Microsoft Word Budget system doc


  cari  il  yanvarın  1-nə  dövlət  büdcəsinin  vahid  xəzinə  hesabında  qalığı.    20.7



Yüklə 419,97 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix19.10.2018
ölçüsü419,97 Kb.
#74593
1   2   3   4   5   6   7   8   9   10

20.6.6.  cari  il  yanvarın  1-nə  dövlət  büdcəsinin  vahid  xəzinə  hesabında 

qalığı. 


 

20.7.  İcmal  büdcənin  icrası  barədə  rüblük  və  illik  hesabatlar  (büdcənin  gəlirləri, 

xərcləri,  dövlət  borcunun  məbləği,  kreditlər  və  s.  məlumatlar  da  daxil  olmaqla) 

mətbuatda dərc edilir. 

 

Maddə 21. Dövlət büdcəsinin icrasına nəzarət 



 

21.1.  Dövlət  büdcəsinin  icrasına  nəzarəti  Azərbaycan  Respublikasının  Milli 

Məclisi və onun Hesablama Palatası həyata keçirir. 

 

21.2.  Dövlət  büdcəsinin  icrasına nəzarəti  öz  səlahiyyətləri  daxilində müvafiq  icra 

hakimiyyəti orqanı həyata keçirir. 

 

 

21.3. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe 



təşkilatlarda  gəlir  və  xərclərin  müəyyən  edilmiş  qaydada  uçotunun  aparılması  və 

vəsaitin təyinatı üzrə istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 

məsuliyyət daşıyırlar. 

 

 



21.4.  Dövlət  büdcəsindən  maliyyələşdirilən  müəssisə  və  təşkilatların  maliyyə-

təsərrüfat  fəaliyyətində  maliyyə  qaydaları  pozulduqda  müvafiq  icra  hakimiyyəti 

orqanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirir. 

 

 



Maddə 22. Dövlət büdcəsinin və icmal büdcənin auditi 

 

Dövlət  büdcəsinin  və  icmal  büdcənin  gəlirlərinin  və  xərclərinin,  o  cümlədən 

büdcədənkənar dövlət fondlarının auditi qanunvericiliyə uyğun olaraq Azərbaycan 

Respublikasının Hesablama Palatası tərəfindən aparılır.  

  

Maddə  23. Dövlət  büdcəsinə  yenidən  baxılma  və  xərclərə  sekvestr  tətbiq 

olunması

  

 



23.1.  Dövlət  büdcəsinin  gəlirləri  və  xərcləri  arasında  tarazlığın  təmin  olunması 

onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi 

ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir. 

 

23.2.  Dövlət  büdcəsinin  icrası  prosesində  dövlət  büdcəsinə  yenidən  baxılması 

zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və 

təsdiqi  zamanı  nəzərə  alınması  mümkün  olmamışdırsa,  qanunvericilik  təşəbbüsü 

qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci 

bəndi  nəzərə  alınmaqla  cari  ilin  dövlət  büdcəsinə  yenidən  baxılması  barədə 

Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. 

 



23.3.  Dövlət  büdcəsinin  icrası  prosesində  dövlət  büdcəsinin  gəlirləri  və  onun 

kəsirinin  maliyyələşdirilməsi  üzrə  faktiki  daxilolmalar  bu  Qanunun  17.1-ci 

maddəsinə  uyğun  olaraq  müəyyən  olunmuş  rüblük  göstəricilərdən  kənarlaşdıqda, 

dövlət  büdcəsinin  icrasında  ahəngdarlığın,  habelə  onun  gəlirləri  və  xərcləri 

arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların bu Qanunun 

18.4-cü,  18.5-ci,  18.6-cı  və  19.6-cı  maddələrində  nəzərdə  tutulan  dəyişikliklər 

aparılmaqla  aradan  qaldırılması  mümkün  olmadıqda,  qanunvericilik  təşəbbüsü 

qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci 

bəndi  nəzərə  alınmaqla  may  ayının  15-dən  tez  və  oktyabr  ayının  15-dən  gec 

olmayaraq  cari  ilin  dövlət  büdcəsinə  yenidən  baxılması  barədə  Azərbaycan 

Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. 

 

23.4.  Dövlət  büdcəsinin  icrası  prosesində  dövlət  büdcəsinin  gəlirləri  və  onun 

kəsirinin  maliyyələşdirilməsi  üzrə  faktiki  daxilolmalar  cari  ilin  ilk  6  ayının 

nəticəsinə  görə  bu  Qanunun  17.1-ci  maddəsinə  uyğun  olaraq,  müəyyən  olunmuş 

göstəricilərdən  30  faiz  az  olduqda,  qanunvericilik  təşəbbüsü  qaydasında  və 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  2-ci  bəndi  nəzərə 

alınmaqla oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli 

Məclisi  qarşısında  dövlət  büdcəsinə  yenidən  baxılaraq  sekvestr  tətbiq  olunması 

barədə məsələ qaldırılır. 

 

23.5.  Dövlət  büdcəsinin  icrası  barədə  rüblük  hesabatlarda  büdcənin  gəlirləri  üzrə 

faktiki  daxilolmalar  həmin  dövr  üçün  təsdiq  edilmiş  göstəricilərdən  20  faiz  az 

olduqda  həmin  hesabatlar  Azərbaycan  Respublikası  Milli  Məclisinin  müvafiq 

komitələrində müzakirə edilir. 

 

23.6. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinin tətbiqi ilə bağlı dövlət 

büdcəsinin  icra  vəziyyəti  barədə  Azərbaycan  Respublikasının  Hesablama 

Palatasının rəyi olmalıdır. 

 

23.7.  Bu  Qanunun  23.2-ci,  23.3-cü  və  23.4-cü  maddələrinə  uyğun  olaraq,  dövlət 

büdcəsinə  yenidən  baxılarkən,  onun  gəlir  və  xərcləri  üzrə  məbləğinin  büdcə 

gəlirləri  təsnifatının,  büdcə  xərclərinin  funksional,  iqtisadi  və  inzibati 

təsnifatlarının  paraqrafları  səviyyəsində  dəyişdirilməsi  nəzərdə  tutularsa, 

qanunvericilik 

təşəbbüsü 

qaydasında 

və 


Azərbaycan 

Respublikası 

Konstitusiyasının  109-cu  maddəsinin  2-ci  bəndi  nəzərə  alınmaqla  aşağıdakı 

sənədlər Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir: 



23.7.1. büdcə gəlirləri üzrə dəyişiklik aparılması ilə bağlı: 

  23.7.1.1. 

cari 


ilin 

dövlət 


büdcəsi 

haqqında 

Azərbaycan 

Respublikasının  Qanununa  əlavə  və  dəyişikliklər  edilməsi 

barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat; 

23.7.1.2. büdcə gəlirləri təsnifatının paraqrafları səviyyəsində dövlət 

büdcəsinin gəlirlərinin layihəsi; 



23.7.1.3.  cari  ilin  ötən  dövrü  üçün  dövlət  büdcəsinin  gəlirlərinin 

icrasına dair məlumat; 




Yüklə 419,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə