Microsoft Word Bulletin 14 az doc



Yüklə 42,93 Kb.
Pdf görüntüsü
tarix02.06.2018
ölçüsü42,93 Kb.
#47250


 

 

 

HİV/AİDS, Vərəm və Malyariya 

ilə mübarizə Programı 

 

WWW.GFAIDS.AZ 

WWW.GFTB.AZ

 

Bəşəriyyətin AİDS və Vərəmdən xilası  

hər birimizdən asılıdır!

 

İNFORMASİYA BÜLLETENİ 

 

№14, 05 May 2010-cu il 

 

AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun əsas iş prinsipi  

ondan ibarətdir ki, o, HİV, Vərəm və Malyariya xəstəliklərinin müalicəsi  

və bu xəstəliklərin qarşısının alınmasına dəstək olur 

 

 

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri 

İnstitutunun direktoru, professor Elcan 

Məmmədbəyovla müsahibə 

 

 

Alman mikrobioloqu Robert Koxun vərəm 

çöplərini kəşf etməsi bəyan olunan gün, 

yəni martın 24-ü Ümumdünya Səhiyyə 

Təşkilatının (ÜST) qərarı ilə 1993-cü ildən 

etibarən Ümumdünya vərəmlə mübarizə 

günü kimi qeyd olunur. O zaman vərəmi 

“milli fəlakət” elan edən ÜST DOTS 

strategiyasını bu xəstəliklə mübarizənin 

yeni strategiyası kimi tövsiyə edib. 

Ümumdünya vərəmlə mübarizə günü 

ərəfəsində  Səhiyyə Nazirliyinin ftiziatriya 

üzrə baş mütəxəssisi, Elmi Tədqiqat Ağciyər 

Xəstəlikləri  İnstitutunun direktoru prof. 

Elcan Məmmədbəyovla ölkəmizdə bu 

xəstəliklə bağlı  vəziyyət, həyata keçirilən 

vərəmlə mübarizə  tədbirləri və s. barədə 

söhbət etdik. 

1. Məlum olduğu kimi bu gün 

Azərbaycanda vərəm xəstəliyi böyük və çox 

aktual bir problemdir. Bu xəstəliyə qarşı 

mübarizə aparmaq üçün, Milli Vərəm 

Proqram tərəfindən hansı 

tədbirlər 

görülür? 

 

Cəmiyyətdə vərəm barədə aşağı məlumatlılıq 

səviyyəsi xəstəliyin gec aşkar olunmasına 

gətirib çıxarır. İnsanlar vərəm mütəxəssisinə 

xəstəliyin inkişaf mərhələsində müraciət edir 

ki, bu da onların müvəffəqiyyətli müalicə 

şanslarını  aşağı salır. Gecikmiş  aşkarlanma 

isə  xəstəliyin cəmiyyətdə yayılmasına səbəb 

olunur. Bu halları aradan qaldırmaq üçün 

Azərbaycan Səhiyyə Kommunikasiya 

Assosiasiyası (ASKA), Total E&P 

Azərbaycan V.P. tərəfindən 

maliyyələşdirilən “Azərbaycanda vərəmin 

səmərəli profilaktikası  və müalicəsi üçün 

kommunikasiyası materiallarının 

hazırlanması” layihəsi işlənib. Layihəyə 

əsasən ASKA əhaliyə  vərəm simptomları, 

yoluxma halları, tibbi məsləhət üçün 

müraciət etməsi və müalicənin kəsilməsi 

barədə, vərəmi gecikmədən, yəni erkən 




diaqnostika məqsədilə 2 reklam çarxı  və 1 

təlim filmi çəkilməsi nəzərdə tutulur. 

 

Bundan  əlavə, HİV/AİDS, Vərəm və 



Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun 

(GF) maliyyə  dəstəyi ilə,  İlkin Səhiyyə 

Xidmətində çalışan həkim və tibb bacıları 

arasında vərəmə dair Bilik, Münasibət və 

Təcrübə mövzusunda sorğu aparılıb. Bu 

sorğu, vərəm barədə  məlumatı artırmaq, 

xəstələrə müvafiq münasibət göstərmək və 

vərəmin idarə olunması  məqsədi ilə 

aparılmışdır. Bundan əlavə  vərəmə dair 

müxtəlif maarifləndirici materiallar da 

(kalendarlar, broşurlar, posterlar və s.) çap 

edilmişdir.  



 

2. Elcan m. zəhmət olmasa Dərmanlara 

Davamlı  Vərəm forması haqqında daha 

ətraflı  məlumat verəsiniz və onun qarşısını 

almaq üçün hansı addımlar atılır? 

 

Dərmana Davamlı  Vərəm (DDV) forması I 



sıra vərəm  əleyhinə  dərman preparatlarına 

davamlılıq yarandığı zaman müşahidə 

olunur. Bu davamlılıq müalicə prosesində 

yarana bilər. Buna səbəb həkim tərəfindən 

düzgün aparılmayan müalicə  və ya xəstənin 

dərmanlarını mütəmadi olaraq qəbul 

etməməsidir. Dərmana davamlı  vərəm 

formasının qarşısını almaq üçün xəstəliyi 

erkən aşkarlamaq, xəstəni müalicəyə  cəlb 

etmək və I sıra vərəm  əleyhinə  dərman 

preparatlarının müntəzəm qəbuluna nəzarət 

etmək lazımdır. Bununla əlaqədar ölkəmizdə 

HİV/AİDS, Vərəm və Malyariya ilə 

Mübarizə üzrə Qlobal Fondun (GF) maliyyə 

dəstəyi ilə DDV mübarizə layihəsi həyata 

keçirilir. Beləliklə, GF proqram çərçivəsində 

bu günədək artıq 90 pasiyent müalicəsinə 

cəld edilmişdir. Bundan əlavə, reaktiv və 

lazımi avadanlıqla təchiz edilmiş ikinci və 

üçüncü dərəcəli 5 bakterioloji laboratoriyalar 

qurulmuşdur.  

Masallı 


və 

Tər-Tər 


rayonlarında Vərəm dispanserləri yenidən 

bərpa olunub və rəqəmsal fluoqrafiya aparatı 

ilə  təchiz edilmişdir. Zaqatalada, Naxçıvan 

Muxtar Respublikasında və Qubada yeni tipli 

laboratoriyaların tikilməsi başa 

çatdırılmaqdadır. Bir çox rayonlarda GF 

layihəsi çərçivəsində  Vərəmə birbaşa 

müalicə  nəzarəti otaqları (DOTS) qurulmuş, 

kultural müayinələrin cavablarını 

tezləşdirmək üçün iki BACTEK cihazı 

alınmışdır. İlkin Səhiyyə Xidmətində çalışan 

həkim və tibb bacıları üçün təkmilləşdirmə 

kursları mütəmadi olaraq keçirilir. Hal-

hazirda, GF layihəsi çərçivəsində Ziğ 

qəsəbəsində yerləşən, DDV xəstələri müalicə 

etmək üçün 100 çarpayılıq 6 saylı  Vərəm 

əleyhinə dispanserdə  təmir-bərpa işləri 

yekunlaşmaq və tam təminat olmağı üzrədir.   



 

3. Ambulator müalicədə olan DDV vərəm 

xəstələrinə 

nəzarət mexanizmi 

mövcuddurmı? 

 

Ambulator müalicədə olan DDV vərəm 



xəstələrinin dərman qəbuluna DOT 

kabinetlərində çalışan tibb personalı  nəzarət 

edir. Xəstələr II sıra vərəm əleyhinə dərman 

preparatlarını gündəlik olaraq tibb 

personalının birbaşa nəzarəti altında alırlar. 

Bundan  əlavə Milli Vərəm Proqramı 

çərçivəsində DOT koordinator mütəmadi 

olaraq kabinetlərdə müalicə alan xəstələrin 

dərmanlarının, 

ərzaqlarının və maddi 

təminatının verilməsinə 

nəzarət edir. 




Həmçinin hər rüb mərkəzi və regional 

superviziyalar təşkil olunur ki, bu baxışlar 

zamanı  mərkəzi və regional koordinatorlar 

DOT kabinetinin fəaliyyətini yoxlayırlar və 

aşkar olunan nöqsanlar aradan götürülür. 

Göstərilən fəaliyyətin bir çox məqamları GF 

layihəsinin tərkib hissəsidir. 

4. DOT kabinetlərdə  işləyən tibb personalı 

üçün maddi stimulyasiya nəzərdə 

tutulurmu? 

Qlobal Fondun maliyyələşdirdiyi proqram 

çərçivəsində, həm DOT kabinetlərdə müalicə 

alan xəstələr gündəlik nəqliyyat xərci və 

ərzaq ilə (hər gün DOT kabinetinə  gəlmək 

şərtilə) təmin olunur,  

həm də tibb 

personalına ərzaq və maddi təminat şəklində 

stimulyasiya nəzərdə tutulur. 

 

5. Öz işinizdə hansı problemlərlə 



rastlaşırsız? 

 Problemlər çoxdur, və bu problemlərdən 

çəkinmək yox, onlardan çıxış yolları axtarıb 

tapmaq vacibdir və olduqca maraqlıdır. 

 

 



Milli İstinad Laboratoriyasının rəhbəri 

Rafiq Abüzərov 

 

 

Milli  İstinad Laboratoriyasının (MİL) 



tikilməsinə 2007-ci ildə başlanılmışdır. 

Rəsmi açılışı isə 2009 il mayın 15-də baş 

tutmuşdur.  Əvvəllər bizim respublikamızda 

texniki təhlükəsizlik qaydalarına riayət edən 

laboratoriya mövcud deyildi. Hal hazırda 

isə, MİL açıldıqdan sonra artıq biz dünya 

standartlarına uyğun dərmanlara həssaslıq 

testi keçiririk. Bundan əlavə, MİL-da ciddi 

nəzarət altında rənglər hazırlanır və 

respublikada olan vərəm müəssisələrinə 

paylanılır.  

 

Həmçinin,respublikanın regionlarında  əkmə 



laboratoriyalarının açılması planlaşdırılır. 

Naxçıvan MR-da isə  əkmə  və  dərmanlara 

həssaslıq laboratoriyalarının açılması 

nəzərdə tutulur. Bu laboratoriyaların 

açılması bizim işimizi asanlaşdıracaq. 

Əkilmə prosesi regionlarda keçiriləcək və 

bizə artıq hazır kulturlar göndəriləcək. Hal 

hazırda isə, bizim həkimlər regional 

laboratoriyalara gedirlər və bütün 

rentgenoqrammalara baxıb dərmana davamlı 

vərəm xəstələrini seçib onların bəlğəmini 

əkilmək üçün MİL-na göndərirlər. Beləliklə 

hər gün bizə 35-40 analiz gəlir. 

 

Təəssüf ki, bizim laboratoriya hələ ki 



sertifikat almayıb və biz hər xəstənin 

analizlərini paralel olaraq STİDT 

laboratoriyasına göndərməyə 

məcbur 


oluruq. Təbii ki, sertifikatı alandan sonra 

STİDT-nın yükü azalacaq və bütün mülki 

sektoru biz öz üzərimizə götürəcəyik.  

 

Bundan  əlavə qeyd eləmək lazımdır ki, hər 



rüb MİL tərəfindən verilən  sifariş əsasında 

HİV/AİDS, Vərəm və Malyariya ilə 

Mübarizə üzrə Qlobal Fondun (QF) maliyyə 

dəstəyi ilə bütün lazım olan reaktivlər bizə 

öz vaxtında çatdırılır. Həmçinin, regionlarda 

yerləşən laboratoriyalara baş çəkməkdə, tibb 

personalı üçün treninqlər keçirməkdə QF 

mühüm bir rol oynayır. 

 

Bu günə kimi, xəstələrin analizləri alınan 



andan tam nəticə  əldə olunana kimi 2 aya 


qədər vaxt tələb olunurdu. Hal hazırda isə, 

QF-un maliyyə dəstəyi ilə biz Bactek MGİT 

960 aparatını əldə etmişik və həmin müddəti 

7-12 günə kimi azaltmışıq. Yaxın gələcəkdə 

isə QF-un dəstəyi ilə, HAİN-PCR aparatının 

alınması da planlaşdırılır ki, onun vasitəsilə 

dərmanlara həssaslıq testini artıq 1-2 gün 

ərzində aparmaq mümkün olacaq. HAİN-

PCR aparatı ilə  işləmək üçün bizim 

laboratoriyanın işçiləri Almaniyada treninq 

keçiblər və bundan əlavə STİDT 

laboratoriyada bu aparat artıq işlədilir və 

ehtiyac olarsa məsləhət üçün oradakı 

mütəxəssislərə müraciət edə bilərik. 

 

Bütün dünyada, habelə Azərbaycanda 



vərəmin geniş yayılmasına baxmayaraq, bu 

xəstəliklə mübarizə etmək üçün biz öz 

gücümüzü əsirgəməyəcəyik. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Layihənin Əlaqələndirmə Bürosunun informasiya bülleteni Qlobal Fondun “Azərbaycanda HİV/AİDS, 

Vərəm və Malyariya ilə mübarizə Proqramı çərçivəsində nəşr edilir. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,  

Layihənin Əlaqələndirmə Bürosu 

Bakı ş., AZ1005, 

T. Əliyarbəyov küçəsi 3 

2-ci mərtəbə 

Tel:(+99412) 4982016 

4982032 


Faks:(+99412) 4982001 

                        

erasulova@gfaids.az

                              



rvezirov@gftb.az

 

www.gfaids.az



www.gftb.az

 

Müalicə və diagnostika təyin edilməsi ilə bağlı 



Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət 

edə bilərsiniz 

Bakı ş., AZ1022, 

Mir-Kasımov küçəsi 1/8 

Tel:(+99412) 5100869 

Faks:(+99412) 4947353 

office@aids.az



 

 

HİV/AİDS, Vərəm və Malyariya 

ilə mübarizə Programı 

 

 

Yüklə 42,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə