Microsoft Word Budget system doc



Yüklə 419,97 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix19.10.2018
ölçüsü419,97 Kb.
#74593
1   2   3   4   5   6   7   8   9   10

olmaqla, büdcə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Belə öhdəliklər üzrə 

ödəmələr növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.

 

 

19.5.  İlin  sonuna  bütün  xəzinə  hesablarının  qalıqları  dövlət  büdcəsinin  vahid 



xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür. Bu 

vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin 

aidiyyəti  büdcə  xərclərinin  ödənilməsinə  və  dövlət  büdcəsinin  kəsirinin 

maliyyələşdirilməsinə  yönəldilir,  habelə  bu  qanunun  19.2-ci  maddəsinin  ikinci 

abzasında  nəzərdə  tutulmuş  qaydada  idarə  edilir,  yerdə  qalan  hissəsi  isə 

Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.

 

 

19.6. Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası 



prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və 

yarımmaddələrində  nəzərdə  tutulmuş  birdəfəlik  təyinatlı  vəsaitlər  üzrə  yaranmış 

qənaət  dövlət  büdcəsinin  ehtiyat  fonduna  yönəldilərək,  digər  tədbirlərin 

maliyyələşdirilməsinə sərf edilə bilər.

 

 

19.7.  Dövlət  xəzinədarlığının  öhdəsində  olan  nağd  pul  vəsaiti  onun  vahid 



hesabında  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  müvəkkil 

banklarda saxlanılır. 

 

19.8. Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin silinməsinə 

sərəncam  verilməsinin  müstəsna  səlahiyyəti  dövlət  xəzinədarlığına  məxsusdur. 

Dövlət  xəzinədarlığının  razılığı  olmadan  bu  hesabdan  hər  hansı  formada  vəsaitin 

köçürülməsi və ya götürülməsi qadağandır. 



 

19.9. Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri qanunla bu 

gəlirlərin  vergilərə  cəlb  edilməsi  müəyyən  edildiyi  halda,  həmin  vergiləri 

ödədikdən  sonra  tam  həcmdə  və  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar  istisna 

olmaqla, 2 bank günü ərzində vahid xəzinə hesabına köçürməlidirlər.

 

 

19.10. Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi və icmal hesabat müvafiq 



icra hakimiyyəti orqanı tərəfindən hazırlanır. 

 

19.11. Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması 

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 

 

19.12.  Dövlət  büdcəsindən  və  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsindən 

maliyyələşən təşkilatlar dövlət xəzinədarlığının yazılı icazəsi olmadan bank hesabı 

aça və ya belə hesabdan istifadə edə bilməzlər. Qanunvericiliklə müəyyən edilmiş 

hallarda və qaydada dövlət xəzinədarlığı əvvəllər verdiyi icazəni geri çağıra bilər. 

 

 

 



 

 


Maddə 20. Dövlət büdcəsinin icrası barədə hesabat 

 

20.1.  Dövlət  büdcəsinin  icrası  barədə  aylıq  hesabat  hesabat  ayından  sonrakı  ayın 

25-dək  tərtib  olunur  və  müvafiq  icra  hakimiyyəti  orqanlarına  təqdim  edilir. 

Hesabatda  dövlət  büdcəsinin  icrası  funksional  və  iqtisadi  təsnifat  əsasında  ilin 

əvvəlindən artan yekunla əks etdirilir. 

 

20.2. Dövlət  büdcəsinin icrası  barədə  rüblük  hesabat  növbəti rübün birinci  ayının 

sonunadək  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  və  müvafiq  icra 

hakimiyyəti  orqanlarına  təqdim  olunur.  Hesabat  mətbuatda  dərc  edilir.  Rüblük 

hesabatda başqa göstəricilərlə yanaşı, gəlir və xərclərin icrasının müqayisəli təhlili 

verilir.  Xərclərin  maliyyələşdirilməsində  faktiki  göstəricilərlə  təsdiq  olunmuş 

rəqəmlər  arasında  fərq  yarandıqda,  hesabatda  bu  fərqlə  bağlı  izahat  və  dövlət 

əhəmiyyətli layihələrə dair məlumatlar da əks olunur. 

 

20.3.  Dövlət  büdcəsinin  icrası  barədə  illik  hesabat  və  müvafiq  qanun  layihəsi 

təsdiq  olunmaq üçün  növbəti  ilin  may  ayının  15-dən  gec olmayaraq  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim 

olunur. Hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində 

götürülən  dövlət  borcları,  o  cümlədən  buraxılmış  dövlət  qiymətli  kağızları  və 

verilən  dövlət  zəmanətləri  və  dövlət  büdcəsinin  Ehtiyat  Fondunun,  Azərbaycan 

Respublikası  Prezidentinin  Ehtiyat  Fondunun  vəsaitlərindən  il  ərzində  istifadə 

haqqında məlumatları da əks etdirir. 

 

 



20.4. Dövlət büdcəsinin gəlirlərinin icrasını icrası barədə hesabat dövlət büdcəsinin 

gəlirlərini  təmin  edən  orqanlar  və  dövlət  xəzinədarlığı  tərəfindən  müvafiq  icra 

hakimiyyəti orqanının müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən 

artan yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında hazırlanır.

 

 

20.5.  Azərbaycan  Respublikası  Hesablama  Palatası  öz  nizamnaməsinə  uyğun 



olaraq  dövlət  büdcəsinin  icrası  barədə  hesabatlara  və  müvafiq  qanun  layihələrinə 

dair rəy verir. 

 

20.6.  Azərbaycan  Respublikasının  Milli  Məclisi  təqdim  olunmuş  sənədləri 

müzakirə  edir  və müvafiq  hesabat  ili üzrə dövlət  büdcəsinin icrası  barədə qanunu 

(aşağıdakı əsas göstəricilər daxil olmaqla) təsdiq edir:

 

20.6.1.  müvafiq olaraq gəlir və xərclərin icrası üzrə ümumi məbləğ; 



20.6.2.  gəlirlərin mədaxil mənbələri üzrə icrasının məbləği; 

20.6.3.manatın  xarici  valyutalara  nisbətdə  məzənnəsinin  dəyişməsi  

nəticəsində yaranan qazanc və ya itki; 



20.6.4.funksional təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin 

icrasının məbləği; 



20.6.5.  dövlət  büdcəsinin  kəsirinin  (defisitin)  və  ya  büdcə  artıqlığının 

(profisitin) yuxarı həddinin məbləği; 




Yüklə 419,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə