Microsoft Word Broshyura A5 Designed doc


MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI



Yüklə 402,68 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix08.12.2017
ölçüsü402,68 Kb.
#14618
1   2   3   4   5   6   7   8   9   ...   12

MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

21



 

 

Tələbələrin texniki sənədlərdən və ədəbiyyatdan



kompyuter və çoxaldıcı texnikadan istifadəsinə imkan 

yaradır; 

 

Tələbələri əmək mühafizəsi və təhlükəsizlik, müəssisənin 



daxili nizam-intizam qaydaları üzrə müvafiq təlimatlarla 

təmin edir; 

 

Təcrübə müddətində istehsalat müəssisəsinin təqsiri 



üzündən baş verə biləcək bədbəxt hadisələrə cavabdehlik 

daşıyır. 

Magistrantın elmi rəhbərinin vəzifələri:  

 

elmi-tədqiqat təcrübəsinin proqramını və təqvim 



müddətlərini kafedra müdiri ilə razılaşdırır: 

 

təcrübənin proqramının yerinə yetirilməsi üçün təşkilati 



tədbirləri həyata keçirir: 

 

təcrübə müddətində magistrantların sərbəst işləməsi üçün 



tapşırıqları müəyyənləşdirir və onların yerinə 

yetirilməsində məsləhətlər verir; 

 

magistrantın kafedrada təcrübə üzrə hesabatının 



müdafiəsini təşkil edir.  

Təhsil müəssisəsi tərəfindən təyin olunan rəhbər: 

Təcrübə rəhbəri kafedra müdiri tərəfindən təyin edilir. Təc-

rübə rəhbəri aşağıdakı təşkilati işləri yerinə yetirir: 

 

Təcrübənin keçirilməsinə dair işçi proqramı hazırlayır; 

 

Magistrantla birlikdə elmi-pedaqoji təcrübə keçmək üçün 

uyğun fənni müəyyənləşdirir; 

 

Tələbələrin əmək mühafizəsi və təhlükəsizlik texnikası 



qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır; 

 

Tələbələrə fərdi tapşırıqların, təcrübə mövzularının 



müəyyənləşdirilməsində və onların iş yerlərinə təhkim 

olunmasında iştirak edir; 

 

Tələbələrə fərdi tapşırıqların yerinə yetirilməsində 



metodiki yardım göstərir və onlara buraxılış işi üçün lazım 

olan materialların toplanmasında köməklik göstərir

    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

22

 

 

Tələbələrə təcrübə proqramının yerinə yetirilməsi barədə 



hesabat tərtib edilməsində metodiki yardım göstərir. 

Magistrantın vəzifələri: 

 

Elmi-pedaqoji təcrübənin keşirilməsi üçün seçilmiş fənn 



üzrə mütləq bir neçə mühazirədə və seminar 

məşğələlərində iştirak olunması; 

 

Mühazirələrin və seminar məşğələlərinin keçirilməsi üçün 



tədris və metodik materialların hazırlanması və təcrübə 

rəhbəri ilə müzakirə olunması; 

 

Tanışlıq həftəsi olan I həftə ərzində universitetin strukturu 



ilə və elmi-pedaqoji təcrübə keçirilən bölmədəki tədris və 

pedaqoji fəaliyyətlə tanış olunması, fəaliyyət planının 

müəyyənləşdirilməsi və hazırlıq işlərinin aparılması;  

 

Sonrakı üç həftə ərzində mühazirələrin, seminar və ya 



laboratoriya məşğələlərinin aparılması; 

 

Keçirilmiş dərslərin həm məzmun, həm də metodik 



nöqteyi-nəzərdən digər magistrantlarla müzakirə 

olunması; 

 

Seçilmiş fənn üzrə ən az 6 saat mühazirədə iştirak 



olunması, müəllimin keçirdiyi dərs haqqında və tələbələrin 

aktivliyi haqqında öz düşüncələrini yazması; 

 

Eyni ixtisasdan təcrübə keçən digər magistrantların 



dərslərində iştirak olunması və öz mülahizələrinin 

təcrübənin hesabatında göstərilməsi

 

Elmi-tədqiqat təcrübəsi zamanı fərdi iş planına uyğun 



olaraq elmi rəhbər tərəfindən müəyyən edilmiş 

tapşırıqların yerinə yetirilməsi; 

 

Elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsi üzrə hesabatın 



hazırlanması və onun gündəliklə birlikdə təcrübə 

qurtardıqdan sonra 2 həftə ərzində təcrübə rəhbərinə 

təqdim olunması. 

 



MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

23



 

Zəruri hallarda istehsalat təcrübəsi təhsil müəssisəsi yerlə-

şən şəhərdən (rayondan) kənarda keçirilə bilər. 

Təcrübə keçməsi barədə tələbənin hesabat forması və təc-

rübənin yekunlarına dair attestasiya forması təhsil müəssisələri 

tərəfindən müəyyənləşdirilir. 

Təcrübələrin yekunlarına görə alınan qeyri-müvəffəq qiy-

mət akademik borc hesab edilir. Təcrübədə müxtəlif səbəblər-

dən iştirak etməyən və qeyri-müvəffəq qiymət alan tələbələr 

təkrar təcrübə keçməlidirlər.  

 

 

16.



 

Təcrübələrin hesabatına olan tələblər 

Təcrübə haqqında hesabat – magistrantın təcrübə zamanı 

fəaliyyətini xarakterizə edən əsas sənəddir. Hesabat elmi işlərin 

yerinə yetirilməsində  tələb olunan qaydalar gözlənilməklə 1.5 

intervalla 14 ölçüdə şriftlə yazılmalıdır. 

Elmi-pedaqoji təcrübə haqqında hesabata keçirilmiş dərslə-

rin metodik təminatı (dərsin qısa məzmunu, yoxlama sualları, 

məsələlər, testlər və ədəbiyyat siyahısı) daxil edilməlidir. 

Elmi-tədqiqat təcrübəsi haqqında hesabatda magistr disser-

tasiyasının mövzusu ilə  əlaqədar və ya yerinə yetirilmiş digər 

elmi-tədqiqat işinin məqsədi izah edilir, toplanmış materialların 

analizi verilir, nəticələr və təkliflər şərh edilir. 

 

16.1 İstehsalat təcrübəsinin hesabatı 

İstehsalat təcrübəsinin hesabatı  aşağıdakı struktura uyğun 

olaraq tərtib edilməlidir: 

 

Elmi-pedaqoji təcrübənin hesabatı (titul vərəqi, giriş, əsas 



hissə, təcrübədə əldə olunan nəticə, ədəbiyyat siyahısı). 

Həcmi ən az 5 səhifə olmalıdır (istifadə olunan ədəbiyyat 

siyahısı və əlavələr istisna olmaqla). 

    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

24

 

 

Elmi-tədqiqat təcrübəsinin hesabatı (titul vərəqi, giriş, 



əsas hissə, təcrübədə əldə olunan nəticə, ədəbiyyat 

siyahısı). Həcmi ən az 5 səhifə olmalıdır (istifadə olunan 

ədəbiyyat siyahısı və əlavələr istisna olmaqla). 

Titul vərəqi istehsalat təcrübəsi üzrə tərtib olunan hesaba-

tın birinci səhifəsidir və  Əlavə  3-də göstərilən  şəkildə  tərtib 

edilməlidir. Elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri müxtəlif 

vaxtlarda keçirildiyindən hər bir təcrübə üçün ayrı hesabat 

yazılmalıdır.  

Elmi-pedaqoji təcrübə üzrə hesabatın əsas hissəsində

 

Magistrantın elmi-pedaqoji təcrübəsi üçün müəyyən edilmiş 

(yerinə yetirilməsi lazım olan) tapşırıqlar göstərilir; 

 

Elmi-pedaqoji təcrübə ərəfəsində magistrantın müəyyən 



edilmiş dərsi tədris etməsi üçün tanış olduğu metodika 

təsvir edilir; 

 

Magistrantın dinləyici olaraq iştirak etdiyi mühazirələr və 



seminar məşğələləri haqqında rəyi (dərsin tədrisində 

istifadə olunan metodikanın təsviri) izah edilir;   

 

Görülən işlərin qısa təsviri verilir və onların yerinə 



yetirilmə tarixləri göstərilir; 

 

Elmi-pedaqoji təcrübənin yerinə yetirilməsində qarşıya 



çıxan çətinliklər haqqında məlumat verilir. 

Elmi-tədqiqat təcrübəsi üzrə hesabatın əsas hissəsində

 

Elmi-tədqiqat təcrübəsi üçün müəyyən edilmiş (yerinə 

yetirilməsi lazım olan) tapşırıqlar göstərilir; 

 

Elmi-tədqiqat işinin məqsədi aydınlaşdırılır; 

 

Mövzunun elmi və təcrübi əhəmiyyətinin dəyərləndirilməsi 

göstərilir; 

 

Əldə olunan materialların analizi verilir; 

 

Magistr dissertasiyasında qoyulan məsələnin həlli üçün 

seçilmiş tədqiqat üsulu əsaslandırılır; 

 

Nəticələrin iqtisadi analizi verilir; 




Yüklə 402,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə