Microsoft Word Broshyura A5 Designed doc


MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI



Yüklə 402,68 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix08.12.2017
ölçüsü402,68 Kb.
#14618
1   2   3   4   5   6   7   8   9   ...   12

MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

25



 

 

Müasir elmi və təcrübi nailiyyətlərdə tədqiq olunan 



məsələnin yeri, gələcək tədqiqatların istiqamətləri 

müəyyənləşdirilir; 

 

Nəticə və təkliflər göstərilir. 



Təcrübədə  əldə olunan nəticə olaraq elmi-pedaqoji və ya 

elmi-tədqiqat təcrübəsində qarşıya qoyulan məsələlərin yerinə 

yetirilməsi dəyərləndirilir, təcrübə zamanı ortaya çıxan prob-

lemlərin aradan qaldırılması yolları və s. göstərilir.  



Ədəbiyyat siyahısına yalnız hesabatın tərtib olunmasında 

istifadə olunan kitablar, məqalələr, İnternet mənbələri və s. Da-

xil edilir. 

Hesabatın müdafiəsi: 

Hesabat yoxlama üçün təcrübə rəhbərinə təqdim edilir. Təc-

rübə  rəhbəri tərəfindən magistrantın təcrübə proqramının necə 

yerinə yetirilməsi araşdırılır. Hesabatın nəticələri kafedra icla-

sında magistrantın iştirakı ilə müzakirə edilir və yekun qiymət 

verilir. 



16.2 Gündəliyin yazılması 

İstehsalat təcrübəsi zamanı magistrant gündəlik (Bax: 



Əlavə 2) tərtib edir və təcrübə qurtardıqdan sonra onu hesabatla 

birlikdə təcrübə rəhbərinə təqdim edir. Gündəlik (FR-197 Ma-

gistr tələbələrinin elmi-pedaqoji və elmi-tədqiqat staj gündəliyi) 

təcrübə  rəhbəri tərəfindən və ya Magistratura və doktorantura 

şöbəsində  təmin edilir. Gündəliyin yazılmasında aşağıda qeyd 

olunanlar dəqqətə alınmalıdır. 



Təcrübə vərəqəsi (Bax: Əlavə 2, səh. 30) 

Magistrantın soyadı və adı, təhsil aldığı kafedranın adı və 

ixtisas göstərilir. Təcrübə qurtardıqdan sonra uyğun imzalar 

toplanır. 



Elmi-pedaqoji təcrübə (Bax: Əlavə 2, səh. 31) 

Təcrübənin başlama və başa çatma müddətləri, təcrübə ke-

çirilən təşkilatın adı  və ünvanı göstərilir. Elmi-pedaqoji təcrü-

    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

26

 

bənin gedişi haqqında məlumat Gündəlikdəki cədvələ yazılır 

(ayrıca kitabça şəklində olan Gündəlikdə səh. 4-5).  

 

No 



Tarix Görülən işlərin qısa məzmunu 

İmza 




I hopəftə 

(bu həftədə 

təcrübənin başlanma 

və bitmə tarixləri 

göstərilir) 

Ali təhsil müəssisəsinin 

idarəetmə sistemi, strukturu və 

bölmələrin və əsas xidmət 

sahələrinin vəzifələri ilə 

tanışlıq əks etdirilir 

 



II həftə 



(bu həftədə 

təcrübənin başlanma 

və bitmə tarixləri 

göstərilir) 

Kafedrada tədris prosesinin 

təşkili ilə, tədris, tədris -

metodiki və təlim-tərbiyə 

işlərinin planlaşdırma for-

maları və uçotu ilə tanışlıq əks 

etdirilir (kafedrada müəllimin 

fərdi iş planının tərtib 

olunması, təqvim-tematik 

planların yazılması və b. əks 

etdirilir) 

 



III həftə 



(bu həftədə 

təcrübənin başlanma 

və bitmə tarixləri 

göstərilir) 

Tədris mövzusu üzrə mü-

hazirənin, seminar və la-

boratoriya məşğələlərinin 

keçirilməsi üçün material-ların 

hazırlanması əks etdirilir. 

Seçilmiş mövzu üzrə dərsin 

plan-konspekti və qısa 

məzmunu göstərilir (Bax: 

Əlavə 4). 

 



IV həftə 

(bu həftədə 

təcrübənin başlanma 

və bitmə tarixləri 

göstərilir) 

Tədris mövzusu üzrə mü-

hazirənin, seminar və la-

boratoriya məşğələlərinin 

keçirilməsi əks etdirilir. 

Elmi rəhbərin və ya dərsin 

müəliminin keçirilmiş dərs 

haqqında rəyi verilir. 

 



MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

27



 

Gündəliyin 6-cı səhifəsində təcrübə keçirilən təşkilat haq-

qında magistrantın fikirləri, təcrübə prosesində qarşıya qoyulan 

məqsədlərə nail olunması əks etdirilir. 

Gündəliyin 7-ci səhifəsində  təşkilatdan olan rəhbərin ma-

gistrant haqqında verdiyi xasiyyətnamə qeyd edilməlidir. 

Yazılan xasiyyətnamədə magistrantın peşə, yaradıcılıq və 

idarəetmə xüsusiyyətləri xarakterizə edilir, təşəbbüskarlığı  və 

intizamlılığı ifadə edilir. Magistrantın hazırlığında nəzərə çar-

pan nöqsanlar göstırilir və magistrantın proqramı yerinə yetir-

məsinə qiymət (100 ballı sistemə görə) verilir. 

Elmi-tədqiqat təcrübəsi (Bax: Əlavə 2, səh. 33) 

Təcrübənin başlanma və başa çatma müddətləri, təcrübə 

keçirilən təşkilatın adı və ünvanı göstərilir. Elmi-tədqiqat təcrü-

bəsinin gedişi haqqında məlumat Gündəlikdəki cədvələ yazılır 

(ayrıca kitabça şəklində olan Gündəlikdə səh. 8-9).  

 

No Tarix 



Görülən işlərin qısa məzmunu 

İmza 




I həftə 

(bu həftədə 

təcrübənin 

başlanma və bitmə 

tarixləri göstərilir) 

Magistrlik  dissertasiyasının 

mövzusu ilə əlaqədar olaraq 

ədəbiyyatların seçilməsi və 

materialların analiz edilməsi 

haqqında yazılır. 

 



II həftə 



(bu həftədə 

təcrübənin 

başlanma və bitmə 

tarixləri göstərilir) 

Magistrlik dissertasiyası üçün 

materialların toplanması və 

işlənməsi, mövzunun elmi və 

təcrübi əhəmiyyətinin 

dəyərləndirilməsi haqqında 

yazılır. 

 



III həftə 



(bu həftədə 

təcrübənin 

başlanma və bitmə 

tarixləri göstərilir) 

Magistrlik dissertasiyasında 

qoyulan məsələnin həlli üçün 

tədqiqat üsulunun 

əsaslandırılması və əldə olunan 

nəticələrin iqtisadi analizi 

göstərilir. 

 

    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

28

 



IV həftə 

(bu həftədə 

təcrübənin 

başlanma və bitmə 

tarixləri göstərilir) 

Magistrlik dissertasiyasında 

qoyulan məsələnin həlli üçün 

tədqiqat üsulunun 

əsaslandırılması və nəticələrin 

iqtisadi analizi göstərilir. Müasir 

elmi və təcrübi nailiyyətlərdə 

tədqiq olunan məsələnin yeri 

müəyyənləşdirilir. 

 

Gündəliyin 10-cu səhifəsində təcrübə keçirilən təşkilat haq-



qında maqistrantın fikirləri, təcrübə prosesində qarşıya qoyulan 

məqsədlərə nail olunması əks etdirilir. 

Gündəliyin 11-ci səhifəsində hesabata təşkilatdan olan rəh-

bərin rəyi və verdiyi qiymət qeyd edilməlidir. 

 

17.

 

Magistrlik dissertasiyasının təqdimat 

mərhələləri 

Magistrant dissertasiya işinin hazırlanması barədə vaxtaşırı 

kafedraya məlumat verir və dissertasiya işini tələb olunan məz-

munda və formada yerinə yetirdikdən sonra elmi rəhbərinə təq-

dim edir. 

Elmi rəhbər işi yoxladıqdan sonra özünün yazılı  rəyi ilə 

birlikdə müzakirə üçün kafedraya təqdim edir. Rəydə disserta-

siya işinin bütün bölmələri üzrə görülmüş iş səciyyələndirilir və 

alınan nəticələrin yeniliyi və doğruluğu, nəzəri və praktiki əhə-

miyyəti və  həmçinin magistrantın fərdi xüsusiyyətləri qiymət-

ləndirilir. 

Dissertasiya işi kafedrada müzakirə olunduqdan sonra onun 

magistrlik dissertasiyası üçün irəli sürülən tələblərə cavab ver-

məsi və magistrantın müdafiəyə hazırlığı barədə müvafiq qərar 

qəbul edilir. 

Ali təhsilin magistratura səviyyəsində  təhsilin yekun mər-

hələsi magistrlik dissertasiyasının müdafiəsidir. Dissertasiyanın 



Yüklə 402,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə