Microsoft Word Budget system doc



Yüklə 419,97 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix19.10.2018
ölçüsü419,97 Kb.
#74593
1   2   3   4   5   6   7   8   9   10

şəxslərdən,  bələdiyyələrdən  və  büdcədənkənar  dövlət  fondlarından  tələb  oluna 

bilər. 


 

 

11.14. Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin 

may  ayının  1-dək  aşağıdakı  sənədləri  və  məlumatları  müvafiq  icra  hakimiyyəti 

orqanına təqdim edirlər: 



11.14.1. cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə 

arayış; 


11.14.2. növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və 

xərcləri,  dövlət  büdcəsindən  ayrılacaq  dotasiyanın  və  digər 

maliyyə yardımlarının həcminin əsaslandırılması; 

11.14.3. ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi; 

11.14.4.müvafiq  icra  hakimiyyəti  orqanının  sorğusuna  görə  digər 

materiallar. 

 

11.15.  Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinin  və  icmal  büdcənin  layihəsi  və 

sonrakı  üç  il  üçün  icmal  büdcənin  göstəriciləri  cari  ilin  sentyabr  ayının  15-dək 

müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 

 

 



11.16. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi sonrakı 

üç  il  üçün  icmal  büdcənin  göstəriciləri  və  bu  Qanunla  müəyyən  edilən  digər 

sənədlərlə  birlikdə  sentyabr  ayının  25-dək  müvafiq  icra  hakimiyyəti  orqanına 

təqdim edilir. 



 

 

11.17. Növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı 

üç  il  üçün  icmal  büdcənin  tərtibi  prosesində  iştirak  edən  təşkilatlar  tərəfindən 

qanunvericiliklə  müəyyən  edilən  sənədlərin  vaxtında  müvafiq icra  hakimiyyəti 

orqanına təqdim edilməməsi büdcənin tərtibi prosesinin pozulmasına səbəb olarsa, 

həmin  təşkilatların  vəzifəli  şəxsləri  qanunvericilikdə nəzərdə  tutulmuş  qaydada 

məsuliyyət daşıyırlar. 

 

 



Maddə 12. Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan 

sənədlər 

 

12.1.  Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  ilə  bağlı  aşağıdakı  sənədlər  müvafiq 

icra  hakimiyyəti  orqanı  tərəfindən  Azərbaycan  Respublikasının  Milli  Məclisinə 

təqdim edilir: 

12.1.1.  növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  haqqında  qanun  layihəsi  və 

qanun layihəsinə dair izahat; 



12.1.2.  Azərbaycan  Respublikasının  növbəti  büdcə  ili  və  gələn  üç  il  üzrə 

iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri; 



12.1.3.  büdcə-vergi siyasətinin əsas istiqamətləri; 

12.1.4.  dövlət  büdcəsinin  vəsaiti  hesabına  maliyyələşdirilməsi  nəzərdə 

tutulan məqsədli proqramlar; 




12.1.5.büdcə  gəlirləri  təsnifatının,  funksional,  iqtisadi  və  inzibati 

təsnifatların  paraqrafları  səviyyəsində  gəlirlərin  və  xərclərin 

layihəsi; 

12.1.6.  dövlət  borcları  və  dövlət  zəmanəti  ilə  digər  öhdəliklərə  dair 

məlumat; 



12.1.7.  növbəti  il  üzrə  icmal  büdcənin  funksional  və  iqtisadi  təsnifata 

uyğun olaraq paraqraflar səviyyəsində layihəsi; 



12.1.8. növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı 

üç  il  üzrə  icmal  büdcənin  layihələrinə  uyğun  olaraq  mühüm 

investisiya  layihələrini  özündə  əks  etdirən  dövlət  investisiya 

proqramının layihəsi; 



12.1.9. Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı; 

12.1.10.qanunvericiliyə  uyğun  olaraq  Azərbaycan  Respublikasının  Milli 

Məclisi  tərəfindən  təsdiq  olunması  nəzərdə  tutulduğu  hallarda 

növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri 

haqqında qanun layihələri; 



12.1.11. növbəti  büdcə  ili  üzrə  gəlirlərin  və  xərclərin  ötən  ilin  faktiki 

və cari  ilin  gözlənilən  nəticələri  ilə  (gəlirlərin  təsnifatı  üzrə, 

xərclərin funksional,  iqtisadi  və  təşkilati  təsnifatının  paraqrafları 

səviyyəsində) müqayisəsi;

 

 

12.1.12. cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat; 



12.1.13. büdcədənkənar əməliyyatlara dair icmal hesabat; 

12.1.14. dövlət  büdcəsi  kəsirinin  keçən büdcə  ilində faktiki  və  cari  büdcə 

ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat; 



12.1.15. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər 

sənədlər. 

 

Maddə  13. Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinə  dair  sənədlərin 

Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi 

 

Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  haqqında  qanun  layihəsi  ona  əlavə  edilmiş 

digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan 

Respublikasının  Konstitusiyasının  109-cu  maddəsinin  2-ci  bəndinə  uyğun  olaraq 

Azərbaycan  Respublikasının  Milli  Məclisinin  müzakirəsinə  və  təsdiqinə  təqdim 

edilir. 


 

Maddə 14. Dövlət büdcəsi haqqında qanun layihəsinin dərc edilməsi 

 

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi bu Qanunun 12.1.1. 

-12.1.10.-cu 

maddələrində 

göstərilən 

sənədlərlə 

birlikdə 

Azərbaycan 

Respublikasının  Milli  Məclisinə  daxil  olduğu  tarixdən  10  gün  ərzində  mətbuatda 

dərc edilir.

 

 

 




Yüklə 419,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə