dayanıqlılıq və  təbiətə yaxın prinsiplərinə  əsaslanan 

meşə idarəçiliyinin və pilot sahələr üçün transformasiya 

planlarının hazırlanması üzrə tövsiyə olunan proseslərin 

müzakirəsi. 

  Gələcək iqlim haqqında proqnozları  əhatə edən qeyri-

müəyyənliyin fonunda pilot sahələr üçün perspektivlər. 

Hesabatın tam mətni Adobe Acrobat

©

 formatında aşağı-



dakı linkdən istifadə etməklə yüklənə bilər: 

http://d2ouvy59p0dg6k.cloudfront.net/downloads/adaptation_o

f_forests_to_climate_change.pdf

  



24 

 

3.1.2



 

Regional konfrans 

Layihə  çərçivəsində  2013-cü ilin fevral ayında Tbilisidə 

regional konfrans keçirilmiş  və konfransda  iqlim dəyişik-

liyinin meşələrə təsirləri və meşə transformasiyasında qabaqcıl 

təcrübələr haqqında  regionda aparıcı meşə mühəndisləri, meşə 

ekoloqları  və digər maraqlı  tərəflər arasınd informasiya və 

təcrübə mübadiləsi aparılmışdır. Konfransda hər üç ölkənin 

meşəçilik administrasiyalarının rəhbərləri iştirak etmişdir. 

Konfransda meşə administrasiyalarından və akademik qurum-

lardan,  beynəlxalq təşkilatlardan ümumilikdə  35 ekspert, o 

cümlədən Avropa İttifaqına üzv dövlətlərdən iki mütəxəssis 

iştirak etmişdir.  

Konfrans layihənin potensial təsirlərini, problemlərini, 

risklərini  və risk yumşaltma strategiyalarını müzakirə etmək 

üçün forum təmin etmiş, eləcə də aşağıda təsvir olunduğu kimi 

bir sıra nəticə və tövsiyələr vermişdir: 

1.  İqlim dəyişikliyi meşələrə  əhəmiyyətli dərəcədə  təsir 

göstərəcəkdir və çox güman ki, iqlim dəyişikliyinin 

mənfi təsirləri istənilən müsbət təsirlərdən daha güclü 

olacaqdır. 

2.  Layihə  çərçivəsində çoxlu sayda pilot sahələrdə iqlim 

dəyişikliyinə xüsusi həssas monokultura meşə mas-

sivlərini qarışıq cinslərdən ibarət strukturu rəngarəng 

meşə zolaqlarına transformasiya etmək məqsədilə  təd-

birlər həyata keçirilmişdir. 

3.  Transformasiya tədbirləri – hasarlama və meşə salın-

ması, səpin, təbii regenerasiya və yardımçı işlər – artıq 

layihənin pilot sahələrində yaxşı təşkil olunmuşdur. 

4.  Meşə transformasiyası prosesində  əkiləcək və ya səpi-

ləcək cinslərin və mənşələrin seçilməsi xüsusilə vacib-

dir. Hansı cinslərin və mənşələrin istifadə olunacağı ba-



25 

 

rədə  qərar verərkən gələcək iqlim şəraitlərini nəzərə 



almaq zəruridir. 

5.  Ümumi qayda olaraq  doğma cinslərin təbii regenera-

siyasına üstünlük verilməlidir, çünki, təbii regenerasiya 

sahənin aidiyyəti cinslərə münasibliyinin yaxşı bir gös-

təricisidir. Bundan başqa, təbii regenerasiya meşə 

transformasiyası üçün ən xərc-səmərəli meşəçilik 

tədbiridir. 

6.  Təbii regenerasiyaya şərait yaratmaq və cavan ağaclara 

zərər dəyməsini  əngəlləmək üçün meşə zolaqlarının 

otlaq kimi istifadəsinə yol verilməməlidir. Meşə idarə-

çiləri öz yaşayışını heyvandarlıq vasitəsilə  təmin edən 

və meşə zolaqlarından otlaq kimi istifadə etməyə adət 

etmiş insanlarla işləməli, onları maarifləndirməlidir. 

7.  Meşə transformasiya tədbirlərinin təsirlərini dayanıqlı 

etmək məqsədilə şitillərə qulluq göstərilməlidir. Hazırki 

fəaliyyətlərə  bənzər layihələr icra olunmuş  tədbirlərə 

sonrakı qulluqla bağlı meşə sahiblərindən məntiqi 

zəmanətlər almalıdır. 

8.  Transformasiya tədbirlərinin həyata keçirildiyi meşə 

zolaqlarının sonrakı inkişafı başqalarının dərslər çıxar-

ması və transformasiya prosesini müvafiq şəkildə adap-

tasiya etmələri üçün davamlı monitorinq edilməlidir. 

9.  Hazırki fəaliyyət kimi kiçik miqyaslı pilot layihələrin 

hüdudlarından kənara çıxmaq məqsədilə Azərbaycan, 

Ermənistan və Gürcüstan hökumətləri iqlim dəyişmə-

lərinin meşələrə təsirini azaltmaq və meşələrin gələcək 

iqlim şəraitlərinə uyğunlaşması üçün milli strategiyalar 

işləyib hazırlamalıdır. 




Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə