Microsoft Word Broshur kitab



Yüklə 448,63 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix29.01.2018
ölçüsü448,63 Kb.
#22843
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

29 

 

Gürcüstan 



monokultura  şamağacı  (Pi-

nus nigra) massivi, sahədə

həmçinin  əsasən Gürcüstan 

palıdı  və  vələs,  şərq vələsi, 

göyrük və digər cinslərin 

qarışığından ibarət meşə 

örtüyünə rast gəlinir. 

ların birləşdirilməsi 

(eko-dəhliz) 

2. Torpaq eroziyası 

risklərinin azaldılması 

3. Məşğulluq imkanla-

rının yaradılması və me-

şənin estetik və istira-

hət dəyərini artırmaq 



Sahənin öyrənilməsi 

Seçimdən sonra layihə komandalarının transformasiya 

tədbirlərinin həyata keçiriləcəyi meşə massivlərini seçməsi və 

transformasiya planlarının hazırlanması üçün zəruri olan məlu-

matları toplaması üçün sahədə  tədqiqat işləri aparılmışdır. 

Tədqiqat işlərinin nəticəsi olaraq sahələrin xəritəsi hazırlanmış, 

həmçinin xüsusi pilot massivlərin hüdudları, sahələrin mühüm 

təbii xüsusiyyətləri müəyyən edilmiş,  əkiləcək ağac ehtiyatı 

daxil olmaqla meşə massivinin təsviri verilmişdir. Bu fəaliy-

yətlərə layihə  tərəfdaşları  rəhbərlik etmiş  və  işlər yerli meşə-

çilik idarələrinin  əməkdaşları  və sahələrə yaxın olan yerli 

icmaların iştirakı ilə layihənin ölkə əlaqələndiriciləri tərəfindən 

təşkil edilmiş  və  həyata keçirilmişdir. Ölkə  əlaqələndiriciləri 

layihənin beynəlxalq layihə  məsləhətçisinin rəhbərliyi altında 

çalışmış  və onlara məsləhətçi tərəfindən müvafiq məsləhət və 

tövsiyələr verilmiş, həmçinin layihənin regional CİS eksperti 

tərəfindən dəstək göstərilmişdir. 

Meşə 

transformasiya planlarının hazırlanması 

FTSC layihəsi nümayiş sahələri üçün transformasiya 

planlarının hazırlanması üçün Cədvəl 2-də göstərilən  təşki-

latları müqavilə çərçivəsində layihəyə cəlb etmişdir. Transfor-

masiya planlarını hazırlayacaq təşkilatlarla bağlanan müqavi-

lələr üçün texniki tapşırıq standart şablona uyğun tərtib olun-

muşdur. Şablon Əlavə 2-də təqdim olunur. 



30 

 

Cədvəl 2 – Meşə transformasiya planlarının hazırlanma-



sına cavabdeh olan təşkilatların adları 

Ölkə 

Pilot sahə

Təşkilatın adı

Ermənistan Spitak 

Noyemberyan 

“Kanach Desine” LLC 

Azərbaycan Ağsu 

Yevlax 


Ekologiya və Təbii Sərvətlər 

Nazirliyinin Meşəçiliyin İnkişafı 

Departamenti 

Gürcüstan Xaşuri 

Tsavkisi 

“Tkeinventproekti” LLC 

Hər bir planlaşdırmanın təşkili çərçivəsində transfor-

masiya planlarının hazırlanması üçün müxtəlif mütəxəs-

sislərdən (meşə planlaşdırma ekspertləri, botaniklər, meşəçi-

patoloqlar, torpaqşünaslar, CİS mütəxəssisləri)  ibarət xüsusi 

qruplar təşkil olunmuşdur. ÜTMF qrupa tələb olunan kartoq-

rafiya, havadan çəkilmiş  şəkillər, dövlət qeydiyyatı  və hüquqi 

materiallar təqdim etmişdir. 

Sahənin dəyərləndirilməsi 

Transformasiya planlarının hazırlanması istiqamətində 

birinci addım meşə tipi, torpaqlar, iqlim, qonşu icmalarla 

münasibətlər, sahəyə təzyiqlər (məsələn, otlaq kimi istifadə) və 

mühafizə ehtiyacları daxil olmaqla mühüm sahə para-

metrlərinin qiymətləndirilməsi olmuşdur. Meşə tipləri cinslərin 

tərkibinə, mənşəyinə (təbii və ya süni) və meşə örtüyünün 

sıxlığına görə fərqləndirilmişdir. Hər bir pilot sahə üçün sahə-

lərin xüsusiyyətlərinə müvafiq olaraq müxtəlif tipologiyalar 

hazırlanmışdır. Məsələn, Gürcüstandakı Xaşuri sahəsində 6 

fərqli  növ müəyyən edilmişdir: 

  Təbii mənşəli sıx yarpaqlı ağaclar; 

  Az və orta sıx yarpaqlı təbii mənşəli ağaclar; 



31 

 

  Süni mənşəli çox sıx şam ağacı meşələri; 



  Süni mənşəli az və orta sıx şam ağacı meşələri; 

  Cavan sıx palıd ağacları ilə birlikdə süni mənşəli az və 

orta sıx şam ağacı meşələri; 

  Ağacsız ərazilər; 

Digər tərəfdən Ermənistanda, Spitak rayonunda aşağıdakı 

cinslər ayrılmışdır: 

  Meşə kulturaları  

  Açıq örtüklü meşə kulturaları  

  Açıq sahələr 

Transformasiya olunan meşə massivləri üçün cinslərin 

seçimi 

Planlaşdırma komandaları sahənin torpaq və iqlim 

şəraitlərinə  ən yaxşı  şəkildə uyğunlaşmış meşə icmaları 

haqqında mövcud biliyə  və sahəyə uyğun digər parametrlərə 

əsaslanaraq hər bir nümayiş sahəsi üçün ağac cinslərinin  ən 

yaxşı qarışığı barədə müvafiq qərar vermişdir. Planlaşdırma 

komandalarına verilən təlimatlarda “təbiətə yaxın” meşə 

zolaqlarının yaradılması (belə zolaqlar doğma olmayan 

cinslərdən təşkil olunmuş meşələrlə müqayisədə  iqlim 

dəyişmələrinin təsirinə daha dayanıqlı olur) prinsipini rəhbər 

tutaraq Cənubi Qafqaza doğma cinslərin seçilməsinin zəruriliyi 

vurğulanmışdır.  

 

 



32 

 

Regionun iqlimində proqnoz olunan dəyişikliklərin 



bugünkü şərtlərinə uyğunlaşmış cinslərin münasibliyi haqqında 

narahatlıq qaldıracaq qədər böyük olduğunu nəzərə alaraq, 

planlaşdırma komandalarına iqlim proqnozlarını  nəzərə almaq 

tövsiyə olunmuşdur. Belə tövsiyələr pilot sahələr üçün proqnoz 

olunan şəraitlərə daha yaxşı adaptasiya olmuş ağac cinslərinin 

və ya yüksək temperaturlara maksimum dözümlülük göstərən 

mənşələrin seçilməsini ehtiva edir. Təcrübədə isə planlaşdırma 

komandaları iqlimdə proqnoz olunan dəyişiklikləri özlərinin 

cins seçimlərinə tətbiq etməkdə çətinlik çəkmişlər, çünki, möv-

cud proqnozlar yüksək qeyri-müəyyənlik səviyyəsi ilə  əhatə 

olunmuşdu. Bundan başqa, icra ərzində layihə komandasının 

satınalması üçün yalnız məhdud çeşiddə cins və mənşə mövcud 

olmuşdur. 



Yüklə 448,63 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə