Microsoft Word Broshyura A5 Designed doc


MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI



Yüklə 402,68 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix08.12.2017
ölçüsü402,68 Kb.
#14618
1   ...   4   5   6   7   8   9   10   11   12

MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

33



 

22.

 

Şifahi müdafiə 

Magistrlik dissertasiyasının müdafiəsi üçün Müdafiə Şura-

sına aşağıdakı sənədlər təqdim olunmalıdır: 

 

dissertasiya işi; 

 

elmi rəhbərin rəyi; 

 

ekspertlərin rəyi; 

 

magistrantın tərcümeyi-halı (CV); 

 

magistrantın fərdi tədris planı; 

 

magistrantın transkripti; 

 

magistrantın müdafıəyə hazırlığı barədə kafedra iclasının 



protokolu; 

Müdafiə  Şurası üzvlərinin  əksəriyyət səsçoxluğu iclasda 

iştirak etdikdə müdafiə təşkil olunur. Müdafiə Şurası üzvlərinin 

iclasda iştirakı onların hər birinin elmi dərəcəsi göstərilməklə 

iclasın protokolunda əks olunmalı və imzası ilə təsdiq edilmə-

ldir. 


İclasın açılışından sonra sədr müdafiəyə  təqdim olunmuş 

dissertasiya işi və magistrant haqqında məlumat verir, Müdafiə 

Şurasının katibi isə  təqdim olunmuş  sənədlər haqqında məlu-

mat verir. 

Magistrant dissertasiya işinin mahiyyəti və aldığı nəticələr 

haqqında 20-25 dəqiqə ərzində məruzə edir və verilən suallara 

cavab verir. Magistrantın cavablarından sonra söz elmi rəhbərə 

və ekspertlərə verilir, dissertasiya işi üzrə digər rəylər oxunur 

(əgər varsa) və magistrant onlardakı iradlara cavab verir. 

Müdafiədən sonra Müdafiə Şurasının qərarı (şifahi müda-

fiənin qiymətləndirilməsi və namizədə magistr dərəcəsinin veri-

lib-verilməməsi) və  həmçinin rəy və tövsiyələri protokollaş-

dırılıb Magistratura və doktorantura şöbəsinə təqdim edilir. 

Müdafiənin yekunu olaraq Müdafiə Şurasının üzvləri aşa-

ğıdakıları tövsiyə edə bilərlər: 

    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

34

 

 

namizədə magistr dərəcəsi verilsin; 

 

dissertasiya işinə ciddi hesab olunmayan düzəlişlər 

etməklə namizədə magistr dərəcəsi verilsin; 

 

namizədə magistr dərəcəsi almaq üçün dissertasiya işini 



işləyib yenidən təqdim etməyə və təkrar müdafiəyə icazə 

verilsin; 

 

namizədə magistr dərəcəsi verilməsin və təkrar müdafiəyə 



də icazə verilməsin. 

Təkrar müdafiə olmadıqda, magistranta müvafiq proqramı 

dinlədiyi haqda arayış verilir. 

 

23.



 

Təkrar müdafiə 

Əgər dissertasiya barədə ixtisaslaşdırılmış şura mənfi qərar 

qəbul edərsə, onun yenidən müdafiəsinə  işdəki çatışmazlıqlar 

aradan qaldırılmaqla, mənfi qərar qəbul edilən gündən  ən azı 

bir ay müddət keçdikdən sonra icazə verilir. Əgər dissertasiya 

barədə yenidən mənfi qərar çıxarılarsa, onun yeni mövzuda 

təkrar (2 dəfədən çox olmamaqla) müdafiəsinə növbəti tədris 

ilinin məzunlarının dissertasiya müdafiəsi üçün muəyyən olun-

muş müddətdə icazə verilir. 

Əgər ekspertlər dissertasiya işində düzəlişlər etməklə nami-

zədə dərəcə verilməsini tövsiyə edirlərsə, hansı dəyişikliklər və 

düzəlişlər tələb olunduğu yazılı şəkildə namizədə bildirilməlidir. 

 

 

 



 

 

 



 

 



MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

35



 

24.

 

Ədəbiyyat 

1.

 



Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, Bakı, 2009. 

2.

 



Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə 

təcrübəsinin keçirilməsi haqqında Əsasnamə, Azərbaycan Respub-

likası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 

nömrəli qərarı. 

3.

 

“Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcə-



lərinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbay-

can Respublikası Nazirlər Kabinetinin 88 №-li qərarı, Bakı şəhəri, 

12 may 2010-cu il. 

4.

 



Ç-QU-KL-001-TR 

− Lisans bitirme çalışması ve yüksek lisans tez 

hazırlama kilavuzu, 20.02.2004, Qafqaz Universiteti. 

5.

 



H.A.  İsrafilov, E.M. Hacızadə, Magistrantın elmi-tədqiqat təcrü-

bəsinin təşkili üzrə metodik göstəriş, Azərbaycan Dövlət  İqtisad 

Universiteti, Bakı, 2006. elshanhajizadeh.com/upload/File/article-

183.doc, 25.04.2012. 

6.

 

H.A.  İsrafilov, E.M. Hacızadə, Elmi-pedaqoji təcrübə (metodik 



göstəriş), Azərbaycan Dövlət  İqtisad Universiteti, Bakı, 2007, 

elshanhajizadeh.com/upload/File/EPT%20MG.doc, 25.04.2012. 

7.

 

H.A.  İsrafilov, E.M. Hacızadə, Magistr dissertasiyasının yerinə 



yetirilməsi üzrə metodik göstəriş, Bakı, 2007, 

elshanhajizadeh.com/upload/File/MD.pdf, 25.04.2012. 

8.

 

R.L.Hüseynzadə, Magistr dissertasiyası (metodik vəsait), Azərbay-



can Müəllimlər  İnstitutu, Bakı, 2009, www.anl.az/el/h/hr_md.pdf, 

25.04.2012. 

9.

 

H.A.  İsrafilov, E.M. Hacızadə, Magistr dissertasiyasının yerinə 



yetirilməsi, elmi-tədqiqat və elmi-pedoqoji təcrübələrin təşkilinə 

dair metodik göstərişlər toplusu, Azərbaycan Dövlət  İqtisad 

Universiteti, Bakı, 2007, www.anl.az/el/m/mdt.pdf, 25.04.2012. 

 

    



QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

36

 

Əlavə 1. 

 Magistrantın fərdi iş planı 

 

“Təsdiq edirəm” 



                       Magistratura və doktorantura şöbəsinin müdiri:  

 

_____________________________________ 



 

“___  ”  __________   20___-ci il   

 

 

MAGİSTRANTIN FƏRDİ İŞ PLANI 



 

______________________________________________ 

(Tələbənin adı, atasının adı, soyadı)

 

Şöbə:    



Magistratura və doktorantura  

Bölmə:  


________________________________________ 

Elmi rəhbər:   ________________________________________ 

Magistraturada təhsìl aldığı dövr: 

__________________________ 

Peşə istiqamətinin adı:___________________________________ 

_____________________________________________________ 

İxtisas təhsili proqramının (ixtisaslaşmanın) adı: 

_____________________________________________________ 

Magistr dissertasiyasının mövzusu _________________________ 

_____________________________________________________ 

_____________________________________________________ 

bölməsinin iclasında təsdiq edilmişdir.

   

 

Protokol № ___  «_____»______________ 20 __ .  



 

Tələbənìn dissertasiyasını təqdim etmə müddəti:

 _____________ 

 

______________________________________________



 

     


 

 

Tələbənin adı, soyadı, imzası, tarix  



                                           

______________________________________________

 

Elmi rəhbərin adı, soyadı, imzası 



______________________________________________ 

Bölmə rəhbəri

nin adı, 

soyadı, 


imzası 


Yüklə 402,68 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə