Microsoft Word Broshyura A5 Designed doc


MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI



Yüklə 402,68 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix08.12.2017
ölçüsü402,68 Kb.
#14618
1   2   3   4   5   6   7   8   9   ...   12

MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

17



 

13.

 

Magistrantın fəaliyyətinin nəticələri 

Magistrantın elmi-tədqiqat və pedaqoji fəaliyyətinin mini-

mum nəticələri aşağıdakılardır: 

 

buraxılış işinin (magistrlik dissertasiyasının) yerinə 



yetirilməsi; 

 

magistrlik dissertasiyasının məzmununu əhatə edən ən az  



1 (bir) məqalənin nəşr etdirilməsi və ya çap üçün qəbul 

etdirilməsi (uyğun sənədlərlə təsdiq olunmalıdır); 

 

elmi-texniki və (və ya) elm-metodiki konfranslarda          



məruzə ilə iştirak etmək; 

 

pedaqoji prosesdə iştirak etmək; 

 

bakalavr tələbələrinin elmi-tədqiqat işlərinə              

rəhbərlik etmək. 

 

14.



 

Magistr tələbələrinin istehsalat təcrübəsi  

Magistr tələbələrinin istehsalat təcrübəsi müvafiq təhsil 

proqramlarının tərkib hissəsidir. Təcrübənin təşkili, həcmi, 

məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparılan 

müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartları 

ilə müəyyənləşdirilir. 



a.

 

İstehsalat təcrübəsinin növləri 

Magistratura səviyyəsində istehsalat təcrübəsinin növləri 

aşağıdakılardır:  

 

elmi-pedaqoji təcrübə; 

 

elmi-tədqiqat təcrübəsi. 

b.

 

İstehsalat təcrübəsinin məqsədi 

Elmi-pedaqoji təcrübənin məqsədi – pedaqogikanın təcrübi 

əsaslarının mənimsənilməsi və vərdişlərin əldə edilməsi, elmi-

metodik materialların (işçi tədris planının, fənlərin proqramı-

nın, tədris-metodiki vəsaitlərin və tövsiyələrin) tərtib olunma 

metodikasının mənimsənilməsi, təcrübəli müəllimlərin apardığı 

    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

18

 

mühazirələrdə, laboratoriya məşğələlərində və seminarlarda iş-

tirak olunması, bakalavr tələbələri üçün sınaq dərslərinin ke-

çirilməsidir. 

Magistr hazırlığında elmi-pedaqoji təcrübənin digər bir va-

cib xüsusiyyəti ondadır ki, magistratura məzunlarının gələcək 

fəaliyyəti əksər hallarda rəhbər vəzifələrdə çalışması, yəni işçi 

personalın təlimi (tədris materiallarının hazırlanması üçün ba-

carıq və  vərdişlərin  əldə edilməsi, təlim proqramlarının plan-

laşdırılması, seminarların keçirilməsi) ilə əlaqədardır. 



Təcrübə keçirilən yerlər: ali tədris müəssisəsinin kafed-

raları, digər tədris və  tədris-metodik  şöbələri,

 

kadrların peşə 



hazırlığının artırılması  və  təkmilləşdirilməsi üzrə  mərkəzlər, 

fakültə və institutlar. 



Təcrübənin müddəti – 4 həftə; Magistrantlar təcrübə 

qurtardıqdan sonra 2 həftə ərzində hesabat təqdim edirlər. 



Elmi-tədqiqat təcrübəsinin məqsədi - tələbələrin elmi-

tədqiqat fəaliyyət üçün hazırlanmasını, peşə biliklərinin artırıl-

masını, sistemləşdirilməsini, elmi-tədqiqat işlərinin sərbəst  şə-

kildə yerinə yetirilmə  vərdişlərinin formalaşdırılmasını  və bu-

raxılış  işinin (magistrlik dissertasiyasının) yerinə yetirilməsini 

təmin etməkdir. 



Təcrübə keçirilən yerlər: peşə hazırlığı üzrə elmi-tədqi-

qat işlərinin aparılması mümkün olan müəssisələr və təşkilatlar.  



Təcrübənin müddəti – 4 həftə;  

Magistrantlar təcrübə qurtardıqdan sonra 2 həftə  ərzində 

hesabat təqdim edirlər. 

c.

 

İstehsalat təcrübəsinin əsas vəzifələri 

İstehsalat təcrübəsinin əsas vəzifələri

 

Tələbənin ali məktəbdə aldığı nəzəri bilikləri 



möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək 

fəaliyyətində istifadəsini təmin etmək; 

 

Tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı 



olaraq yeni texnologiyalarla, mütərəqqi iş üsulları ilə, 

müasir elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək; 


MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

19



 

 

Tələbələrdə işgüzarlıq, təşkilatçılıq və birgə çalışmaq 



vərdişlərini yaratmaq; 

 

Tələbələrin kompyuter texnologiyaları sahəsindəki 



biliklərini təkmilləşdirmək; 

 

Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrdə pedaqoji 



peşəyə olan marağı möhkəmləndirmək və təlim-tərbiyə 

işlərini yaradıcılıqla həyata keçirmək bacarığını inkişaf 

etdirmək. 

Elmi-pedaqoji təcrübənin vəzifələri

 

Ali təhsil müəssisəsinin idarəetmə sistemi haqqında 



təsəvvürün formalaşdırılması; 

 

Tədris işinin təşkilinin, məzmununun və 



planlaşdırılmasının əsas formaları ilə tanış olmaq; 

 

Ali təhsil sahəsində çalışan müəllim üçün peşə 



vərdişlərinin formalaşdırılması və inkişaf etdirilməsi; 

 

Ali məktəb pedaqogikası üzrə əsas biliklərin, tədris, 



metodiki və tərbiyə işlərinin sərbəst olaraq yerinə 

yetirilməsində bacarıq və vərdişlərin əldə edilməsi. 

Elmi-tədqiqat təcrübəsinin vəzifələri

 

Elmi-biblioqrafik axtarışın təşkilində istifadə olunan 



üsullar və formalarla tanış olunması (o cümlədən elektron 

kataloqlarla və Internet vasitəsi ilə axtarışlar həyata 

keçirilməsi); 

 

Aktual elmi problemlərin müəyyən edilməsi və onların 



tədqiq edilməsində təcrübə toplanması; 

 

Elmi-tədqiqat proqramlarının işlənməsi və yerinə 



yetirilməsinin təşkili; 

 

Tədqiqat nəticələrinin analiz edilməsi; 

 

Təşkilatlarda layihələrin qruplar tərəfindən yerinə 

yetirilməsinin idarəetmə mexanizmlərinin mənimsənilməsi; 

 

Magistrlik dissertasiyasının yerinə yetirilməsi üçün lazım 



olan materialların toplanması. 

    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

20

 

15.

 

Təcrübənin təşkili 

Magistr pilləsində  təhsil alanlar elmi-pedaqoji təcrübəni 

təhsil aldıqları ali məktəblərdə, elmi-tədqiqat təcrübəsini isə 

müxtəlif elmi-tədqiqat qurumlarında və ya müvafiq müəssisə-

lərdə keçirlər. 

İstehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə isteh-

salat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsa-

sında həyata keçirilir. 

Təcrübə proqramının yerinə yetirilməsi üzrə nəticələr təh-

sil müəssisəsi tərəfindən müəyyənləşdirilmiş formada qiymət-

ləndirilir. 

İstehsalat (pedaqoji) təcrübəsinin təşkili və keçirilməsi üçün 

tərəflərin aşağıdakı vəzifə və öhdəlikləri vardır: 

Ali təhsil müəssisəsi: 

 

Hər təqvim ilinə müəssisələrlə müqavilə bağlayır, 



istehsalat (pedaqoji) təcrübəsinin proqram və qrafikini 

onlarla razılaşdırır; 

 

Təcrübə bazasının profilini nəzərə almaqla, ixtisası uyğun 



gələn və kifayət qədər iş təcrübəsi olan professor-müəllim 

heyəti arasından təcrübə rəhbərini təyin edir; 

 

Təcrübə keçirilən müəssisəni, eləcə də tələbələri müvafiq 



proqramlarla təmin edir; 

 

Təcrübənin müəyyən olunmuş müddətdə keçirilməsinə və 



məzmununa nəzarət edir

 

Zəruri hallarda təcrübəyə göndərilən tələbələrin tibbi 



müayinədən keçməsini təşkil edir. 

İstehsalat müəssisələri: 

 

Tələbələrin təcrübəsini təşkil edir və keçirir;  

 

Kifayət qədər təcrübəsi olan işçilər arasından təcrübə 

rəhbərini təyin edir; 

 

Tələbələrə təcrübə proqramı əsasında təcrübə yerlərini 



müəyyən edir; 


Yüklə 402,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə