Microsoft Word Broshyura A5 Designed doc


MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI



Yüklə 402,68 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix08.12.2017
ölçüsü402,68 Kb.
#14618
1   2   3   4   5   6   7   8   9   ...   12

MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

5



 

Biznes inzibatçılığı üzrə magistr 

− (Master of Business 

Administration, MBA) 

Hüquq üzrə magistr 

− (Legum Magister (Master of Laws), 

LL.M) 

İnzibati idarəetmə üzrə magistr 

− (Master of Public 

Administration, MPA) 

Mühəndislik magistri 

− (Master of Engineering, M.Eng.) 



İlahiyyat magistri 

− (Master of Divinity, M.Div.) 

 

2.

 

Magistr hazırlığı proqramının biznes 

inzibatçılığı (MBA – Master of Buziness 

Administration) proqramından fərqi 

Magistr hazırlığı və MBA proqramlarında nəzərdə tutulmuş 

dərslər üçün ayrılmış saatların ümumi həcmi müqayisə olunan 

səviyyədədir.  Əsas fərq ondan ibarətdir ki, MBA proqramı 

praktik xüsusiyyətlərə malikdir və öz rəhbərlik keyfiyyətlərinin 

təkmilləşdirilməsini, işgüzar idarəetmə  vərdişlərinin  əldə edil-

məsini və yeni vəzifələrə yüksəlməyi qarşısında məqsəd qoyan 

mütəxəssislər üçün nəzərdə tutulur. MBA proqramları müəyyən 

bir elm sahəsində dar çərçivədə ixtisaslaşmanı nəzərdə tutmur. 

Magistr hazırlığı proqramları isə seçilmış ixtisas sahəsində öz 

biliklərini təkmilləşdirmək və ya böyük həcmdə xüsusi biliklərə 

malik olunması  tələb edilən rəhbər vəzifələrə yüksəlmək me-

yarlarını öz qarşılarında məqsəd qoyan rəhbər işçilər və mütə-

xəssislər üçün nəzərdə tutulur. Magistr hazırlığı proqramları 

seçilmış ixtisas sahəsində daha dərin və sistematik biliklərin 

əldə edilməsini təmin edir.  

 

 

    



QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

6

 

3.

 

Qafqaz Universitetində magistr hazırlığı 

Ali təhsilin əsas peşə təhsili proqramlarından biri üzrə təh-

silini müvəffəqiyyətlə başa vurmuş  və ali təhsil haqqında dip-

lomu olan şəxslər uyğun ixtisas üzrə magistraturada təhsil al-

maq hüququna malikdirlər.  

Artıq 1998/99 tədris ilində Qafqaz Universitetində mövcud 

olan bakalavr ixtisasları üzrə tələbələr məzun olmağa başlamış-

dılar. Bu məqsədlə Qafqaz Universitetinin müraciəti  əsasında 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.01.1999 ta-

rixli 11/4-66 saylı  qərarı  və Azərbaycan Respublikası  Təhsil 

Nazirliyinin 14.05.1999 tarixli 11/347 saylı  əmri ilə “Beynəl-

xalq hüquq”, “Türk dili və  ədəbiyyatı”, “Bələdiyyə idarəet-

məsi”, “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı” (sənaye 

üzrə), “Biznesin təşkili və idarəedilməsi”, “Avtomatlaşdırılmış 

sistemlərin və hesablama texnikasının proqram təminatı” ixti-

sasları üzrə universitetdə magistr hazırlığının başlanmasına izin 

verildi. 

2002/03 tədris ilindən etibarən universitetdə yuxarıda göstə-

rilən bütün ixtisaslar üzrə magistr təhsili başladılmışdir. Son-

rakı illərdə universitetdə magistr ixtisaslarının sayı daha da 

artırılmış və demək olar ki, hal-hazırda mövcud olan əksəriyyət 

bakalavr ixtisaslarına uyğun olaraq magistr hazırlığı üçün im-

kan yaradılmışdır. 

2006/07 tədris ilindən etibarən ”MBA - Biznesin təşkili və 

idarə edilməsi”, “MBA - Maliyyə  və kredit” ixtisasları üzrə 

həm Azərbaycan, həm də ingilis dillərində tədris prosesi həyata 

keçirilir. Qeyd etmək lazımdır ki, mövcud qaydalara uyğun 

olaraq MBA proqramlarında istənilən ixtisas üzrə ali təhsili 

olan şəxslər təhsil ala bilərlər.  

Azərbarcan Respublikası  Təhsil Nazirliyində 15.04.2008 

tarixində Amerika Birləşmiş  Ştatlarının Troy Universiteti ilə 

Qafqaz Universiteti arasında MBA proqramı üzrə  təhsil alan 

tələbələrə ortaq ikili diplom (dual diploma) verilməsini nəzərdə 



MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

7



 

tutan protokol imzalanmışdır. Bu protokola əsasən MBA proq-

ramında təhsil alan və TOEFL-dən PBT 525, iBT 70 və ya 

IELTS-dən 6.0 bal toplayan tələbələr öz istəklərinə uyğun ola-

raq təhsilinin ikinci ilini Troy Universitetində tamamlaya bi-

lərlər. 


2009/10 tədris ilindən etibarən Azərbaycan Respublikası 

Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Rabitə  və 

İnformasiya Texnologiyaları Nazirliyinin razılığı ilə  İsveçin 

Chalmers Texnologiya Universiteti ilə birgə müəyyən edilmiş 

proqram əsasında “Kompyuter elmləri” ixtisası və İnfiormasiya 

Texnologiyaları Universiteti ilə birgə müəyyən edilmiş proq-

ram əsasında “MBA – İnformasiya texnologiyalarında idarəet-

mə” ixtisası üzrə ingilis dilində  tədris prosesi başladılmış  və 

hal-hazırda müvəffəqiyyətlə davam etdirilir. 

Hal-hazırda  şöbədə  aşağıdakı istiqamətlərdə magistrlik dis-

sertasiyası yazılmaqla dörd semestrlik magistr elmləri (Master 

of Science) proqramları  və  İT idarəetməsi üzrə MBA (Master 

of Business Administration) proqramı, dissertasiya yazılmadan 

üç semestrlik MBA proqramları mövcuddur: 

 

Magistr elmləri (Master of Science) proqramları: 

1.

 



Türk dili və ədəbiyyatı 

2.

 



İngilis dili və ədəbiyyatı 

3.

 



Ərəb dili və ədəbiyyatı 

4.

 



Azərbaycan ədəbiyyatı 

5.

 



Avtomatlaşdırılmış sistemlərin və hesablama 

texnikasının proqram təminatı 

6.

 

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı (sənaye üzrə) 



7.

 

Maliyyə və kredit 



8.

 

Beynəlxalq iqtisadi münasibətlər 



9.

 

Bank menecmenti 



10.

 

Biznesin təşkili və idarəedilməsi 



11.

 

Dövlət və bələdiyyə idarəetməsi 



    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

8

 

12.


 

Kompyuter elmləri 

13.

 

Diferensial tənliklər 



14.

 

Beynəlxalq münasibətlər 



15.

 

İstilik fizikası və molekulyar fizika 



16.

 

Tərcümə (İngilis dili) 



17.

 

İbtidai təhsilin pedaqogikası və metodikası 



 

MBA proqramları: 

1.

 



İT idarəetməsi 

2.

 



Biznesin təşkili və idarə edilməsi 

3.

 



Maliyyə və kredit 

Qeyd etmək lazımdır ki, magistratura səviyyəsində də təd-

risin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə 

uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərə-

findən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa 

ölkələrində  tətbiq olunan AKTS - Avropa Kredit Transfer 

Sistemi) ilə həyata keçirilir. 

Yuxarıda qeyd edilən ixtisaslar üzrə bu günə  qədər 445 

magistrant məzun olmuş və 477 magistrant isə hal-hazırda təh-

silini davam etdirir. Hal-hazırda magistr təhsili üzrə ixtisaslaş-

ma proqramlarında 14 professor, 22 dosent və 28 fəlsəfə üzrə 

elmlər doktoru fəaliyyət göstərir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 

iyun tarixli 95 nömrəli qərarı ilə ali təhsilin magistratura səviy-

yəsi üzrə ixtisasların (ixtisaslaşmaların) yeni təsnifatı  təsdiq 

edilmişdir. Bu təsnifata uyğun olaraq universitetdə 2012/13 təd-

ris ilindən etibarən aşağıdakı ixtisaslar üzrə  qəbul aparılaraq 

tədris prosesi təşkil ediləcəkdir: 

 

 

İbtidai sinifdə tədrisin metodika və metodologiyası 



 

Azərbaycan ədəbiyyatı 

 

Azərbaycan dili 

 

Ədəbiyyatşünaslıq (Tükdilli ölkələr və sahələr üzrə) 



Yüklə 402,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə